T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
85
II FƏSİL
ƏDƏBİ TƏNQİD, PUBLİSİSTİKA VƏ TƏRCÜMƏ
YARADICILIĞINDA QƏRBÇİLİYİN NƏZƏRİ
VƏ PRAKTİK MƏSƏLƏLƏRİ
2.1. Əli bəy Hüseynzadənin və Əhməd bəy Ağaoğlunun
ədəbi-publisistik fəaliyyətində qərbçiliyin mədəniyyət
konsepsiyası
XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi və ədəbi-
mədəni həyatında mühüm rol oynayan, demək olar ki, əksər
avtoritetlər, o cümlədən Əli bəy Hüseynzadə, Əhməd bəy
Ağaoğlu, Yusif Vəzir Çamənzəminli, Məhəmməd Əmin
Rəsulzadə və başqaları milli tərəqqinin məhdud bir çərçivədə
mümkün olmayacağını bütün dərinliyi ilə dərk edir və bu isti-
qamətdə fədakarcasına mübarizə aparırdılar. Milli-mədəni
özünəməxsusluğun, milli-tarixi xarakterin və milli-mənəvi
dəyərlərin qorunub saxlanması şərtilə dünya mədəniyyətinə
qovuşmağın həyati əhəmiyyəti dönə-dönə qeyd olunurdu.
M.Ə.Rəsulzadə yazırdı: “Hər bir millətin yaşadığı mövqe,
keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiy-
yətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu
xasiyyətlər aləmi-mədəniyyətdə xüsusi bir taqım əbdani-
ixtiralar vücudə gətiriyor ki, onların əslilikləri (oriqinalğnostğ)
müdəqqiqlər nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir.
Diqqət olunmuşsa, hər millətin bir şeydə mahir olduğu qəbul
olunmuşdur. Almanlar sənaətdə, fransızlar zərafətdə, ingilislər
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
86
gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə,
başqaları da sair xususlarda şöhrət tapmışlar. Hər millətin
özünəməxsus bir sahəyi-mədəniyyəti vardır ki, orada onun
ibraz eylədiyi məharəti digər bir millət göstərə bilmiyor.
Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyət bir
çox əsli şeylə və günə-gün əsari-zinət və dühayə malik oluyor
(147,18). O daha sonra fikrinə davam edərək göstərirdi ki,
alman milləti, german irqi özünün istiqlalını təmin eyləməsə
və öz mədəniyyəti-xassəsini mühafizə etməsə idi, bəşəriyyət
Şopenhauer, Fixte, Göte, Faust, Qottenberq və Lüter kimi
dühaları da görməyəcək idi. “Fransa digər bir irq və qövmiyyət
içində münhəll olub öz mənliyini itirsə idi, bəşəriyyət XIX
əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını –
Jan Jak Russo, Didro, Monteskye, Viktor Hüqo və Volterləri
də qayib edəcəkdi. İtaliya mədəniyyətini anlamasa, özündəki
xudadayi-qüvvələrdən xəbərsiz qalsa, yəni başqa bir millət
tərəfindən yürülüb həzm-rabedən keçirilsə idi, indi nə
dünyanın birər allei-zərafətini təşkil edən heykəllər var idi, nə
də Mikelanjelo kibi heykəltaraşlar.
Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki,
Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan
olsa, başqa bir millət tərəfindən, məsələn, Rusiyanı maddi və
mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti
tərəfindən kamilən təmsil (assimile) edilsə idi, əcəba, biz
Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov
və sairəyə malik olacaqmı idik? Məlum ki, yox” (147, 18). Və
eyni zamanda, hər cür süni məhdudiyyətlərin milli-mədəni
tərəqqiyə nəinki xidmət etmədiyini, hətta onun inkişafı üçün
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
87
zərərli olduğunu göstərirdilər: “Fərabiyi, Əbu Əli Sinayı ərəb,
Mollayi Rumiyi, Əlişir Nəvaiyi fars zənn ediyoruz. Türk oğlu
türk olduqlarından xəbərimiz yoxdur. Vaqeən bunlar əsərlərini
ərəb və farsca yazmışlardı. Lakin böylə dahilər yetişdirmək
yenə türklərə racedir (yəni: aiddir – Red.). Zamanımızda Əli-
mərdan bəy ancaq rusca, Əhməd Rza ancaq fransızca yazıyor,
Əhməd bəy Ağayev, İsmayıl bəy Qasprinski ruscanı türkcədən
daha yaxşı yazıyorlar... Abdullah Cövdətin fransızca əşarı
daha məşhurdur. Böylə olduğu halda, bunların vucudilə yenə
türklər fəxr edə bilərlər” (147, 18).
XX əsrin əvvəllərində ədəbi-bədii tənqid xüsusilə inkişaf
etməyə başladı. Əsrin romantik tənqidinin əsasını qoyan,
nəzəri fikrinin dərinliyi və hərtərəfliliyi ilə seçilən Əli bəy
Hüseynzadə göstərirdi ki, xalqı qəflətdən oyatmaq üçün tənqid
vacib vasitələrdən biridir, yalnız “intiqadla hər şeyin mahiyyəti
meydana çıxıyor” (129).
Müəllif “Molla Nəsrəddin” jurnalını “ətrafındakı çirkab-
ları” təmizləyən orqan adlandırır və bu qərara gəlir ki, çirkab-
ları qurutmaq üçün mütləq onu daşa tutan, o çirkablara qayalar
yuvartlamağa qadir olan tənqidçilər, fədailər lazımdır: “Fədai
lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan
fədai!.. Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa
qiyafətli fədai! İngilis, amerikan kimi tizrəftar, yeni yaponlar
kimi kutahdamən fədai!” (Bax: 62, 395).
Çox mürəkkəb, çətin şəxsi həyat yaşamış, eyni zamanda,
milli inkişaf yolunda, milli azadlıq uğrunda, çox nəhəng,
şərəfli işlər görmüş, XX əsrin əvvəllərindəki Azərbaycanın
ictimai-siyasi, ədəbi-mədəni, elmi-publisistik mühitində çox
Dostları ilə paylaş: |