114
çadirşəbə bürünüb pambıq boğçası kimi çəkilib oturdu
qaranlıq bucaqda» (111, 299). Burada məfhumların qar-
şılaşdırılması onların bənzərliyini aşkara çıxarmaqdan
ötrü deyildir. Qarşılaşdırma məhz müəyyən təsiri güc-
ləndirmək, məfhumların birinin qüvvətli cəhətini ikin-
ciyə köçürmək üçündür. Ədib qadın hüquqsuzluğunu,
onun adi bir əşya, pambığ boğçasına bənzərliyini mühi-
tindəki ictimai qüsurların səbəbi kimi üzə çıxarır,
onların dözülməzliyini, uyğunsuzluqlarını ittiham edir.
Zeynəbin üsyanına, mübarizliyinə son qoyan qolu-
zorluların (qazının, Xudayarbəyin) bənzətməsi budur:
«Bunu aparıb verərsən sizin qlavaya. Yazmışam ki,
filankəsin övrəti ərinə itaət etməyə və gəlib evində otur-
maya, onu zornan, it ölüsü kimi gətirtdirsin» (111, 331).
Ədib qadını «it ölüsü kimi» xarakterizə edən, ruhani
cildinə girmiş fırıldaqçıları ifşa etməklə birlikdə, kəbin
oyunlarının da iç üzünü açır.
Cəlil Məmmədquluzadə müstəqim fikrin əks tərə-
fini təsdiqləmə yolu ilə bənzətmə yaradaraq yaranan
bənzətməyə qəsdən normallıq kimi təqdimetmə üsulu
verir və tənqidi mətləbi yumoristik, satirik çalarla ifadə
edir: «Əvvəl istədim qayıdıb gəlim, səndən soruşum;
sonra, doğrusu qorxdum mənə qəzəbin tuta, öz könlündə
deyəsən ki, Novruzəli çox heyvan adamdı, çox eşşək
adamdı» (111, 376). Novruzəlini fağır, cəsarətsiz hala
salan mühit, insanlar ədibin ittiham obyektidir. Avam-
lığı ilə xanın qəzəbinə gələcək avamlıqdan qorxan,
daxili aləmə, psixoloji səciyyəyə aid normallıq kimi
təqdimetmə üsulu bənzəyənlə bənzədilən arasında kəs-
115
kin, ittihamedici üsulla verilmişdir.
Yaxud, «Sözüm orasındadır ki, Xudayarbəyin ar-
vadı şeytanın birisidir. O, qəsdən elə deyibdi ki,
Xudayarbəy eşşəyi apardı Heydərxan körpüsünə sal
daşısınlar. Helə deyibdi ki, sən eşşəyi vermiyəsən»
(111, 316). Xudayarbəyin arvadının şeytana bənzədil-
məsi ifşa obyektinə yox, ifşa vasitəsinə çevrilir, örtülü
mətləblərə dərin eyham vuraraq zəmanənin rəzilliyini
sübuta yetirən və ifşa edən qüvvətli vasitəyə çevrilir.
Cəlil Məmmədquluzadə nəsrində ən maraqlı bənzət-
məyə divanxanaya gələn Məhəmməd Həsən əmiyə
Xudayarbəyin yeni hədələrindən sonra rast gəlirik.
Xudayarbəydən şikaəytə gəlsə də bunun bir nəticə ver-
məyəcəyini, bu şikayətlə özünü yenidən oda atacağını
çox gözəl bilən Məhəmməd Həsən əmi bəyin adını
çəkmir, bununla da xatadan yayınmağa çalışır. Onun nə
demək istədiyini başa düşməyən naçalnik «axırı laəlac
qalıb» Məhəmməd Həsən əmini divanxanadan qovur.
Divanxanadan qovularaq Xudayarbəyin «hərbə qadağa-
ları» ilə üzbəüz qalan Məhəmməd Həsən əmi «Amma
yazıq Məhəmməd Həsən əmi vaqeən ağladı. Vallah,
billah ağladı. Yəni necə ağladı? Uşaq kimi ağladı» (111,
330). Ədib qəhrəmanının keçirdiyi ruhi halları, psixoloji
anı «uşaq kimi ağladı» bənzətməsi ilə canlı və təbii
verməyə müvəffəq olub, zorakılıq dünyasına, onu təmsil
edən tiplərə qarşı ittihamını sərrast şəkildə ifadə edir.
Ədibin satirik üslubunda məzmunca bir-birinə zidd
anlayış və ya vəziyyətin qarşılaşdırılması, təhlil və ifşa
üsuluna əsaslanaraq hadisələrin ümumi məzmununda,
116
xarakterində və nəticəsində bədii emosional həllini
tapır. Bəzi əsərində təzadlı fikirlər məhz süjet xəttinin
ilk mərhələsində qeyd olunur, hadisələr inkişaf etdikcə
zidd anlayışların işlənməsi qüvvətlənir, finala yaxın
əhvalatın son nəticəsində yenidən vurğulanır. Bu üsula
nümunə kimi «Qəssab» hekayəsi çox maraqlıdır: «Bir
dəfə bunu eşitdim ki, qonşum Məşədi Məmmədəli qızını
verir Şəmilə.
Bir dəfə də eşitdim ki, dəxi vermir.
Axır vaxtlarda deyirdilər ki, Məşədi Məmmədəli
qızını qəssab Şəmilə verməyə razı olub.
Ən axırda genə dedilər ki, Məşədi Məmmədəli
qəssab Şəmildən inciyib və qızını dəxi ona vermir»
(111, 482). Məşədi Məmmədəlinin gah verir, gah vermir
anlayışları taleyi atanın istəyi ilə həll olunan övladın
acınacaqlı vəziyyəti ilə əlaqələndirildiyindən onun təsir
gücünü daha da artırmışdır. Qəssab Şəmil ilə Məşədi
Məmmədəli arasında alver öz mahiyyəti etibarilə adi
əşya alış verişindən əsla fərqlənməyən və adət halını
alan bu əhvalat süjet xətti boyu təzadlı fikirlər əsasında
qurularaq nəticədə «Bir ay, ya ay yarım keçmişdi,
eşitdim Məşədi Məmmədəli qızına toy eləyib, verib
qəssab Şəmilə. Toya mən də dəvət olunmuşdum; amma
xəstə olduğuma cəhət gedə bilmədim» (111, 485) fikri
ilə tamamlanaraq təzadlı mövqeyə satirik kəsər verir və
əhvalata müəllif münasibətini bir az da konkretləşdirir.
Yaxud, «Şəhər və kənd» hekayəsində ədib fərqli
həyat tərzini müqayisəli təzad fonunda belə ifadə edir:
«Bu gün övrətdən bixəbər ərizə verdim, mənim Ağdaş
117
qulluğumu özümə qaytarsınlar:
-
Səbəb?
Orada, doğrudur, qızdırma var, amma qızıl dükan-
ları yoxdur. Qızdırmadan bədənim narahat olur, amma
qızıl dükanlarından ruhum rahatsız olur. Qoy bədənim
narahat olsun, amma qəlbim inciməsin» (111, 623). Tə-
zadlı sərlövhə ilə adlandırılaraq real səhnələri canlandı -
ran hekayə ailə, məişət məsələlərini daha təbii, psixoloji
cəhətdən daha zəngin təzadlarla, bir-birinin ardınca
gələn fikirlərlə sənətkarlıqla izzah etmişdir.
Qeyd olunan əsərlərin hər birində təzadın orijinal
işlənmə istiqaməti, funksiyası mövcuddur. Bununla əla-
qədar ədibin təzad yaratma üsulunda yeri gəldikcə
satirik və sarkastik mövqe daha qabarıq ifadəsini
taparaq bəzi tənqidi mətləbləri xüsusi kəsərlə nəzərə
çatdırır. «Danabaş kəndinin əhvalatları» əsərində ədib
Məhəmməd Həsən əmi və Xudayarbəyin keçdiyi həyat
yolu və qısa tərcümeyi-halında təzadlı lövhələrlə dolğun
və bitkin təsəvvür yaradır: «Mən istəmirəm Xudayar-
bəyin keçəcəyindən danışam, çünki özü də bu əmrə razı
olmaz. İndi dünyada qayda belədir ki, birisi ucadan
alçağa enə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə
aparıb çıxardacaq keçən günlərinə: ay mənim atam belə,
anam belə, dövlətimiz bu qədər idi, imarətimiz bu cür
idi, hörmətimiz bu həddə idi. Amma birisi alçaqdan
ucaya qalxa, kasıbçılıqdaq dövlətə çata, əskiklik dən
hörmətə minə, heç vaxt atadan-babadan danışmağı dost
tutmaz. Məsələn, Məmməd Həsən əmi yeddi gün yeddi
gecə atasının dövlətindən, hörmətindən danışa doymaz.
Dostları ilə paylaş: |