Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə34/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   30   31   32   33   34   35   36   37   ...   43

 

          

 

122 


ayağının  torpağı  da  ola  bilmərəm»  (111,  433)  təkrirləri 

ilə  dəqiq  məqamında  məsələyə  münasibəti  ifadə  edərək 

bəyin  mənəviyyatsızlığını  emosional  şəkildə  nəzərə  çat-

dırır. 


Konkret  vəziyyətdə  konkret  bir  psixoloji  anın 

əhval-ruhiyyəsinin  dəqiq  ifadəsi  təkrirlərlə  hər  tipin  öz 

danışıqlarına  uyğun  seçilir.  Məsələn,  «Taxıl  həkimi» 

əsərində  kəndlilərə  kömək  üçün  gələn  taxıl  həkiminin 

erkək  ətinin  kababını  və  Qarakənd  şərabını  içdikdən 

sonra  nə  məqsədlə  gəldiyini  unudaraq  getməsi  təsvir 

olunur,  «Xudahafiz,  salamat  qalınız,  sağ  olunuz,  allah 

ömür  versin,  salamat  qalınız,  xudahafiz,  xudanasir» 

(111,  543)  –  deyə  axıra  kimi  tamamlaya  bilmədiyi  vida -

laşma  mərasiminə  kəndlilərin  «A  gədə!  A  gədə!  Həki-

min qurdu qaldı!.. Taxıl qurdu qaldı!.. A gədə!.. Ay ha-

ray,  qaçın  həkimin  dalınca!..  Qaçın  avtomobilin  dalıy-

ca!..» (111, 543).  

Müəllif  təkrirləri  həkimin  və  kəndlilərin  öz 

danışıqlarında,  öz  üslublarında  ifadə  etməyi  daha 

məqsədəuyğun  hesab  etmiş,  həkimin  fəaliyyətini,  kənd-

lilərin əl-ayağa düşməsini, nigarançılığını daha dəqiq və 

müfəssəl aça bilmişdir. 

Nəticə  olaraq  onu  qeyd  etmək  lazımdır  ki,  bədii 

təsvir və ifadə vasitələrindən istifadə ədibin satirik üs lu-

bunda  –  a)  konkret  hissi  obrazlılıq,  b)  bu  və  digər  vasi-

tələrdən  istifadənin  estetik  orijinallığı,  d)  gerçəkliyin 

dərk  edilməsində  müəllifin  xüsusi  bacarığının  ifadəsi 

kimi diqqəti cəlb edən başlıca cəhətlərdəndir. 

 



 

          

 

123 


2.2. Şifahi xalq ədəbiyyatından qaynaqlanan  

ifadə üslubu 

 

Cəlil  Məmmədquluzadə  ümumxalq  dilindən  sənət-



karlıqla  istifadə  etmiş,  ona  yeni  həyat  və  fəlsəfi  məna 

verərək  bədii  təfəkkürün  poetik  ifadəsini  yaratmışdır. 

«Burada  bütün  dil  vasitələri  elə  bir  monolitlik  yaradıb 

ki,  morfoloji əlamət, sintaktik biçim gözə girmir, oxucu 

yazıçının  çəkdiyi  lövhəni  bütün  detalları  ilə  görür, 

obrazın  düşüncələrindəki  ağrıları,  acıları,  sevincləri, 

birər-birər  yaşayır...  Burada  söz  söz  xatirinə  deyilmir, 

sözün üstündə həyat psixologiyası dayanır. Bədii söz öz 

axarında  olduğu  üçün,  xalq  dilində  kökləndiyi  üçün 

doludur, şirəlidir, canlıdır, hərəkətlidir (153, 160). 

Ədibin  nəsrində  xalq  deyimlərindən  istifadə  üsul-

ları  müxtəlifdir.  Bu  müxtəlifliyi  bir  sıra  ideya-bədii 

keyfiyyətinə  görə  üç  əsas  mərhələdə  –  a)  nağıl  və  das-

tanların  üslub  əlamətləri,  b)atalar  sözü,  məsəllər  və  ide -

omatik  ifadələr,  c)  alqış  və  qarğışlardan  istifadə  üsulu 

kimi  daxili  əlaqə,  irsi  rabitə  və  ardıcıllıqla  qruplaşdır-

maq olar. 

Nağıl  və  dastan  rəvayətlərinin  özünəməxsus  çərçi-

vələri  var.  Burada  daha  çox  cəmiyyətin  ibtidai  təsəvvür 

və təxəyyülü, zaman və məkan sonsuzluğu nəzərə çarpır. 

Milli  həyat  tərzi,  milli  məfkurə  ilə  zəngin  olan  Cəlil 

Məmmədquluzadə  əsərlərinin  üslub  fərdiliyində  diqqəti 

cəlb  edən  əsas  cəhət  şifahi  xalq  ədəbiyyatımızın  qədim 

nümunələrindən olan nağıl və dastanların üslub xüsusiy-

yətlərini  yazılı  bədii  nəsrdə  realist  formada  əks 



 

          

 

124 


etdirməsidir:  «O  şəhər  ki,  bu  əhvalat  orada  vaqe  olub, 

Araz  çayına    yavıq  Azərbaycan  şəhərlərinin  biridir.  Və 

necə  ki,  dindar  İran  torpağının  qonşusu,  bu  şəhərin 

əhalisi də iman əhillərindən bir zərrə qədərincə geri qa-

lan  deyillər:  demək  olar  ki,  əhalinin  küllisi  allah-təala 

təyin  etdiyi  ibadət  və  rəyazətində  bərqərar,  namazi-

yomiyyə  öz  vaxtında;  hətta  nafilə  namazları  və  sairə 

sünnəti  namazlarını  cabəca  edən  müqəddəs  bir  camaat-

dırlar» («İki ər»), (111, 589). 

Sadəlik,  təbiilik,  obrazlılıq  və  reallıq  burada  çox 

qüvvətlidir.  Nağıl  və  dastanlarda  olduğu  kimi  səmimi 

deyim  tərzində  adi  söhbət  intonasiyası  güclüdür.  Belə 

maraqlı  söhbət  tərzli  rəvayətlər  oxucunu  nəql  edilən 

hadisələrə  daha  çox  cəlb  edir,  bu  hadisələrin  özünə  də 

təbiilik  və  reallıq  gətirir.  «İndi  keçək  nağılımıza» 

(«Saqqallı  uşaq»)  (111,  552),  «On-on  iki  il  bundan 

qabaq  bir  allah  bəndəsi  yaşıyırdı  ki,  onun  ismi  Hacı 

Ramazan idi» («İki ər»), (111, 589), «Günlərin bir günü 

Məhəmməd  Həsən  əmi  sübh  tezdən  yuxudan  durub,  ge-

yinib,  namaz  qılıb  çıxdı  bir  həyəti  dolandı»  («Danabaş 

kəndinin əhvalatları»), (111, 267), «Keçmiş günlərin bir 

günü  qış  fəsli  idi.  Gecədən  üç-dörd  saat  keçmişdi» 

(«Danabaş  kəndinin  əhvalatları»),  (111,  290)  və  s. 

Bəzən  ədib  nağıllarda  olduğu  kimi  bir  hadisədən  başqa 

hadisəyə  keçid  yaratmaq  üçün  obyektiv  təsvirlərdən 

istifadə  edir,  həyatın  doğru,  tipik  inikası  reallıqla 

qədimlərdən gələn və davam edən bir keyfiyyət fonunda 

bədii  obrazların,  hadisələrin  təsvirini  tamamlayır. 

«Məhəmməd  Həsən  əmi  eşşəyi  gətirməkdə  olsun,  görək 



 

          

 

125 


pəs  bu  şəxs  kimdir  və  nəçidir»  («Danabaş  kəndinin  əh-

valatları»),  (111,  269).  «Hələ  Xudayarbəy  şəhərdə 

qalmalı  olsun,  keçək  Danabaş  kəndinə  və  Zeynəbin 

matəmindən  başlayıb,  deyə-deyə  gələk  çıxaq  başa» 

(«Danabaş  kəndinin  əhvalatları»),  (111,  288),  «Vallahi, 

billahi, Məhəmməd Həsən əminin eşşəyinin itməkliyi bir 

qəribə  əhvalatdır  ki,  nağıl  edim,  siz  də  qulaq  verib 

ləzzət  aparasınız»  («Danabaş  kəndinin  əhvalatları»), 

(111, 264). 

«Bədii  nəsrimizin  inkişafı  tarixində  xalq  dastan  və 

nağıllarının  kompozisiya  xüsusiyyətlərindən  bu  şəkildə 

istifadənin  ilk  nümunəsini  İ.Qutqaşınlı  vermişdir  (132, 

27).  Məsələn,  əsərin  başlanğıc  hissəsində  ədib  bizə 

Səadət  xanımdan  danışarkən  birdən-birə  «Bəyin  ailəsini 

dərvişin  yolunu  gözləməkdə  qoyaq»,  yaxud  «indi  sizə 

kimdən  deyim,  Əsgər  ağanın  atası  Kazımdan»  –  deyə-

rək, Azərbaycan xalq nağıllarında və dastanlarında ol du-

ğu  kimi,  gözlənilməz  bir  dönüşlə  yeni  bir  hadisənin 

izahına  keçir» (43,  144).  Xalq  sənətkarlarının  əsrlər  bo-

yu  seçib  işlətdiyi  formalar  cilalanmış  bir  üslubda  Cəlil 

Məmmədquluzadə  nəsrində  də  əhvalatların  bədii  emos-

sional  təsirini  artırmış,  əsas  hadisələri  reallaş dıraraq 

əsərlərin emossionallığını daha da qüvvətləndirmişdir. 

Ədibin yaradıcılıq yolunda irsiyyət və davamiyyəti, 

yəni  nağıllarda  əsrlər  boyu  sabitləşən  ənənəvi  forma 

komponentlərindən  məharətlə  istifadəni  aşkar  görə  bili-

rik.  Nağıllar,  bir  qayda  olaraq,  müqəddimə  ilə  başlayır. 

«Bu  hissə  pişrov  adlanır»  (44,  189).  Xalq  sənətkarları 

bacardıqca  müqəddiməni  maraqlı  qurur,  çox  təsirli 



Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə