Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə38/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   35   36   37   38   39   40   41   42   43

 

          

 

136 


ra, genə əlinə bir düdük vermək çətin deyil» (111, 307). 

Qazıların, molla və axundların öz xeyirləri üçün zo-

rakılığa  razılıqlarını,  sevinclərini  tam  dolğunluğu  ilə 

nəzərə  çatdırmaq  üçün  ədib  xalq  danışığından  gələn 

ideomlara  keçərək  nəsihətlər  fonunda  verir:  «Yox,  yox, 

bacı,  allaha  xoş  getməz.  Sən  nahaq  yerə  özünü  də  mə-

şəqqətə  mübtəla  eləyirsən,  uşaqlarının  da  ürəklərinin 

sıxılmağına bais olursan. Yox, yox, belə eləmə. Ağlını yığ 

başına  və  dinməz-söyləməz  yığış,  get  otur  ərinin  evində» 

(111,  338),  yaxud  «Yaxşı,  bacı,  axır  sən  işi  o  yerə  niyə 

gətirirsən ki, oğlun sənə ağ olsun?» (111, 336) və s. 

Bəzən  ədib  ideomlar  vasitəsi  ilə  çarəsiz  insanların 

acınacaqlı  vəziyyətini  daha  qabarıq  ifadə  edir.  «Bizim 

çırağımız  o  vədə  keçdi  ki,  atanız  öldü»  (111,  295), 

«Axır  bir  sən  mənim  ürəyimi  sıxma  ki,  mən  də  sənin 

ürəyini  sıxmayım  (111,  296).  «Axır,  ay  arvad,  vallah 

necə  eliyim?  Üz  üzdən  utanır.  Ay  arvad,  axır  mən  ba-

şıma  nə  daş  salım?»  (111,  310-311),  «Zeynəb  bir  qədər 

ağlayıb  başını  dayadı  divara  və  cumdu  fikrə»  (111, 

339),  «Zeynəb  Xudayarbəyin  evində  altı  ay  yarım  qaldı 

və  bu  altı  ay  yarımın  ərzində  Zeynəbin  anadan  əmdiyi 

süd  burnunun  dəliklərindən  gəlib  töküldü»  («Danabaş 

kəndinin  əhvalatları»)  (111,  345),  «Əslinə  baxasan, 

bizim  bu  katdamız  özgə  tayfadandır,  odur  ki,  bizi 

görməyə gözü yoxdu» («Poçt qutusu»), (111, 371) və s.  

Alqış və qarğışlar qədim insanların inam və etiqad-

ları  ilə  bağlı  yaranaraq  xeyir  və  şər  təsəvvürlərlə  bağ -

lıdır.  Alqışlarda  xeyir  əməllər  təqdir  edilir,  qarğışlarda 

isə  insanlara  pislik  edənlərə,  şərə,  öz  əməllərinə  görə 



 

          

 

137 


cəza istəyi ifadə olunur. Cəlil Məmmədquluzadə nəsrin-

də alqış və qarğışlar qüvvətli hiss və həyəcanın təzahürü 

kimi  meydana  çıxır,  həyat  həqiqətləri  bədii  fonda 

sənətkar  müşahidəsi  kimi  qələmə  alınır.  Ədibin  nəsr 

üslubunda  alqış  və  qarğışların  müxtəlif  formalarına  rast 

gəlinir. 

Diqqəti  cəlb  edən  formalardan  biri  surətlərin 

nitqində  alqışlardan  fərdilik  vasitəsi  kimi  istifadə  edil-

məsidir.  «Poçt  qutusu»  və  «Qurbanəlibəy»  hekayələ-

rində  Novruzəli  və  Qurbanəlibəyin  dilində  istifadə  olu-

nan alqışlar forma baxımından eynidir: «Bu nə sözdü, ay 

xan?  Mən  ölən  günə  kimi  sənə  qulam»,  «Bəli,  başına 

dönüm  xan,  qurban  olsun  sənə  mənim  yetim-yesirim! 

Sənsiz  mənim  bir  günüm  olmasın!»  («Poçt  qutusu»), 

(111,  371-374).  Qurbanəlibəyin  dilindən  «Nə  qədər 

mənim canım sağdı, sənə mən nökərəm, ay xanım» (111, 

424).  «Naçalnik  ağa,  sən  bizim  başımızın  sahibisən.  Nə 

qədər  ki,  bizim  mahalda  camaat  var,  onlar  hamısı  sənin 

yolunda  başlarından  keçərlər.  Mən  özüm  sənin  yolunda 

oda  girərəm.  Qurban  sənə  mənim  canım.  Nə  qədər  ki, 

mən  sağam,  nökərəm  sənə»  («Qurbanəlibəy»)  (111, 

432).  Hər  iki  obrazın  dilindən  verilən  alqış  nümunələri 

forma  baxımından  eyni  olsa  da,  əhvalatın  məzmununa, 

surətin  səciyyəsinə,  vəziyyətinə  uyğun  şəkildə  dəqiq 

istifadə olunaraq ifadə etdiyi mənaya görə fərqlənir. 

Ədib  ilk  növbədə  obrazların  ictimai  vəziyyəti, 

cəmiyyətdə  mövqeyi  barədə  məlumat  verir,  onların 

hansı  zümrəyə,  təbəqəyə  mənsub  olduqlarını  xatırladır. 

Novruzəli  mülkədar  Vəlixanın  kəndlisidirsə,  Qurbanəli-



 

          

 

138 


bəy  Qapazlı  kəndinin  mülkədarıdır.  Novruzəli  təkcə 

xanın  yaşayışını  təmin  etmir,  o,  eyni  zamanda  kənd-

xudanın  zülm  və  işgəncələrinə  dözməlidir.  Köləliyə 

düçar  olmuş,  cəsarət  və  ümidini  itirmiş  bir  insanla 

köləliyi özünə şərəf bilən,  məzlum insanları təhqir edən 

fərdi aləmin müxtəlifliyi alqışların işlənmə formalarında 

vəhdətdə,  daxili  rabitədə  göstərilir.  Məna  çalarında  isə 

Novruzəlinin  dilindən  verilən  alqışlar  sadə  bir  kəndli 

üçün  səciyyəvidir.  Onun  hisslərində  sadəlik,  saflıq,  sa -

dəlövlük  əsasdırsa,  Qurbanəlibəydə  tamam  başqadır.  O, 

bu  alqışları  yalnız  özündən  yüksək  rütbə  sahibinə  deyə 

bilər. Xanıma, pristava, əfsərə, naçalnikə ünvanlanan al-

qışlar ünvanına uyğun gəlib tam yerinə düşərək Qurban-

əlibəyin  imtiyazlı  insanlara  yaltaqlanmasının  təzahürü 

kimi  görünür.  Kəndlilərin,  nökərlərin  yanında  bəyin 

ikinci bir sifəti  – zalım bir mülkədar kimi rəftar etməsi, 

hədələri, söyüşləri nəzərə alındıqda bu alqışın mahiyyəti 

daha  artıq  istehza  doğurur,  ictimai,  şəxsi  münasibətlərə 

kinayə kimi poetik bir tərzdə şərh edilir.  

Ədib  alqışlardan  məzmuna  uyğun,  surətlərin  vəziy-

yətinə  müvafiq şəkildə istifadə etmiş və  hər dəfə xarak-

teri  açmaq  üçün  bu  vasitə  ilə  iztehzasını,  nifrətini  daha 

konkret  ifadə  etmişdir.  «Danabaş  kəndinin  əhvalatları» 

əsərində Xudayarbəylə qazının dialoqunu nəzərdən keçi-

rək:  

«–Bax, ey qazı ağa, and olsun o bizi yaradan allaha, 



sən  əgər  mənim  bu  işimi  aşırsan,  mən  məlun  adamam 

əgər başımı da sənin yolunda əsirgəyim. 

–Bəradərim,  mənə  sənin  başın  lazım  deyil;  allah 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə