T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
94
edirdi. Dramaturgiyanın başqa əsərləri kimi, “Hacı Qara”nı da
Ə.Ağaoğlu ciddi mənada komediya adlandırmırdı. Onun
fikricə, bu əsərlərdə nə tip vardı, nə də ictimai və psixoloji
təhlil. Müəllifin bu yanlış mülahizələri bəzən hətta onu səhv
qənaətlərə gətirirb çıxarırdı: “...Müəllimlərimizin sinifdən-
kənar bütün fəaliyyəti heç nəyə yaramayan komediyalar, gü-
lünc dramlar və son dərəcə pis qrammatikalar yazmağa həsr
olunmuşdur. Və bütün bu ədəbi cəfəngiyatı bazara çıxaran
bizim pedaqoqlar yarışlardan çıxmış qaliblər kimi asudə nəfəs
alır və özlərinin bu fəaliyyətləri ilə doğma ədəbiyyatı
zənginləşdirdiklərinə, dili inkişaf etdirdiklərinə, bəşəriyyətə
böyük xidmət göstərdiklərinə ciddi inanırlar. Heç bir mübahisə
və dəlil ilə siz bu yazıçılıq xəstəliyinə tutulmuşları inandıra
bilməzsiniz ki, onlar heç kəsə xidmət etməmişlər...” (98).
Şübhəsiz ki, müəllifin bu yanlış mülahizələri onun səmi-
mi inamından doğurdu. Ədəbi təmasın həlledici roluna inanan
müəllif ədəbi təsir mexanizminin əsas prinsiplərindən birini
unudurdu ki, təsirə məruz qalan ədəbiyyatın özünün bu təsir
idxalını qəbul etmək üçün müəyyən səviyyə və tələbatının
olması zəruridir.
Əsrin əvvəllərində yazıb yaradan ədəbiyyat xadimlərin-
dən N.Vəzirov, N.Nərimanov, S.S.Axundov, Ə.Haqverdiyev
və b. qələm sahiblərini “Molyerə tay olmadıqları” üçün mə-
zəmmət etməkdə müəllif, şübhəsiz ki, haqlı deyildi. Məqalə-
lərində rus və Avropa ədəbi fikrindən, nəzəriyyəsindən çıxış
edən Əhməd bəy Ağaoğlu bu nəzəriyyəni milli ədəbiyyatımıza
tətbiq edərkən mürəkkəb, ziddiyyətli nəticələrə gəlirdi:
“...Bizim xarakterlər yoxdur. Buna görə də heç bir Şərq
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
95
ədəbiyyatında siz məhz belə xarakterlər əsasında yaranan
roman, faciə, komediya kimi ədəbi formalara rast gəlməzsiniz.
Əksinə, ədəbiyyatın bütün formaları, təfəkkürün və hissin
növləri ya yuxu gətirən nəhayətsiz lirizmə, yaxud duman və
mistisizim kabusuna qərq olmuşdur”. Ə.Ağaoğlunun bu
fikirlərini akademik K.Talıbzadə onun ifrata varması kimi
qiymətləndirərək qeyd edir ki, “milli ədəbiyyatımıza bu cür
baxmaq – N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov kimi
qüdrətli realistlərin yaradıcılığını layiqincə qiymətləndirmək
imkanından Ə.Ağaoğlunu əvvəlcədən məhrum edirdi” (62,
341).
Əhməd bəy Ağaoğlunun milli ədəbiyyat məsələlərinə
münasibətində ciddi bir narahatlıq duyulurdu. O, cəmiyyətdə
baş verən hadisələri ədəbiyyatın əks etdirmyə qadir olmaması
barədə mülahizəsini hər dəfə irəli sürdükdə çıxış yolu kimi
Qərb, rus ədəbiyyatından öyrənmək məsələsini qoyurdu: “Bu
yenidən tərbiyənin əsasına mütləq daxil edilməli olan
ümumbəşəri ideya və hissləri almaq üçün biz hara müraciət
etməliyik? Aydındır ki, Qərbə” (107) – cavabında Qərb
yazıçılarından Viktor Hüqo, Volter, Selli, rus yazıçılarından
isə Dostoyevski, Puşkin, Tolstoy, Qorkinin yaradıcılıqları
onun üçün dəyişməz dəyərlər kimi qalırdılar. Onun fikricə,
Viktor Hüqonun həyatı XIX əsr Fransasının həyatı idi.
“Fransada romantizmin atası” sayılan Viktor Hüqonun
yaradıcılığına münasibəti ilə əslində Ə.Ağaoğlu fransız roman-
tizminin özünü təhlilə cəlb edirdi. O belə düşünürdü ki, fransız
romantizmi XVIII əsrin rasionalizminə etiraz əlaməti olaraq
meydana gəlmişdi. Şəhər əhalisinin həyatını tərənnüm edən
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
96
klassizimlə yarışa-yarışa təbiəti tərənnüm edən romantizm
dünya ədəbiyyatının inkişafında yeni bir mərhələ olduğu üçün
Ə.Ağaoğlunun bu məsələyə müraciəti təbii idi.
Mütəfəkkir ədib bu polemikalarında İslam dininin rus və
Qərb mədəniyyətinə təsirini sübut etməyə çalışır, ədəbi-
mədəni məsələlərin qiymətləndirilməsində onun mühüm
rolunu qeyd edirdi. Onun fikricə, “rus ədəbiyyatı özünün həqi-
qətpərəstliyi və bədiiliyi ilə böyük bir ədəbiyyatdırsa, buna
görə o, artıq Şərqə minnətdardır... Rus ədəbiyyatının bu iki
ümumi cəhəti (mistisizm və lirizm – Ə.A.) Qorkinin yeni əsəri
“Həyatın dibində”nin əsas xüsusiyyətini təşkil edir” (104).
Rus ədəbiyyatı ilə bağlı mülahizələrində Ə.Ağaoğlu rus-
Avropa, rus-Şərq ədəbi-mədəni münasibətləri məcrasında
ədəbi təsir məsələsinin özünün elmi-nəzəri işıqlanmasına xid-
mət edən mülahizələr söyləyirdi. Ümumiyyətlə, təsadüfi deyil-
di ki, bir sıra məqamlarda Əhməd bəyin ədəbi-tənqidi plat-
formasının mahiyyəti məhz onun rus ədəbiyyatına müna-
sibətində, rus ədəbiyyatı ilə bağlı mülahizələrində meydana
çıxırdı. Xüsusilə, o, ədəbiyyatın xalqın mənəviyyatının, onun
ideyalarının formalaşmasındakı rolundan bəhs edərkən rus
ədəbiyyatından nümunələr gətirirdi: “...Qadınlığı idealizə
edərkən rus mühərrirliyi, bəlkə, qadın qəhrəmanlarına süni,
həqiqətdə mövcud olmayan bəzi əxlaqi, ruhi sifətlər əlavə
etmişlər. Fəqət bu, təkrar oluna-oluna rus məfkurəsində bir
qadın idealı təşkil etmiş, bütün tərbiyə, təlim və arzular bu
ideala doğru yürüdülmüş və beləliklə, ideal vüsala gətirmişdir”
(85, 148).
O, fikrinə davam edərək yazırdı: “Puşkinin Tatyanası,
Dostları ilə paylaş: |