11
qulluq işlərindən xeyli fərqlənir.
Suvarılan torpaqlarda mineral gübrələrin verilmə vaxtı və üsulu,
şumun dərinliyi və üsulu, alaqlara qarşı mübarizə tədbirləri və
digər bir çox aqrotexniki vasitələr yeni üsullarla yerinə yetirilir.
Bütün bunlar qarşıya suvarma əkinçiliyi əsasında yerli şəraitdə
ümumi aqrotexnikaya dair geniş həcmdə yeni-yeni tədqiqat işləri
aparılıb, konket tədbirlər görülməsi kimi şərtlər qoyulur.
Suvarma əkinçiliyi elmi, ümumi əkinçilik, aqrokimya, bitkiçilik
kimi elmlərə sıx surətdə əlaqədar elm olmasına baxmayaraq onları
təkrar etməyib, əksinə kənd təsərrüfatı bitkilərinin aqrotexniki
prinsiplərinin bir çox ixtiralarını və onların tətbiqini dərinləşdirib
davam etdirməklə bərabər, suvarmada onların xüsusiyyətlərini
öyrənib, müəyyən edir.
Suvarma əkinçiliyi elmi bir fənn kimi kənd təsərrüfatı mütəxəs-
sisləri qarşısında suvarma suyundan çox effektliklə istifadə edərək,
kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, hazır
məhsulun keyfiyyətinin yaxşılaşdırılması və qoruyub saxlanması
kimi çox vacib vəzifələr qoyur.
Başqa elmlərdə olduğu kimi, suvarma əkinçiliyi elmidə torpaq,
bitki və iqlimlə qarşılıqlı əlaqədə olan yüksək məhsuldar qanuna
uyğunluqları idarə edir. Aqronomiya elmində çöl təcrübələrinin
tətbiqi zamanı ümumi prinsip kimi, xüsusi metodikadan istifadə
edilir.
Lakin, suvarma əkinçiliyində, çöl təcrübələrinin metodikası,
suvarmanın texnikası və bir sıra başqa amillərin tətbiqi ilə əlaqə-
dar, suvarmanın əmələ gətirdiyi bir sıra xüsusiyyətlərə malikdir.
Suvarma əkinşiliyində vegetasiya təcrübələrindən də geniş isti-
fadə edilir. O, buxarlanmanın hesabatının dəqiq alınmasında, su-
varma rejimindən asılı olaraq bitkinin reaksiyasının təyin edilmə-
sində, bitkinin rütubətlə və bir sıra başqa amillərlə əlaqədar inki-
şafının müəyyənləşdirilməsində və öyrədilməsində əvəz edilməz-
dir.
Suvarma əkinçiliyində laboratoriya tətqiqat üsulları da ən mü-
hüm yerlərdən birini kəsb edir (o, torpağın su xassəsinin və nəmlik
dinamikasının öyrədilməsində, suvarmanın torpaqda mikrobioloji
12
fəalliyyəti və qida rejiminin biokimyəvi proseslərin və bitkinin
fizioloji vəziyyətinin müəyyən edilməsində mühüm rola malikdir).
Laboratoriya üsulları suvarmanın hazır məhsulun keyfiyyətinə
təsirini öyrənməyə və məhsulun keyfiyyətinin yaxşılaşdırılması
yollarının axtarılmasında real imkan yaradır.
2.1. Suvarma əkinçiliyinin elmi əsaslarının inkişafında
alimlərin rolu
Hələ XX əsrin əvvəllərində P.İ.Braunov tərəfindən bitkinin su
rejimini düzgün nizamlamaq üçün çox mühüm nəticələr əldə edil-
mişdir. O, bitki həyatının xüsusi dövrlərində, yağmur və torpaq
nəmliyinin çatışmaması səbəbindən məhsuldarlığın kəskin surətdə
aşağı düşdüyünü müəyyən etmişdir. Həmin bu dövrləri kəskin
dövr adlandırmışdır. Həmin dövrlərin müəyyən edilməsi suvarılan
növbəli əkin sistemində hər bitkini elmi cəhətdən əsaslandırmağa
imkan verir.
Görkəmli rus alimi-fizioloq K.A.Timiryazev öz əsərlərində
bitki ilə torpaq arasındakı qarşılıqlı əlaqəni qeyd edərək, su və
işıqla təmin olunma şərtlərini və bitkinin əmələ gəlməsində işığın
mühüm rola malik olduğunu kəşf etdi.Onun tərəfindən bitkinin
quraqlığa eləcə də onu su uğrunda mübarizəyə yönəltməklə əlaqə-
dar çox geniş elmi tədqiqat işləri aparılmışdır.
K.A.Timiryazevin əsərlərində bitkilərin su ilə təmin olunması-
nın effektiv yolla nizamlanmasının keyfiyyətli seleksiya toxum
sortlarının yetişdirilməsində böyük rola malik olduğu qeyd edilir.
K.A.Timiryazev Rusiyada çöl şəraitində təcrübə qoyuluşunun
banisi, vegetasiya və lizimetrik üsullarla təcrübə qoyuluşunun ilk
təşkilatçısı olmuşdur.
Akademik V.R.Vilyamsın suvarma əkinçiliyi nəzəriyyəsinin in-
kişafını və bitki həyatı amillərinin öyrənilməsinə dair çox qiymətli
tədqiqatları və əhəmiyyətli nəticələri vardır.
V.R.Vilyams öz əsərlərində kənd təsərrüfatı bitkilərinin həyat
şəraitinin fizioloji cəhətdən eyni əhəmiyyətli və dəyişməz oldu-
ğunu göstərmişdir. O, qeyd etmişdir ki, bitkinin çatışmamazlıq hiss
13
etmədən bütün amillərdən yaxşı istifadə etməsi üçün ən mühüm
amil suyun olmasıdır. Çalışmaq lazımdır ki, bitki həyat amillərinin
heç birindən korluq çəkməsin.Bitki eyni vaxda mənimsənilən qida
maddəsi ilə çox təmin olunarsa o, sərancamında olan çoxlu miq-
darda suyu məhsuldar yolla istifadə etmək qabiliyyətinə malik
olduğunu da göstərmişdir.
Van Helmont (1579-1644) və Robert Boyl (1627-1691) bitkinin
su ilə qidalanması nəzəriyyəsinin tərəfdarları idilər.1629-cu ildə
Van Helmont özünün məşhur təcrübəsini qoyur.O sobada qurudul-
muş və çəkisi 200 funt ağırlığında olan torpağı saxsı qaba töküb,
onda çəkisi 5 funt ağırlığında olan söyyüd budağını əkir. Qabdakı
torpağı yağış və distillə suyu ilə suvarır.Beş il sonra söyüdü qab-
dan çıxaranda onun çəkisi 169 funt olur. Van Helmont torpağı ye-
nə sobada qurudur və onun çəkisi yenə 200 funt gəlir.Bu təcrü-
bədən müəllif belə nəticə çıxarır ki, bitki suyun hesabına öz çə-
kisini 33 dəfədən çox artırmışdır. Oxşar təcrübələri Robert Boylda
balqabaq bitkisi üzərində aparmışdır. Bununlada bitkinin su ilə
qidalanması nəzəriyyəsi elmdə hakim mövqe tutmuşdur.
D.İ.Priyanişnikov öz tədqiqatları vasitəsilə verilən gübrənin
miqdarı ilə kənd təsərrüfatı bitkiləri tərəfindən buxarlanma əmsa-
lının göstəriciləri arasında əlaqə olduğunu müəyyən edib, onun da
hesabına torpağın qidalanma şəraitini nizamlamaqla buxarlanma-
nın idarə olunmasını təyin etdi.
Suvarma əkinçiliyi şəraitində gübrə ilə suvarmanın nisbətinin
tətbiqi, suvarılan torpaqlardan yüksək məhsul götürülməsində ən
əlverişli şəraitlərdən biri kimi özünə geniş yol tapmışdır.
Təbiətdə bitki həyatında baş verən kəskin dövrlər P.İ.Braunov
tərəfindən müəyyən edilmişdirsə, alim-fizioloq N.A.Maksimov öz
tədqiqatları nəticəsində bitkinin ayrı-ayrı orqanları arasında qa-
nunauyğunluqları müəyyən edərək suyun səthi axımının miqda-
rının məhdudlaşdırılması və artırılmasının, suvarılan torpaqlarda
ayrı-ayrı becərilən bitkilərdə həmin kəskin dövrlərin hansı müddət-
lərdə, nə vaxt baş verə biləcəyini, hətta suvarma rejimini düzgün
müəyyənləşdirməyi aydınlaşdırmağa imkan verir.
Torpağın su xassəsi, torpaqda nəmliyin dinamikası və forması
Dostları ilə paylaş: |