Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə37/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   33   34   35   36   37   38   39   40   ...   43

 

          

 

133 


nundakı  uyğunluqla  tam  səsləşir:  «Sənin  ki,  canın  bu-

dur, axır düz  tərpəş  də, bacı! Axır sən niyə ərinin işlə ri-

nə  qarışırsan  ki,  başına  bu  oyun  gəlsin?  Di  get,  aldın 

payını,  çağır  dayını!»  (111,  303).  Məsəlin  ümumi  məz-

munu  lazımsız  işlərə  can  atan  adamların  nəhayətdə 

peşimançılıq,  uğursuzluq  gözlədiyini  ifadə  edir.  Buna 

görə  də  həmin  məsəl  müxtəlif  münasibətlərdə  işlənə 

bilər.  Ədib  isə  bu  məsəldən  qadın  hüquqsuzluğunun 

acınacaqlı  nəticələrini  bildirmək  üçün  acı  kinayə  ilə 

müvəffəqiyyətlə istifadə etmişdir. 

«Qurbanəlibəy»  əsərində  pristav  arvadının  ad  bay-

ramı  münasibətilə  təşkil  olunan  ziyafət  məclisinin 

təsvirində  camaat  evi  dövrəyə  almış,  adam  əlindən  hə-

yətdə  gəzmək  mümkün  deyildi:  «Pristavın  həyətində  it 

yiyəsini tanımırdı. Səsdən və qiylü-qaldan qulaq tutulur-

du»  (111,  422)  kimi  işlənən  məsəldə  başqasının  hesa-

bına  yaşayan,  lakin  bunu  başa  düşməyən,  hərc-mərclik 

yaradan  insanlara  kinayəli  gülüş  vardır.  Tərbiyəçi 

dilindən  verilən  məsəl  konkret  vəziyyətə  uyğunlaşdırıl-

mış, daha təsirli məzmun qazanmışdır. 

Müəyyən  dərəcədə  dəyişmiş  mətləblə  əlaqədar 

olaraq  işlənib  obraza  və  ya  hadisəyə  münasibət  bildirən 

atalar  sözləri  və  məsəllərin  ifadə  üslubunda  da  həyati 

məntiqə əsaslanan xalq müdrikliyi vardır. 

«Danabaş  kəndinin  əhvalatları»  əsərinin  «Xatimə» 

hissəsində  Vəliqulunun  vəziyyəti  belə  ifadə  olunur: 

«Vəliqulu  özü  də  başa  düşdü  ki,  ona  hələ  hamısından 

vacib  çörək  qazanmaqdır;  yoxsa  nökər  nədir,  evləndi 

nədir?!»  (111,  347).  «Nökər  nədir,  bekar  nədir?!»  kimi 



 

          

 

134 


işlənən atalar sözü dəyişdirilərək obrazın konkret şərait-

dəki  vəziyyətini  –  hər  şeyini  itirmiş  bir  insanın  əlacsız-

lıqdan  özünəməxsus  çıxış  yolu  tapmasına  daha  təsirli 

məzmun qazandırmışdır. 

Bəzən  ədib  başqa  dildən  gələn  söz  və  ifadələrlə 

işlənən  məsəllərdən  istifadə  edir.  Məsələn:  «Molla 

Fəzləli» hekayəsində mollanın dilindən verilən «Nə eybi 

var,  hər  gecənin  bir  səhəri  və  hər  zimistanın  bir  baharı 

olar  (111,  473)  ifadəsi  qaranlıq  dünyada  məqsədinə 

çatmaq  üçün  avam  xalqı  aldadan  fırıldaqçıları  ifşa  edir. 

Müəllif  tərəfindən  bir  priyom  kimi  istifadə  edilən  «Hər 

zimistanın  bir  baharı  olar»  ifadəsində  zimistan  qışla 

əvəz oluna bilərdi. Ədib Molla Fəzləlinin dilində var va-

rizm  yolu  ilə  kinayəsini  konkret  vəziyyətə  uyğunlaş-

dırmış, daha mübaliğəli məzmun tonu vermişdir. Yaxud, 

«Konsulun  arvadı»  əsərində  İran  konsulu  Xəllaqül-

məmalik  həzrətlərinin  çirkin  mənəviyyatını  xarakterizə 

etmək üçün müəllimlərin söhbətində fars dilində verilən 

məsəl hekayənin satirik məzmununa çox uyğundur. «Bir 

də,  qardaş,  bax  sözün  açığı,  sən  hara,  konsul  hara?  Sən 

bir  balaca  müəllim,  o  ali  bir  vücud.  Axır  deyiblər:  – 

Kəbutər  ba  kəbutər  ta  deməyiblər,  kəbutər  ba  xoruz» 

(111,  477).  Hərfi  mənada  köyərçin  göyərçin  ilə,  ta 

deməyiblər göyərçin xoruz ilə (60, 278) məsəlinin əslinə 

müvafiq  mənası  isə  hər  işini  bab  elə,  –görən  desin  ha 

belə (111, 477) formasındadır. Ədib bu vasitə ilə fikrini 

məsəl şəklinə salmaq istəmiş və kinayəsini daha qabarıq 

ifadə etmək məqsədini güdmüşdür.  

Cəlil  Məmmədquluzadə  nəsrində  ideomatik  ifadə-



 

          

 

135 


lərin  işlənmə  dairəsi  atalar  sözü  və  məsəllərdən  daha 

geniş  yer  tutur.  İdeomatik  ifadələr  ədibin  nəsr  üslubuna 

canlılıq  və  lakonizm  gətirməklə  bərabər,  obrazların, 

xarakterlərin  izahında  fəal  rol  oynayır.  Fikrimizi  kon -

kret  misallar  üzərində  əsaslandıraq.  «Danabaş  kəndinin 

əhvalatları»  əsərində  Xudayarbəy  övrəti  Şərəfə  müra-

ciətlə  deyir:  Mən  ondan  ötrü  evlənmirəm  ki,  mənim 

göylüm arvad xahiş edir» (111, 304). Bu fikir ideomatik 

ifadə  ilə  göstəriş  kimi  daha  qəti  görünür,  kəskin  şərt 

qoyma,  xəbərdarlıq  kimi ifadə olunur. Yaxud,  «Pəs indi 

ki, Xudayarbəy bu cür cavab verdi, övrətin qəlbinə belə 

gəldi  ki,  ey  dili  qafil,  bəlkə  də  elə  doğrudan  sabah  bu 

kişi  məni  boşadı.    Onda  pəs  mən  başıma  nə  gün  ağ lı-

yım»  (111,  305).  Qadınların  faciəvi  həyatını,  hüquq  və 

mənəviyyatının  tapdanmasını  əks  etdirən  ideomatik 

ifadələr qəzəb və sarsıntı ilə ifadə olunur.  

Eyni əsərdən «…əvvəllər evlənmək söhbəti düşəndə 

Şərəf  bir  tikə  narahat  olub  şivən  eləməzdi;  çünki  bilirdi 

ki, ərinin bir qəpiyi  yoxdu ki, versin saqqıza, çeynəsin» 

(111,  306).  Xalq  danışığından  gələn  bu  maraqlı  ifadə 

yoxsulluğun,  pulsuzluğun  bir  növ  obrazlı  şərhinə 

çevrilərək  surətin  həmin  xatirələri  dərin  həyəcanla  yada 

saldığını qabarıq şəkildə nəzərə çatdırır. 

Qadın  üzərindəki  zülmü  şəriət  qanunlarına  əsaslan-

dıraraq  öz  mənafelərinə  uyğun  əks  etdirən  «adil»  din 

xadimlərinin  ifşası  ideomlarla  ifadə  olunaraq  tutarlı 

kinayə  kimi  vurğulanır.  «Yoxsa  dul  övrətin  kəbinini  ci-

cim də kəsər və bir də qazı ağa, indi o övrətin əri gedib 

Kərbəlaya.  Kim  nə  bilsin,  gələ-gəlməyə.  Gələndən  son-



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə