Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə39/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   35   36   37   38   39   40   41   42   43

 

          

 

139 


sənin başını səlamət eləsin. Mənə bu lazımdır, bax bu!» 

(111, 276). 

Ədib  «allah  sənin  başını  səlamət  eləsin»  ifadəsi  ilə 

qazıların  xarakteri  üçün  acgözlüyü  ən  qüvvətli  cəhət 

sayır,  onların  bütün  həyat  tərzini,  münasibətlərini  və 

fərdi  aləmlərini  istiqamətləndirən  əlamət  hesab  edir. 

Qazı  bu sözləri deyəndə böyük bir kəllə qəndi boyunca 

yuxarı qaldırması onu daha gülünc vəziyyətə salır, daha 

kəskin ifşa edir. 

Bəzən ədib alqışları dərdli insanların qəzəb obyekti 

kimi qələmə alır: «Apar da, apar bu köpəyin eşşəyini də, 

apar, öldür də! Ay əlinə dönüm, Xudayarbəy, apar öldür 

də! Allaha qurban olum. Çox əcəb oldu, çox yaxşı oldu» 

(111,  312).  Eşşəyi  Xudayarbəy  apardıqdan  sonra  Mə -

həmməd  Həsən  əminin  ailə  faciəsində  İzzətin  dilindən 

söylənilən  bu  alqışlar  öz-özlüyündə  çarəsiz  insanların 

bədbəxt  vəziyyətindən  təsirli  və  hiddətli  şəkildə  xəbər 

verməkdədir. 

Obrazların  nitqində  fərdilik  vasitəsi  kimi  istifadə 

olunaraq  müəyyən  əhvalatlara  münasibət  bildirən  alqış-

lar  ədibin  nəsr  üslubunda  xalq  inamı  kimi  formalaşıb 

inkişaf  etmiş  sınamalarla  bağlı  olub  məqamında  işlə nə-

rək  məzmunu  tamamlayır.  «Xüsusi  səciyyəvi  yönləri  

olan  sınamalar  hər  şeydən  öncə,  xalqın  düşüncə  tərzini, 

həyata  baxış  və  münasibətini  etik,  etnoqrafik  görüş-

lərini,  adət-ənənəsini,  mərasimlərini  sistemli  şəkildə  iz-

ləmək baxımından çox dəyərlidir» (22, 11). Bu cəhət dən 

«İranda  hürriyyət»  və  «Dəllək»  hekayələri  çox  xarak-

terikdir. 



 

          

 

140 


«İranda  hürriyyət»  hekayəsində  ədib,  mücərrəd 

məfhumun  (hürriyyətin)  maddi,  konkret  məfhum  kimi 

qəbul  edərək  ondan  pay  uman  avam,  savadsız  Pərinisə-

nin  yuxusunu  şirin  bir  yumorla  təsvir  edir:  «Kərbəlayı 

Məmmədəli,  mən  genə sənə deyirəm ki,  yaxşı xəbər gə-

ləcək; onnan ötrü ki, mən yuxuda həmişə qarpız görəndə 

şad  oluram.  Keçən  həftə    Sara  bacım  da  yuxuda  qarpız 

görmüşdü,  əri  Məşədi  Haqverdi  gəlib  mollaya  Sara 

bacının  yuxusunu  nağıl  eləmişdi.  Molla  demişdi  ki, 

qarpız şadlıqdı. Mən də  həmişə yuxuda qarpız görəndə, 

sevinirəm (111, 420). 

Xalq  inamı  təcrübə,  müxtəlif  sınamalardan  çıxıb. 

Onlara  inam  bəslənilməsi  Pərinisənin  yuxusunda  da  əks 

olunur.  Yuxuda  ona  qarpız  gətirərək  qonaq  gələn  əmi-

dostuya  sevinc  əlaməti  olaraq  alqış  söylənilməsi    sına-

malarla bağlıdır: «Hə… mən çıxdım rəhmətliyin qabağı-

na  və  dedim  –  indi  çıxmıyım  və  indi  demiyim  –  dedim: 

ay  əmidostu,  sən  həzrət  Abbas,  bu  nə  xəcalətdir  ki, 

mənə  verirsən?  Rəhmətlik  gəlib  məni  qucaqladı.  –  İndi 

qucaqlamasın.  –  O üzümdən öpdü, bu üzümdən öpdü və 

qarpızların bir yekəsini gətirib verdi mənə. Allah rəhmət 

eləsin,  torpağı  sanı  yaşayasan,  məni  çox  istərdi;  indi 

istəməsin»  (111,  420).    Qeyd  etmək  lazımdır  ki,  «indi 

çıxmayım»  və  «indi  deməyim»,  «indi  qucaqlamasın», 

«indi  istəməsin»  ifadələri  də  sınamalarla  bağlı  olaraq 

Pərinisənin  alqışlarında  özünəməxsus  məzmun  etibarilə 

ünvanına istiqamətlənərək yerinə düşür. 

Sınamalarla  bağlılıq  fonunda  müəyyən  dərəcədə 

«İranda  hürriyyət»  əsəri  ilə  səsləşən  «Dəllək»  hekayə -



 

          

 

141 


sində  usta  Hüseyn  oğlunun  burnunun  qanını  kəsmək 

üçün  ondan  kömək  istəyən  Sadıq  kişiyə  nəsihətində 

deyir:  «Yazığım  gəlir  gününə,  ay  Sadıq  kişi!  Bilmirəm 

sənin  axırın  nə  günə  qalacaq!  A  kişi,  ya  adını  erməni 

qoy,  xalq  bilsin  ki,  sən  müsəlman  deyilsən,  yoxsa  əgər 

müsəlman  olmaq  istəyirsən,  qardaş,  bu  müsəlmançılıq 

deyil ki, sən eliyirsən. Kişi, utanmırsan  başuvun tükünü 

bu  qədər  uzadıb  qırxdırmırsan?  Hələ  xəcalət  çəkməyib 

deyirsən  ki,  Məhəmməd  Vəlinin  burnunun  qanı  kəsil-

mir?!  O,  allahın  qəzəbidir  ki,  səni  tutub.  Yoxsa  harda 

görsənən şeydir ki, burnunun qanı kəsilməyə?! Sənin tək 

müsəlmanlar  bundan  da  artıq  bəlaya  giriftar  olacaqlar!» 

(111, 445). «Saçın insanın həyatını, ömrünü təmin edən, 

hətta öləndən sonra da onu dirildən vasitələrdən olma sı-

na  dair  miflər  çoxdur.  ...İş  burasındadır  ki,  guya  elə 

adamlara  da  zərər  onların  öz  saçlarından  toxunulur  və 

bunu  edən  də  bədxah  ruhlardır.  Baş  ağrısı  da  guya  saç 

ruhunun  narahatlığı  ilə  bağlıdır  və  bu  narahatlığa  səbəb 

isə  saçın  tez-tez  yuyulması,  daranması,  qırxılmasıdır. 

Heredotun  verdiyi  xəbərə  görə,  İran  hökmdarı  ildə  bir 

kərə  anadan  olduğu  gündə  başını  yuyarmış.  Bəzi 

yerlərdə, məsələn, Yeni Zellandiyada saçı qırxmaq üçün 

xüsusi  günlər  təyin  olunur  və  bu  münasibətlə  ayinlər 

icra edilirmiş» (22, 11). Bu maraqlı fakta istinad edərək 

qeyd  etmək  lazımdır  ki,  ədibin  nəsrində  istifadə  olunan 

saçla bağlı sınama tənqidi mətləblərin əsas ifadə vasitəsi 

olub  «həkimlik  səriştəsi  çox  olan»  usta  Hüseynin  «Əv-

vəla  budur  ki,  başını  vaxtından-vaxtına  qırxdırmayanın 

evində  heç  xeyir-bərəkət  olmaz,  ikinci  budur  ki,  insana 



 

          

 

142 


növbənöv bədbəxtliklək üz verər» (111, 445) fikirləri ilə 

fırıldaqçıların  varlanma  üsulları  kəskin  kinayə  ilə  ifşa 

olunur.  Bu  fikirlərə  Sadıq  kişi,  «Usta,  allah  atana 

rəhmət  eləsin»  (111,  445)  alqışı  ilə  yekun  vurur.  Təsa -

düfdən  doğan  zərurət  isə  nəsihətin  eyniyyətidir:  Başını 

qırxdırıb  evə  qayıtdıqda    -  «Həyətə  girib  Sadıq  kişi 

gördü  ki,  oğlunun  qanı  çoxdan  kəsilib.  Məhəmmədvəli 

bir  uzun  ağacdan  at  qayırıb  minmişdi,  həyəti  o  tərəfə 

çapırdı,  bu  tərəfə  çapırdı  və  hərdən  bir  at  kimi  kişnə-

yirdi» (111, 445). 

Ədibin  nəsrində  qarğışlar  nifrət  və  qəzəbin  təzahü-

rü kimi ifadə olunaraq «əsrlər boyu həyat təcrübəsindən 

yaranan,  ürəyini  boşaltmaq  üçün  insanın  psixoloji  alə -

mini  açan  ən  tipik  ideomatik,  lakonik  və  hissi  ifadə lər-

dir.  Diqqət  edilsə  bu  ifadələrin  böyük  əksəriyyəti  ən 

gözəl bədii yaradıcılıq nümunəsidir» (27, 388). Alqışlar-

da  olan  dil  fərdiyyəti  qarğışlarda  da  obrazın  mənəvi  və 

psixoloji  vəziyyətinə,  xarakterinə,  hadisələrin  məzmu-

nuna  uyğun  seçilmişdir.  Məsələn,  «Konsulun  arvadı» 

hekayəsində  bir  arvadla  kifayətlənməyən,  hər  küçədə 

birini  saxlayan  İran  konsulu  arvadının  vəfatı  münasi-

bətilə  ona  başsağlığı  verməyə  gələn  müəllimlərə  belə 

cavab verir: «Ay cəhənnəmə vəfat edib, göra vəfat edib! 

Rəhmətliyin  uşaqları  (bizə  işarə  idi),  əvvəl  lazım  gəlir 

müxbir  olmaq  ki,  aya,  o  ölən  övrət  mənim  nəyimdir, 

rəhmətliyin  uşaqları,  bəlkə  bu  yekəlikdə  vilayətdə  

mənim hər küçədə bir siğə-mütəm olacaq (burada konsul 

içəri  otağa  tərəf  baxdı),  lazım  dəgil  məgər  yəqin  etmək 

ki,  aya,  bu  vəfat  edən  kimdir  və  mənim  nəyimdir?» 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə