T. M. Abdullayeva az



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə35/46
tarix31.10.2018
ölçüsü1,5 Mb.
#77188
1   ...   31   32   33   34   35   36   37   38   ...   46

               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
106 
dərəcə qiymətli olduğunu nəzərə alaraq onlardan bir neçə kiçik 
hissələri təqdim edirik: 
“Türk  qadının  cocuqlarına  söyləyəcəyi  ninnilər  vardır. 
Sən də bu ninnilərlə millətinin və babanın məruz qaldığı həqi-
qətləri  anlayacaqsan.  Cocuqlarına  intiqamı  alınacaq  günləri 
öyrədəcəksən. Unutma”. 
“Nuri – didem, Süreyya! 
Son ingiliscə  məktubunu aldım. Pək  məzkur və məmnun 
oldum.  Rica  edəyim,  insanlara  mümkün  olduğu  qədər,  diqqət 
et. Onlarda yazılmış əsəri-ədəbiyə ilə əsəri – Tarixiyeyi müta-
liə  etməyə  çalış.  İngiliscə  və  fransızca  müəllimlərinə  mənim 
tərəfimdən rica et, sənə ingilis və fransız klassiklərini, bilxassə 
18-ci  və  19-cu  əsrin  ilk  nisayi  mühərrirlərini  oxutdursunlar” 
(59, 14). 
“...Cəza hüququnu xoşlarsanmış. Sənin bu halın xatirimə 
otuz  iki  il  əvvəl  mənim  kəndi  təmayülümü  gətirdi.  Mən  də  o 
zaman  Paris  Hüquq  fakültəsində  hər  şeydən  ziyadə  hüquqi-
cəzaya meyl göstərirdim. Bunun səbəbi bilmirsən, nədir? Cəza 
hüququ  fəlsəfə  ilə,  maddiyyatdan  daha  çox  mənəviyyatla 
əlaqədardır, fəqət cəza nəzəriyyələrini iyi anlaya bilmək üçün 
fəlsəfə  ilə,  ruhiyyat  ilə  məşğul  olmaq  lazımdır.  Binaəleyh, 
məktəbi-hüquqa  davam  etməklə  bərabər,  ədəbiyyat  fakultə-
sində bu dərslərə sami sifətiylə davam et. Ah! Bu zamanlarda 
yanında olmağı nə qədər istərdim” (59, 15). 
Lakin  Əhməd  bəy  Ağaoğlu  “şərqçilərin”  içərisində  Qərb 
elmini,  mədəniyyətini,  şərqşünaslığını  ən  yaxşı  bilən,  Qərb 
tipli  düşüncə  tərzini  mənimsəmiş  şəxsiyyətlərdən  biri  idi, 
nəhayət,  Şərqin  problemlərinə  ümumdünya  ictimai-siyasi, 


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
107 
ədəbi-mədəni  mənzərəsi  prizmasından  baxmağı  bacaran  bir 
mütəfəkkir idi. Ona görə də çox təbii idi ki, onun  yazılarında 
bir “Qərb”, bir “Avropa” ruhu sezilirdi. Tədqiqatçılar, adətən, 
məsələnin  bu  tərəfini  işıqlandırır,  onun  yazdığı  əsərlərdə 
həmin  tipli  məqamlardan  çıxış  edərək  onun  “Qərbə  aludə-
çiliyini”  (Kamal  Talıbzadə),  “təqlidçiliyini”  (Rasim  Mirzə) 
xüsusi vurğulayırlar. 
Filologiya  elmləri  doktoru  Şamil  Vəliyevin  “Füyuzat” 
ədəbi  məktəbindən  (64)  və  elmlər  namizədi  Rasim  Mirzənin 
Əli  bəy  Hüseynzadənin  yaradıcılığından  (160)  bəhs  edən 
dissertasiyaları  son  illər  XX  əsrin  əvvəllərinin  ədəbi-nəzəri, 
tarixi-publisistik  araşdırmalarına  həsr  olunmuş  tədqiqatlar 
içərisində öz yüksək elmi səviyyəsi və obyektivliyi ilə seçilir. 
R.Mirzənin  dissertasiyasında  dövrün  ziyalıları  şərti  olaraq  iki 
qrupa  bölünür:  Əli  bəy  Hüseynzadə  başda  olmaqla 
“M.F.Axundov  tərəfindən  bütünlüklə  Avropaya  səmtləndiril-
miş,  Azərbaycan  mədəniyyəti  (ədəbiyyatı)  heç  zaman  öz 
rişələrindən Şərq (islam) ənənələrindən uzaqlaşmamalıdır, ək-
sinə,  ona  yenidən,  daha  yüksək  səviyyədə  qayıtmalıdır”  - 
qənaətində olan qrupa; bir də ikinci qrupa ki, onların nəzərində  
“Şərq  qəflət  yuxusuna  qalmış,  müasir  mədəniyyətdən  uzaq 
düşmüş,  azadlıqdan  məhrum  olan  mövhumat  Şərqi  idi.  Şərqə 
ekzotik  baxış,  şərq  təbiətini  idealizə  etmək  bunlara  yabançı 
idi” (160, 17). Buraya Əhməd bəy Ağayev də daxil idi. “Şərq-
Qərb qarşıdurmasında konseptual şəkildə üstünlüyü bütövlüklə 
ikincisinə  verən  ideoloqlar  içərisində  Əhməd  bəy  Ağayev  də 
seçilirdi.  O,  Şərq  mədəniyyətini  və  ədəbiyyatını  xarakterizə 
edərkən  yazırdı:  “...Все  формы  литературы,  все  виды  фор-


               
 
                   
T.M.ABDULLAYEVA                   AZƏRBAYCAN ƏDƏBİ  FİKRİNDƏ QƏRBÇİLİK MEYLLƏRİ
 
 
          
 
108 
мы мышления  и  чуствований  воплащались или  бесконеч-
ный  усыпляющий  лиризм,  или  же  в  туман  и  сумерки 
мистицизма”.  (Tərcüməsi:  “Ədəbiyyatın  bütün  formaları, 
təfəkkür  və  hissiyyatların  bütün  növləri  ya  sonsuz  dərəcədə 
uydurucu  lirizmdə  və  yaxud  da  mistikanın  duman  və  ala-
qaranlığında təcəssüm tapırdı”).  
Şərqin  bütün  mədəniyyətində  yalnız  mistik  bir  ruhun 
hakim  olduğu  qənaətinə  gəldiyi  üçün  müəllif  onun  xilası  na-
minə  Qərb  mədəniyyətinə  təqlidi  yanaşmağa  çağırırdı: 
“Теперь же европейская цивилизация вновь призывает нас 
к этой жизни... Являсь представителями совершенно иной 
цивилизации, основным девизом который служит: “жизнь, 
жизнь  во  всех  ее  формах”,  их  произведения  является 
наилучшим  противодействием  растлевающему  нас  без-
жизненному  квиетизму.  Одни  они  могут  призвать  нас  к 
пробуждению от сна добровольного затуманиване мысли-
какими  то  призраками”  (“İndi  isə  Avropa  sivilizasiyası  bizi 
yenidən  bu  həyata  çağırır.  Tamamilə  başqa  bir  sivilizasiyanın 
nümayəndələri  olaraq  onların  əsasən  “həyat,  bütün  forma-
larında  həyatdır”  devizinə  xidmət  göstərən  əsərləri  bizi  əhatə 
edən  şaxələnmiş  cansız  kvietizmə  qarşı  ən  yaxşı  əlacdır. 
Yalnız onlar bizi yuxudan oyanmağa, hansısa kabusla duman-
lanan  fikirdən  ayrılmağa  çağıra  bilərlər”).  Şərqin  “qərbçi” 
ideoloqunun  inadla  arzuladığı  sivilizasiya  epoxasının  –   
həyatı,  bütün  formalarında  həyat  –  devizinə  xidmət  edən 
mədəniyyəti,  doğrudanmı,  bu  qədər  üstünlüyə  malikdir  və 
Şərq doğrudanmı bu dərəcədə ona möhtacdır? “(160, 21). 
Məsələnin  belə  qoyuluşu  şübhəsiz  ki,  müəllifin  həm  Əli 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   46




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə