17
əhəmiyyətli ən vacib xalq təsərrüfatı məsələləri səviyyəsinə qaldı-
rılaraq, dövlətin aqrar siyasəti sahəsindəki baş xətdə ən əhə-
miyyətli yerlərdən birini tutur.
Ölkəmizdə suvarılan torpaqlardan, əsasən pambıq, şəkər çuğun-
duru, bir sıra texniki bitkilər istehsalı, taxıl, düyü, qarğıdalı, dənli-
paxlalı, yonca, digər yem bitkiləri, çoxillik bitkilər, yüksək tərəvəz
məhsulu və həmçinin çoxillik meyvə bağları əkini altında yüksək
və sabit miqdarda məhsul alınmasında istifadə edilir.
Respublikamızda suvarma əkinçiliyində tətbiq edilən tədbirlər
suvarılan torpaqların münbitliyini, kənd təsərrüfatı bitkilərinin və
əməyin məhsuldarlığının artırılmasını təmin edir.Suvarma ilə
torpaqda süni olaraq su, hava, istilik və qida rejimi nizama salınır,
torpaqda olan qida elementləri həll olunaraq bitkilərin mənimsəyə
biləcəyi hala çevrilir.
Suvarma əkinçiliyi ərazidə paylaşdırıcı və suvarma kanallarının
olması ilə fərqlənir. Hazırda istifadə olunan və gləcəkdə tikilməsi
nəzərdə tutulan suvarma sistemlərinin həcmi, yeni ehtiyyat su
mənbələri yaradılması kimi çox vacib və mühüm bir məsələni
qarşıya qoyur.Respublikamızda suvarma üçün əlavə ehtiyat su
mənbəyi kimi əsasən Kür və Araz çaylarından istifadə edilir.
Ölkəmizdə torpaqların meliorativ yolla yuyulub əkin üçün
yararlı hala salınıb istifadə edilməsinin artırılması daim diqqət
mərkəzində olmuşdur. Torpaqların meliorasiyası və onlardan kənd
təsərrüfatı üçün istifadə məsələləri kompleks qaydada həll edilməsi
qarşıya məqsəd qoyulmuşdur.Bunun üçün suvarılan və qurudulan
torpaqların istifadə səmərəliliyi yüksəldilməli, su təsərrüfatı tikinti-
sinin texniki səviyyəsi və keyfiyyəti yaxşılaşdırılmalıdır.Suyu qə-
naətlə işlədən suvarma texnologiyalarına keçməli, su ehtiyat-
larından və yararlı torpaq sahələrindən səmərəli istifadə etmək
üçün tədbirlər hazırlanmalı və həyata keçirilməlidir.Hazırda ölkə-
mizdə suvarma əkinçiliyində çox zəhmət tələb edən işləri mexa-
nikləşdirmək, avtomatlaşdırmaq, əməyin məhsuldarlığını artırmaq
üçün yeni kənd təsərrüfatı maşınları sistemi yaradılmaqdadır.
18
III. Suvarma əkinçiliyinin bioloji və aqrotexniki əsasları
3.1. Suvarma şəraitində əkinçilik qanunlarının təsiri
Əkinçilik qanunları dedikdə - əkinçilik proseslərində özünü əks
etdirən təbiət qanunlarının qismən ifadəsi kimi anlaşılır.Onlar xa-
rici mühitlə əlaqədar şəraitdə, inkişaf etməkdə olan bitkinin qanu-
nauyğunluq bağlılığını aşkar edirlər.Eyni zamanda onlar tərəfindən
əkinçilik qanunlarının tələblərinə ciddi surətdə riayət etməklə
mühüm bir sahə olan, kənd təsərrüfatı istehsalının inkişafı üçün
yeni müasir yollar müəyyən edilir.
Amillərin qarşılıqlı təsir qanunu – bunlar arasında ən əhəmiy-
yətli yerlərdən birini kəsb edir. O, bütün təbiəti əhatə edən qarışılıqlı
əlaqə və onun yaranması üçün qarışılıqlı şərait kimi geniş qanu-
nauyğunluqları özündə əks etdirir.Bu qanun qüvvəsi ilə hər hansı bir
bitkinin effektiv məhsuldarlığı bitkinin özünün digər həyat şəraitləri
ilə təmin olunmasından da asılıdır. Buna görə də bitkinin xarici
mühitdən öz həyatı üçün lazım olan təlabatı tam ödənilərsə, bir o
qədər də hər bir faktorun effektivliyidə yüksək olur.Məhz faktorların
qarşılıqlı təsir qanununun məzmunu ifadəsi də bundan ibarətdir.
Bitkilərin həyat amillərinin qarşılıqlı təsir qanunu haqqında
Y.Libix yazmışdır: tam iştirak etməyən və lazımı miqdarda olma-
yan elementlər başqa qida maddələri birləşmələrinin effektivliyinə
mane olur və onların qidalılıq təsirini azaldır.
Suvarma əkinçiliyin nəzəri və praktikasında suvarma ilə gübrə-
ləmənin bir-birinə qarşılıqlı təsiri əsas yerlərdən birini tutur.
Bitkilərin məhsuldarlığının artımına qida maddələrinə nisbətən
suvarma daha yaxşı təsir göstərir.
Bunu Nikolayevski təcrübə stansiyasında 3 il ərzində aparılmış
təcrübələrin nəticələrindən (1 saylı cədvəl) daha aydın görmək olar.
Göründüyü kimi gübrələnməyən sahə fonuna nisbətən, suvarma
hesabına hər hektardan əlavə olaraq 23,9 sentner məhsul, ancaq
yüksək normada gübrə tətbiq olunduqda isə 61,9 s/ha əlavə məhsul
götürməyə nail olunmuşdur. Buradan da məlum olur ki, gübrə
suvarmanın effektliyini 3 dəfəyə kimi artıra bilmişdir.
19
Cədvəl 1
Suvarma və gübrənin qarğıdalının dən məhsuldarlığına təsiri
(V.P.Kriçenkonun məlumatına görə)
Gübrə
Suvarıl-
mayan
sahədən
Torpağın TTS tu-
tumunun 80%-i
nəmliyində
suvarma
Suvarma
hesabına
göürülmüş
əlavə məhsul
I.Gübrəsiz
23, 8
47, 7
23, 9
II.Peyin 20 t/ha+N
80
P
80
28, 2
71, 6
43, 4
III.Peyin 40 t/ha+N
160
P
160
28, 8
90, 7
61, 9
Gübrə normasının artırılması
hesabına götürülmüş əlavə məhsul
5, 0
43, 0
-
Gübrə norması ikiqat artırılmış sahədə suvarılmayan variantda hər
hektarda məhsuldarlıq yalnız 5 sentner, ancaq suvarılan sahədə isə
məhsuldarlıq 43,0 s/ha-ya bərabər olmuşdur. Gübrəyə nisbətən su-
varmanın məhsuldarlıq effektliyinə təsiri 8 dəfədən çox olmuşdur.
İki əsas amil - suvarma və gübrə məhsuldarlığı artıraraq bitkiyə
eyni istiqamətdə təsir göstərirlər.Hər bir amil digər amillərin təsirini
qüvvətləndirir. Onların qarşılıqlı effektliyi əlavə məhsuldarlıqla ifadə
olunur. Suvarma ilə gübrənin qarşılıqlı əlaqəsi nəticəsində alınan tam
effektliyi aşağıdakı hesablama yolu ilə müəyyən etmək olar.Gübrə
hesabına əlavə məhsuldarlıq (suvarılmayan sahədən) 5,0 s/ha;
Suvarma hesabına əlavə məhsuldarlıq (gübrəsiz sahədən) 23,9 s/ha;
amillərin ayrı-ayrılıqda təsiri nəticəsində həmin əlavə məhsuldarlığın
cəmi 5,0s/ha+23.9 s/ha=28,9s/ha-ya bərabər olacaqdır. Suvarma ilə
gübrənin birlikdə təsiri nəticəsində alınan əlavə məhsuldarlıq isə hər
hektardan 90,7-23,8=66,9 sentnerə bərabər olacaqdır. Yüksək gübrə
fonunda suvarma hesabına alınan əlavə məhsuldarlıqdan (61,9 s/ha)
gübrə verilməmiş variantın məhsuldarlığını çıxdıqdan sonra (23,9
s/ha-ya bərabər) yenə həmin nəticəyə nail oluruq.
Göründüyü kimi amilləri qarşılıqlı təsir qanunundan düzgün is-
tifadə edərək, suvarma hesabına xeyli əlavə məhsul götürmək
mümkündür.
Amillərin qarşılıqlı təsirinə tabe olan qanunları. Əkinçilik
elminə hələ keçmişdən məlum olan məşhur qanunları arasında elə
amillər vardır ki, o, yalnız qarşılıqlı təsir amillərinin meydana
Dostları ilə paylaş: |