Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə30/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   26   27   28   29   30   31   32   33   ...   43

 

          

 

106 


qalxıb  girdi  otağa.  Bəyin  qaravaşı,  bir  qoca  arvad  çıxdı 

ağasının qabağına və dedi:  

-

 

Ay  ağa,  nə  gec  gəldin?  Xanım  səndən  ötrü  çox 



nigaran oldu. 

Bəy xəncərin tiyəsini arvada göstərib dedi:  

-

 

Gülpəri,  bu  xançalı  soxaram  sənin  qarnına! 



(111, 436) 

Surətin  öz  dilindən  dialoq  şəklində  qurulan  tənqidi 

fikrin ifadəsi qəzəb və nifrətin satirik məzmunudur.  

Cəlil  Məmmədquluzadə  nəsrində  dəqiq  məqamında 

və  müvafiq  gülüş  dərəcəsində  işlənmiş,  sərrast  və  lako-

nik  simvolik  adlarla  ifadə  olunan  kinayə  yumoristik  və 

ya  satirik  çalara  («Saqqalı  uşaq»),  bəzən  də  sarkastik 

zirvəyə yüksəlir («Şeir bülbülləri», «Zırrama»). 

Kinayəni  hadisələr  zəminində  verməklə  yanaşı  söz 

materialında,  simvollarla  ümumiləşdirmək,  ideyanı,  xa-

rakterləri  konfliktdə  əyan  etməklə  bərabər  simvolik  ad-

larla  dəqiq  məqamında,  yumoristik  və  satirik  çalar lıqla 

işlətmək  əsərlərin  bədii  səviyyəsində  uğurla  istifadə 

olunur.  

«Saqqallı  uşaq»,  «Şeir  bülbülləri»,  «Zırrama»  əsər-

ləri  bu  baxımdan  diqqəti  cəlb  edir.  Sadalanan  bu  üç 

əsərdən  birində,  «Saqqallı  uşaq»  hekayəsində  simvolik 

kinayə yumoristik, satirik çalara malikdir. 

Əsərin  məzmununu  divarların  yazılmasından  nara-

hat olan  atanın uşaqlardan şübhəyə düşməsi təşkil edir.  

Ata  narahatdır,  amma  atanın  öz  uşaqlarının  divarı  yaz-

malarından  çox,  onların  bunu  danmaları,  qorxularından 

yalan danışmaları narahat edir.  «Saqqallı uşaq» heka yə-



 

          

 

107 


sində  Cəlil  Məmmədquluzadə  əsərin  əsas  ideyası  ilə 

yanaşı,  ata-anaları  uşaqlarda  yalançılıq,  qorxaqlıq, 

böyüklərin  sözünə  baxmamaq  və  s.  kimi  zərərli  vərdiş-

lərin  yaranıb,  kök  atmasına  qarşı  mübarizəyə  çağırır» 

(132, 97). 

Göstərilən  fikrə  istinad  edərək  onu  da  qeyd  etmək 

lazımdır  ki,  hekayə  uşaqların  tərbiyəsində,  onların 

dünyagörüşü  və  davranışlarının  formalaşmasında  vali-

deynin mühüm rol oynadığını göstərməklə kifayət etmir. 

Burada  ədib  sadəcə  nəsihət  yolu  ilə  getmir,  ictimai 

qüsurları,  onun  kor  edib  şikəst  vəziyyətə  saldığı  «saq-

qallı  uşaqları»  maraqlı  bir  süjet  daxilində  oxucuya 

çatdırır. 

«Saqqallı  uşaq»  ifadəsi  sərlövhədə  işlədilir.  Əh-

valat  söylənilir,  sonluq  eyni  adla  savadsızlığın  simvolu 

ilə tamamlanır: 

«Balalarım,  bu  yazını  yazan  da  sizin 

kimi uşaq idi, ancaq bircə təfavütünüz oradadır ki, onun 

saqqalı var, sizin hələ saqqalınız yoxdur» (111,  556). 

Ədibin «Saqqalı uşaq» simvolik kinayəsində yumor 

və  satira  qovuşuq  haldadır;  biri  digərini  əvəz  edir, 

tamamlayır, qüvvətləndirir. Bu  da əsas tənqidi mətləbin 

daha  sərrast,  dəqiq  ifadəsinə  istiqamətlənmiş  olur. 

İctimai  qüsur,  yaratdığı  ictimai  bəla  –  onun  qurbanı 

Kəblə  Əzim  (Kəblə  Əzimlər)  son  nəticədə  ciddi  ictimai 

məzmun,  dərin  kədər  və  mərhəmətin  ifadəsinə  çevrilir. 

Nəticə  isə  birdir,  tənqid  obyektini  kinayəli  simvolik  

adla  seçərək  xarakterik  həyat  parçasında  üzə  çıxarıb 

oxucunun  mühakiməsinə  vermək,  güldürərək  düşün-

dürmək, düşündürərək müsbət ideala qovuşdurmaqdır. 




 

          

 

108 


Cəlil  Məmmədquluzadə  satirik  üslubunda  kinayəli 

simvolik  adların  ümumi  qayəsi  də  budur.  «Saqqallı 

uşaq»  simvolik  adında  dərin  ürək  ağrısı,  kədər,  həzin 

lirika  duyulursa,  «Şeir  bülbülləri»,  «Zırrama»  kimi 

satirik simvollar ictimai kəsər etibarilə işfa və ittihamın 

ən yüksək zirvəsi kimi çıxış edir. 

«Şeir  bülbülləri»  əsərində  də  tənqid  hədəfləri  kon-

kretdir;  siyasi-ictimai  mövqeyinə  görə  onlar  cəmiyyətin 

daha  təhlükəli  nümayəndələridir.  Çünki  «Şeir  bülbül-

ləri»  xalq  ruhuna  həqarətlə  baxan,  öz  doğma  dil  və 

mənəviyyatını  unudub  əcnəbi  dilləri  üstün  tutan  ziyalı -

lardır...  Bu    simvolik  ad  həqiqi  bülbül  anlamı  ilə  də 

kinayəli  təzad  yaradır.  Nəğmələri  ilə  ürəkləri  riqqətə 

gətirən bülbüllər öz nəğmələrini oxuyurlar. Ədib  yarım-

çıq  ifadə,  qəliz,  xalqa  yad  olan  kəlmələr,  qarışıq  məna-

sız  şeirlərlə  cəh-cəh  vuran  satirik  tipləri,  kinayə  ilə 

«Şeir  bülbülləri»  adlandıraraq  dilimizi,  ədəbiyyatımızı 

inkar  edən  ziyalılar  aləmini  simvolik  adla  ümumiləş-

dirir.  Əsərə  ifadənin  ümumi  başlıq  kimi  götürülməsi  də 

bununla əlaqədardır. 

«Zırrama»  əsərinə  verilən  simvolik  ad  bilavasitə 

müəllifin  hadisə  və  faktlara  öz  münasibəti  üzrə,  bir  növ 

ittiham  ifadəsi  əsasında  yaranmışdır.  Əsərdə  müsəlman 

aləmindəki avaraçılıq, məzmunsuz məişət tərzi bir nəfər 

üzərində  cəmlənərək  ictimai    mətləbin  ifadəsinə,  ciddi 

qüsurların ifşasına nail olur.  

Hekayədə,  Molla  əminin  dilindən  həmşərisi  Hacı 

Novruz ağanın qardaşı oğlunun  boşboğazlığı,  heç  bir  işlə 

məşğul olmayıb ancaq insanlara baş ağrısı verən fırıldaq-



 

          

 

109 


çının  ifşası  qələmə  alınır:  «Küçənin  ortasında  bir  nəfər 

kişi mənə yaxın gəlib salam verdi və yapışdı sağ əlimdən: 

-

 

Molla əmi, yəqin ki, məni tanımırsan? 



Doğrudan da tanımadım və kişinin üzünə baxa-baxa 

qaldım və bilmədim nə deyim. 

-  Bıy,  buna  bax  ey,  niyə  tanımırsan?  Mən  sənin 

həmşərinəm  də!  Niyə,  Hacı  Novruz  ağanı  tanımırsan? 

Mən  Hacı  Novruz  ağanın  qardaşı  oğluyam  da!  Öz 

həmşərini tanımırsan? 

Dedim: 

-

 



Bağışla, vallah tanımıram! 

 Kişi bir az da ucadan başladı: 

-

 

Niyə?  Qala  məhəlləli  Hacı  Novruz  ağanı  tanı-



mırsan?» (111, 492) 

Əsərdən  misal  göstərilən  dialoq  Ə.Haqverdiyevin 

«Mirzə  Səfər»  əsərinin  təhkiyəsində  istifadə  olunan 

parçanı yada salır: 

-

 

Mirzə, mənim kağızımı, mümkün isə, yaz aparım. 



-

 

Dayan, bu saat yazaram, əlimdə özgə iş var. 



-

 

Bilirsiniz, mən Həsən ağanın qohumuyam? 



Mirzə  qələmi  əlindən  buraxıb  kişinin  gözlərinin 

içinə baxdı. 

-

 

Doğrudan Həsən ağanın qohumusan? 



-

 

Doğrudan. 



-

 

Sən Allah, Həsən ağanın qohumusan? 



-

 

Vallah, doğru deyirəm. 



-

 

Sən Həzrət Abbas, Həsən ağanın qohumusan? 



-

 

Həzrət Abbas haqqı Həsən ağanın qohumuyam. 



-

 

Deyinən sən öl, Həsən ağanın  adamıyam?  




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə