Sünnə və Cəməa anlayışı


g) Mütəaxxirinə109 görə “sünnə” ifadəsi



Yüklə 3,05 Mb.
səhifə4/7
tarix19.07.2018
ölçüsü3,05 Mb.
#56768
1   2   3   4   5   6   7

g) Mütəaxxirinə109 görə “sünnə” ifadəsi

Əsrimizdə “sünnə” ifadəsi əksər insanlar tərəfindən iki müxtəlif məna haqqında işlədilir:

1. Tədqiqatçılara, təhsil ocaqlarına, araşdırma mərkəzlərinə, elm öyrənən tələbələrə görə sünnə ifadəsi: Bunlar əksəriyyət etibarı ilə peyğəmbər hədisini, onunla bağlı elmləri və bunlardan törəyən müxtəlif elm sahələrini nəzərdə tutur.

2. Ümumi olaraq sünnə ifadəsi: Bu da əməldə sünnələr, dini hökmlər, yaxud fərzdən başqa, sünnə ifadələri olan hökmləri nəzərdə tutur. Nafilələr, müstəhəblər, həvəsləndirilən məsələlər ilə fərzin daha aşağı mərtəbəsində olan dini hökmlər də sünnə mənasında işlənilir. Daha əvvəl açıqlandığı kimi şəriətdə belə bir anlayışın əsası var.


Nəticə: Dini bir ifadə olan sünnənin ümumi bir mənası vardır. O da Allah elçisinin –cəllalahu aleyhi vəssəlləm- gətirdiyi elm, əməl və hidayətin ifadəsi olan din deməkdir. Bir də bu ifadədən törəyən bəzi başqa ifadələr də var. Qurani-Kərimdən sonra mənbə olan sünnə, bidətə müxalif və haram olmayan mənası ilə sünnə, tabe olmaq mənası ilə sünnə, düzgün və sağlam inanc və üsuliddin mənası ilə sünnə, hədis mənası ilə sünnə, nafilə mənası ilə sünnə və buna oxşar başqa mənalar.

İKİNCİ HİSSƏ: “CƏMƏA” ANLAYIŞI

LÜĞƏTDƏ “CƏMƏA” ANLAYIŞININ MƏNASI

Cəməa” sözü lüğətdə müxtəlif mənalardan törəmiş ola bilər.

1. Təfriqəçiliyin və ayrılmağın zidd olan “ictima”dan törəmiş ola bilər. Bir topluluq ordan-burdan yığılanda (ictima) “qövm təcəmmu etdi” deyilir110. Həmçinin “cəməəl-mütəfərriq” ifadəsi “ətrafa dağılan hissələri, parçaları bir-birinə birləşdirdi” mənasına gəlir. “Cəməə iləyhil-qulub” da “ürəkləri ona isindirdi, bağladı” deməkdir111.

2. İnsanlar topluluğunun adı olan “əl-cəm”dən də törəyə bilər. “əl-Cəm” isə “cəməətuş-şey”ə ifadəsinin məsdəridir112. Elə isə lüğətdə “cəməa” sözü ilə insanlar camaatı nəzərdə tutulursa, bunlar hər hansı bir məsələ haqqında bir yerə yığışan topluluq mənasına gəlir.

əl-Fərra bununla bağlı belə demişdir: “Dağınıq olanları bir yerə yığıb topladığın təqdirdə “cəmaatul-qövmə” - topluluğu, qövmü bir yerə yığdım deyərsən. Bu vəziyyətdə bir yerə yığışanlar “məcmuun” adlandırılır.”113

3. İttifaq və sağlamlaşdırmaq mənasına gələn “icma” kəlməsindən də törəmiş ola bilər. Məsələn, “əcməəl-əmra” ifadəsi “onu sağlam və möhkəm etdi” deməkdir114. Məsələn, elm əhli icma etdi deyilərkən, “ittifaq etdilər” deməkdir.

Camaat çoxlu sayda insan115 və eyni məqsədin ətrafında birləşən insanlar topluluğu deməkdir.

Camaat”a bu adın verilməsinin səbəbi camaatın “ictima” kəlməsi ilə eyni mənaya malik olmalarıdır, ziddi “təfriqə”dir. “Camaat” kəlməsi hər nə qədər bir yerə yığılan topluluğun adı olsa da, qeyd etdiyimiz mənaya gəlir116.



DİNİ İFADƏ OLARAQ “CƏMƏA”

Sünnədə işlədilməsinə uyğun olaraq əshabələrin, tabiinin və sələf-salehimizin ifadə etdiyinə görə, “cəməa” kəlməsi bir neçə mənaya gəlir. Bunlardan bəziləri aşağıdakılardır:


a) Əshabələrin -radıyallahu anhum- öz dövrlərindəki “cəməa”.
Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- dövründə xüsusilə də raşidi xəlifələrin dövründə əshabələlrin əksəriyyəti camaatın özləri idilər. Onlar müxtəlif işlərində imamət, əhkam, cihad və din ilə dünyanı əlaqələndirən digər bütün məsələlərdə haqq üzrə bir yerə yığılan insanlar idilər. Çünki dinin daşıyıcıları onlar idilər. Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- onlardan razı qalaraq vəfat etdiyi, Allahın göndərdiyi dinin daşıyıcıları və nəql edənləri idilər. Onlar zəlalət üzrə əsla birləşməyən insanlar idi.

Əş-Şatibi insanların “camaat” ifadəsi ilə fikirlərini təqdim edərkən bunları söyləyir: “Üçüncüsü, “camaat” xüsusi olaraq əshabələrin elə özü deməkdir. Çünki onlar dinin əsaslarını ayaq üstə saxlayanlar və sütunlarını yerə yerləşdirənlərdir. Onlar qəti olaraq zəlalət üzrə birləşməyənlərdir. Bu isə onldardan başqaları üçün gerçəkləşməsi imkan xaricində olan bir məsələdir.”117

Ehtimal olunur ki, burada bəhs edilən “camaat”dan məqsəd Abdullah bin Ömərin -radıyallahu anhumə- sözlərindəki bu ifadələrə uyğun gəlir: Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- buyurdu ki: “Allah bu ümməti bir zəlalət üzərində əbədi olaraq birləşdirməz”. Həmçinin buyurdu ki: “Allahın əli camaatın üzərindədir. Elə isə siz də o ən böyük olan çoxluğa tabe olun. Çünki kim camaatdan ayrılarsa, cəhənnəm atəşinə tərəf ayrılmış olar.”118

“Ən böyük toplum (“əs-səvadul-azam”) haqq üzrə olanlardır. Bunlar isə öz dövrlərində əshabələrdir, tabiindir, onlara tabe olunan din və hidayət imamları ilə onların yollarını gedənlərdir.”119

Əshabələr Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- dövründə və hidayətdə olan raşidi xəlifələrin dövründə camaatın əsasını təşkil edirdilər. Allah İslamı onlarla izzətləndirmişdir. Onlar Peyğəmbəri –cəllalahu aleyhi vəssəlləm- dəstəkləmiş, ona lazım olduğu kimi hörmət, hər işdə kömək etmişlər. Onlar İslamdakı ilk və ən fəzilətli camaatdırlar. Sünnədə qeyd edilən camaatla bağlı nəsslər hər kəsdən əvvəl onlar haqqındadır. Çünki onlar həm dövr, həm də fəzilət etibarı ilə qabağa getmiş insanlardır. Bundan sonra isə İslamda sünnə və haqq üzrə olan hər camaat üçün bu ifadə işlədilmişdir. Çünki bunlar da hidayəti tapmaq və tabe olmaq baxımından əshabələrin davamçılarıdır. O halda, tabiinə görə camaatdan məqsəd, əshabə camaatının üsulu, gedişləri və sünnələri üzrə olanlardır. Elmi və əməli onlardan nəsildən-nəsilə günümüzə qədər və qiyamətin qopacağı vaxta qədər miras ala-ala ötürmüşlər.
b) “Caməa” din məsələsində onlara tabe olunan elm və hidayət əhli ilə onlara tabe olanlar haqqında da işlədilir. Bunlar isə qurtulan firqə olan əhli-sünnə vəl-cəməatdır.
Cəməa” kəlməsi dində elm və fiqh sahibi olan, hədis əhli olanlar və onlara tabe olunan, sünnə ilə əməl edən hidayət rəhbərləri, onların yollarını təqib edən insanlar haqqında işlədilmişdir. Bunlar Peyğəmbərə –cəllalahu aleyhi vəssəlləm- və müsəlmanların ilk camaatını təşkil edən və onun əshabələrinə tabe olan insanlardır. Haqq üzrə olan hər bir camaat da onların davamçılarıdır. Onlar əshabələr və əshabələrə tabe olanlarla, onlara tabe olanların təşkil etdiyi sələf-salehdir. Auf bin Malik, Müaviyə bin Əbi Sufyan, Ənəs bin Malik və başqalarının rəvayət etdiyi hədisdə Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- ifadə etdiyi əhli-sünnə vəl-cəməa olan “firqəyi-naciyə” – nicat tapan firqədirlər. Bu hədisdə Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- belə buyurmuşdur: “Şübhəsiz ki, bu millət (İslama mənsub olanlar) yetmiş üç firqəyə ayrılacaqalar. Bunların yetmiş ikisi cəhənnəmdə, biri isə cənnətdə olacaqdır. Bu isə camaatdır.120

Bu “cəməa”nın sünnə üzrə gedənlər olduqlarının, qurtulan firqənin özləri olduğunun dəlilidir. Həmçinin Abdullah bin Məsud -radıyallahu anhu- belə demişdir: “Camaat Allaha itaətə uyğun gələn şey deməkdir, sən tək qalsan belə”121. Bu isə sünnə üzrə olmayanların sayı nə qədər çox olurlarsa olsunlar camaatdan olmadıqlarını ifadə edir.

Abdullah bin əl-Mübarəkdən -rahmatullahi aleyhi- (v.h. 181) camaat haqqında soruşulanda belə cavab vermişdir: “Əbu Bəkr və Ömərdir”. Ona: “Axı Əbu Bəkr və Ömər vəfat edib” deyiləndə, bu dəfə “filan və filankəsdir” dedi. Yenə onların vəfat etdiyi xatırladılanda, İbn əl-Mübarək: “Əbu Həmzə əs-Sukkəri bir camaatdır” - cavabını vermişdir122.

Əbu Həmzə əs-Sukkəri isə hicri 168-ci ildə vəfat edən Məhəmməd bin Məymun əl-Mərvəzidir123. İbn əl-Mübarək də onun haqqında onun camaat olduğunu söyləmişdir. Yəni o fəzilətli, saleh, sünnə və sələf-salehin yolu ilə gedən, camaatın yolunu təqib edən haqq əhli olan şəxsdir. Odur ki, sayının çoxluğu toplumun mötəbər olması deyil. Əsl etibar sünnəyə tabe olmağa və bidətləri tərk etməyədir. Tabe olanların çoxluğunu bidətlərin düzgünlüyünə dəlil göstərənlərin dəlilləri kökündən çürükdür.

Əl-Buxari -rahmatullahi aleyhi- camaatı elm əhli olaraq açıqlamışdır. O «Səhih»ində “İtisam” bölümündə belə deyir: «Beləliklə də, sizi orta bir ümmət etdik» («əl-Bəqərə», 143) ilə Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- elm əhlinin özü demək olan - camaata bağlılığa dair verdiyi əmrlər bəhsi”124.

İbn Həcər də əl-Buxarinin bu sözlərini açıqlayarkən bunları deyir: “O, bu ifadələri ilə bəhs edilən məsələdən əsas məqsədin şəri elm əhli şəxslər olduqlarını bildirir.”125

Əl-Buxari kimi bir şəxsin “elm əhli” ifadəsini işlətdiyi halda, onlarla əlbəttə ki, elm, hidayət və bəsirət üzrə sünnə ilə əməl edən şəxsləri nəzərdə tutur.

İbn Həcər «Fəth əl-Bari»də Təbəridən “camaatın” tərifi ilə əlaqəli olaraq bu sözləri də qeyd edir: “Bəzi adamlar da belə demişdir: “Onlardan məqsəd elm əhlidir. Çünki Uca Allah onları başqa insanlara qarşı bir dəlil etmişdir və din işlərində başqa insanlar onlara tabe olmalıdırlar.”126


c) “Cəməa” haqq üzərinə toplanmaq və ayrılıb dağılmamaq mənasında da işlədilir.
Bu mənası ilə “camaat” kəlməsi ümumi olaraq müsəlmanların və onların əksəriyyətinin xüsusi ilə birinci nəsl arasında hamısını əlaqələndirən iş və məsləhətlərində təqib etməyi qəbul etdikləri yoldur. Belə ki ən-Numan bin Bəşirin -radıyallahu anhu- rəvayət etdiyi hədisdə Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- belə buyurmuşdur: “...Və camaat rəhmətdir, ayrılıq isə əzabdır.”127

Camaatın təqib etdiyi yola möhkəm bağlanmaq mərhəmət və qurtuluşdur. Ayrılığa düşmək və onlardan uzaqlaşmaq isə əzaba düçar olmağa səbəb olan həlak və zəlalətdir.

Ömər bin əl-Xəttabın -radıyallahu anhu- rəvayət etdiyi bu hədis də buna oxşayır: Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- buyurdu ki, “Camaata möhkəm bağlanın. Ayrılıqdan çəkinin, çünki tək başına qalanın dostu şeytandır. O, iki nəfərdən uzaqdır. Kim cənnətin bolluğunu və rahatlığını, genişliyini arzulayırsa, həmin camaata möhkəm sarılsın.”128

Əbu Məsud əl-Əşaridən -radıyallahu anhu- fitnə ilə bağlı sual soruşulanda belə cavab vermişdir: “Sən camaatla birlikdə olmağa çalış. Şübhəsiz Allah Məhəmmədin –cəllalahu aleyhi vəssəlləm- ümmətini zəlalət üzrə bir yerə yığmaz. Təfriqəçilikdən çəkin, şübhəsiz təfriqə zəlalətin özüdür.”129

İbn Məsudun -radıyallahu anhu- sözləri də bu məsələni izah edir: “Camaatın içində xoşlamadığınız bir şey, şübhəsiz ayrılıq halında sevdiyiniz bir şeydən xeyirlidir.”130

Əlinin -radıyallahu anhu-ummul-vələd”in (sahibindən uşağı olan kəniz) satılması məsələsində öz dövründəki əshabələrə xitab edərkən dediyi sözlər də buna misaldır: “Əvvəllər necə hökm verirdinizsə, indi də eyni ilə hökm verin. Mən insanların camaat olaraq qalsınlar deyə ixtilafdan xoşlanmıram.”131

Abidə bin Ömər əs-Sələmi -rahmatullahi aleyhi- (v.h. 72) Əliyə -radıyallahu anhu- belə demişdir: “Camaat halında sənin və Ömərin fikri, ayrılıq halında sənin tək başına olan fikrindən daha çox xoşuma gələr.”132

Şeyxülislam İbn Teymiyyə əhli-sünnə vəl-cəməanın yolu ilə bağlı məsələləri izah edərkən bu sözləri ilə yuxarıda qeyd etdiyimiz məsələyə işarə etmişdir: “Onlara cəmaat əhli deyilməsinin səbəbi camaatın şəxsən ictima (bir yerə toplanmaq) mənasına gəlməsinə görədir. Bunun əksi isə ayrılıqdır. Hər nə qədər camaat kəlməsi bir araya gəlib toplanmış bir toplumun adı halına gəlsə də, bu belədir.”133

Əbu Şamənin -rahmatullahi aleyhi- sözü də bu məsələyə dəlildir: “Camaata bağlanmağa dair əmr qeyd ediləndə bundan məqsəd haqqa bağlanmaq və ona tabe olmaqdır. İstəyirsə haqqa sarılanlar az olsun, müxalifət edənlər çox olsun. Çünki Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- və səhabələrin dövründən etibarən camaatın üsulu elə haqqdır. Onlardan sonra batil əhlinin çoxluğuna baxmazlar.”134


d) “Cəməa” müsəlman topluluqları haqqında və onların bir imam yaxud, şəriətdə əsası olan hər hansı bir dini məsələ və ya hər hansı bir dünya məsləhəti ətrafında birləşmələri, sünnə üzrə olan ən böyük topluluqlar (əs-səvhadul-azam) haqqında da işlədilir.
Cəməa” ifadəsi hər hansı qeydə bağlı olmadan mütləq olaraq istifadə ediləndə ilk anlışılan budur. Burada camaat, imamət, cihad kimi hər hansı bir iş, yaxud müsəlmanların böyük məsləhətlərindən, din və dünya işlərindən birinin ətrafında toplanmaqları halında sünnəyə möhkəm sarılan müsəlmanların böyük çoxluğu mənasındadır. Çünki bu vəziyyətdə müsəlmanlardan ayrılmaq və onlara müxalifət etmək həlak olmaqdır, ayrılıqdır, camaatdan kənarlaşmaqdır və din də bundan insanları çəkindirmişdir.

əl-Buxarinin «Səhih»ində Huzeyfə bin əl-Yəməndən -radıyallahu anhu- qeyd etdiyi bu hədis bunlardan biridir: “İnsanlar Rəsulullahdan –cəllalahu aleyhi vəssəlləm- xeyirlə bağlı suallar soruşardılar. Mən isə mənə toxunmasından ehtiyatlanaraq şərlə bağlı suallar verərdim...” Huzeyfə -radıyallahu anhu- bəzi şər və fitnələri qeyd edəndən sonra bunları bildirir: “Əgər bu mənə yetişsə, mənə nəyi əmr edirsən?” Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- buyurdu: “Müsəlmanların camaatına və imamlarına (rəhbərlərinə) bağlı qalın”. “Əgər camaatları da, imamları da olmasa” - deyə verdiyim sualıma belə cavab verdi: “ Əgər bu hal ölüm gəlib sənə çatana qədər davam etsə də, bir ağacın gövdəsini dişlərinlə tutaraq bütün bu firqələrdən uzaqlaş.135

Üsamə bin Şərik də -radıyallahu anhu- Peyğəmbərdən –cəllalahu aleyhi vəssəlləm- belə buyurduğunu zikr edir: “Allahın əli camaatın üzərindədir.136

İbn Abbasın -radıyallahu anhu- belə dediyi rəvayət edilmişdir: “Peyğəmbər buyurdu ki, “Allahın əli camaatla birlikdədir.137

İbn Abbas -radıyallahu anhu- Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- belə buyurduğunu bildirmişdir: “Kim əmirindən xoşuna gəlməyən bir şey görərsə, ona səbr etsin. Çünki şübhə yoxdur ki, camaatdan bircə qarış ayrılandan sonra ölən adam mütləq cahiliyyə ölümü ilə ölür.”138

Abdullah bin Məsud -radıyallahu anhu- belə deyib: Allah elçisi –cəllalahu aleyhi vəssəlləm- buyurdu: “Allahdan başqa heç bir tanrı olmadığına və mənim Allahın elçisi olduğuma şəhadət gətirən müsəlmanın qanı ancaq bu üç məsələdən biri ilə halal ola bilər: Canın əvəzində can, zinakar evli və dinindən ayrılıb camaatı tərk edən adam.139

Bəzi elm adamları da belə demişdir: “Bundan məqsəd dinini tərk etməsi ilə müsəlmanların camaatını tərk etməsidir.”140

Zeyd bin Sabitin -radıyallahu anhu- rəvayət etdiyi hədisdə Peyğəmbərin bu sözləri də məsələ ilə birbaşa əlaqəlidir: “Üç xislət var ki, heç bir müsəlmanın qəlbi bunları yerinə yetirərkən qüsur göstərməz: Əməli səmimi olaraq Allah üçün etmək, idarəçilərə nəsihət etmək və camaata bağlı qalmaq…141

İbn Həcərin «Fəth əl-Bari»də nəql etdiyinə görə də Təbəri belə demişdir: “Həqiqət budur ki, bu xəbərdən142 məqsəd onlara rəhbər olaraq gətirməkdə bir yerə yığışdıqları adama itaət etməkdə olan camaata bağlı qalmaqdır. Kim ona edilən beyəti pozarsa, camaatdan kənarlaşmış olur.”143

Elə isə sünnədə gələn “camaat”la bağlı bəzi kəlmələrin əksəriyyəti bu mənalarla bağlı olduğu qəbul edilir. Yəni bir rəhbər din və ya dünya işlərindən hər hansı bir iş ətrafında əksəriyyəti ya da (çoxluğu təşkil etməsələr də) elm adamları fəzilət, doğruluq və istiqamət sahibi adamlarla hal və əhd əhli olanların şəxsində təmsil edilmələri halında, din ya da dünya işlərindən hər hansı bir iş, yaxud bir rəhbər ətrafında toplanmaqları halındakı müsəlman camaat mənasındadır. Ancaq bütün bunlar(da itatət), sünnəyə və mərufa tabe olmaq şərtinə bağlıdır144.


e) “Əhli Hal vəl-Aqd” (Elm əhli və ziyalılar) mənasında “camaat”
Eyni şəkildə elm adamları, rəhbərlər, sərkərdələr, valilər, hakimlər və qabaqcılların yaxud, bunların bir hissəsinin müsəlmanlara aid hər hansı bir iş ətrafında ittifaq etməkləri haqqında da “camaat” kəlməsi işlədilir. Bir imamı (dövlət başçısını) başa keçirmək, ona beyət etmək, yaxud onu vəzifəsindən uzaqlaşdırmaq və buna oxşar məsələlər kimi. Müsəlmanların arasında “hal və əhd əhli” olmağa ən layiq adamlar dini məsələlərdə onlara tabe olunan şəriət elminin alimləridir. Bundan sonra fəzilət, dinə bağlılıq və qabağa getmək xüsusiyyətlərinə sahib olan qabaqcıllar, sonra da bunların arxasından gələnlərdir. Bunların da söz və davranışlarının ümmətin məsləhətlərini təyin edib işlərini istiqamətləndirməyə təsiri olan insanlar arasından olmasına diqqət edilməlidir.

İbn Həcər İbn Battalın belə dediyini nəql edir: “Camaatdan məqsəd hər dövrün “hal və əhd əhli”dir”145. “Hal və əhd əhli” isə əvvəl də bildirdiyim kimi ilk növbədə elm adamlarını əhatə edir. Bu camaat ifadəsinin geniş mənasının bir hissəsini təşkil edir. “Hal və əhd əhli” isə bir idarəçiyə beyət, yaxud bir cihadın elan edilməsi kimi hər hansı bir məsələ ilə bağlı ittifaq edərlərsə, şübhəsiz ki, onda camaatı təmsil edirlər.


f) Böyük camaatdan başqa, hər hansı bir məsələ ilə bağlı toplanan insanlar topluğu və ya məsciddə camaatla namaz qılanlar mənasında “cəməa”.
Sünnədə və sələfin ifadələrində “cəməa” kəlməsinin “yemək”, “səfər”, “namaz”, “elm tələb etmək” və ya “insanların bir yerə yığılmalarına səbəb olan din və dünya məsləhətlərindən hər hansı bir iş üçün bir yerə gələn müəyyən qrup” üçün də işlədilir ki, bu da böyük “cəməa” ifadəsindən başqa bir mənadır. Bu mənası ilə camaat kəlməsinin işlədildiyi rəvayətlərə misallar:

Ömər bin əl-Xəttabın -radıyallahu anhu- rəvayət etdiyi bir hədisdə Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- belə buyurmuşdur: “Bir yerdə yemək yeyin və dağılmayın. Çünki şübhə yoxdur ki, bərəkət camaatla birlikdədir.”146

Bununla bir yemək ətrafında toplaşan insanlar nəzərdə tutulur. Həmçinin daha əhatəli olan məsələlərdə camaatın bərəkətli olacağı aydın olan bir məsələdir.

Cundub bin Abdullah -radıyallahu anhu- deyib ki, Allah elçisi –cəllalahu aleyhi vəssəlləm- bizə dəhşətə qapıldığımız vaxt camaatı, vuruşduğumuz vaxt da səbirli və sakit olmağımızı əmr edərdi147. Yəni onları qorxudan və dəhşətə gətirən bir hadisə ilə qarşılaşanda birlikdə olmalı, ittifaq etməli və bir-biriləri ilə köməkləşməlidirlər.

Əl-Buxarinin «Səhih»indəki ifadəsi bu mənanı dəstəkləyir: “İki və daha çox camaat olduğuna dair bəhs148. Burada nəzərdə tutulan namaz qılmaq üçün camaat olmaq ola bilər. Başqa məsələr də bununla müqayisə edilə bilər.

Camaat məsciddə imamla birlikdə namazda hazır olanlar haqqında işlədilmişdir. Osman bin Affanın -radıyallahu anhu- rəvayətində olduğu kimi: “Mən Peyğəmbərin belə dediyini eşitdim: “Kim işa namazını camaatla birlikdə qılarsa, gecənin yarısını namaz qılmış kimi olur. Kim səhər namazını camaatla birlikdə qılarsa, bütün gecəni namazla keçirmiş kimi olur.”149

İbn Ömər və başqalarının rəvayət etdiyi hədisdə Hz.Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- dedikləri də bu mənadadır: “Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dəfə, daha fəzilətlidir.”150

Bununla məsciddə imam ilə birlikdə namaz qılanların camaatı nəzərdə tutulur. Çünki Abdullah bin Məsud -radıyallahu anhu- belə buyurmuşdur: “Allah elçisi –cəllalahu aleyhi vəssəlləm- bizə hidayət yollarını (“sünəni-huda”) öyrətdi. Azan oxunan məsciddə namaz qılmaq da şübhəsiz ki, hidayət sünnələrindəndir”151.

Dolayısı ilə müəyyən bir imamın arxasında namaz qılan hər kəs bu məna ilə camaat ifadəsində öz yerini alır.
g) Bu mənaların hamısı haqqında, yaxud bəziləri, ya da əksəriyyəti haqqında “cəməa” ifadəsinin işlədilməsi
Yəni sünnədə və sələfin ifadələrində camaat ifadəsinin işlədildiyi dini bəzi yerlərdə bəhs edilən bu mənaların əksəriyyəti və ya bir qismi burada nəzərdə tutulmuş ola bilər və belə olan vəziyyətdə camaat, nəsslərə uyğun olaraq həmin anlayışlardan hərəkət edərək bu işarə olunan mənalardan birini, bir qismini ya da əksəriyyəti əsas alınaraq izah edilə bilər. Buna görə, imamların qəbul etdiyi “camaat” ifadəsinin müxtəlif şəkillərdə izah edildiyini görmək olar.

Əş-Şatibi “əl-İtisam” adlı əsərində bunların bəzilərinə işarə etmişdir. Mən də onun açıqlamalarını burada xülasə olaraq qeyd etməyin faydalı olacağını düşünürəm:

“İnsanlar bu hədislərdə nəzərdə tutulan camaat mənası haqqında beş müxtəlif fikir ortaya atmışdırlar:

1. Camaat müsəlmanların ən böyük əksəriyyətini (“əs-savadul-azam”) ifadə edir. Əbu Qalibin ifadələri də bu mənanı təsdiqləyir: “Şübhəsiz ki, ən böyük çoxluq digər firqələrin arasında qurtuluşa çatan kimsələrdir152. Bunların tutduqları yol, elə haqqın özüdür. Onlara müxalifət edən hər hansı bir şəxs isə cahiliyyə ölümü ilə ölür. İstər şəriətlə bağlı hər hansı bir məsələdə onlara müxalifət etsin, istərsə də imamları və rəhbərləri haqqında müxalifət etsin. Həmin adam haqqa müxalifət edən adamdır.”153

Bu fikri qəbul edənlərin arasında Əbu Məsud əl-Ənsari və Abdullah bin Məsudun -radıyallahu anhu- da olduğu qeyd edilir154. Sonra bunları bildirir: “Bu fikrə görə ümmətin müctəhidləri, alimləri, şəriətlə əməl edən şəriət əhli olan camaatın hamısı buna daxildir. Onların xaricində olanlar da onların hökmlərinin əhatəsinə daxildirlər. Çünki onlara tabedirlər. Buna görə də onların camaatlarından uzaqlaşan hər kəs (cəhənnəmə tərəf getmək üzrə) ayrılandır. Bunlar şeytanın talan etdiyi insanlardır. Bütün bidət əhli olanlar buna daxildirlər. Çünki onlar bu ümmətdə ilk olanlara müxalifət edərlər və onların arasına heç cür qatılmazlar.”155

2. Bundan məqsəd müctəhid, alim imamların camaatıdır. Ümmətin alimlərinin qəbul etdiklərindən kənara çıxan adam cahiliyyə ölümü ilə ölür. Çünki Allahın camaatı156 elm adamlarıdır. Allah onları aləmlərə bir dəlil etmişdir. Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm-: “Şübhəsiz Allah mənim ümmətimi zəlalət üzrə toplayıb bir yerə yığmaz157sözü ilə nəzərdə tutduğu adamlar da bunlardır158.

“Bu fikri qəbul edənlərin arasında Abdullah bin əl-Mübarək, İshaq bin Rahaveyh və sələfdən bir qrup da var. Üsul alimlərinin də fikri bu cürdür.”159

Təqlid və bidət əhli olanlar haqqında da bunları söyləyir: “Vəziyyətin necə olmasından asılı olmayaraq, bunlar ən böyük insanların əksəriyyətinin (“əs-səvadul-azam”) əhatə dairəsinə girməzlər.”160

3. “Camaat - xüsusilə əshabələr mənasındadır. Dinin dirəyini ayaq üstə saxlayanlar, bünövrəsini yerdə möhkəm qoyanlar əshabələrdir. Olduğu kimi, heç cürə zəlalət üzrə bir araya gəlib eyni fikri paylaşmayanlar da onlardır.”161

Bundan sonra bu fikri qəbul edənlər arasında Ömər bin Abdul-Əzizin olduğunu bildirir. İmam Malik də bu məsələdə onun qənaətini dəstəkləmişdir.162

Bundan sonra əş-Şatibi bunları qeyd edir: “Bu fikrə görə “camaat” kəlməsi Peyğəmbərin –cəllalahu aleyhi vəssəlləm- başqa rəvayətdə bildirdiyi “(cəməa) mənim və əshabələrimin üzərində olduğu haldır163 şəklindəki rəvayətinə uyğun gəlir. Sanki bu izah onların söylədikləri, tətbiqatları ilə, ictihad etdikləri məsələlərin qeyd-şərtsiz olaraq dəlil olduğunu bildirən qənaətin əhatəsindəki kimidir.”164

Sonra da bunları söyləyir: “Buna görə onların ortaya atdıqları hər bir iş, hər hansı bir mübahisə mövzusu olmadan bir sünnədir. Başqaları isə belə deyil. Çünki bu məsələdə ictihad əhlinin onu araşdırıb, rədd etmək və ya qəbul etmək imkanları var”. Elə isə bidət əhli olanlar - bu baxışa görə - camaatın əhatəsinə qəti olaraq daxil olmazlar.”165

4. “Cəməa - hər hansı bir iş haqqında ümumi fikrə gələn bütün müsəlmanların camaatı deməkdir. Peyğəmbərinə Uca Allahın onları zəlalət üzrə bir yerə gətirməyəcəyi sözünü verdiyi kəslər bunlardır. Əgər aralarında fikir ayrılığı olarsa, razılaşa bilmədikləri məsələlərdə həqiqəti tapmağa çalışmaq lazımdır.”166

5. “İmam Təbərinin də üstünlük verdiyi fikir budur: “Cəməa bir rəhbərin ətrafında toplaşan müsəlmanlar deməkdir. Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm- ona bağlı qalmağı, rəhbər məsələsində ittifaq etməyi ümmətə əmr etmiş bu məsələdə ayrılığa düşməsini qadağan etmişdir.”167

Bu ifadələrdən sonra əş-Şatibi Təbərinin uzun bir izahını qeyd edir və bunları söyləyir: “Xülasə, camaat, kitab və sünnəyə uyğun hərəkət edən imam ətrafında toplanmaq mənası çərçivəsində dövr edir. Bu isə aydın şəkildə bunu göstərir ki, sünnə olmayan bir məsələ üzərində toplanmaq bəhs edilən hədislərdə qeyd edilən camaat mənasından kənara çıxmaqdadır. Xaricilərlə onların vəziyyətində olanlarda olduğu kimi.”168

Nəticə


Keçmiş əməlisalehlərimizin və alimlərimizin sözlərindən çıxardılan “camaat”ın dini mənası budur:

Camaat - sünnəyə tabe olanlar, haqq əhli və qurtulan firqədir (“firqəyi-naciyə”). Bunlar da Peyğəmbər –cəllalahu aleyhi vəssəlləm-, onun pak ailəsi, əshabələr və qiyamət gününə qədər onlara ixlasla tabe olan hidayət rəhbərləri, elm əhli və möminlərdir.

Camaat - sünnə ətrafında bir yerə yığışıb, onu ittifaqla qəbul edən, haqqın ətrafında və rəhbərlərin yanında toplananlardır. Buna görə də ad və xüsusiyyətləri “əhli-sünnə vəl-cəməa” ifadəsi ilə tərkib edilərək ifadə edilmişdir.

Buna görə onlar həqiqi mənada sünnə əhli olan insanlardır. Onlar sünnəni rəvayət etmiş, qəbul etmiş, ona möhkəm bağlanmış, tabe olmağı tövsiyə etmiş, öyrətmiş və lazım olan şəkildə əməl etmişlər. Bunlar haqq üzrə toplanmaqları, Peyğəmbər və əshabələrinin təqib etdikləri yol ətrafında toplanmaları halında Allah Rəsulunun –cəllalahu aleyhi vəssəlləm- nəzərdə tutduğu camaatı təşkil edirlər. Camaat ifadəsinin ümumi çərçivəsinə bəzi mənaları ilə xüsusiləşdirici ifadələr də – elm əhli və ziyalılar, məsciddəki camaat və buna oxşar – daxildir.



Yüklə 3,05 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə