110
-
Sən öl, Həsən ağanın adamıyam.
-
Bəs elə isə gəl min mənim boynuma. Neyləyim
Həsən ağanın qohumusan, gözlə, vaxtında kağızın
hazır olar, apararsan» (71, 227).
Göstərilən nümunələrdəki xarakterlərin bədii təcəs-
sümündə veilən insan və cəmiyyət probleminə münasi-
bət birbaşa və dolayısı ilə hər iki surətin bir-birinə
münasibətini tam dəqiqliklə meydana çıxarmışdır.
Kəskin satirik kinayə Ə.Haqverdiyev üslubunda
birbaşa ifşa üsulu yaradırsa, Cəlil Məmmədquluzadə bu
məqamda heç bir acı söz, mənfi ifadə işlətmir, sadə
təhkiyə üslubu ilə tipin məqsəd və vəziyyətinin gülünc-
lüyünü nəzərə çatdırır, tədricən satirik üslubun ifşa
notları kəskinləşir və ədib kinayəni açıq, sarkastik
simvolik adla ümumiləşdirir:
«-Zırrama haman o adama deyirəm ki, onun adı
Qurbanqulu bəydir, özü də Novruz ağanın qardaşı oğ -
ludur və özü də bizim gözəl vətənimizin meyvəsidir. –
Dedim:
-
Bir də de! – Dedi:
-
Zırrama!» (111, 496).
Simvolik kinayənin ifadə tərzində xalq təfəkkürün-
dən gələn hazırcavablıq, baməzəlik, eyhamlı-atmacalı
deyim tərzi əsərə canlılıq verir, tənqidi daha qüvvətli bir
nəticə ilə tamamlayır.
Ümumiyyətlə, Cəlil Məmmədquluzadə satirik üslu-
bunda bədii təsvir və ifadə vasitələrinin rolu böyükdür.
Əsərlərin dilini mənalı və kəsərli edən, bədii estetik
dəyərini daim artıran məcazlar sistemi, müqayisə, bən-
111
zətmə, təkrir, bədii sual və s. obrazlı bədii üslubun ifadə
vasitəsi kimi ədibin nəsrində müxtəlif işlənmə diapa-
zonu kəsb edir.
Bədii əsərlərinin dilini məcazlar sistemi ilə bəzəyən
müəllifin kinayəli məcaz növlərinin arxasında qəzəbli
etirazını eşitmək çətin deyil. «Danabaş kəndinin əhva-
latları» povestində rüşvətlə tutulmuş vəkillərin yalançı
şəhadəti ilə Xudayarbəyə kəbini kəsilən Zeynəbin
köməksizliyi metaforik məna çalarında belə ifadə
edilmişdir: «İndi bu saat qlavanın külli ixtiyarı var Zey-
nəbi versin Qasıməlinin dalına və aparıb salsın Xuda-
yarbəyin evinə» (111, 340). Cümlədə üç uşaq anası
Zeynəbin tam hüquqsuzluğunu, bu hüquqsuzluğun onu
adi bir əşya yerinə qoyulmasını, bu əşyalığın onun bütün
qadınlıq ləyaqətini ağır təhqir etməsinin məntiqi nəticəsi
kimi meydana çıxır.
Ədibin üslubunda işlənən metafora obrazlı fikir
nümunələri ilə zəngindir: «Əvvəl, yəni iki il bundan
əqdəm Xudayarbəy qlava yanında çavuş idi. İş elə gə-
tirdi ki, qlava Xudayarbəyin anasını siğə elədi. Aş kardır
ki, qlava öz səmtini qoyub özgəni katdalıqda saxlama -
yacaq. Bir həftənin içində katdanı qısnayıb qulluqdan
kənar elədi (111, 270).
Katdanın hüquqsuzluğuna işarə edib müstəqim
yolla deyil, metaforik şəkildə verilmiş qısnamaq sözü
hər hansı bir heyvana aid ola bilər. Qarşılaşdırılan məf -
humlardan biri faktik olaraq iştirak etmir, həmin əlamət
isə katdaya şamil edilərək ictimai özbaşnalığı ifadə edir.
Yaxud «Ər və övrət əlbəyaxa oldular. Muradqulu
112
və Heydərqulunun nərələri, analarının çığırtı səsi, Xuda-
yarbəyin anqırtısı, evə bir elə vəlvələ saldılar ki, guya
bu saat dünya və aləm dağılacaq» (111, 302). Ədibin
əvəz etdiyi anlayışla metaforik obraz arasında yaxınlıq
(Muradqulu və Heydərqulunun nərələri, Xudayarbəyin
anqırtısı) eyni hədəfi vurur və məzmunca bir-birini
tamamlayır.
Ədibin nəsrində istifadə olunan müqayisələr həm
xarici görünüşü, həm də obrazın daxili aləmini, keçir-
diyi hiss və həyəcanları ifadə edərək fikrin konkret və
ifadəli izzahına nail olur. «Xudayarbəyin övrəti belə
çirkindir ki, heç kəs rəğbət eləməz onun əlindən su alıb
içsin. Xudayarbəyin övrəti Zeynəbin əlinə su tökməyə
yaramaz» (111, 299). Surətin zahiri görünüşündə daha
çox fiziki xüsusiyyətlər müqayisədə onun xarici gör-
kəmindən alınan təəssüratın məntiqi təsdiqi kimi görü-
nür.
Bəzən ədib bütün əsər boyu obrazın vəziyyətindəki
dəyişikliyi psixoloji xarakterli müqayisənin köməyi ilə
ifadə edir. Belə hallarda müqayisə surətin konkret
vəziyyətində onun necə dəyişməsini, «Hərçənd indi Zey-
nəbin evində iki həsirdən başqa bir şeyi yox idi, amma
Zeynəb elə bildi onu məlakələr cəhənnəmdən çıxardıb
behiştə daxil elədilər» (111, 346), həm də əhval-ruhiy-
yəsi haqqında daha müfəssəl təsəvvür yaradır: «İndiki
halında Zeynəb bənzəyirdi bir elə şəxsə hansı ki, zəhər
şüşəsini qabağına qoyub baxır və bilmir nə eləsin: içsin,
ya yox. İçməsə dərd, qüssə və qəm onu öldürəcək, içsə
zəhər öldürəcək. «Pəs məsləhət budur ki, içim»- deyib
113
şüşəni çəkir başına» (111, 340). Göründüyü kimi, isti-
fadə olunan müqayisə psixoloji təhlil kimi yeni imkanlar
yaradaraq daha dərin, daha təsirli olur.
Haqsızlıq dünyasının eybəcərlikləri Məhəmməd Hə-
sən əminin müqayisə fonunda sadə xasiyyətnamə yolu
ilə getmir. Surətin psixoloji gərginliyi, əməlləri haq-
qında söhbəti onun təbiəti barədə müəyyən təsəvvür
yaradaraq, daha əyani və inandırıcı görünür. «Eh, val-
lah, mən bir qəpik pula dəymərəm. Mən doğrudan kişi
deyilən ki! Arvad məndən yaxşıdır. Əlbəttə, arvad
məndən yaxşıdır. İndi Xudayarbəy eşşəyi İzzətdən istə-
səydi, İzzət eşşək verərdi? Hələ İzzət arvaddı» (111,
311). Belə müqayisə üsulu sənətkarın öz surətlərinə
şəxsi münasibətinin ifadəsi üçün də fəal vasitədir.
Müəllif yaratdığı obraza – Məhəmməd Həsən əmiyə
rəğbəti, məhəbbəti əsas olub kontrast haşiyələrlə zülmlə
ədalət, istismar dünyası və onu təmsil edən mənfi tipləri
düzlüklə qarşılaşdırır. Bu müqayisə qəhrəmanların yal-
nız düşüncələrində deyil, iş və hərəkətini də əks etdirir,
daha doğrusu, obrazların düşüncələri ilə əməlləri
arasında bir uyğunluq, vəhdət olduğunu göstərir.
Cəlil Məmmədquluzadənin nəsr üslubunda maraqlı
bənzətmələrə də rast gəlmək olur. Burada hadisə və ya
obraz müəyyən cəhətdən ona bənzəyən başqa hadisə,
məfhuma qarşı qoyulmaq yolu ilə təsvir edilərək sadəcə
bənzəyişi göstərmir, həmçinin iki hədəf arasında müəy-
yən cəhətdən yaxınlıq və bənzəyişi əhvalat daxilində
satirik mətləb ifadəsi kimi təsvir etməyə imkan tapır.
«Gülsüm, yəni Vəliqulunun nişanlısı, Vəliqulunu görcək
Dostları ilə paylaş: |