Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə40/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   35   36   37   38   39   40   41   42   43

 

          

 

143 


(111, 480). Konsulun fikirləri və söylənilən qarğış onun 

çirkin  mənəviyyatını  bir  daha  xarakterizə  edir.  Pərt 

halda  konsulun  evindən  çıxan  Rzaqulunun,  «Əvvəla, 

İvanov  müəllimin  arvadının  atasına  lənət  ki,  mənim 

başıma bu qədər oyun açdı və ikincisi, konsulun ölən ar-

vadı da tünbətün olsun, qalan arvadı da  cəhənnəmə -göra 

getsin!»  (111,  481)  –  deyə  qarğışları  bir-birinin  ardınca 

deməsi qəzəb və hiddəti qabarıq şəkildə əks etdirir.  

Yaxud,  «Danabaş  kəndinin  əhvalatları»  əsərində 

oğlundan  nigaran  qalan  ananın  qarğış  ünvanları  müx-

təlifdir. İzzət bir tərəfdən çarəsizlik içində nə  edəcəyini 

bilməyən  ərinə,  «Ay  kişi,  allah  görüm  sənin  evini 

bərbad  eləsin!  Bir  ayaq  qoy,  gör  axır  uşaq  hara  qaçdı 

getdi?»  (111,  311).  «Ay  eşşək  verənin  atası  tünbətün 

düşsün! Ay eşşək satanın atasına lənət! Ay eşşəyi görüm 

ilan vursun! Mənim balam burda az qalır ki, ölsün, hələ 

durub  eşşək  əhvalatını  salır  ortalığa»,  (111,  318)  bir 

tərəfdən isə qalmaqal yaradan Xudayarbəyi ittiham edir: 

«Atana  nəhlət,  Xudayarbəy!  Dədən  tünbətün  düşsün 

Xudayarbəy!  Babanın  həşri  Ömərin  həşrilə  qopsun, 

Xudayarbəy!»  (111,  311).  Hər  iki  misalda  qarğışlar 

surətin  dərin  həyəcanını,  kədərini  emossional  şəkildə 

ifadə edərək qəzəb və hiddətini vurğulayır. 

Cəlil Məmmədquluzadənin nəsr üslubunda qarğışlar 

psixoloji  hal  kimi  kədər,  qəzəb  və  narazılığın  etiraz 

ifadəsinə  çevrilərək  bəzən  həyatdakı  dözülməzlikləri 

kəskin  ifadə  etmək  üçün  yalvarışlarla  birləşir.  Ədib 

Məhəmməd Həsən əminin acınacaqlı vəziyyətini yığcam 

bir  epizodda  qarğış  və  yalvarışların  tam  psixoloji  vəziy-



 

          

 

144 


yət  çərçivəsində  yaratmağa  müvəffəq  olur:  «Qardaş, 

Məhəmməd Həsən əminin alnına yazılmamışdı kərbəlayı 

olsun.  Allah  baisin  balalarını  mələr  qoysun!  …Apar, 

qardaş, apar… O ərizəni apar... Apar həzrət Abbasa,  apar... 

Mən gedə bilmədim... Gedə bilmədim. Qoymadılar. Mə-

ni  qoymadılar...  Mənim  eşşəyimi  oğurladılar.  Yedilər. 

Satdılar.  Apar  ərizəni,  apar»  (111,  332).  Ədib  hər  iki 

intonasiya  vəhdətində  qəhrəmanının  mənəvi  aləmini, 

onun  ruhi  hallarını  canlı  və  təbii  verməyə  nail  olur. 

Kədərli,  həyəcanlı  situasiya  İzzətin  dilində  də  eynidir: 

«Çavuş,  apararsan  o  ərizəni  həzrət  Abbasa.  Gərək 

mənim  ərimi  bu  yoldan  binəsib  eləyənə  həzrət  Abbas 

özü qənim ola. İmam özü qənim ola (111, 332). 

İnsanın  fikir  və  məqsədlərinin,  hiss  və  düşün-

cələrinin  müəyyən  bir  məfhuma  əsaslanaraq  etiqad 

etdiyi,  müqəddəs  saydığı  anlayışla  ifadə  olunan  andlar 

Cəlil Məmmədquluzadənin nəsr üslubunda geniş istifadə 

olunmuşdur.  Ədibin  nəsrində  dini  görüşlərlə  əlaqədar 

andlar  daha  çoxdur:  «Əhməd  nağıl  eliyə-eliyə  hər  bir 

söz  arasında  bir  and  içirdi.  Bir  söz  deyirdi,  bir  deyirdi: 

«vallah»;  bir  söz  deyirdi,  bir  deyirdi:  «imam  Hüseyn 

haqqı»;  bir  söz  deyirdi,  bir  deyirdi:  «imam  Rza  haqqı»; 

«cənab  Əmirin  Zülfüqarı  haqqı»  (111,  318).  Təkrirlərlə 

zəngin  olaraq  işlənən  andlar  Əhmədin  hadisələri  qəti, 

doğru olduğunu bildirmək cəhdini və ata-anasını da  ona 

inandırmaq məqsədini açıqlayır. 

Yaxud,  «Danabaş  kəndinin  məktəbi»  əsərində  Hacı 

Namazalı  naçalnikə  deyir:  «Ağa,  and  olsun  yerin  və 

göylərin  xaliqinə,  and  olsun  seyyiddüş-şühədayə,  and 



 

          

 

145 


olsun  on  iki  imama,  and  olsun  İsa  və  Məhəmmədə,  o 

adamlar  ki,  camaatın  bir  parası  gizlədib  deyir  ki,  guya 

kənddə  deyil,  -  o  adamlar  hamı  elə  bu  dəqiqə  Danabaş 

kəndindədirlər;  necə  ki,  qabaqca  ərz  eləmişəm,  bu 

işlərin  hamısı  fənd-feyldi»  (111,  368).  Danabaş  dünya-

sına  ağalıq  edənlərdən  olan  Hacı  Namazalının  andları 

tamamilə  ciddi  olub  hadisələrə  düzgün  şərhdir.  Məz -

munda  naçalnikə  yaltaqlığı  ifadə  edən  andlar  fikrin 

obrazlı ifadəsində əlverişli vasitə kimi diqqəti cəlb edir. 

Ədibin nəsrində andın əsas təsiri and içənin fikrinin 

dəqiqliyinə  inam  oyatmaq  üçün  nəyə  istinad  etməsində, 

nəyə  and  içməsindədir.  Məsələn,  «Pirverdinin  xoruzu» 

əsərində  Pirverdi  Qasım  əminin  getməsinə  mane  olaraq 

eşşəyin quyruğundan yapışır: 

«–Vallah,  dədə,  qoymayacağam  gedəsən!..  Hələ 

Zibeydə  xalama  desən  ki,  mənə  bir  xoruz  gətirsin,  onda 

qoyaram;  yoxsa vallah, qoymaram» (111, 447). Oğlunun 

andlarına  Qasım  əmi  də  andla  cavab  verir:  «–Oğlum, 

canın  üçün  xalava  deyərəm  sənə  bir  yaxşı  çarxı  xoruz 

gətirsin.  Di,  izn  ver,  gedim»  (111,  447).  Göründüyü 

kimi,  andın  doğura  biləcəyi  inam  həm  and  içənin,  həm 

də  andı  eşidənin  etiqad  etdiyi  və  ya  müqəddəs  saydığı 

bir anlayışa (Tanrıya və övlada) əsaslanmışdır. 

Ədib  obrazların  dilində  ailə  və  məişətlə  bağlı 

andlardan kinayə vasitəsi kimi istifadə edir. «Qurbanəli-

bəy»  əsərində  Qurbanəlibəyin  dilində  istifadə  olunan 

«Bu gözlərim üstə, hansını bəyənsən, peşkəşdi. Lotu-lo-

tuyana  deyirəm,  mən  təzvir-məzvir  bilmənəm,  hansını 

xoşlasan,  atamın  göru  haqqı,  peşkəşdi  sənə»  (111,  434) 



 

          

 

146 


ifadəsi  bəyin  yaltaqlığını,  harınlığını  daha  qabarıq 

nəzərə çatdırır. 

Yaxud,  «A  kişi,  adına  and  olsun,  eşşəyi  mənə 

Məhəmməd Həsən əmi özü verib. Eşşəyi mənə o dəyyus 

özü  veribdi,  o  qurumsaq  özü  veribdi,  o  Ömər  özü 

veribdi.  A  kişi,  niyə  inanmırsan?  («Danabaş  kəndinin 

əhvalatları»),  (111,  283).  Obrazın  özünün  belə  içdiyi 

anda inamın olmaması xarakterinə uyğun vulqar sözlərlə 

əhatə  olunaraq  ədibin  kinayəli  tendensiya  çalarında  «A 

kişi,  niyə  inanmırsan?»  ifadəsi  ilə  andla  bağlı  tənənin 

lakonik və obrazlı ifadəsinə nail olur. 

Demək  olar  ki,  bütün  formalarda  andlar  mövzuya, 

əhvalata,  obrazın  sosial  psixoloji  vəziyyətinə  uyğun 

seçilərək,  onun  təsəvvürləri  ilə  əlaqədar  işləndiyi  üçün 

fikirlərə obrazlılıq gətirmişdir. 

Deyilənlərdən  belə  qənaətə  gəlmək  olar  ki,  Cəlil 

Məmmədquluzadə  öz  üslubu,  dil  xüsusiyyətləri,  yaradı-

cılıq  manerası  ilə  fərqlənən  orijinal  bir  sənətkardır  və 

onun  fərdi  üslubunun  müəyyənləşməsinə  xalq  yaradıcı-

lığının güclü təsiri olmuşdur. 

 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə