Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə29/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   25   26   27   28   29   30   31   32   ...   43

 

          

 

102 


qoşa iki balınc qoyulmuşdu. Guya burada bir nəfər adam 

yox, iki adam bir yerdə yatacaq» (111, 578). 

Təəccüb  intonasiyası  ilə  ədib  fikrini  daha  dəqiq 

ifadə  edərək  müəyyən  mətləbi  bir  az  da  möhkəm 

təsdiqləmək  məqsədini  açıqlayır  və  bu  zaman  kinayə 

eyhamlı  xarakterdə  olur:  «Bəs  bu  arvad  niyə  yatmır? 

Hələ  yatmağını,  ya  yatmamağını  özü  bilər,  bəs  mənim 

yatacağımı  niyə  bərk-bərk  iki  balınclı  qərar  verir?  Mən 

məgər  bir  adam  deyiləm?  Pəs  mənim  yanımda  kim 

yatacaq  və  o  ikinci  balıncı  arvad  kimdən  ötrü  hazırlayır 

və məndən savayı burada dəxi kim var?» (111, 580).  

Əsərdə «balınc» simvolik məna  daşıyaraq Azərbay-

canda  təsadüf  olunan  qeyri-bərabər  evlənmə  adətini, 

mühitin ictimai bəlasını çox dəqiq və sərrast şəkildə ifşa 

və ittiham edir. 

Bəzən  ədibin  simvolik  adlarla  bağlı  kinayəsi  hadi-

sələrin  davamına,  süjetin  ümumi  quruluşuna,  inkişaf 

istiqamətinə  əsaslanaraq  müəyyən  epizodlarda  təsadüf 

olunur.  «Xanın  təsbehi»,  «İki  alma»,  «Qoşa  balınc» 

əsərlərində  hadisələr  əşyaya  istinad  edilərək  söyləni-

lirsə,  zorakılıq  qırmancı  kimi  ifadə  olunan  «zoğal 

dəyənəyi»  («Danabaş  kəndinin  əhvalatları»),  «xəncər» 

(«Qurbanəlibəy»)  əşyaları  ilə  bağlı  olan  kinayə  satirik 

ifşanı  məhz  hadisələrin  timsalında,  konkret  məqamda 

əks etdirir.  

«Danabaş kəndinin əhvalatları» povestində mərkəzi 

surət  olan  Xudayarbəy,  «qohumluq»,  qanunsuzluq  yolu 

ilə  vəzifə  başına  keçən,  insanların  müqəddəratını  öz 

əlinə  alan  zülmkar  bir  tip  kimi  səciyyələndirilir.  «İki  il 



 

          

 

103 


olar  ki,  Xudayarbəy  Danabaşda  katdalıq  eləyir.  Bunun 

katda  olmağının  da  çox  əhvalatları  var.  Xudayarbəy  öz-

gə  katdalar  kimi  katda  olmayıbdır.  Axır,  adət  bu  cürdür 

ki,  katdanı  camaat  seçir.  Amma  Xudayarbəyin  katdalığı 

özgə  tövr  olubdur;  yəni  çox  asan  vəchlə  olub»  (111, 

270).  


Tənə  intonasiyası  ilə  söylənilən  təhkiyə  zülm  və 

ədalətsizliyi təmsil edən hakim təbəqənin iç üzünü açır; 

«Əvvəl,  yəni  iki  il  bundan  əqdəm  Xudayarbəy  qlava 

yanında  çavuş  idi.  İş  elə  gətirdi  ki,  qlava  Xuda yarbəyin 

anasını  siğə  elədi.  Aşkardır  ki,  qlava  öz  səmtini  qoyub, 

özgəni  katdalıqda  saxlamayacaq.  Bir  həftənin  içində 

katdanı  qısnayıb  qulluqdan  kənar  elədi.  Bir  neçə  vaxt 

kənd  qaldı  katdasız.  Xülaseyi-kəlam,  camaat  bir  vaxt 

gözünü açdı gördü ki, Xudayarbəy katdadır ki, katdadır» 

(111,  270). 

Keçmişdə  kasıb  kəndli,  sonra  qlava  yanında  çavuş 

olan  Xudayarbəy  katdalığa  keçən  kimi  lap  dəyişilir. 

Paltarını  təzələyib,  əlinə  bir  zoğal  ağacı  alır,  insanlarla 

vəhşi rəftar edən qəddar bir tipə çevrilir. 

Hadisələr  əlinə  zoğal  dəyənəyi  alan  Xudayarbəyin 

əməlləri  ilə  davam  etdirilir.  Artıq  Xudayarbəy  «xırda 

adam» deyil, üç  yüz evin katdasıdır. Hamı ona baş əyir, 

onu  görəndə  söhbətin  şirin  yerində  belə  dərhal  ayağa 

dururlar. Kimin ağzıdır ki, onun sözündən çıxsın. Çünki 

Xudayarbəy  katdadır,  kənddə  ona  «gözün  üstə  qaşın 

var» deyən yoxdur. 

Konkret  məqamda  işlənən  «Amma  söz  orasındadır 

ki, Xudayarbəyin əlində  yekə dəyənək var. Nə vaxt kefi 



 

          

 

104 


istəyir qaldırır, nə vaxt kefi istəyir yendirir». 

Danabaş  kəndində  bu  yekəlikdə  zoğal  dəyənəyinin 

hörməti  heç  pulun  hörmətindən  az  deyil.  O  ixtiyar  ki, 

dəyənəkdə var, bəlkə pulda yoxdur» (111, 328).  

Kinayəli  eyham  surətin  tərcümeyi-halı  üzərində 

qurulur.  Simvolik  əşya  anlamında  zorakılığı,  onu 

dəstəkləyən mühiti daha effektli və kəsərli ifşa edir. 

Ədibin «Qurbanəlibəy» hekayəsində də bu formaya, 

bu  üsluba  rast  gəlinir.  Əsərdə  tənqid  hədəfinə  çevrilən 

satirik  surət  öz  sözlərində  və  əməllərində  fərdi  simasını 

açmaqla  bərabər  təmsil  etdiyi  ictimai  təbəqənin  səciy-

yəvi  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Hər  iki  əsərdə 

hakim  təbəqə  mənəvi  eybəcərliyin,  hiyləgərliyin  və 

ikiüzlülüyün canlı timsalıdır. 

Xudayarbəy    Danabaş  kəndinin  katdasıdırsa,  Qur-

banəlibəy  Qapazlı  kəndinin  mülkədarı dır.  Xudayarbəy 

qlavanın  siğə  qohumudursa,  Qurbanəlibəy  pristav  və 

bəylərlə  yaxın,  tanış,  dostdur.  Xudayarbəyin  əlində 

zoğal dəyənəyi varsa, Qurbanəlibəyin əlində xəncər var. 

Hər iki əşya mahiyyətdə zülm və haqsızlığın timsalıdır. 

Ədib  kinayə  ilə  Qurbanəlibəyin  hərəkətlərini,  iştirak 

etdiyi  kef  məclisindəki  nitqlərini,  nökərlərinə  və  ailəsinə 

münasibətini, mənəviyyatını hərtərəfli açıb göstərir. 

Məzlum  insanların  yanında  əl-qol  açıb  cəllada 

dönən Xudayarbəy kimi Qurbanəlibəy də özündən böyük 

vəzifəlilərin  hamısına  yaltanır,  qulluğunu,  mövqeyini 

möhkəmləndirmək  üçün  onların  quluna  çevrilir.  Xuda -

yarbəy  qazının,  tacirin  yanında  çox  mülayimdir.  Qazı 

ona  «Get,  ay  həpənd»  (111,  276)  –  deyə  evdən  qovduq-



 

          

 

105 


da,  tacir  ağa  «itil  cəhənnəmə  burdan,  supa  oğlu,  supa!» 

(111,  279)  –  kimi  təhqirlər  qarşısında  Xuda yarbəy  heç 

bir  söz  deyə  bilmir.  Çünki  onlar  qolu  zorlulardır,  onu 

burada tanıyan və adam yerinə qoyan yoxdur. 

Eyni  motivlər  Qurbanəlibəy  üçün  də  xasdır.  «Ədi-

bin kinayə ilə, «məşhur mülkədar» adlandırdığı Qurban-

əlibəyin  hərəkətləri,  iştirak  etdiyi  kef  məclisindəki 

nitqləri,  öz  ailəsinə,  öz  nökərlərinə  münasibəti  onun 

xarakterini,  çürük  daxili  aləmini  kifayət  qədər  aydın  və 

hərtərəfli açıb göstərir… O, özündən böyük vəzifəlilərin 

hamısına  yaltaqlanır,  qulluğunu  möhkəmlətmək  üçün 

dəridən-qabıqdan  çıxır.  «Böyüklər»  yanında  tülkü  kimi 

kiçik,  tabe  bir  vəziyyət  alır.  Şəxsiyyətini,  heysiyyətini 

və  qürurunu  tamamilə  itirir.  Xalqa  əzab  verməkdə, 

özündən  «kiçiklərin»  başından  basmaqda  nə  qədər 

mahirdirsə,  «böyüklər»  qarşısında  bir  o  qədər  aciz, 

qorxaq və mülayimdir» (132, 72-73). O, insanlarla vəhşi 

rəftar edərək, nökərini zorla şərab içməyə, yallı getməyə 

məcbur edir. 

Ardıcıllıqla  davam  edən  bu  təzadlı  münasibət  (bö-

yüklər  yanında  tabe  vəziyyət,  sadə  insanlar  üzərində 

hökmranlıq)  kinayənin  son  zirvəsinə  çatır.  Konkret  mə-

qam  çərçivəsində  ədib  zorakılıq  və  güc  simvolu  kimi 

xəncərdən  istifadə  edir.  «Qurbanəlibəy  hələ  atdan  en-

məyib xəncərin tiyəsini qalxızdı kişinin üstünə və dedi:   

-

 



Əli, bu xancalı soxaram qarnına!  

Nökər cavab verdi: 

-

 

İxtiyar sənindir ağa! 



Sonra  bəy  atdan  enib  girdi  həyətə  və  pilləkəni 


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə