Yaqub Mahmudov, Camal Mustafayev
Ağa Məhəmməd xan Qacar Azərbaycanm şimal xanlıqlarım tabe etmək üçün
ilk cəhdi 1793-cü ildə göstərdi. Həmin vaxt Təbrizə göndərilmiş Süleyman xan
Qacar Azərbaycan xanlarmı könüllü olaraq Ağa M əhəmməd xanın hakimiyyətini
qəbul etməyə razı salmalı idi. Lakin Azərbaycan xanlarının əksəriyyəti onunla
danışıqlar aparmağa belə meyil göstərmədilər. Qarabağ xanı İbrahim xəlil xan
isə Ağa Məhəmməd xanın təklifıni nəinki qəbul etmədi, hətta onu hökmdar kimi
tanımaqdan belə imtina etdi.67
Qarşısına qoyduğu m əqsədə dinc yolla nail olmayan Ağa M əhəm m əd xan
1794-cü ildə hərbi əməliyyatlara başladı. Qacar ordusu Xudafərin körpüsündən
Arazı keçib Qarabağa hücum etdi. Lakin İbrahimxəlil xanın və K artli-K axetiya
çarı II İraklinin birləşmiş qü w ələri Ağa M əhəmm əd xanın ordusunu m əğlubiy-
yətə uğradıb, Araz çayından cənuba doğru geri çəkilməyə məcbur etdi.68 Lakin
bu uğursuzluq Ağa M əhəm m əd xanın Qarabağ xanlığmı işğal etmək planmdan
əl çəkməsi demək deyildi.
Əskəran qalası
Xan atı
Xanlıq atı
Ş U Ş A - P Ə N A H A B A D
Bu dövrdə Şimali Azərbaycanda vahid dövlətin olmaması ölkənin müdafiə-
sini olduqca çətinləşdirirdi. Azərbaycan xanlarının əksəriyyəti Osmanlı Türki-
yəsi, Rusiya və Qacarlar dövləti arasında manevr etməklə öz hakimiyyətlərini
qorumağa çalışırdılar. Ağa M əhəmməd xanın hücum təhlükəsindən böyük təlaş
keçirən yerli hakimlərin bir qismi silahlı müqavimət göstərmək üçün yollar ara-
yır, digər qismi ona hədiyyələr hazırlayır, üçüncülər isə heç nəyə ümid bəslə-
m əyərək ailələri ilə birlikdə müdafıə olunmaq üçün sığınacaq axtarırdılar.
Bununla belə, Azərbaycan xanlannın bir çoxu kimi, Şuşa qalasını alınmaz qalaya
çevirmiş İbrahimxəlil xan da müstəqilliyini qoruyub saxlamaq üçün silahlı
qüvvələrini möhkəmləndirirdi.
1795-ci ilin iyulunda 85 min nəfərlik Qacar ordusu Araz çayını keçərək Şimali
Azərbaycana hücum etdi. Öz ordusunu üç hissəyə bölən Ağa M əhəmməd xan
onun birinci hissəsinə İrəvan, ikinci hissəsinə Muğan, üçüncü hissəsinə isə Qa-
rabağ istiqamətində hərəkət etmək əmri verdi. Ordunun Qarabağ istiqamətində
h ərəkət edən hissəsinə Ağa M əhəmməd xanın özü başçılıq edirdi. Sürətlə hərə-
kət edən bu ordu 1795-ci il iyulun sonlannda Şuşaya yaxınlaşdı. Hadisələrin müa-
siri olmuş P.Q.Butkovun verdiyi məlumata görə, bu ordunun ayn-ayrı hissələrinə
fransız zabitləri rəhbərlik edirdi və onlar fransız silahları ilə silahlanmışdılar.69
Q acar ordusunun çox böyük üstünlüyünə baxmayaraq, Ağa M əhəm m əd xanın
Şuşam hücumla ələ keçirmək cəhdi baş tutmadı. Bir tərəfdən şəhərin çox güclü
hərbi-strateji mövqeyə və müdafiə qurğularına malik olması, digər tərəfdən isə
Qarabağ əhalisinin öz doğma torpaqları uğrunda ölüm-dirim savaşına qalxması
Qacara öz planını həyata keçirmək imkanı vermədi. Vəziyyəti belə görən Qacar
Şuşanı mühasirəyə alıb əhalini aclıq yolu ilə təslim olmağa məcbur etmək qəra-
rına gəldi. Eyni zamanda düşmən artilleriyası Şuşanın qala divarlarını fasiləsiz
atəşə tutmaqla onu dağıtmağa çalışırdı. Lakin bu da gözlənilən nəticəni vermədi.
Jan Gevr yazırdı: «Ağa M əhəmməd xan ilk baxışda müşahidə etdi ki, bu hasara
onun topları kar etməyəcək. Bir müddət toplardan atəş açıb bir daha əmin oldu
ki, toplar qalanın hasarını dağıtmağa qadir deyil, bu işdən əl götürdü, nəticəsi ol-
mayan işə vaxt və barıt sərf etmək istəmədi».70 Şuşalıların iradəsini qırmağın
mümkün olmadığını görən Qacar İbrahimxəlil xanı dilə tutmağa cəhd göstərdi.
Lakin bu da uğursuz oldu. Otuz üç gün davam edən hücumun heç bir nəticə ver-
mədiyini və şuşalıların müqavimətini qırmağın mümkün olmadığını görən Ağa
M əhəmm əd xan şəhərin mühasirəsindən əl çəkməyə məcbur oldu və öz ordu-
sunu Gürcüstana yeritdi. 1795-ci il sentyabnn 12-də Qacar Tiflisi ələ keçirdi.
49
Yaqub Mahmudov, Camal Mustafayev
Qacar ordusu 1795-ci ilin noyabrmda Gürcüstanı tərk edərək Muğana gəldi.
Ağa Məhəmməd xan burada düşərgə salmaqla Azərbaycanın tabe olmaqdan im tina
edən bütün şimal xanlıqlarım, ilk növbədə isə Qarabağ xanlığını itaətə m ə cb u r
etmək məqsədi güdürdü. Lakin o, öz məqsədinə bu dəfə də nail ola bilmədi. Ək-
sinə, xeyli itkilər verdi. Bu dövrdə Azərbaycanda geniş miqyas almış partizan
müharibəsi nəticəsində Qacann çoxlu əsgəri qüw əsi məhv edildi. Qacar ordusu
Qarabağda daha böyük itkilərə məruz qaldı. Qacann hərbi qüw ələrinə qarşı m üba-
rizəyə şəxsən rəhbərlik edən İbrahimxəlil xan döyüşlərin birində Qacar ordusuna
ağır zərbə vuraraq 8 min nəfər gürcünü əsirlikdən azad etdi.71 Bir tərəfdən yerli
əhalinin ciddi müqaviməti ilə qarşılaşan, digər tərəfdən isə Rusiya ordusunun C ə-
nubi Qafqaza hücumunun başlanması xəbərini alan Ağa M əhəmməd xan 1796-cı
ilin əw əllərində Azərbaycanm şimal torpaqlarını tərk etməyə məcbur oldu.
1796-cı ildə Rusiya qoşunlarının Azərbaycanm X əzərsahili v ilay ətlərin ə
yürüşü iflasa uğradıqdan sonra artıq şah titulunu qəbul etmiş Ağa M əh əm m əd
şah Qacar yenidən Cənubi Qafqazı itaət altına almaq qərarına gəldi. Y ü rü şdən
əvvəl Azərbaycan xanlarına ünvanlanmış şah fərmanmda onlardan qeyd-şərtsiz
tabe olmaq tələb olunur, əks halda amansız şəkildə cəzalandırılacaqları ilə h ə -
dələnirdilər. 1795-ci ildə Şuşa ətrafındakı uğursuzluğu unutmayan Qacarın İb-
rahimxəlil xana ünvanlanmış fərmanı daha qəzəbli tonda yazılmışdı: « Ə g ər o,
sağ qalmaq istəyirsə, hakimiyyəti oğluna təhvil verib Məkkə ziyarətinə getsin».72
Hadisələrin sonrakı gedişi göstərdi ki, İbrahimxəlil xan Ağa M əhəm m əd şah ın
bu hədələrindən nəinki qorxmadı, əksinə, onunla döyüşmək üçün daha ciddi h a-
zırhqlar görməyə başladı.
1797-ci ilin ilk baharmda Ağa M əhəmməd şah güclü ordu ilə növbəti d ə fə
Qarabağ istiqamətində hücuma başladı. Qacar ordusunun hərəkətini diqqətlə iz-
ləyən Qarabağ xanı qabaqlayıcı zərbələr endirməklə onun irəliləm əsinə m ane
olmağa çalışdı. Beləliklə, Qacar ordusu qarabağlılardan ilk zərbəni hələ A raz
çaymı keçməzdən ə w ə l aldı. İbrahimxəlil xanın əmri ilə Xudafərin körpüsü uçu-
rulduğundan Ağa M əhəm m əd şah ordusunu Arazdan keçirmək üçün qayıqlardan
istifadə etmək qərarına gəldi. Qayıqları isə ölkənin içərilərindən Araz qırağına
gətirm ək üçün bir neçə gün vaxt lazım olduğundan Qacar ordusu Arazın cən u b
sahilində düşərgə salıb gözləm əyə məcbur oldu. Bundan istifadə edən İbrahim -
xəlil xan öz sərəncamında olan bir neçə qayığı daşla doldurub Arazın qabağını
kəsdirdi. Gecə vaxtı həyata keçirilən bu əməliyyat nəticəsində Araz çayı Q acar
ordusunun düşərgəsinə yönələrək onun ərzaq və sursat ehtiyatınm xeyli hissəsini
Ş U Ş A - P Ə N A H A B A D
A ğ a M əh əm m əd şah Q acarın hücumu dövründə Q arabağ xanı İbrahimxəlil xanın sıl-
dırım q ayalar qoynundakt sığınacaq evi
51