Bülbül
Xan Şuşinski
R ə şid B ehbudov
(1 8 9 7 -1 9 6 1 )
(1 9 0 1 -1 9 7 9 )
( 1 9 1 1 -1 9 8 9 )
S əm əd bəy M ehmandarov
(1856-1931)
Yaqub Q uliyev
( 1 9 0 0 -1 9 4 2 )
X ə lil M əm m ədov
(1 9 1 6 -1 9 8 9 )
X osrov b əy Sultanov
Aslan Vəzirov
(1 8 7 9 -1 9 4 1 )
( 1910-J988)
m
ä
ŞUŞANIN - PƏNAHABADIN ƏHALİSİ
Azərbaycanın görkəmli dövlət xadimi, Qarabağ xanlığınm banisi Pənahəli
xan Cavanşir tərəfındən xanlığın paytaxtına çevrilmiş Şuşanın - Pənahabadın
əhalisi Azərbaycan türklərindən ibarət idi. Bunu şəhərin bütün m əhəllə adlannın
(Təbrizli, Culfalar, Hacı Yusifli, Merdinli, Saatlı, Köçərli, Xoca Mərcanlı və s.)
Azərbaycan türkcəsində olması da sübut edir.
Şuşanın Azərbaycan şəhəri olduğunu, burada yaşayan əhalinin əksəriyyətini
azərbaycanlılar təşkil etdiyini Rusiya işğalından sonra - XIX əsrin əvvəllərində
rus məmurlan tərəfındən tərtib edilmiş rəsmi sənədlər də təsdiq edir. Belə sə-
nədlərdən birinin verdiyi məlumatdan aydın olur ki, Şuşamn ən qədim məhəlləsi
olan, sonralar Aşağı məhəllə adlandırılan Təbrizli məhəlləsində yaşayan 162 ai-
lənin hamısı azərbaycanlılardan ibarət idi.81 Bu həm də onu sübut edir ki, Şuşanın
əsası qoyulan dövrdə orada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrlərdə
şəhərdə əhalinin sayı başqa yerlərdən köçüb gələnlərin hesabına sürətlə artmışdı.
Bir tərəfdən çox əlverişli coğrafı mövqeyə malik olması, digər tərəfdən isə Qa-
rabağ xanlığımn inzibati mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali
üçün çox cəlbedici edirdi. Elə bunun nəticəsi idi ki, XVIII əsrin sonu —
XIX əsrin
ə w əllərin d ə Şuşada yaşayan əhalinin xeyli hissəsini xanlığın Dəmirçihəsənli,
Kəbirli, Dizaq, Cavanşir, Otuziki, İyirmidörd, Xaçın və başqa mahallarmdan
köçüb gələnlər təşkil edirdi. İlk m ənbələr sübut edir ki, XVIII əsrin sonu —
XIX əsrin əw əllərin d ə şəhərdə 2 mindən çox ailə yaşayırdı.8- Bu da o deməkdir
ki, həmin dövrdə Şuşa şəhərinin əhalisi təqribən 10 min nəfərə bərabər idi.
Şuşanın qısa müddət ərzində sürətlə böyüyərək mühüm ticarət və sənətkarlıq
mərkəzinə çevrilməsi Qarabağ xanhğında əhalinin xeyli hissəsinin buraya köç-
məsinə səbəb oldu. Köçüb gələnlər arasında mənşəcə alban olan, lakin erməni
kilsəsinin təsiri altında qriqoryanlaşmış və erməniləşmiş əhalinin nümayəndələri
də var idi.83
59
Yaqub Mahmudov, Camal Mustafayev
Gənc Şuşa bəyi
G əncŞuşa xanımı
XVII
əsrdə və XVIII əsrin əvvəlində Qa-
rabağın dağlıq hissəsində beş alban xristian
məlikliyi (Xaçın, Çiləbörd, Gülüstan, Və-
rəndə və Dizaq) mövcud idi. Bu məlikliklər-
dən Xaçın məlikliyinin tarixi daha qədim
olub, vaxtilə Albaniyanı idarə etmiş Mehra-
nilər sülaləsinə gedib çıxır.84 XIII əsrdə bu
quruma başçıhq etmiş H əsən Calal özünü
«Alban çarı», «Alban hüdudlarının hakimi»,
«Xaçın və Arsax (Ərsak - Y .M ., C.M.) ölkə-
sinin knyazı» adlandırırdı.85
Xaçın məlikliyi istisna olmaqla qalan dörd
alban məlikliyi Qarabağa gəlm ə idilər. Mirzə
Adıgözəl bəy yazır ki, Dizaq hakimi olan
Məlik Yeqan Qarabağa XVIII əsrin əvvəllə-
rində gəlmiş və daşıdığı «m əlik» tituluna
Nadir şah tərəfındən layiq görülmüşdü.86 Və-
rəndə məlikliyinin Qarabağda yaranma tarixi
1603-cü ilə aiddir.87 Bu m əlikliyin əsasını
Göyçə əsilzadələrindən olan v ə yaşadığı
yerdə məruz qaldığı təqiblərdən yaxa qurtar-
maq üçün Qarabağa qaçmış M əlik Şahnəzər
qoymuşdu. Mirzə Adıgözəl bəyin Talış ad-
landırdığı Gülüstan m əlikliyinin hakimləri
Qarabağa Şirvandan gəlm işdilər.88 Çiləbörd
məlikliyinə başçılıq etmiş Məlik Yesai 1687-ci
ildə Sünik hakimini öldürdükdən sonra Qara-
bağa qaçmış və XVIII əsrin 30-cu illərində
Nadir şahın Osmanlı Türkiyəsinə qarşı apar-
dığı müharibələr zamanı «göstərdiyi xidmətə
görə» sultan tituluna layiq görülm üşdü.89
Beləliklə, m ənşəcə alban olan Qarabağ
məlikliklərinin əhalisinin etnik m ənşə ba-
xımından müasir erm ənilərlə heç bir əla-
qəsi yoxdur. Və bu məlikliklərin dördünün
Ş U Ş A - P Ə N A H A B A D
(Çiləbörd, Gülüstan, Vərəndə və Dizaq)
əhalisi Qarabağın yerli əhalisi deyildi.
Qarabağa Azərbaycanın başqa yerlərin-
dən köçüb gəlmişdilər.
XIX
əsrin əvvəllərinə aid statistik
məlumatlar göstərir ki, xristian əhali
Qarabağ xanlığınm əhalisinin olduqca
az bir qismini təşkil edirdi. «Qarabağ
əyalətinin təsviri»ndə verilmiş məlu-
matlardan aydın olur ki, 1823-cü ildə
Qarabağ xanlığında yaşayan 20035 ailə-
dən 15729-unu azərbaycanlı, 4366-smı
isə m ənbədə düzgün olmayaraq «ermə-
ni» kimi qələm ə verilən alban-xristian
ailələri təşkil edirdi.90
Yeri gəlmişkən, haqqında bəhs etdi-
yimiz «Qarabağ əyalətinin təsviri» de-
moqrafık proseslərin heç də azərbay-
canlılar üçün əlverişli olmayan bir dövrdə
tərtib edildiyindən bölgədəki etnik mən-
zərəni olduğu kimi əks etdirmir. Belə ki,
1804-1813-cü illər Birinci Rusiya-İran
müharibəsinin törətdiyi kütləvi aclıq, da-
ğıntı və xəstəliklər, eləcə də müharibə-
dən sonrakı illərdə Qarabağ xanlığında
tətbiq edilən amansız işğal rejimi burada
azərbaycanhlann sayının kəskin şəkildə
, ,
,
,
„
,
Gənc şuşah tacır M əhəm m əa bəy
azalmasına səbəb olmuşdu. Rus generalı
Me/jparə
xammla
P.S.Kotlyarevskinin bu dövrə aid raport-
lanndan birində göstərilirdi ki, Qarabağ xanlığının Rusiyanın tərkibinə qatıldığı
1805-ci
ildən keçən 7 il ərzində bu xanlıqda yaşayan 4845 azərbaycanlı ailəsi öz
yaşayış yerini tərk edərək İrana qaçmağa məcbur olmuşdur.fl Bu proses sonrakı
illərdə də davam etmişdir. Rusiya işğal rejiminin amansız təqiblərinə tab gətirə
bilməyən sonuncu Qarabağ xanı Mehdiqulu xan 1822-ci ildə İrana qaçmağa məc-
bur olmuş və bu zaman özü ilə xeyli azərbaycanlı ailəsini də aparmışdı.