14
rus fizioloqu A.F.Lebedev tərəfindən tədqiqatlar vasitəsilə çox
geniş öyrənilmişdir.
Suvarma əkinçiliyi ilə bilavasitə əlaqədar olan torpağın su xas-
səsinin öyrənilməsiV.V.Dokuçayevin, A.A.İmaylovskinin,
P.A.Kostıçevin, Q.N.Vısotskinin, P.S. Kostıçevin, V.Q.Rotmistro-
vun və digər alimlərin əsərlərində geniş işıqlandırılmışdır.
Suvarma əkinçiliyi necə bir dərslik fənni kimi ilk dəfə proqram-
laşdırılmış şəkildə Hidromeliorasiya fakültəsinin tələbələri qarşı-
sında S.K.Kondraşev tərəfindən mühazirə oxunmuşdur. Beləliklə
ayrı-ayrı alimlərin çox saylı tədqiqatlarının nəticələrinə əsasən
suvarma əkinçiliyinin necə bir elm kimi bioloji və aqrotexniki
əsası qoyuldu.
Hazırda kənd təsərrüfatı ilə əlqədar alim və mütəxəssislər su-
varmaya dair öz elmi tədqiqat işlərini daha müasir, daha təkmilləş-
dirilmiş yeni üsullar axtarışına yönəldərək, suvarılan torpaqların
yüksək effektivliyini, əlverişli suvarma rejimini, suvarılan bitkinin
aqrotexnikasını, suvarılan torpaqların şoranlaşa bilməsini və çirk-
lənməsini qabaqcadan xəbərdarlıq edilməsi kimi mühüm məsələlər
üzərində davam etdirirlər. Həmin problemlər üzərində kənd
təsərrüfatı elmi tədqiqat institutlarının, elmi-dayaq məntəqələrinin
əməkdaşları və digər alimlər tədqiqat işlərini davam etdirirlər.
Arxeloji qazıntılardan və tarixi mənbələrdən göründüyü kimi
Azərbaycan qədim əkinçilik mədəniyyəti ölkəsi olub münbit tor-
pağı, əlverişli iqlimi əhalinin kənd təssərrüfat bitkilərindən yüksək
məhsul götürmələrinə şərait yaratmışdır. Ölkənin ərazisi haqqında
ilk yazılı məlumat yunan tarixçisi Starabonun “Coğrafiya” kita-
bında romalıların sərkərdə Qney Pompeyin e.ə. 66-65-ci illərdə
Zaqafqaziya hərbi səfərinə əsaslanaraq verdiyi məlumatdır.
Məlumatda göstərilir ki, Albaniyanın ərazisi olan Mil və Muğan
düzləri haqqında həmişə yaşıl olan bu düzən Vavilion və Misirdə
olduğundan daha çox suvarılır və burada ildə 2-3 məhsul əldə
etmək olar. Arazın vadisi olan bu düzün torpaqları olduqca
münbitdir.
15
2.2. Suvarma əkinçiliyinin inkişaf yolları
Suvarma əkinçiliyi Neolit döründən məlumdur. Qədim Şərq
ölkələrində çayların daşması ilə ilk əkinçilik mədəniyyətləri əmələ
gəldi.Belə ki, sel suları yatdıqdan sonra toxumu çökmüş lilə bas-
dırır, torpağı əkib-şumlamadan bitkiləri becərirdilər.Tarixi mənbə-
lərdən məlum olur ki, suvarma əkinçiliyinin ibtidai forması olan
toxa əkinçiliyi belə yaranmışdı.İsti, quru iqlimi olan Şərq ölkə-
lərində əkinçilik süni suvarmaya əsaslandığı göstərilir.
Əkinçilik mərkəzlərinin bəzilərinin dağətəyi ərazilərdən daha
məhsuldar allüvial-çəmən torpaqları olan çay vadilərinə enməsi
nəticəsində eramızdan 6-7 min il əvvəl Nil, Dəclə-Fərat, Hind çay-
larının sahillərində böyük suvarma əkinçiliyi mədəniyyəti mərkəzi
yarandı.Əkinçiliyin qeyd edilən istiqamətdə inkişafı bu ərazilərdə
sinifli cəmiyyətlərin, o cümlədən iri dövlət birləşmələrinin yaran-
masının əsas səbəblərindən biri idi.Bu dövlətlərdə suvarma sistem-
lərinə xidmət edən və böyük elmi təcrübi əhəmiyyətə malik olan
elmi biliklərin toplanmasına əsas diqqət yetirilirdi.Belə ki, Nil
daşqınlarının əkin sahələrini suvarmaqla və lil hissəcikləri ilə güb-
rələməklə yanaşı, ilin isti fəslində torpağın səthində toplanmış
duzları yuyub aparılmasının torpağın münbitliyi üçün əhəmiyyəti
qədim misirlilərə məlum idi.
Misirdən sonra suvarma əkinçiliyi mədəniyyətinin ikinci böyük
mərkəzi olan Mesopotomiyada da torpaq sahələrinin uçota alın-
ması və qiymətləndirilməsi sistemindən ibarət torpaq kadastrı
mövcud idi.Ölkənin ən qədim sakinləri olan şumerlər və akkadlar
torpaqları keyfiyyətinə görə fərqləndirməyi bacarırdılar.
Orta Asiya, Zaqafqaziya və Cənubi Sibirin qədim suvarma
rayonlarında aparılan arxeoloji və tarixi tədqiqatlardan məlum olur
ki, ibtidai toxa əkinçiliyi intensiv tarlaçılığa bilavasitə suvarma
əkinçiliyindən keçmişdır.Suvarılan sahələrdə əsasən çəltik, buğda,
arpa, qarğıdalı, tərəvəz, pambıq, sorqo meyvə və digər bitkilər
becərilirdi.
Dünyada kifayət qədər su çatışmayan bölgələrdə kənd təsərrü-
fatı bitkilərindən yüksək və sabit məhsul götürmək üçün suvarma
16
ən vacib, təxirəsalınmaz amillərdən biri hesab olunur.
Torpağın digər amillərlə yanaşı su ilə sıx surətdə qarışılıqlı əla-
qədə olması, bitkilər tərəfindən işığın mənimsənilməsi prosesinin
sürətlənməsinə nail olur ki, bu da öz növbəsində yüksək məhsul
götürülməsində mühüm rola malikdir.
Suvarma bitkilərin torpaqdakı mineral maddələrin və torpağa
verilən gübrələrin, qida elementlərinin tam mənimsənilməsi üçün
çox əlverişli imkan yaratmaqla bərabər kimyalaşdırmanın kənd
təsərrüfatında tətbiqinə geniş şərait yaradır.
Beləliklə, suvarma əkinçiliyi şəraitində yalnız kənd təsərrüfa-
tının intensivləşdirilməsi, suvarılması, kimyalaşdırılması və komp-
leks mexanikləşdirilmənin birgə yüksək səviyyədə tətbiqi sayə-
sində məhsuldarlığı maksimum inkişaf etdirmək olar. Bütün bunlar
suvarılan torpaqlardan daha məhsuldar istifadə edərək, kənd
təsərrüfatı məhsullarının istehsal prosesini artırıb, əkinçiliyin ən
adi forması kimi qiymətləndirilməsinə imkan verir.
Suvarma bu və ya digər təbii iqlim zonaları şəraitindən asılı
olaraq, aqrotexnika və aqromeliorativ tədbirlər kompleksinin bir
hissəsini təşkil edib əkinçilik sisteminə daxil edilir.
Suvarma, torpaqda münbitlik yaratmaqla yanaşı onun struktu-
rasının daim yaxşılaşdırılmasında mühüm rola malik olub, mikro-
iqlim kimi bir sıra təbii amillərə də çox müsbət təsir edir. Təd-
qiqatlar sübut edir ki, suvarılmayan torpaqlara nisbətən, suvarilan
quraq torpaqlarda suvarmanın çox sahəli müsbət təsiri nəticəsində
2-4 dəfə və ayrı-ayrı müstəsna hallarda isə 5-10 dəfə artıq məhsul
götürmək mümkünür. Məhz ona görədə becərilən bütün kənd
təsərrüfatı məhsullarından əldə edilən pul gəlirinin çox yarısı,
yalnız həmin suvarılan torpaqlar hesabınadır.
Dünyanın bir çox ölkələrində olduğu kimi respublikamızda da
suvarılan əkin sahələrini artırmaq məqsədilə suvarma sistemləri
tikintilərinin genişləndirilməsi davam etməkdədir.Bununla yanaşı
dənli və digər kənd təsərrüfatı bitkilərindən yüksək və sabit məhsul
almaq üçün torpaqların meliorativ yolla yuyulub əkin üçün tam
yararlı hala salınmasının hərtərəfli, geniş inkişaf etdirilməsi əsas
məsələlərdən biri hesab olunur.Beləliklə meliorasiya dövlət
Dostları ilə paylaş: |