T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
88
tanınmış, universal zəkaya malik bir şəxsiyyət olan Əhməd
bəy Ağaoğlu ənənəvi olaraq müasirləri içərisində daha çox
Qərb meyilli bir xadim kimi tanınır və qəbul edilirdi.
Şübhəsiz ki, ilk gəncliyindən öyrənmək həvəsi, böyük
dünyaya qovuşmaq ehtirası Əhməd bəy Ağaoğlunu əvvəlcə
Rusiyaya, daha sonra Avropaya – Fransaya aparıb çıxardığın-
dan və onun dünyagörüşünün formalaşmasında bu mühitin
çox böyük rol oynamış olduğundan görkəmli ədibin bütün
sonrakı yaradıcılığında şərqçilik, türkçülük, islamçılıq ruhunun
mütləq hakimliyinə baxmayaraq, qərbçilik də çox mühüm yer
tutmuşdu. Bu iki amil “Şərqçilik” (“Şərqçilik şərti adı altında
əsasən türkçülük və islamçılığı nəzərdə tuturuq – T.A.) və
“Qərbçilik” Ə.Ağaoğlunun dünyagörüşündə, yaradıcılığında
həmişə yanaşı olmuş, bəzən eyni ideala doğru irəliləyişində
üst-üstə düşmüş, bəzən ziddiyyət təşkil etmiş, mürəkkəb
təmaslar məcrasında həm onun öz yaradıcılıq istiqamətini
müəyyənləşdirmiş, həm də dövrün ictimai-mədəni həyatına
müəyyən iz buraxan bir ab-hava gətirmişdir. Qərb cəmiyyəti-
nin azadlıq ruhu, burada insanın mənəvi-zehni inkişaf imkan-
ları onu daha çox cəlb edirdi.
Əhməd bəy Ağaoğlu yazırdı: “Çölümün bayaqdan bəri
sadaladığım xüsusiyyətlərini ümumən nəzərdən keçirək.
Yarınmaq, yalan, riyakarlıq, sərvət və vəzifə ehtirası, zülmkar-
lıq, qısqanclıq, hökmranlıq və...
Görürsünüz, mənim çölüm başdan-başa antisosial bir
varlıqdır. O, mühiti içəridən gəmirir, ictimai həyatın təşəkkülü
və inkişafı üçün lazım gələn bağları məhv edir. İçində belə bir
mikrob daşıyan cəmiyyətdə qarşılıqlı yardım, sevgi, inam,
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
89
doğruluq, sədaqət, ciddi çalışma, haqqa, həqiqətə münasibət,
xülasə, modern cəmiyyətlərin inkişafını təmin edən amillərin
bir araya gəlməsi çox çətin olur. Əslinə baxsan, mənim çölüm-
lə cəmiyyət arasında ziddiyyət var – biri o birisini inkar edir...
Mənim içim, əslinə baxsan, ictimai həyatın inkişafına uyğun
və müsaid olan amillərlə doludur. Həqiqətən, bu baxımdan
mənim içimlə ən mükəmməl və mütərəqqi cəmiyyətlərə
mənsub fərdlərin içi arasında fərq yox dərəcəsindədir. Qiymət-
lərin dəqiqliyi, yaxşılıq və pislik, gözəllik və çirkinlik haqqın-
dakı ölçülər hər iki tərəfdə, demək olar ki, eynidir” (94).
Mütəfəkkir publisist fikrinə belə davam edirdi: “Məsələn,
yarınmağı mənim də içim sevmir, bir ingilisin də içi sevmir.
Yalan onun üçün də, mənim üçün də mənfurdur. Haqqı müda-
fiə, şərəf və izzəti-nəfsi qorumaq da hər iki tərəfdə eyni dərə-
cədə məqbuldur və s.
Yalnız bir fərq vardır ki, onda qiymətlərin, dəyərlərin
hərəkətverici qüvvəsi var, məndə yox. Başqa sözlə desək,
ingilisdə içi dərhal hərəkətə gətirib fəaliyyətə keçməyə sövq
edən qüvvə var, məndə isə yoxdur. Bu qüvvə ingilisin iradə-
sindən ibarətdir. Mənim iradəm onunkuna nisbətən çox zəifdir.
Elə çıxmasın ki, bir ingilisin çölü onu mənim çölümün sövq
etdiyi yollara sövq etməkdən xalidir. Xeyr. Zahir hər yerdə bu
mənfi rolu oynayır. Lakin mənim əksimə olaraq, iç ingilisdə
çöldən daha güclü, daha üstündür.
Niyə ingilisdə elə olmuşdur, məndə belə? Bunun bir çox
səbəbləri var. Mən bunların hamısının üzərində dayanmaq
istəmirəm. Yalnız birini və ən mühümünü qeyd edəcəyəm.
Çünki ingilis cəmiyyəti öz inkişafını fərdin içinin güclən-
T.M.ABDULLAYEVA AZƏRBAYCAN ƏDƏBİ FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
90
məsinə tabe tutmuş və bunun icrası üçün hər an bütün səy və
qeyrətini əsirgəməmişdir” (94).
Qərbçilik – Ə.Ağaoğlunun anlayış və təqdimatına görə
milli mədəniyyətimizin inkişafında Şərq ənənələrindən ayrıl-
madan, Qərb mədəniyyəti təcrübəsinin də hopmuş olduğu yeni
keyfiyyət mərhələsinə çatmaq və bu istiqamətdə fəaliyyət
göstərmək arzusudur. Qərb mədəniyyətinə münasibətdə bəzən
ifrat meyillər də onun bu mədəni zənginləşməni sürətləndir-
mək arzusundan irəli gəlirdi.
Ağaoğlunun ədəbiyyatımızda Tolstoy, Hüqo, Şiller,
Şekspir, Qorki və b. ədəbi simaların yaradıcılıq təcrübəsindən
istifadə edilməsi niyyəti və istəyi bəzən o qədər güclü olurdu
ki, o, yazıçılarımızı orijinal yaradıcılıqdan əl çəkməyə, yalnız
tərcümə ilə məşğul olmağa çağırırdı (98).
Lakin ruhən büsbütün şərqli olan Ə.Ağaoğluda bu meyil
kosmopolitizm həddinə çatmır, ədəbiyyatımızın daxili imkan-
larının xarici ədəbi təmaslara ehtiyacının idrakı səviyyəsində
tənzimlənirdi. Ə.Ağaoğlunun Şərq və Qərb mədəniyyətləri
təmaslarının öyrənilməsinə həsr etdiyi əsərlərinin tədqiqi XX
əsrin başlanğıcındakı ədəbi-mədəni həyatımızın bir sıra
xüsusiyyətlərini aydınlaşdırmaq üçün mühüm əhəmiyyət kəsb
edir. Həmin dövrdə əsrin mütərəqqi ictimai-siyasi, habelə
ədəbiyyat və incəsənət xadimlərinin əksəriyyəti Qərb ilə
təması vacib hesab edir, onu inkişaf komponentlərinin ən
ümdələrindən sayırdı. Ə.Ağaoğlunun məsləkdaşı, dövrünün ən
görkəmli ictimai və mədəni xadimlərindən olan Əli bəy
Hüseynzadə bu xüsusda yazırdı: “Şimdi bizə deyirlər ki,
madam ki, ingilislər, firənglər, filanlar böylə imişlər, nə üçün
Dostları ilə paylaş: |