20
gəlməsinə şərait yaradır.
Qarşılıqlı təsir
prosesinin baş verə bil-
məsi, yalnız bütün amillərə nail olduqdan sonra mümkündür.
Bitki üçün çox mühüm əhəmiyyətə malik olan hər hansı amil-
lərdən birinin itirilməsi , qarşılıqlı təsir kompleksinin cansız olması
ilə, yəni ən nəhayət bitki həyatının məhv olması ilə nəticələnir.Bu
cəhətdən qarşılıqlı təsir amillərinin əksəriyyəti eyni əhəmiyyətli
olmaqla bərabər həmçinin əvəzedilməzdirlər.Qanunla onları fizio-
loji cəhətdən eyni əhəmiyyətli və əvəzedilməz kimi qəbul edirlər.
Təbii şəraitdə bitkilərin həyatı üçün əvəzedilməz amillərə tələbi,
onların fəaliyyəti dövründə bir bərabərdə təmin edilmirlər. Məsə-
lən quraqlıq yerlərdə bitki xeyli dərəcədə su çatışmamazlığından
korluq çəkir. Bu vəziyyətə minimum amil deyilir.
Qarşılıqlı təsiretmə qanununa görə minimum halda olan amil,
bitkilərin digər həyat amillərinin səmərəliliyinin
tam təzahür et-
məsinə əks təsir göstərən başlıca səbəb olur.Bu mahiyyətcə mini-
mum qanunu olub amillərin qarşılıqlı təsir qanununun xüsusi ifa-
dəsi kimi ifadə oluna bilər. Minimum qanununa görə məhsul çatış-
mayan həyat amillərindən daha çox asılı olur.Buna səbəb yalnız
bilavasitə bitkilər üçün minimum amilin çatışmamazlığı deyil, həm
də yuxarıda qeyd edildiyi kimi, çatışmayan digər amillərdən-qida
maddələrindən, istilikdən, işıqdan, bitkinin havanın oksigenindən
istifadə edə bilməsinin məhdudlaşdırılmasından
və digər amil-
lərdən asılıdır. Təbii şəraitlərdə bitkilər kifayət qədər rütubətlə
təmin olunmadığından minimum qanunun tələblərinə görə su-
varma tətbiq olunur. Bu şəraitlərdə kənd təsərrüfatı bitkilərinin
məhsuldarlığını yüksəltmək üçün başqa əsaslı yol yoxdur.
Ukraynanın cənubunda aparılmış çox saylı təcrübələrin məlu-
matlarının reqressiv təhlil nəticələrinə görə kənd təsərrüfatı bitki-
lərinin məhsuldarlığının artırılmasının 70-80%-i yalnız suvarma
hesabınadır.Lakin su necə bir məhsul amili kimi suvarma yolu ilə
minimum vəziyyətdən çıxarılan kimi ikinci
bir minimum- qida
maddələrinin çatışmamazlığı əmələ gəlir və məhsulun artırılma-
sında gübrələrin həlledici təsiri olur. Bu şəraitdə məhsulun dəyiş-
dirilməsində onların iştirak etmə payı 70-80% olur. Buradan da
bitkilərin su və qida maddələri ilə təmin olunma səviyyəsinin opti-
mal uyğunlaşdırılması zəruriyyətinin axtarılması meydana gəlir.
21
Amillərin müsbət qarşılıqlı təsiri optimumdan artıq olmayan
normaların hüdudunda, daha doğrusu
optimum qanununun tələb-
ləri pozulmayana qədər hiss olunur. Suvarma əkinçiliyi şəraitində
bu qanunun xüsusiyyəti ondan ibarətdir ki, suvarma zəminində
gübrələrin optimal norması xeyli artırılır.
S.D.Lısaqorovun məlumatlarına görə 1977-78-ci illərdə Tavriya
hibrid qarğıdalısına verilən mineral gübrələrin norması optimal
miqdarda idi:suvarılmayan sahəyə N
60
P
60
,
ancaq güclü surətdə
suvarılan sahəyə isə N
90
P
90
nisbətində gübrə tətbiq edilmişdir.
Suvarma ilə optimal gübrə normalarının və bir sıra başqa
amillərin müsbət qarşılıqlı təsir qüvvəsi hesabına məhsuldarlıq da
xeyli artmışdır.
Məhsul amillərinin təsir və qarşılıqlı təsir tentesiyaları. Su-
varma əkinçiliyinin nəzəri və təcrübi işlərində nəzərə almaq
lazımdır ki, təsir və qarşılıqlı təsir tendesiyaları biri – birinə əksdir.
Faktorun təsiri dozanın artımı ilə əlaqədar məhsul artımına qeyd
olunur. Bu zaman sözsüz ki, digər amillərin təsiri təcrübədə öz
əksini tapmasın.
Məlumdur ki, amillərin təsiri onun optimal dozalarında daha
zəifdir. Suyun məhsul amili kimi təsiri Gelyegeryanın vegetasiya
təcrübəsində gübrələrinki isə Mitçerlexa və digər tədqiqatçıların
təcrübələrində öz əksini tapmışdır. Qərbi Avropa ədəbiyyatlarında
bu hadisə Mitçerlexa qanunu adı altında məlumdur.
Təsir və qarşılıqlı təsir amilləri 2 saylı cədvəldə verilmişdir.
Cədvəl 2
Otlaq şəraitində gübrə normalarının suvarma ilə qarşılıqlı təsirinin səmərəsi
(N.Q.Andreyevaya görə)
Suvarmadan əvvəl
(TTS)
tam tarla
sututumunun nəmlik
fonu (%-lə)
Müxtəlif nəmlik və qidalanma fonunda gübrə fonunda
yaşıl kütlə məhsuldarlığına təsiri
Gübrəsiz N
120
P
90
K
90
N
240
P
120
K
120
Suvarmasız 93
58
23
55 113
73
24
70 124
120
67
85 160
131
74
100 129
100
50
22
Cədvəl 2-nin hər bir sətri gübrələrin təsir effektini göstərir. Hər
bir sütun isə suvarma ilə qarşılıqlı təsir tendesiyasını göstərir.
Qarşılıqlı təsir effekti optimal səviyyəsini keçdikdə öz təsirini
azaldır.
Mitçerlexa görə təsir effekti aşağıdakı düsturla göstərilir.
=
−
,
Burada: y – həqiqi məhsul
x – optimumu keçməyən inkişaf amillərinin
miqdar göstəricisi
A – təcrübələrdə əldə olunmu ən yüksək məhsul
C – amilin istifadə əmsalı
Yuxarıda göstərilənlərdən istifadə etməklə x
1
amillərinin x
2
amiliylə qarşılıqlı əlaqə effekti aşağıdakı tənliklə göstərilə
bilər.(S.D.Lısoqorov 1978)
B(X
1
....... X
2
) = C
.
y=A olduğu halda təsir effekti 0 qarşılıqlı təsir isə ən yüksək
qiymətə bərabərdir.
Tam amilinin cavab əyrisinin əhatə etdiyi hissədə optimum
keçdiyi zaman onun təsiri yox olur və onunla qarşılıqlı təsir
özünün ən yüksək qiymətinə çatır.
Beləliklə suvarmanın təsir effektini tam əldə etmək üçün qida
maddələrinin məhdudladırıcı təsirini azaltmaq lazımdır.
Gübrələrlə təcrübələrdə isə su məsarifini tamamilə yox etmək
lazımdır.
Şəkil 1-də göründüyü kimi torpağın nəmliyinin 80%- də suya
tələbat ödənildiyi üçün qarğıdalının məhsuldarlıq
göstəriciləri
gübrələrdən asılıdır.
Torpağın nəmliyinin və becərmələrin müxtəlif gübrə fonlarında
VİR 156 qarğıdalı sortunun dən məhsulunun artım əyriləri.
(V.P.Kriçenkonun göstəricilərinə görə)