Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə26/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   22   23   24   25   26   27   28   29   ...   43

 

          

 

90 


«Ölülər»  əsərində  də  rast  gəlirik.  «Ölülər»in  birinci 

pərdəsində  Kəblə  Fatma  şeyxin  ölü  diriltmək  əhvalatını 

eşidib  sevinir,  il  yarım  əvvəl  itirdiyi  qızının  –  Saranın 

yenidən  ona  qayıdacağının  həyəcanından  ağlayır.  Ona 

qarşı  etinasız  olan      ərindən  bir  küncə  sıxılaraq  ağlayan 

qadına  İskəndərin  ürək  yanğısı  da  budur:  «Yazıq  ana» 

(111, 92). 

Fəlakət  və  müsibət  içində  göz  yaşlarına  qərq  olan, 

köməksiz  qadın  –  anaların  faciəsi,  insan  psixologiyası-

nın ən gözəl, ən incə nöqtələrini duymaq və aça bilmək, 

təhlil etmək məharəti kimi hər iki əsərdə oxşarlıqla lirik 

fonda sənətkarlıqla qələmə alınır. 

Ədibin  nəsrində  dramatik  əsərin  tərkib  hissələrin-

dən  biri  olan  təksəslilik  əsərdə  iştirak  edən  obrazlardan 

birinin  tək,  öz-özünə  danışması  psixoloji  təhlil  kimi 

müəllifin  obraza  verdiyi  müstəqim  xasiyyətnamə  xarak-

teri  daşıyaraq  lirik  intonasiyanın  yaranmasında  çox 

mühüm  rol  oynayır.  «Danabaş  kəndinin  əhvalatları» 

əsərində  Məhəmməd  Həsən  əminin  taleyi,  süjet  boyu 

kifayət  qədər  tanış  olduğumuz  «qaragünçülük»  onun  

öz-özünə  şikayətlənməsində  daha  konkret  təsəvvür  ya-

radır: «Lap işlərim çətin yerə dayandı. Vallah, bilmirəm 

kasıblıq  dərdi  çəkim,  arvad-uşaq  dərdi  çəkim,  eşşək 

dərdi  çəkim.  Yəni  eşşəyi  də  verməmək  olmazdı.  Söz 

yox,  nə  tövr  verməmək  olar?  Eşşəyi  verməsəm,  onda 

dəxi  kənddə  baş  gəzdirmək  olar?  Genə  necə  olsa  ha-

kimdi,  katdadı.  Günün  günorta  çağı  gəldi,  nahaq  yerdə 

yaxaladı  ki,  bu  qədər  iştrafındı  ver,  onda  bəs  necə 

olsun? Xeyr, olmazdı ki, vermiyeydim» (111, 312). Mə-



 

          

 

91 


həmməd  Həsən  əmi  hökm  sürən  özbaşnalığı,  haqsızlığı, 

çarəsizliyi  görür.  O,  bilir  ki,  hakim  təbəqəni  özündən 

narazı  salmaq  olmaz.  Obrazın  sarsıntıları,  düşdüyü 

vəziyyətdən  çıxış  yolları  axtarması,  öz  xasiyyət  və 

xarakterinə  tənqidi  münasibətə  bəzən  haqq  qazandırma 

mövqeyi  tədricən  ictimai  və  psixoloji  cəhətlərin  əyani 

şəkildə  yekunu  kimi  səslənir:  «Hələ  mən  bilmirəm  ki, 

vallah bu arvad-uşaq nə deyir?! Hələ bu küçük niyə belə 

özünü  yerdən  yerə  çırpır?!  Deyinən  görək  axır  mənnən 

bir  yerdə  alnının  tərini  silib  pul  qazanmısınız?  Verdim, 

çox  yaxşı  elədim  verdim.  Öz  eşşəyimdir,  özüm  də 

verdim  də.  Dəxi  sizə  nə  dəxli  var?  A  kişi,  yəni  insafən 

onların  da  günahı  yoxdur.  Onlar  da  elə  məndən  ötrü 

qalmaqal eləyirlər da» (111, 312). 

Xüsusi  olaraq  onu  da  qeyd  etmək  lazımdır  ki, 

ədibin  üç  əsəri  –  «Buz»,  «İki  qardaş»  və  «Zəlzələ» 

hekayələrinin  üslubunda  satira  ilə  lirika  qovuşuq  halda 

deyil.  Burada  müəllif  fikri  qüvvətli  həyəcanın  emossio-

nal  təsiri  kimi  özünü  göstərir.  Müəllif  şahidliyi  ilə 

söylənilən  hər  üç  əsər  təhkiyəçinin  müəyyən  andakı 

hiss-həyəcanını  ifadə  edərək  sevinc,  hüzn  kimi  hissi -

emossional  təzahürü  ifadə  edir.  «Buz»  hekayəsində 

xəstəyə  zamanında  çatdırılmayan  buzun  müəllifə  həyatı 

boyu  verdiyi  hüzn  və  iztirab,  «Zəlzələ»  hekayəsində 

təbii  fəlakətin  yaratdığı  acınacaqlı  mənzərə,  «İki 

qardaş»  əsərində  uzaq  səfərə  yola  düşən  qardaşların 

məhəbbəti hadisə axarında lirik boyalarla canlandırılır.   

M.Məmmədov  C.Məmmədquluzadənin  nəsr  əsərlə-

rini  üslub  baxımından  qruplaşdırarkən  haqlı  olaraq  belə 



 

          

 

92 


yazır:  «C.Məmmədquluzadənin  sırf  satirik  hekayələri 

(«Qurbanəlibəy»,  «Bəlkə  də  qaytardılar»,  «Zırrama», 

«Taxıl  həkimi»,  «Proletar  şairi»…)  lirik  hekayələri 

(«Zəlzələ»,  «İki  alma»,  «İki  qardaş»)  olduğu  kimi, 

məzmunundakı lirika ilə satira vəhdət şəklində meydana 

çıxan  əsərləri  də  vardır  («Danabaş  kəndinin  əhvalat-

ları»,  «Poçt  qutusu»,  «İranda  hürriyyət»,  «Qoşa  balınc» 

və s.) (132, 110-111). 

Ədibin  satirik  üslubunda  satira  və  sarkastik  intona-

siyalar  daha  qüvvətlidir.  Əsərlərdə  zahiri  zarafatya-

nalıqla  tənqid  hədəfinə  ifşaedici  münasibət  ön  plana 

çəkilir.  Onun  satirik  üslubunda  tənqid  hədəfinin  rəzilli-

yini,  məhvə  məhkumluğunu  göstərən  vətəndaş  təlaşları, 

axtarışları  təşkil  edir.  Cəlil  Məmmədquluzadə  satirik 

üslubunda satirik və sarkastik intonasiyanın əsl xarakte-

rini  əyani  təsəvvür  etmək  üçün  əsərlərin  bəzi  məqam-

larını nəzərdən keçirək. 

«Danabaş  kəndinin  əhvalatları»  dərin  ictimai 

məzmunlu,  realist  əsərdir.  Burada    Məhəmməd  Həsən 

əmi  adlı  kasıb,  avam,  mömin  bir  kəndlinin  Kərbəlaya 

getmək  üçün  hazırladığı  eşşəyinin  itmək  məcarası  nağıl 

edilir.  Ancaq  bu,  hadisənin  zahiri  tərəfidir.  Bu  maraqlı 

əhvalatın  arxasında  ədibin  dərin  mənada  istehzası,  acı 

gülüşləri  cəmlənir.  C.Məmmədquluzadə  satirik  üslubda 

zamanın  ictimai  ziddiyyətlərini,  ədalətsizliyini  zahiri 

neytrallıqla kəskin ifşa edir: 

«Amma  dünyada  bəzi  vaxt,  bəlkə  də  çox  vaxt  çox 

təəccüblü  işlər  ittifaq  düşür.  Məsəla,  indi  bu  saat, 

burada  Xudayar  katda  ləzzətnən  yıxılıb  yatdı.  Amma  



 

          

 

93 


elə bu saat Danabaş  kəndində  üç  yerdə  matəm  qurulub-

dur. Üçünə də Xudayarbəy özü bais olubdu. Doğrudan çox 

gülməli  əhvalatdır  və    çox  qəşəng  əhvalatdır.  Ondan  ötrü 

qəşəng əhvalatdı ki, adam gülür, ürəyi açılır» (111, 287). 

Zahirən  istifadə  olunan  üslub  məzəli,  xoş  zarafat-

lıdır.  Ədib  nifrət  və  qəzəbini  belə    zahiri  şuxluqla  ifadə 

edib  «qəşəng»,  «gülməli»  satirik  atmacaları  ilə  öz  ürək 

sözlərini,  dərdlərini  deməyə  fürsət  tapır,  hər  hansı  bir 

təfsilatın  fonunda  bu  öldürücü  ittihamlar  daha  qabarıq, 

daha aydın nəzərə çarpır. 

Bəzən  zahiri  neytrallıq  əsərdə  tərəfkeşliklə  əvəz 

olunur.  Zahiri  görünən  bu  yaxınlıq  ictimai  qüsurların 

səbəbini üzə çıxarır, ədibin  qəzəbini, nifrət və hiddətini 

qabarıq ifadə edərək ifşa və ittihamı qüvvətləndirir. 

«İndi,  söz  yox,  kənardan  baxan  Xudayarbəyi  mə-

zəmmət  eləyir.  Amma,  xeyir,  burada  əsla  və  qəti  mə-

zəmmət yeri yoxdur. Əgər duraq insafnan danışaq, haqqı 

itirməyək,  gərək  heç  Xudayarbəyi  günahkar  tutmayaq. 

Doğrudur,  bu  qilüqalın  hamısına  bais  Xudayarbəydi. 

Amma  Xudayarbəyin  qəsdi  o  deyil  ki,  xalqın  evinə 

mərəkə  salsın.  Xudayarbəyin  tək  bircə  qəsdi  var.  Onun 

qəsdi məhz Zeynəbi almaqdır (111, 298). 

Göründüyü  kimi,  ədibin  üslubunda  satiranın  ən 

səciyyəvi cəhətlərindən  biri  zahiri  tərəfkeşliyin kinayəli 

xarakterdə  olmasıdır.  Ədib  ifadə  tərzini  sakit,  adi  ifadə 

etməklə fikri daima emossional, dəqiq və kəsərli təqdim 

edir.  «Kinayəli  gülüş  üslubu  ilə  yazılan,  ictimai  qüsur 

və kəsirləri qırmaclayan bədii əsərlərdə ictimai tənqidin, 

xüsusilə  satirik  tənqidin  əhəmiyyəti  və  təsiri  çox  böyük 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə