Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə31/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   27   28   29   30   31   32   33   34   ...   43

 

          

 

110 


-

 

Sən öl, Həsən ağanın adamıyam. 



-

 

Bəs  elə  isə  gəl  min  mənim  boynuma.  Neyləyim 



Həsən  ağanın  qohumusan,  gözlə,  vaxtında  kağızın 

hazır olar, apararsan» (71, 227).  

Göstərilən nümunələrdəki xarakterlərin bədii təcəs-

sümündə  veilən  insan  və  cəmiyyət  probleminə  münasi-

bət  birbaşa  və  dolayısı  ilə  hər  iki  surətin  bir-birinə 

münasibətini tam dəqiqliklə meydana çıxarmışdır. 

Kəskin  satirik  kinayə  Ə.Haqverdiyev  üslubunda  

birbaşa  ifşa  üsulu  yaradırsa,  Cəlil  Məmmədquluzadə  bu 

məqamda  heç  bir  acı  söz,  mənfi  ifadə  işlətmir,  sadə 

təhkiyə  üslubu  ilə  tipin  məqsəd  və  vəziyyətinin  gülünc-

lüyünü  nəzərə  çatdırır,  tədricən  satirik  üslubun  ifşa 

notları  kəskinləşir  və  ədib  kinayəni  açıq,  sarkastik 

simvolik adla ümumiləşdirir: 

«-Zırrama  haman  o  adama  deyirəm  ki,  onun  adı 

Qurbanqulu  bəydir,  özü  də  Novruz  ağanın  qardaşı  oğ -

ludur  və  özü  də  bizim  gözəl  vətənimizin  meyvəsidir.  – 

Dedim: 

-

 



Bir də de! – Dedi: 

-

 



Zırrama!» (111, 496).  

Simvolik  kinayənin  ifadə  tərzində  xalq  təfəkkürün-

dən  gələn  hazırcavablıq,  baməzəlik,  eyhamlı-atmacalı 

deyim tərzi əsərə canlılıq verir, tənqidi daha qüvvətli bir 

nəticə ilə tamamlayır. 

Ümumiyyətlə,  Cəlil  Məmmədquluzadə  satirik  üslu-

bunda  bədii  təsvir  və  ifadə  vasitələrinin  rolu  böyükdür. 

Əsərlərin  dilini  mənalı  və  kəsərli  edən,  bədii  estetik 

dəyərini  daim  artıran  məcazlar  sistemi,  müqayisə,  bən-



 

          

 

111 


zətmə, təkrir, bədii sual və s. obrazlı bədii üslubun ifadə 

vasitəsi  kimi  ədibin  nəsrində  müxtəlif  işlənmə  diapa-

zonu kəsb edir. 

Bədii əsərlərinin dilini məcazlar sistemi ilə bəzəyən 

müəllifin  kinayəli  məcaz  növlərinin  arxasında  qəzəbli 

etirazını  eşitmək  çətin  deyil.  «Danabaş  kəndinin  əhva-

latları»  povestində  rüşvətlə  tutulmuş  vəkillərin  yalançı 

şəhadəti  ilə  Xudayarbəyə  kəbini  kəsilən  Zeynəbin 

köməksizliyi  metaforik  məna  çalarında  belə  ifadə 

edilmişdir: «İndi bu saat qlavanın külli ixtiyarı var Zey-

nəbi  versin  Qasıməlinin  dalına  və  aparıb  salsın  Xuda-

yarbəyin  evinə»  (111,  340).  Cümlədə  üç  uşaq  anası 

Zeynəbin  tam  hüquqsuzluğunu,  bu  hüquqsuzluğun  onu 

adi bir əşya yerinə qoyulmasını, bu əşyalığın onun bütün 

qadınlıq ləyaqətini ağır təhqir etməsinin məntiqi nəticəsi 

kimi meydana çıxır. 

Ədibin  üslubunda  işlənən  metafora  obrazlı  fikir 

nümunələri  ilə  zəngindir:  «Əvvəl,  yəni    iki  il  bundan 

əqdəm    Xudayarbəy  qlava  yanında  çavuş  idi.  İş  elə  gə-

tirdi ki, qlava Xudayarbəyin anasını siğə  elədi. Aş kardır 

ki,  qlava  öz  səmtini  qoyub  özgəni  katdalıqda  saxlama -

yacaq.  Bir  həftənin  içində  katdanı  qısnayıb  qulluqdan 

kənar elədi (111, 270). 

Katdanın  hüquqsuzluğuna  işarə  edib  müstəqim 

yolla  deyil,  metaforik  şəkildə  verilmiş  qısnamaq  sözü 

hər hansı bir heyvana aid ola bilər. Qarşılaşdırılan  məf -

humlardan biri faktik olaraq iştirak etmir, həmin əlamət 

isə katdaya şamil edilərək ictimai özbaşnalığı ifadə edir. 

Yaxud  «Ər  və  övrət  əlbəyaxa  oldular.  Muradqulu 



 

          

 

112 


və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xuda-

yarbəyin  anqırtısı,  evə  bir  elə  vəlvələ  saldılar  ki,  guya 

bu  saat  dünya  və  aləm  dağılacaq»  (111,  302).  Ədibin 

əvəz  etdiyi  anlayışla  metaforik  obraz  arasında  yaxınlıq 

(Muradqulu  və  Heydərqulunun  nərələri,  Xudayarbəyin 

anqırtısı)  eyni  hədəfi  vurur  və  məzmunca  bir-birini 

tamamlayır. 

Ədibin  nəsrində  istifadə  olunan  müqayisələr  həm 

xarici  görünüşü,  həm  də  obrazın  daxili  aləmini,  keçir-

diyi  hiss  və  həyəcanları  ifadə  edərək  fikrin  konkret  və 

ifadəli  izzahına  nail  olur.  «Xudayarbəyin  övrəti  belə 

çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb 

içsin.  Xudayarbəyin  övrəti  Zeynəbin  əlinə  su  tökməyə 

yaramaz»  (111,  299).  Surətin  zahiri  görünüşündə  daha 

çox  fiziki  xüsusiyyətlər  müqayisədə  onun  xarici  gör-

kəmindən  alınan  təəssüratın  məntiqi  təsdiqi  kimi  görü-

nür. 

Bəzən  ədib  bütün  əsər  boyu  obrazın  vəziyyətindəki 



dəyişikliyi  psixoloji  xarakterli  müqayisənin  köməyi  ilə 

ifadə  edir.  Belə  hallarda  müqayisə  surətin  konkret 

vəziyyətində onun necə dəyişməsini, «Hərçənd indi Zey-

nəbin  evində  iki  həsirdən  başqa  bir  şeyi  yox  idi,  amma 

Zeynəb  elə  bildi  onu  məlakələr  cəhənnəmdən  çıxardıb 

behiştə  daxil  elədilər»  (111,  346),  həm  də  əhval-ruhiy-

yəsi  haqqında  daha  müfəssəl  təsəvvür  yaradır:  «İndiki 

halında  Zeynəb  bənzəyirdi  bir  elə  şəxsə  hansı  ki,  zəhər 

şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin, 

ya  yox. İçməsə dərd, qüssə və qəm onu   öldürəcək, içsə 

zəhər  öldürəcək.  «Pəs  məsləhət  budur  ki,  içim»-  deyib 



 

          

 

113 


şüşəni  çəkir  başına»  (111,  340).  Göründüyü  kimi,  isti-

fadə olunan müqayisə psixoloji təhlil kimi yeni imkanlar 

yaradaraq daha dərin, daha təsirli olur. 

Haqsızlıq dünyasının eybəcərlikləri Məhəmməd Hə-

sən  əminin  müqayisə  fonunda  sadə  xasiyyətnamə  yolu 

ilə  getmir.  Surətin  psixoloji  gərginliyi,  əməlləri  haq-

qında  söhbəti  onun  təbiəti  barədə  müəyyən  təsəvvür 

yaradaraq,  daha  əyani  və  inandırıcı  görünür.  «Eh,  val-

lah,  mən  bir  qəpik  pula  dəymərəm.  Mən  doğrudan  kişi 

deyilən  ki!  Arvad  məndən  yaxşıdır.  Əlbəttə,  arvad 

məndən  yaxşıdır.  İndi  Xudayarbəy  eşşəyi  İzzətdən  istə-

səydi,  İzzət  eşşək  verərdi?  Hələ  İzzət  arvaddı»  (111, 

311).  Belə  müqayisə  üsulu  sənətkarın  öz  surətlərinə 

şəxsi  münasibətinin  ifadəsi  üçün  də  fəal  vasitədir. 

Müəllif  yaratdığı  obraza  –  Məhəmməd  Həsən  əmiyə 

rəğbəti, məhəbbəti əsas olub kontrast haşiyələrlə zülmlə 

ədalət, istismar dünyası və onu təmsil edən mənfi tipləri 

düzlüklə  qarşılaşdırır.  Bu  müqayisə  qəhrəmanların  yal-

nız düşüncələrində  deyil, iş və  hərəkətini də əks etdirir, 

daha  doğrusu,  obrazların  düşüncələri  ilə  əməlləri 

arasında bir uyğunluq, vəhdət olduğunu göstərir. 

Cəlil  Məmmədquluzadənin  nəsr  üslubunda  maraqlı 

bənzətmələrə  də  rast  gəlmək  olur.  Burada  hadisə  və  ya 

obraz  müəyyən  cəhətdən  ona  bənzəyən  başqa  hadisə, 

məfhuma qarşı qoyulmaq  yolu  ilə  təsvir  edilərək sadəcə 

bənzəyişi  göstərmir,  həmçinin  iki  hədəf  arasında  müəy-

yən  cəhətdən  yaxınlıq  və  bənzəyişi  əhvalat  daxilində 

satirik  mətləb  ifadəsi  kimi  təsvir  etməyə  imkan  tapır. 

«Gülsüm, yəni Vəliqulunun nişanlısı, Vəliqulunu görcək 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə