Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə24/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   20   21   22   23   24   25   26   27   ...   43

 

          

 

82 


II  FƏSİL 

 

CƏLİL MƏMMƏDQULUZADƏ NƏSRİNDƏ  

GÜLÜŞÜN ÜSLUB RƏNGLƏRİ 

 

2.1. Satirik üslub 

 

Cəlil  Məmmədquluzadə  qələmə  aldığı    hadisələrə, 



insanlara  bəslədiyi  münasibətdən,  əhvalatları  necə  şərh 

etməsindən  asılı  olaraq  satirik  üsluba,  satirik  boyalara 

müraciət  edir.  Bu  boyalar  təsvir  və  təhkiyədən,  obraz-

ların  taleyindən  və  ya  ictimai  mövqeyindən  asılı  olaraq 

müxtəlif  çalarlarda  üzə  çıxır.  Satirik  təsvir  zamanı  hə-

min  boyalar  tündləşib  ətrafı  və  insanın  varlığını  qəm 

pəncərəsindən  süzülən  qaranlıqların  doğurduğu  qara, 

qırmızı,  tünd  və  boğuq  rənglərlə  çulğalayırsa,  yumo-

ristik  təsvir  və  təqdimdə  C.Məmmədquluzadənin  vətən-

daş  qəlbinin  nəvaziş  və  işıq  saçan  nurlu  çalarları  ruhu-

muzu  oxşayır.  Bu  rəng  çalarları  hər  əsərdə,  h ər  obrazda 

özgün  cizgilərlə  üzə  çıxır.  Ədibin  satirik  üslubu  əsl 

həyat anlayışına, yeniliyə, mütərəqqi ideyalara zidd olan 

köhnə  fikirləri,  mənəviyyatsızlığı  ifşa  etdiyi  kimi, 

yumoristik üslubu sanki şəfaverici məlhəm şəklində üzə 

çıxır.  Professor  Məmməd  Məmmədovun  yazdığı  kimi: 

«C.Məmmədquluzadənin  realizmində  həyatın  dərin,  real 

təsviri tənqidi başlanğıc ilə üzvi surətdə birləşir. Satirik 

gülüş,  yumor  ictimai  hadisələrin  əsl  mahiyyətini  açmaq 

vasitələrindən birinə çevrilir. 

Formaca  müxtəlif,  rəngarəng  olan  yumor,  gülüş 



 

          

 

83 


özünün  ən  yüksək  ifadəsini,  komik  qüvvəsini  yalnız 

satirada  tapır…  Satirada  hiddət  ilə  yumor,  nifrəti  ilə 

mənalı gülüş birləşir… 

C.Məmmədquluzadə  hekayələrinin  təsir  qüvvəsi 

həyatiliyində olduğu kimi, onun gülüşünün də gücü real-

lığında,  obyektivliyindədir.  Bu  gülüş  obyektiv  olmaqla 

bərabər, ifadəcə xeyli müxtəlifdir. Ədibin hekayələrində 

rəngarəng  komizm  üsullarından  istifadə  olunmuşdur 

(132, 103-104). 

Ümumiyyətlə,  «üslub  sənətkarlığın  ən  vacib  məsə-

lələrindəndir…  Üslub  heç  də  yalnız  texniki  üsulların, 

bədii  ifadə  vasitələrinin  cəmi  və  formal  yığını  deyildir. 

Üslub  bunların  hamısının  üzvi  birliyi,  sənətkarın  həyat 

və  sənət  baxışları,  əsərin  ideya  mündəricəsi  ilə  şərtlən-

miş  təşkilidir.  Bitkin  və  orijinal  üslublar  bir  tərəfdən 

real  varlığı  kəşf  edirsə,  digər  tərəfdən  müəllifin  öz 

varlığını rəsm edir» (130, 207). 

Ədibin  nəsrində  ictimai  mətləbləri  ifadə  etmək 

üçün satirik üslub forma və məzmunca dəyişir. Bu üslub 

həyatın,  insan  xarakterinin  mənfi  təzahürlərinə  qarşı 

tənqidi  münasibətin  ən  şiddətli  formasıdır.  Həmin  iki 

istiqamətlilik üçün səciyyəvi xüsusiyyətlər bunlardır:  

a)hüzn, təəssüf, qəzəb intonasiyası; 

b)satirik və sarkastik intonasiya. 

Qeyd  olunan  bu  iki  motiv  bəzən  tam  müstəqil 

şəkildə  epizodlarda,  bəzən  də  qovuşuq,  müştərək  təsvir 

olunaraq  bütün  süjet  xətti  boyunca  inkişaf    etdirilir. 

Ədibin  zahirən  hər  hansı  bir  əhvalat  təhkiyəsində 

müxtəlif  insanların  başına  gələn  baməzə  işlər  göstərilir, 



 

          

 

84 


sonda  isə  gülməli  hadisələr  ciddi  sosial  problemlərə 

yönəlir. Belə gülməli əhvalatın tənqid  obyektinə müəllif 

münasibətində təəssüf, qayğı daha çox olduqda oxucuda 

qəzəb,  nifrət  yox,  kədər  hissi  doğurur.  Məsələn:  «Poçt 

qutusu»nda  təsvir  olunan  əhvalat  zahirən  sadə,  bəlkə  də 

gülməlidir.  Hekayəni  nəzərdən  keçirdikdə  ədibin  Nov-

ruzəlinin saflığını hər şeydən yüksək tutduğunu görürük. 

Müəllif  poçt  qutusunun  nə  olduğunu  bilməyən  bu  avam  

kəndliyə  deyil,  onun  əməyinin  məhsulunu  mənimsəyən, 

amma  güzəranının qayğısına qalmayan xana qəzəblənir. 

«Poçt  qutusu»  hekayəsini  diqqətlə  nəzərdən  keçirən  hər 

kəs  bu  nəticəyə  gələcəkdir  ki,  Molla  Nəsrəddin  maraqlı 

bir  sərgüzəşti  yazıb,  oxucunu  güldürmək  istəmişdir. 

Bizim heç birimiz Novruzəliyə sona qədər gülə bilmirik, 

bunu  biz  istəsək  də  bacarmırıq,  çünki  Novruzəlinin 

vəziyyəti  yalnız  zahirən  gülməlidir.  Əslində  isə 

ağlamalıdır» (109). 

Ümumi  məzmunundan  hasil  olan  nəticə  avam,  sadə 

Novruzəlilərin  acınacaqlı  aqibəti  haqqında  kədərli, 

hüznlü düşüncələrə aparır. 

«Usta Zeynal»da usta Zeynallar, «İranda hürriyyət» 

əsərində  Kərbəlayı  Məmmədəlilər,  Pərinisələr,  «Saqqalı 

uşaq»  hekayəsində  Kəblə  Əzimlər  satirik  üslubun  eyni 

intonasiya  çalarında    qayğı,  can  yanğısı  ilə  oxucunu 

təəssüf hissi keçirməyə sövq edir. 

Ədibin  hüzn,  təəssüf,  qəzəb  intonasiyalı  satirik 

üslubu  ictimai  ittiham  məzmunlu  lirika  ilə  vəhdətdə 

götürülür.  «Əslində  ictimai  ittiham  məzmunlu  lirika  şi-

fahi  xalq  ədəbiyyatımızdan  başlamış,  həmişə  Azərbay-



 

          

 

85 


can  nəsri  üçün  səciyyəvi  olmuşdur.  Nəsrimizin  ən 

görkəmli abidələrindən olan «Kitabi-Əskəriyyə», «Rəşid 

bəy  və  Səadət  xanım»,  xüsusən  «İbrahim  bəyin  səya-

hətnaməsi»  əsərlərində  bu  lirikanın  gözəl  nümunələrinə 

rast gəlirik… Satira ilə müxtəlif xarakterli lirikanın belə 

uğurlu müştərəkliyi sonrakı nəsrimizdə qüvvətli şəkildə, 

novatorcasına  inkişaf  etdirilmişdir...  Cəlil  Məmməd-

quluzadənin  «Danabaş  kəndinin  əhvalatları»  povestində 

satira ilə lirika tam qovuşuq halda, növbələnmə tərzində 

bir-birini  tamamlamaqla  çox  cazibədar  və  kamil  sin -

tezini  tapmışdır»  (147,  127)  –  deyə  doğru  olaraq  şərh 

edən  müəllif  nədənsə  Füzulinin  Azərbaycan  dilində 

yazdığı və ictimai satiranın ilk nümunəsi olan «Şikayət-

namə»  əsərini  qeyd  etməyi  lazım  bilməmişdir.  Bu 

fikirlərə  istinad  edərək  onu  da  qeyd  etmək  lazımdır  ki, 

Füzulinin  «Şikayətnamə»  əsəri  də  ictimai  ittiham 

məzmunlu  lirika  ilə  vəhdətdə  götürülən  bir  əsərdir. 

Əsərin  giriş  hissəsində  yazıçının  məğrur  ruhu,  onun 

sultanlara  müraciət  etməkdən  peşmançılığı,  nəticədə  isə 

böyük  sənətkara,  şeirə,  sənətə  və  sənətkara  necə 

münasibət bəsləməsi təəssüf hissi ilə məharətlə göstəril-

mişdir.  Bütün  maaşlar,  təqaüdlər  verildikdən  sonra 

heyvanların  yem  pulları,  nökərlərin  cirəsi,  hətta  gəzinti 

və təmir xərcləri ödənildikdən sonra bir şey artıq qalarsa 

mənə  təqaüd  verilsin,  bu  artıq  o  deməkdir  ki,  sultan 

mənə  mərtəbəmi  göstərir,  özümü  hamıdan  artıq  təqaüd 

almağa layiq hesab etsəm də, onun yanında, hətta daş və 

torpaq  qədər  belə  qiymətim  olmadığı  fikri  lirik  fonda 

iztirabla söylənilir. 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə