Yaqub Mahmudov, Carnal Mustafayev
m əhv etdi. Yalmz toplardan atılan bir saatlıq atəşdən sonra qayıqlardan düzəl-
dilmiş sədd dağıdıldı və çay öz əvvəlki məcrasına qayıtdı.73 İbrahimxəlil xanın
keçirdiyi bu uğurlu əməliyyat nəticəsində Qacar ordusu Araz çaymı keçmək üçün
ən azı bir həftə vaxt itirməli oldu.
Lakin Qacar ordusunun Şuşa istiqamətində hərəkəti Araz çayını keçdikdən
sonra da asan olmadı. Jan Gevr yazır ki, cəsur Qarabağ döyüşçüləri yerli şəraitə
bələd olmayan Qacar ordusu üzərinə qəfıl hücumlar edir və ona ağır zərbələr
vururdular. Belə hücumlardan birində Qacar ordusu 2 min əsgər itirmişdi.74 Qacar
ordusunu bütün yol boyu təqib etmək və ona vaxtaşırı zərbələr endirmək barədə
əm r verən İbrahimxəlil xan əsas diqqəti Şuşanın müdafıəsinə yönəltmişdi. Şə-
hərin qala divarlarının çox etibarlı olduğuna əmin olan Qarabağ xanı uzun-
müddətli mühasirəyə hazırlaşırdı. Onun əmri ilə yaradılmış xüsusi dəstələr ətraf
kənd və qəsəbələrdən ərzaq tədarük etməklə məşğul idi. Ş əhər əhalisinə isə
Topxarıa m eşəsi
Ş U Ş A - P Ə N A H A B A D
mümkün qədər çox ərzaq ehtiyatı toplamaq tapşırığı verilmişdi. Bütün bu işləri
başa çatdırmaq üçün isə Şuşa istiqamətində hərəkət edən Qacar ordusunu
mümkün qədər ləngitmək lazım idi. Bu vəzifənin öhdəsindən isə Əskəran qala-
larının müdafıəçiləri gəldilər.
Əskəran qalalarına yaxınlaşan Qacar ordusu onu mühasirəyə alaraq güclü top
atəşinə tutmağa başladı. Lakin şahın topları çox möhkəm olan qala divarlarmı
dağıda bilmədi. Bundan sonra düşmən əsgərləri qala divarlarınm altından lağım
atıb onu barıtla partlatmaq qərarına gəldilər. Lakin az sonra məlum oldu ki, qala
divarlan sərt qayalar üzərində tikildiyindən onun altını qazmaq mümkün deyil.75
Belə olduqda Ağa M əhəm m əd şah öz topçularma qalanın içərisini fasiləsiz atəşə
tutmaq haqqında əm r verdi. Qalanın müdafıəçiləri isə düşmənə təslim olmaq
niyyətində deyildilər. Jan Gevrin məlumatına görə, Qacar ordusu ən azı dörd
gün ərzində qalanın müdafıəçilərinin müqavimətini qıra bilmədi. Hücum nərdi-
vanları vasitəsilə qalaya daxil olmaq cəhdi də uzun müddət istənilən nəticəni
vermədi. Divarların üstünə qalxan düşmən əsgərləri qala müdafıəçilərinin sərrast
atəşi ilə yerə sərilirdilər. Buna baxmayaraq, Ağa Məhəmməd şah hücumu da-
yandırmamağı əm r etdi. Yalnız bundan sonra düşmən şərq tərəfdən qalanın içə-
risinə daxil ola bildi. Əlbəyaxa döyüşə başlayan qala müdafıəçiləri son nəfərə
qədər həlak olsalar da, düşmənə təslim olmadılar. Qacar ordusu Əskəran uğrunda
gedən döyüşlərdə iki min əsgər itirdi.76 Ən başlıcası isə Əskəran qalalarınm
müdafıəçiləri Qacar ordusunun Şuşaya yaxınlaşmasını bir neçə gün ləngitməklə
İbrahimxəlil xana şəhərin müdafıəsi üçün zəruri olan bütün işləri başa çatdırmaq
üçün vaxt qazandırdılar.
Əskəran qalalarını ələ keçirən Qacar ordusu Şuşaya yaxınlaşdı və onu müha-
sirəyə aldı. Ağa M əhəm m əd şah öz topçularına dağıntı əm ələ gələnə qədər qala
divarlarının eyni nöqtəsinə atəş açmağı əm r etdi. Bunun heç bir nəticə vermədi-
yini görüb Təbrizdən gətirdiyi dörd ağır topu işə saldı. Yalnız bundan sonra Şu-
şanm qala divarlarında müəyyən dağıntılar yaranmağa başladı. Lakin düşmənə
təslim olmağı ağıllarına belə gətirməyən şuşalılar düşmənin gecələr top atəşinə
fasilə verməsindən istifadə edib qala divarlarınm uçurulmuş yerlərini bərpa et-
m əyə nail oldular. Belə olduqda Ağa M əhəmm əd şah qalanı gecə-gündüz fasi-
ləsiz top atəşinə tutmağı əm r etdi. Bununla da şuşalılar qala divarlarımn dağılmış
yerlərini bərpa etm ək imkanmdan məhrum oldular.77
Şuşanın Qacarın əlinə keçməsi təhlükəsinin getdikcə reallaşdığmı görən İb-
rahimxəlil xan vəziyyətdən çıxmağın yeganə yolunu düşmən artilleriyasım məhv
Yaqub Mahmudov, Camal Mustafayev
etməkdə gördü. O, yaxşı silahlanmış kiçik dəstə ilə qəflətən şəhərdən çıxaraq,
Qacar ordusunun topxanasına hücum etdi. Qarabağ xanının niyyətini başa düşən
Ağa M əhəmm əd şah əks-tədbir gördü. O, ordusunu iki hissəyə bölərək, onun
bir hissəsinə hücum edən qarabağlıların qarşısım almağı, digər hissəsinə isə
mümkün olarsa, qala divarlarının dağıdılmış hissəsindən şəhərə daxil olm ağı,
bu, mümkün olmadıqda isə İbrahimxəlil xamn geriyə qayıdan yolunu kəsm əyi
əm r etdi. Lakin Şuşanın müdafiəçiləri qala divarlarımn uçurulmuş yerini sürətlə
bərpa edərək düşmənin planını pozdular.78
İbrahimxəlil xanın başçılıq etdiyi dəstə isə düşmənin dəfələrlə üstün olan
ordusu ilə qanlı döyüşə girdi. Qarabağlılar bu döyüşdə böyük itki versələr də,
öz məqsədlərinə çatdılar. Düşmənin topxanası, demək olar ki, tamamilə m əh v
edildi. Lakin hücum edənlərin arxaya yolu kəsildiyindən onlar düşmən m ühasi-
rəsindən çıxaraq şimala tə rə f hərəkət etməyə başladılar. İbrahimxəlil xam ə lə
keçirməyə çalışan Ağa M əhəm m əd şah onun arxasınca iki min nəfərlik ordu
göndərdi. Bu ordu İbrahimxəlil xanı Tərtər çayını keçərkən haqlasa da, öz m əq-
sədinə çata bilmədi. Onu təqib edənlərə ağır zərbə vuran Qarabağ xanı özünü
Car-Balakənə - qohumu Ö m ər xanın yanına çatdıra bildi.79
İbrahimxəlil xamn Şuşanı tərk etməsi onun müdafiəçiləri arasında ciddi
qorxu və məyusluq yaratdı. Yaranmış vəziyyətdən istifadə edən Ağa M əhəm -
məd şah şuşalılara müqavimət göstərməyin mənasız olduğunu bildirdi və şəhəri
təslim etməyi tələb etdi. Şah şuşalılara söz verirdi ki, təslim olacaqları halda on-
ların həyatı və əmlaklarınm toxunulmazlığına təminat verir. Əks təqdirdə o, Şu-
şam da Kirman və Tiflis şəhərləri kimi dağıdacağı, bütün kişiləri edam edəcəyi,
qadınları isə əsgərlərə paylayacağı ilə hədələyirdi. Şəhər başçıları uzun müza-
kirələrdən sonra əhalinin təhlükəsizliyinə təminat almaq şərti ilə Şuşanı Qacara
təslim etmək qərarına gəldilər. İbrahimxəlil xanın Qacar ordusunun topxanasını
məhv etməsindən iki gün sonra Ağa M əhəmməd şah Şuşaya daxil oldu. Lakin
onun Şuşada hökmranlığı uzun çəkmədi və tezliklə öz xidmətçiləri tərəfindən
qətlə yetirildi.80 Başsız qalan İran ordusu tələsik Şuşanı tərk etdi. Beləliklə, Şu-
şada hökmranlıq etmək istəyən Ağa M əhəmməd şah burada həyatını itirdi. Az
sonra Şuşaya qayıdan İbrahimxəlil xan Qarabağ xanlığında öz hakim iyyətini
davam etdirdi.
ŞUŞANIN - PƏNAHABADIN
GÖRKƏMLİ ŞƏXSİYYƏTLƏRİ
M olla Pənah Vaqif
(1 7 1 7 -1 7 9 8 )
Xurşidhanu Natəvan
(1 8 3 2 -1 8 9 7 )
M ir Möhsün N əvvab
(1 8 3 3 -1 9 1 8 )
N ə c ə fb ə y Vəzirov
(1 8 5 4 -1 9 2 6 )
Firidun h əy K öçərli
( 1 8 6 3 -1 9 2 0 )
Qasım b əy Zakir
(1 7 8 4 -1 8 5 7 )
Əbdürrəhim həy H aqverdiyev
Əhm əd b əy Ağaoğlu
Yusif Vəzir Çəm ənzəm inlı
(1 8 7 0 -1 9 3 3 )
(1 8 6 9 -1 9 3 9 )
(1 8 8 7 -1 9 4 3 )