T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
91
siz də ... “Füyuzat”ınızda ingilislərə, firənglərə müraciət edirsi-
niz? Ortaya gah Hötenin “Faust”unu, gah Şekspirin “Yuli
Sezar”ını, gah da nə bilim, hankı əsərini çıxarıyorsunuz?
“Avropalaşın”, “firəngləşin” diyorsunuz? Lakin, ay qare,
müraciətdən müraciətə fərq vardır: biz avropalıların ədəbiyyat-
larına, sənayelərinə, ülum və maariflərinə, kəşfiyyat və ixtira-
larına müraciət etmək istiyoruz, özlərinə deyil!.. Bu gün on-
ların mədələrində həzm olunmamaq üçün bir çarə varsa da, o
da onların məhsulati – dimağlarını alıb həzm etməkdən başqa
bir şey deyildir!” (137).
Avropaya meyilliliyin opponentlərinə ətraflı, tutarlı cavab
verən Əli bəy Hüseynzadə bu məsələ ətrafında başqa bir
yazısında rus mədəniyyətinin milli inkişafımıza güclü təkan
verdiyini söyləyirdi: “Hindistan bizdən əvvəl, Əlcəzair isə
demək olar ki, bizimlə eyni vaxtda fəth olunmuşdur.
Baxmayaraq ki, İngiltərə, Fransa və Rusiyada mədəniyyətlər
arasında müəyyən fərqlər var, baxmayaraq ki, hindlilər və
əlcəzairlilər bizə nisbətən dünyanın yüksək mədəniyyətlərini
daha yüksək yollarla əxz edirlər, biz, qafqazlılar Əlcəzairi və
Hindistanı çox geridə qoymuşuq və bu ölkələrin heç biri
mədəniyyətcə bizimlə müqayisə oluna bilməz. Hətta bir çox
sahələrdə biz daxili Rusiyanın özünün bir çox əyalətlərini,
onun şərqini, şimalını, cənubunu qabaqlamamışıqmı? Əlbəttə,
bizim bu cür fərqlənməyimiz bu axırıncının (Rusiyanın –
T.A.) xidmətidir və bunlar üçün Qafqaz ona həmişəlik
minnətdardır. Lakin digər tərəfdən qeyd etmək lazımdır ki,
qafqazlılar özləri də mədəni həyata qeyri-adi maraq göstər-
mişlər və onun intensiv inkişafına öz istedad və əlaqələri ilə
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
92
kömək etmişlər” (Bax: 160, 47).
Rus mədəniyyətinin əsrin əvvəllərində təkanverici təsirini
müasir tədqiqatçılar da qeyd edirlər: “Paradoksal olan budur
ki, siyasi cəhətdən əsarətə düçar olmuş xalq, mədəni təsir və
mübadilə baxımından son dərəcə əlverişli şəraitə düşmüşdü;
çünki Rusiya mədəniyyəti XIX əsrdə gerçəkdən öz qızıl
dövrünü keçirirdi” (160, 95).
Əhməd bəy Ağaoğlunun əksər tədqiqatçıları onun mədə-
niyyət konsepsiyasındakı rusçu və qərbçi meyillərin üstün-
lüyünü istisnasız olaraq qeyd etmişlər.
Akademik K.Talıbzadə yazır ki, “Əhməd bəy Ağaoğlu və
Əlimərdan bəy Topçubaşovun əsərlərində ədəbi... yüksəlişə
nail olmaq üçün dünya klassiklərinin, eləcə də rus yazıçılarının
əsərlərinin təbliğinə xüsusi əhəmiyyət verilirdi” (62, 240).
Ədibin “Üç mədəniyyət” traktatından bəhs edən tədqi-
qatçı T.Hüseynova görə, “müəllif kitabda ailə, hökumət, şəxsi,
dövlət, məhkəmə, təlim-tərbiyə, din və s. mövzularla bərabər
mədəniyyət, ədəbiyyat və incəsənətin rolunun açıqlanmasına
da böyük yer vermişdir. Bütün bu məsələlərdə Ə.Ağaoğlu
işlək bir qərbçidir. Onun əsər boyu ən çox istinad etdiyi
filosof, mütəfəkkir, iqtisadçı və yazıçılar da Qərb maarifçiləri-
dir. Müəllifin bu mövqeyi Atatürkün Qərb mədəniyyəti zümrə-
sinə daxil olmaq istəyi ilə uyğundur. O, traktatın, müəyyən
mənada əsas metodologiyasını və məqsədini “gələcək tədqi-
qatçılar üçün yeni bir müqayisə zəmini hazırlamaqda görür”
(127, 106).
Avropa və dünya klassiklərinin əsərlərinin Azərbaycan
dilinə tərcüməsini yüksək qiymətləndirən Ağaoğlu bu cür
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
93
əsərlərin, xüsusilə, Şillerin “Qaçaqlar” pyesinin, Şekspirin
“Otello” faciəsinin səhnəmizdə qoyulmasını alqışlayır və bu
tamaşalara həsr etdiyi rəylərdə yüksək təhlil mədəniyyəti
nümayiş etdirirdi. Lakin Ağaoğlunun Avropa və rus ədəbiyyatı
nümunələrinin təbliğində bəzən ifrata varmaq da özünü
göstərirdi. Bədbinləşmə məqamlarında müəllif yazırdı: “Oriji-
nal əsərlərə gəlincə, mənim fikrimə görə, onların böyük hissəsi
Avropa klassiklərindən edilən tərcümələrin bir səhifəsinə belə
dəyməz. Hər dəfə tatar (Azərbaycan – T.A.) dilində orijinal bir
əsər oxuyanda, yaxud rəy üçün hər hansı orijinal bir kitab
alanda, mən onlara sərf olunan vaxta da məyus olub hayıfsıla-
nıram” (98).
Və yaxud: “Bizim müəlliflər, yazdıqları komediya, faciə,
dram və qrammatikaların və bunlara bənzər zir-zibil ədəbiy-
yatın yerinə, öz boş vaxtlarını təbiətşünaslığa dair kütləvi
əsərləri rus dilindən ana dilinə çevirməyə həsr etməlidirlər”
(98).
Ə.Ağaoğluna görə, Azərbaycan yazıçıları qüdrətli əsərlər
yaratmağa qadir olmadıqları üçün, bədii ədəbiyyatla məşğul
olmasalar, millətə daha çox xeyir vermiş olardılar. Nəcəf bəy
Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” əsəri haqqında
mülahizələrində o bildirirdi ki, müəllifin məqsədi başlıca ola-
raq kütləni teatr ətrafına toplamaq olmuşdur. Buna görə də hər
şey: əsərin quruluşu, bütövlüyü, məzmunu, bir sözlə, bədiiliyi
və ideyalılığı xarici effektə qurban verilir (98).
M.F.Axundzadənin “Hacı Qara” komediyasının, ümu-
miyyətlə,
Axundzadə
komediyalarının müvəffəqiyyətini
Ə.Ağaoğlu müəllifin özünün bəzi xüsusiyyətləri ilə izah
Dostları ilə paylaş: |