Сяадятъялил



Yüklə 1,13 Mb.
səhifə32/43
tarix25.06.2018
ölçüsü1,13 Mb.
#51556
1   ...   28   29   30   31   32   33   34   35   ...   43

 

          

 

114 


çadirşəbə  bürünüb  pambıq  boğçası  kimi  çəkilib  oturdu 

qaranlıq  bucaqda»  (111,  299).  Burada  məfhumların  qar-

şılaşdırılması  onların  bənzərliyini  aşkara  çıxarmaqdan 

ötrü  deyildir.  Qarşılaşdırma  məhz  müəyyən  təsiri  güc-

ləndirmək,  məfhumların  birinin  qüvvətli  cəhətini  ikin-

ciyə  köçürmək  üçündür.  Ədib  qadın  hüquqsuzluğunu, 

onun  adi  bir  əşya,  pambığ  boğçasına  bənzərliyini  mühi-

tindəki  ictimai  qüsurların  səbəbi  kimi  üzə  çıxarır, 

onların dözülməzliyini, uyğunsuzluqlarını ittiham edir.  

Zeynəbin  üsyanına,  mübarizliyinə  son  qoyan  qolu-

zorluların  (qazının,  Xudayarbəyin)  bənzətməsi  budur: 

«Bunu  aparıb  verərsən  sizin  qlavaya.  Yazmışam  ki, 

filankəsin övrəti ərinə itaət etməyə və gəlib evində otur-

maya, onu zornan, it ölüsü kimi gətirtdirsin» (111, 331). 

Ədib  qadını  «it  ölüsü  kimi»  xarakterizə  edən,  ruhani 

cildinə  girmiş  fırıldaqçıları  ifşa  etməklə  birlikdə,  kəbin 

oyunlarının da iç üzünü açır.  

Cəlil  Məmmədquluzadə  müstəqim  fikrin  əks  tərə-

fini  təsdiqləmə  yolu  ilə  bənzətmə  yaradaraq  yaranan 

bənzətməyə  qəsdən  normallıq  kimi  təqdimetmə  üsulu 

verir  və  tənqidi  mətləbi  yumoristik,  satirik  çalarla  ifadə 

edir:  «Əvvəl  istədim  qayıdıb  gəlim,  səndən  soruşum; 

sonra, doğrusu qorxdum mənə qəzəbin tuta, öz könlündə 

deyəsən  ki,  Novruzəli  çox  heyvan  adamdı,  çox  eşşək 

adamdı»  (111,  376).  Novruzəlini  fağır,  cəsarətsiz  hala 

salan  mühit,  insanlar  ədibin  ittiham  obyektidir.  Avam-

lığı  ilə  xanın  qəzəbinə  gələcək  avamlıqdan  qorxan, 

daxili  aləmə,  psixoloji  səciyyəyə  aid  normallıq  kimi 

təqdimetmə  üsulu  bənzəyənlə  bənzədilən  arasında  kəs-



 

          

 

115 


kin, ittihamedici üsulla verilmişdir. 

Yaxud,  «Sözüm  orasındadır  ki,  Xudayarbəyin  ar-

vadı  şeytanın  birisidir.  O,  qəsdən  elə  deyibdi  ki, 

Xudayarbəy  eşşəyi  apardı  Heydərxan  körpüsünə  sal 

daşısınlar.  Helə  deyibdi  ki,  sən  eşşəyi  vermiyəsən» 

(111,  316).  Xudayarbəyin  arvadının  şeytana  bənzədil-

məsi  ifşa  obyektinə  yox,  ifşa  vasitəsinə  çevrilir,  örtülü 

mətləblərə  dərin  eyham  vuraraq  zəmanənin  rəzilliyini 

sübuta yetirən və ifşa edən qüvvətli vasitəyə çevrilir.  

Cəlil Məmmədquluzadə nəsrində ən maraqlı bənzət-

məyə  divanxanaya  gələn  Məhəmməd  Həsən  əmiyə 

Xudayarbəyin  yeni  hədələrindən  sonra  rast  gəlirik. 

Xudayarbəydən  şikaəytə  gəlsə  də  bunun  bir  nəticə  ver-

məyəcəyini,  bu  şikayətlə  özünü  yenidən  oda  atacağını 

çox  gözəl  bilən  Məhəmməd  Həsən  əmi  bəyin  adını 

çəkmir,  bununla  da  xatadan  yayınmağa  çalışır.  Onun  nə 

demək  istədiyini  başa  düşməyən  naçalnik  «axırı  laəlac 

qalıb»  Məhəmməd  Həsən  əmini  divanxanadan  qovur. 

Divanxanadan  qovularaq  Xudayarbəyin  «hərbə  qadağa-

ları»  ilə  üzbəüz  qalan  Məhəmməd  Həsən  əmi  «Amma 

yazıq  Məhəmməd  Həsən  əmi  vaqeən  ağladı.  Vallah, 

billah ağladı. Yəni necə ağladı? Uşaq kimi ağladı» (111, 

330). Ədib qəhrəmanının keçirdiyi ruhi halları, psixoloji 

anı  «uşaq  kimi  ağladı»  bənzətməsi  ilə  canlı  və  təbii 

verməyə müvəffəq olub, zorakılıq dünyasına, onu təmsil 

edən tiplərə qarşı ittihamını sərrast şəkildə ifadə edir. 

Ədibin  satirik  üslubunda  məzmunca  bir-birinə  zidd 

anlayış  və  ya  vəziyyətin  qarşılaşdırılması,  təhlil  və  ifşa 

üsuluna  əsaslanaraq  hadisələrin  ümumi  məzmununda, 



 

          

 

116 


xarakterində  və  nəticəsində  bədii  emosional  həllini 

tapır.  Bəzi  əsərində  təzadlı  fikirlər  məhz  süjet  xəttinin 

ilk  mərhələsində  qeyd  olunur,  hadisələr  inkişaf  etdikcə 

zidd  anlayışların  işlənməsi  qüvvətlənir,  finala  yaxın 

əhvalatın  son  nəticəsində  yenidən  vurğulanır.  Bu  üsula 

nümunə  kimi  «Qəssab»  hekayəsi  çox  maraqlıdır:  «Bir 

dəfə bunu eşitdim ki, qonşum Məşədi Məmmədəli qızını 

verir Şəmilə. 

Bir dəfə də eşitdim ki, dəxi vermir. 

Axır  vaxtlarda  deyirdilər  ki,  Məşədi  Məmmədəli 

qızını qəssab Şəmilə verməyə razı olub. 

Ən  axırda  genə  dedilər  ki,  Məşədi  Məmmədəli 

qəssab  Şəmildən  inciyib  və  qızını  dəxi  ona  vermir» 

(111, 482). Məşədi Məmmədəlinin gah verir, gah vermir 

anlayışları  taleyi  atanın  istəyi  ilə  həll  olunan  övladın 

acınacaqlı  vəziyyəti  ilə  əlaqələndirildiyindən  onun  təsir 

gücünü  daha  da  artırmışdır.  Qəssab  Şəmil  ilə  Məşədi 

Məmmədəli  arasında  alver  öz  mahiyyəti  etibarilə  adi 

əşya  alış  verişindən  əsla  fərqlənməyən  və  adət  halını 

alan  bu  əhvalat  süjet  xətti  boyu  təzadlı  fikirlər  əsasında 

qurularaq  nəticədə  «Bir  ay,  ya  ay  yarım  keçmişdi, 

eşitdim  Məşədi  Məmmədəli  qızına  toy  eləyib,  verib 

qəssab  Şəmilə.  Toya  mən  də  dəvət  olunmuşdum;  amma 

xəstə  olduğuma  cəhət  gedə  bilmədim»  (111,  485)  fikri 

ilə  tamamlanaraq  təzadlı  mövqeyə  satirik  kəsər  verir  və 

əhvalata müəllif münasibətini bir az da konkretləşdirir. 

Yaxud,  «Şəhər  və  kənd»  hekayəsində  ədib  fərqli 

həyat  tərzini  müqayisəli  təzad  fonunda  belə  ifadə  edir: 

«Bu  gün  övrətdən  bixəbər  ərizə  verdim,  mənim  Ağdaş 



 

          

 

117 


qulluğumu özümə qaytarsınlar: 

-

 



Səbəb? 

Orada,  doğrudur,  qızdırma  var,  amma  qızıl  dükan-

ları  yoxdur.  Qızdırmadan  bədənim  narahat  olur,  amma 

qızıl  dükanlarından  ruhum  rahatsız  olur.  Qoy  bədənim 

narahat  olsun,  amma  qəlbim  inciməsin»  (111,  623).  Tə-

zadlı  sərlövhə  ilə  adlandırılaraq  real  səhnələri  canlandı -

ran hekayə ailə, məişət məsələlərini daha təbii, psixoloji 

cəhətdən  daha  zəngin  təzadlarla,  bir-birinin  ardınca 

gələn fikirlərlə sənətkarlıqla izzah etmişdir.  

Qeyd  olunan  əsərlərin  hər  birində  təzadın  orijinal 

işlənmə  istiqaməti,  funksiyası  mövcuddur.  Bununla  əla-

qədar  ədibin  təzad  yaratma  üsulunda  yeri  gəldikcə 

satirik  və  sarkastik  mövqe  daha  qabarıq  ifadəsini 

taparaq  bəzi  tənqidi  mətləbləri  xüsusi  kəsərlə  nəzərə 

çatdırır.  «Danabaş  kəndinin  əhvalatları»  əsərində  ədib 

Məhəmməd  Həsən  əmi  və  Xudayarbəyin  keçdiyi  həyat 

yolu və qısa tərcümeyi-halında təzadlı lövhələrlə dolğun 

və  bitkin  təsəvvür  yaradır:  «Mən  istəmirəm  Xudayar-

bəyin keçəcəyindən  danışam, çünki özü  də bu əmrə razı 

olmaz.  İndi  dünyada  qayda  belədir  ki,  birisi  ucadan 

alçağa enə, dövlətlilikdən kasıblığa düşə, söhbəti həmişə 

aparıb çıxardacaq keçən günlərinə: ay mənim atam belə, 

anam  belə,  dövlətimiz  bu  qədər  idi,  imarətimiz  bu  cür 

idi,  hörmətimiz  bu  həddə  idi.  Amma  birisi  alçaqdan 

ucaya  qalxa,  kasıbçılıqdaq  dövlətə  çata,  əskiklik dən 

hörmətə  minə,  heç  vaxt  atadan-babadan  danışmağı  dost 

tutmaz.  Məsələn,  Məmməd  Həsən  əmi  yeddi  gün  yeddi 

gecə  atasının  dövlətindən,  hörmətindən  danışa  doymaz. 




Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə