Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə27/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 

          

 

94 


olur»  (141,  16).  Ədib  öz  üslubunda  fikirləri  açıq  ifadə 

etməyi sevmədiyindən tənqid hədəfinə kəskin münasibə-

tini  bu  yolla  daha  aydın  və  qüvvətli  ifadə  edir:  «Xuda -

yarbəyin  tək  bircə  qəsdi  var.  Onun  qəsdi  məhz  Zeynəbi 

almaqdır;  yoxsa  bu  kişi  nə  Zibanın  və  Fizzənin 

ağlamağına razıdır,  nə də  Zeynəbin ürəyinin sıxılmasını 

istəyir.  Xudayarbəy  Məhəmməd  Həsən  əminin  eşşəyini 

qəsdən  satmadı  ki,  Məhəmməd  Həsən  əminin  evi  yas 

evinə  dönsün  və  Məhəmməd  Həsən  əmi  Kərbəla  ziya-

rətindən  qalsın.  Xeyir,  allah  eləməsin.  Xudayarbəyin 

Məhəmməd  Həsən  əmiynən  düşmənçiliyi  yoxdur  ki!  

Xeyir,  belə  deyil.  Xudayarbəy  eşşəyi  o  səbəbə  satdı  ki, 

ona  beş-altı  manat  pul  lazım  idi.  Pul  da  ondan  ötrü 

lazım  idi  ki,  bir  kəllə  qənd  və  bir  girvənkə  çay  alacaq 

idi.  Qəndi  və  çayı  da  ondan  ötəri  alırdı  ki,  qazıya 

verəcək idi (111, 298). 

Təhkiyəçi  təhkiyəsini  elə  qurur  ki,  sanki  Xudayar-

bəyə  haqq  qazandırmaqla  onun  əməllərini  təsdiqləyir. 

Bu  kinayəli  tərəfkeşlik  birdən-birə  yüksək  mərhələyə 

çatır,  daha    qüvvətli  sarkazmla  danışılacaq  əhvalatlara 

müəllif  münasibətlərini  konkretləşdirərək  tənqid  hədə-

fini  ifşa  edir:  «Xudayarbəyə  ondan  ötrü  evlənmək  və 

məhz  Zeynəbi  almaq  vacibdir  ki,  Xudayarbəy  özü  çox 

kasıbdır,  nə  qədər  desən  kasıbdır.  Amma  Zeynəbi  alsa, 

daraşıb  yetim-yesirin  malını  yeyib  çıxacaq  başa.  Pəs  bu 

cür mənfəətli sövdədən hansı axmaq qaçar? 

Bəli, belədir. 

Hələ  siz  Xudayarbəyi  yaxşı  tanımırsınız.  Xudayar-

bəy çox ağıllı adamdır» (111, 299). 



 

          

 

95 


Cəlil  Məmmədquluzadə  satirik  üslubunda  kinayə 

süjet  əsasında  bir  neçə  tənqidi  mətləbi  əhatə  edə  bilir. 

Burada  kinayənin  ifadə  üsulu  müəlifin  başlıca  ifadə 

obyektinə istiqamətləndirilir, eyni paralelliklə əsas möv-

zuya  giriş  alan  daha  bir  neçə  tənqidi  məsələ  vurğulanır. 

Süjet  inkişaf  etdikcə  istifadə  olunan  kinayə  əsas  istiqa -

mətini  saxlamaqla  toxunulan  məsələni  və  yaxud  tipləri 

ifşa  edir.  «Danabaş  kəndinin  əhvalatları»  povestində 

«Bir  yüngülvari  müqəddimə»də  verilən  kiçik  bir  «haşi-

yə»  bu  qəbildəndir.  Əsas  hadisə  ilə  bağlı  olmayan 

hissədə  tənqid  hədəfi  daha  konkretdir.  Qeyd  edildiyi 

kimi,  Cəlil  Məmmədquluzadə  sadə,  canlı  xalq  dili  uğ-

runda,  Azərbaycan  dilinin  təmizliyi  uğrunda,  bizə  yad 

olan ərəb, fars, osmanlı sözlərinin, tərkib və ifadələrinin 

dilimizdən  çıxarılması  uğrunda  cəsarətlə  mübarizə  apa-

ran  yazıçı  idi.  O,  özünün  istər  jurnalist-publisist  fəaliy-

yətində  və  dramaturgiyasında,  istərsə  də  bədii  nəsrində 

bu  məsələyə  geniş  yer  vermişdir  (45,  158-159).  Bu 

haqda  ədib  öz  xatirələrində  «Molla  Nəsrəddin»  jurna-

lının  dili  məsələsindən  bəhs  edərkən  yazırdı:  «Biz 

«Molla  Nəsrəddin»  məcmuəsini  açıq  ana  dilimizdə  

yazmağa  başladıq.  Biz  bu  dilə  o  səbəbdən  ana  dili  adı 

qoyuruq  ki,  bu  dildə  yazı  yazanda  və  ortalığa  «ana» 

söhbəti  gələndə    biz  «ana»nı  «ana»da  yazırıq.  «Ana»nı 

«madər»  yazanlar  və  «ata»nı  «pədər»  yazanlar  qeyri-

Azərbaycan  sözlərini  və  habelə  səbəbsiz  yerə  fars  və 

ərəb  sözlərinə  dəyişdirdilər  və  hətta  hər  gün  yediyimiz 

«çörəyi»  bəyənməyib  «nan»  yeyirdilər  və  indi  də 

yeyirlər (110, 509).  



 

          

 

96 


«Danabaş kəndinin əhvalatları» əsərinin proloqunda 

istifadə  olunan  kiçik  bir  «haşiyə»  Azərbaycan  dilinin 

şivələrində  geniş  yayılan  «ayama»  sözünə  «avam  sözü-

dü»  deyib  dildən  çıxarmağı,  bu  kəlmənin  əvəzinə  «lə-

qəb»  sözünü  işlətməyi  tövsiyə  edən  mollanı  lağlağı 

Sadığın  kinayəli  sualları  vasitəsi  ilə  ifşa  edir.  Əhvalat-

lardakı    hadisələrdən  uzaq  olan  bu  haşiyə  «Danabaş 

kəndinin  əhvalatları»ndan  biri  kimi  əsərin  ekspo-

zisiyasında  tipik  ştrixlərlə  ifadə  olunur.  Kinayəli  ifadə 

tərzi zahirən çox ciddi və təmkinlidir: 

«–Axund,  cənabınız  gərək  ərəb  dərsində  çox  güclü 

olasınız. 

Molla cavab verdi: 

–Gədə,  nə  söyləyirsən?  Molla  olmaq,  mərsiyə  de-

mək  məgər  asan  əmrdi?  Ərəb  dərsini  tamam  eyləməmiş 

adamı məgər minbərə qoyarlar? 

Nağafil Sadıq axunddan bu cür soruşdu: 

–Axund çörəyə ərəbcə nə deyir? 

Axund  çubuğu  sümürüb  bir  baxdı  yerə  və  öskürüb 

cavab verdi: 

–Bəradərim, Ərəbistanda çörək olmaz ki, çörəyə bir 

ad qoyalar. Orda düyüdən savayı özgə şey yeməzlər.  

Sadıq dübarə axunda sual verdi: 

–Pəs düyüyə ərəbcə nə deyilir? 

Axund  çubuğu  sümürüb  öskürdü  və  az  keçdi  cavab 

verdi: 


–  Qardaş  oğlu,  sən  elə  doğrudan  lağlağı  imişsən. 

Kətdilər yerində sənə lağlağı deyiblər» (111, 261). 

Lağlağı  Sadığın  sualları  axunda  o  qədər  təsir  edir 



 

          

 

97 


ki, əbasını düzəldib dükandan çıxıb gedir.  Kinayəli into-

nasiya  aşkar  hücum  tendensiyası  ilə  satirik  tipin  düş-

düyü  komik  vəziyyətə  əsaslanır,  əsas  tənqidi  mətləb 

məhz nəticədə bədii emossional həllini tapır. 

Cəlil  Məmmədquluzadə  nəsrinin  satirik  üslubunda 

diqqəti  cəlb  edən  cəhətlərdən  biri  də  simvolik  adlarda 

qüvvətli  kinayənin  ifadəsidir.  Simvolik  adlarla  işlədilən 

kinayə  hekayəçi  təhkiyəsinə,  personajların  xarakterik 

şəraitə  uyğun  fəaliyyətinə,  mühit  və  məkan  mövqeyinin 

ən  yaxşı  ifadəsi  kimi  xüsusi  maraq  oyadır.  Burada 

kinayə və eyhamlar əsasən örtülü, lakonik və yığcamdır. 

Ən adi təsvirlərdə belə kinayəli adlar sarsıdıcı bir zərbə 

kimi  bir  anda  öz  işini  görür,  böyük  bir  mətləbin  ifadə-

sinə kömək edir. 

Cəlil  Məmmədquluzadə  kinayəsi  ilə  ifadə  olunan 

simvolik adları müxtəlif variantlarda qruplaşdırmaq olar: 

a) Məkanla bağlı olan kinayəli simvolik adlar

b) Əşya anlayışı ilə bağlı olan kinayəli simvolik adlar; 

c)  Müxtəlif  tiplərlə  bağlı  olan  kinayəli  simvolik 

adlar. 


Ümumiyyətlə, qeyd edək ki, kinayəli simvolik adlar 

Cəlil Məmmədquluzadə yaradıcılığında tənqid və ifşanın 

ən  kəsərli  vasitələrindən  biri  kimi  diqqəti  cəlb  edir. 

Cəlil Məmmədquluzadə məkanla bağlı olan simvolik ad-

larında  ümumiləşdirmə  ilə  həyatı  bədii  tədqiqat  obyek-

tinə  çevirir.  Bu  baxımdan  «Danabaş  kəndinin  əhvalat-

ları»,  «Danabaş kəndinin  məktəbi» əsərlərinin sərlövhə-

lərində  verilən  «Danabaş»  adı,  konkret  məkanı  ümumi-

ləşdirmə  baxımından  tipik  Azərbaycan  kəndlərindən 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə