T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə11/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Soyutma
sistemi.
Soyutma sistemi vəzifəsi mühərrikin optimal tempuratura qədər tez qızdırılması
təmin etmək və iş vaxtı yaranan əlavə istiliyin nizamlanmış kənarlaşdırılmış
hesabına mühərrikin optimal istilik rejimini saxlamaqdır.İşçi taktda qazların yüksək
temperaturu bu qazlarla birbaşa toxunan hissələri (silindr,silindr başlığı, porşenlər, 
klapanlar) intensiv qızdırır. Yanacağın yanması zamanı temperatur 2000
0
C-dən 
yuxarı qalxır,orta temperatur isə 800--900
0
C təşkil edir.Silindrdə yanan qazların
istiliyinin 20—35%-i detalların qızmasına sərf olunur(səkil 2.58). 
Ən qənaətli birbaşa püskürməli benzin və dizel mühərriklərində yanacaq
2enerjisinin yalnız 46%-i səmərəli işə çevrilir.Mühərrikin “gövdəsindən” istilik
kənarlaşdırılmazsa bir çox hərəkət edən detallarda yağ yanar, həddən artıq
genişlənmədən pərçimlənmə baş verər. Mühərrikdə nizamlanan istilik
kənarlaşdırılması—soyutma sistemi nəzərdə tutulur.İstilik lazımi səviyyədə


kənarlaşdırılmazsa, mühərrik qızar—lazımı güc alınmaz,yanacaq sərfi artar,
mühərrikin detallarının yağlanması pisləşdiyi üçün detalların yeyilməsi sürətlənər. 
İstilik həddən artıq çox kənarlaşdırılarsa,mühərrik soyuyar,yanacaq sərfi artar və
mühərrikin ömür müddəti azalar.Ona görə də mühərrik optimal temperatura
qədər soyudulmalıdır. Soyutma sistemi mühərrikin mexanizm detallarından istiliyi
kənarlaşdırmaq üçün lazımdır lakin bu onun vəzifəsinin yalnız böyük hissəsidir. 
Normal işçi prosesi təmin etmək üçün həmçinin soyuq mühərrikin qızdırılma
sürətləndirmək də vacibdir.Bu isə soyuq sisteminin işinin ikinci hissəsidir. 
Mühərrikdən istiliyin kənarlaşdırılması maye (
mayeli
soyutma
sistemi və ya
hava
(hava ilə soyutma sistemi) vasitəsi ilə həyata keçirilə bilər.Müasir avt-billər
adətən,mayeli qapalı tipli ,mayenin dövranı və genişlənmə çəni olan soyutma
sistemi tətbiq edilir.Bu sistem daha effektiv iş zamanı daha az səs yaradır və soyuq
hava mühərrikin işə düşməsini asanlaşdırır.Soyutma sisteminə aşağıdakılar
daxildir:

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə