Sünnəyə münasibətimiz necə olmalıdır?



Yüklə 1,41 Mb.
Pdf görüntüsü
səhifə27/74
tarix07.08.2018
ölçüsü1,41 Mb.
#60960
1   ...   23   24   25   26   27   28   29   30   ...   74

 91
istәrsә dә sonralar qәlәmә alınmış digәr şәrh kitablarına rast gә-
lirik. Mәsәlәn, Kirmaninin, Eyninin, Qәstәllaninin şәrh kitabları 
vardır.  
İmam Müslimin “Sәhih” kitabına da şәrhlәr yazılıb: 
1.  İmam Nәvәvinin “Minhac şәrh Sәhih Müslim ibn әl-
Hәccac” (Müslim ibn әl-Hәccacın “Sәhih hәdislәr kitabı”nın 
şәrh üsulu); 
2. Qazi İyazın “İkmal әl-Mü`lim fi Şәrh Müslim”; 
3. Übbinin “İkmal İkmal әl-Mü`lim”; 
4. Sәnusinin “Mükәmmil  İkmal  İkmal  әl-Mü`lim” adlı 
şәrh kitabları bu qәbildәndir.  
İmam Müslimin hәmin әsәrinә Hind alimlәrindәn Möv-
lana Әhmәd әl-Osmani “Fәth әl-Mülhim bi-Şәrh Sәhih Müslim” 
adlı  şәrh yazıb. Ancaq bu kitab yazılıb başa çatdırılmayıb vә 
araşdırmanın materialları dörd cilddә çap olunub. Dostumuz, 
böyük alim Qazi Şeyx Mәhәmmәd Tәqi әl-Osmani bu qiymәtli 
әsәri yazıb başa çatdırmışdır. Belә ki, o, hәmin kitaba dövrün 
aktual problemlәri ilә bağlı  zәruri mәlumatları  әlavә etmişdir. 
Kitab altı cilddә nәşr edilib.  
İmam Malikin “әl-Müvәtta” kitabına  Әbu Vәlid  әl-Baci 
“әl-Müntәqa”, Süyuti isә “Tәnvir  әl-Hәvalik” adlı  şәrh yaz-
mışdır.  
Әbu Davudun “Sünәn” kitabına İmam Xәttabi vә İbn әl-
Qәyyim tәrәfindәn müvafiq olaraq “Mәalim  әs-Sünәn” vә 
“Tәhzib Sünәn Әbu Davud” adlı şәrhlәr yazılıb. 
Müasir dövrdә Hind alimlәri dә  Әbu Davudun mәlum 
kitabını şәrh etmişlәr. Mәsәlәn, Diyanәvi “Övn әl-Mәbud”, Sә-
harәnfuri “Bәzl әl-Mәchud fi Hәll Әbu Davud”
1
, Şeyx Mahmud 
                                                 
1
 Kitaba Әbülhәsәn әn-Nәdvi müqәddimә, hәdis alimi Kandәhlәvi dә şәrh 
yazıb. 


 92
Xәttab  әs-Sübki “әl-Mәnhәl  әl-Әzib  әl-Mövrud”
1
 adlı  şәrh 
kitabları yazmışlar.  
İmam Tirmizinin “Sünәn” kitabına da şәrhlәr yazılıb. 
Qәdim şәrhlәr arasında İmam Әbubәkr ibn әl-Әrәbinin “Arizә 
әl-Әhvәzi” kitabı daha mәşhurdur. Mәşhur Hind hәdisşünası 
Mübarәkfurinin yazdığı “Töhfә  әl-Әhvәzi” kitabı isә müasir 
şәrhlәrdәndir.  
İmam Nәsainin “Sünәn” kitabı hәlә dә tәdqiq edilmәyib. 
Ancaq Süyuti vә Sindi bu kitabın kәnar vә alt haşiyәlәrindә 
şәrhlәr yazmışlar. Bu şәrhlәr Nәsainin mәlum kitabı ilә birlikdә 
nәşr olunub. 
Bundan tәxminәn iyirmi il әvvәl Hindistana ziyarәtim 
zamanı yerli alimlәrdәn biri, Nәsainin sözügedәn kitabına şәrh 
yazırdı. Bilmirәm, bu iş tamamlanıb ya yox.  
Xәtib Tәbrizinin “Mişkat әl-Mәsabih” kitabına da şәrhlәr 
yazılıb. Belә şәrhlәr arasında Әli әl-Qarinin “Mirqat әl-Mәfatih” 
adlı kitabı daha mәşhurdur. Bu kitab beş cilddә çap olunub. 
Hind alimlәrindәn Übeydullah Mübarәkfuri dә “Mişkat әl-Mә-
sabih” kitabına “Mir`at әl-Mәfatih” adlı qәnaәtbәxş şәrh yazıb. 
Xatırladığıma görә, bu şәrh Hindistanın Faris şәhәrindәki “әl-
Cameә әs-Sәlәfiyyә” nәşriyyatında doqquz cilddә nәşr olunub. 
Dәvәtçilәrin karına gәlәcәk faydalı  şәrhlәrdәn biri dә 
İmam Süyutinin “әl-Ca`me  әs-Sәğir” kitabına böyük alim Әb-
dürrauf Mün`avinin yazdığı  şәrhdir. “Feyz әl-Qәdir fi Şәrh  әl-
Ca`me  әs-Sәğir” adlanan bu şәrh altı cilddә  nәşr edilib. Şәrh 
olduqca faydalı olmağına baxmayaraq, hәlә  dә  tәdqiq edilmә-
yib.  
İmam Nәvәvinin “Riyaz әs-Salihin” kitabına  İbn  Әllan 
“Dәlil  әl-Falihin” adlanan mәşhur  şәrh yazmış, sәkkiz cilddә 
nәşr etdirmişdir. Mәrhum professor Sübhi Saleh dә  İmam Nә-
                                                 
1
 Kitab  mәlumatca zәngindir. On cilddә  nәşr olunsa da, mәrhum Sübkiyә 
onu tamamlamaq nәsib olmayıb.  


 93
vәvinin yuxarıdakı kitabına  şәrh yazıb.  Şәrh “Mәnhәl  әl-
Varidin” adlanır. Professor Mustafa Xinn vә  hәmkarlarının bu 
kitaba yazdıqları “Nüzhә  әl-Müttәqin” adlı  şәrh dә mövcud-
dur.  
İmam Nәvәvinin “әl-Әzkar” kitabına yazılmış  şәrhlәrә 
dә rast gәlirik.  İbn  Әllanın “әl-Fütuhat  әr-Rәbbaniyyә” kitabı 
belә şәrhlәrdәndir. Kitab yeddi cilddә nәşr olunub. 
İmam Nәvәvinin “Qırx hәdis” adlı kiçik hәcmli, ancaq 
faydalı kitabına da çoxlu şәrhlәr yazılıb.  İbn Rәcәb  әl-Hәnbә-
linin yazdığı “Came әl-Ülum vәl-Hikәm”  şәrhi daha mәşhur-
dur. Qeyd edәk ki, İbn Rәcәb bu şәrhdә hәdislәrin sayını әlliyә 
çatdırıb. Professor Mәhәmmәd  әl-Әhmәdi  әbu  әn-Nur hәmin 
bu  şәrhi araşdırmış, üç cilddә  nәşr etdirmişdir.  Şeyx  Şüeyb  әl-
Әrnaut da “Qırx hәdis” kitabını tәdqiq edәrәk şәrh yazmış, on-
dakı  hәdislәri saf-çürük etmişdir.  Şeyx  әl-Әrnautun bu tәdqi-
qatı Beyrutdakı  “әr-Risalә” nәşriyyatında iki cilddә  nәşr olu-
nub.  
İmam Dәhlәvinin “Hüccәtullah әl-Baliğә” kitabı da әhә-
miyyәtli vә әvәzsiz mәnbәlәrdәn biridir. Kitabda hәdislәrin di-
ni vә ictimai hökmlәrindәn bәhs edilir.  
Müdrik dәvәtçi bütün zәruri hәdis kitablarına bәlәd ol-
malıdır.  
Düzdür, imana, tövhidә, ibadәtlәrә, elmә,  әdәb-әrkan 
qaydalarına, zöhdә, qәlb mәnәviyyatına, zikrә, duaya, Qurana, 
yaxşılığa, sileyi-rәhmә, axirәt hәyatına, cәnnәt vә  cәhәnnәmә, 
Peyğәmbәrin hәyatına, döyüşlәrinә, qissә vә islam tarixinә dair 
әdәbiyyat dәvәtçinin diqqәtini hökmlәrlә birbaşa әlaqәli hәdis-
lәrdәn daha çox çәkir. Ancaq geniş dünyagörüşünә malik müd-
rik dәvәtçi hәdislәrlә  әlaqәli bütün, hәtta hökm mәsәlәlәrinә 
dair kitablardan istifadә etmәlidir.  
 
 
 


 94
 
Dəlil göstəriləcək hədisin 
səhihliyinin araşdırılması 
 
Dәvәtçilәr müәyyәn mәsәlә ilә әlaqәdar hәdis dәlil gәti-
rәrkәn onun sәhih olub-olmadığını araşdırmalıdırlar.  Әslindә, 
bütün alimlәr buna әmәl etmәlidirlәr; onlar mötәbәr mәnbәlәrә 
istinad etmәli, islam mәdәni fikrini uydurma, “zәif” hәdislәr-
dәn tәmizlәmәlidirlәr. Bu cür hәdislәr dini kitabların çoxunda 
özünә möhkәmcә yer edib; mәqbul vә qeyri-mәqbul arasında 
heç bir fәrq qoyulmayıb, sәhih vә ya “hәsәn” hәdislәr digәr növ 
hәdislәrlә  sәhv salınıb. Bu vә ya digәr hәdisin dillәrdә dolaş-
mağı, kitablarda tez-tez işlәnmәyi bәzi insanları aldadıb; hәmin 
insanlar elә hesab edirlәr ki, bir hәdisin dillәrdә dolaşmağı, ki-
tablarda özünә yer etmәyi onun sәhihliyi vә mәqbul sayılmağı 
üçün kifayәtdir.  
Hәdisşünas alimlәrә yaxşı  mәlumdur ki, dillәrdә dola-
şan, elm sahiblәrinin kitablarında tez-tez istifadә olunan, bir 
alimdәn digәrinә  nәql edilәn elә  hәdislәr var ki, ya olduqca 
“zәif”dir, ya da uydurmadır.  
Bu sәbәbdәn bir sıra hәdis alimlәri dillәrdә dolaşan mәş-
hur hәdislәrin saf-çürük edildiyi kitablar qәlәmә almışlar. Mә-
sәlәn: 
1.  İmam Zәrkәşinin “әt-Tәzkirә bil-Әhadis  әl-Müştә-
hirә”; 
2. İbn Dәybәnin “Tәmyiz әt-Tәyyib min әl-Xәbis fima yә-
dur әla Әlsinә әn-Nas min әl-Hәdis”; 
3. Hafiz ibn Hәcәrin “әl-Lali  әl-Mәnsurә fil-Әhadis  әl-
Mәşhurә”; 
4. İmam Süyutinin “әd-Dürәr әl-Müntәşirә fil-Әhadis әl-
Müştәhirә”;  


Yüklə 1,41 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə