T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə19/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

QİDA SİSTEMİ.
Daxili yanma mühərriklərinin ən vacib cəhətlərindən biri də avtomobilin bir dəfə
yanacaqla doldurulma ilə 500-600 kilometr və ya daha çox məsafə qət etməsidir. 
Bu məsafə avt-bilin ehtiyat gedişi adlanır,“bir çənlə”maksimal yürüş bir çox amillərdən
asılıdır.Mühərrikin qida sisteminin vəzifəsi—yanacağın saxlanılması, təmizlənməsi və
verilməsi, havanın təmizlənməsi, yanıcı qarışığın hazırlanması və mühərrikin
silindrlərinə verilməsi,işlənmiş qazların mühərrikindən kənar edilməsidir. Mühərrikin 


müxtəlif iş rejimlərində yanıcı qarışığın miqdarı və keyfiyyəti müxtəlif olmalıdır,bu
da öz növbəsində qida sistemi ilə təmin edilir.Ilkin olaraq karbüratorlu benzin
mühərrikinin işini nəzərdən keçirək.Karbüratorlu mühərrikin qida sisteminin vəzifəsi-
yanacaq buxarları və havadan ibarət olan yanıcı qarışığın hazırlanması, mühərrikin
silindrlərinə verilməsi və silindrlərdən işlənmiş qazların xaric edilməsidir. Karbüratorlu
mühərrikin qida sisteminə vəzifəsi yanacaq buxarları və havadan ibarət olan yanıcı 
qarışığın hazırlanması,mühərrikin silindrlərinə verilməsi və silindrlərdən işlənmiş 
qazların xaric edilməsidir.Karbüratorlu mühərrikin qida sisteminə yanacağın saxlanması
və onun miqdarına nəzarət edilməsi,yanacağın təmizlənməsi və verilməsi,havanın 
təmizlənməsi və verilməsi, həmçinin yanıcı qarışığın hazırlanması və onun mühərrikin
silindrlərinə verilməsi, xaricetmə qazların silindrdən kənar edilməsi və onların
səsinin udulması və həmçinin xaric olunan qazların netrallaşması üçün cihaz və
quruluşlar daxildir.Karbüratorlu mühərrikin qida sisteminin prinsipial sxemi
verilmişdir.
Qida sisteminə daxildir: Yanacaq çəni; Yanacaq xətləri; Yanacağın
təmizlənmə süzgəcləri;Hava filtri;Yanacaq nasosu; Karbüratorlu.
Bu sxemdə
yanacaq tıxacla bağlanmış çəndən 2 nasos 7 vasitəsilə sorularaq,yanacaq 
süzgəcində 6 təmizləndikdən sonra boru xətləri ilə 5 yanıcı qarışıq hazırlanma 
cihazına-karbüratora 8 verilir.Çəndə yanacağın miqdarına vericinin göstəricisinə 
əsasən nəzarət edilir.Hava karbüratora hava filtrindən 9 daxil olur.Karbüratorda
hazırlanan yanıcı qarışıq silindrlərə daxilolma boru xətləri ilə daxil olur. İşlənmiş
qazlar silindrlərdən xaricetmə sistemi ilə kənar edilir.Xaricetmə sisteminin quruluşu
bütün yanıcı qarışıq hazırlama sistemləri üçün eynidir. Yanıcı qarışıq.Yanıcı qarışıq
hazırlanması üçün yanacaq benzindir.Nəzəri cəhətdən məlumdur ki, 1 kq benzinin
yanması üçün 14,7 kq hava (daha doğrusu bu miqdarda havada olan oksigen)


lazımdır.Yanıcı qarışığın tərkibi hava artıqlıq əmsalı ilə xarakterizə edilir. 
/\=L
h/
L
n, 
Burada L
h-
verilən havanın miqdarı.L
n-
qarışıqda olan yanacağın tam yanması üçün
nəzəri cəhətdən tələb olunan havanın miqdarıdır.Hava və yanacağın nisbəti
mühərrikin işçi xarakteristikalarına ciddi təsir edir. Hava çox olduqda (
/\ 
> 1
) yanıcı
qarışıq kasıb adlanır, hava çatışmadıqda isə ( 
/\ 
<
1) yanıcı qarışıq zəngin adlanır. 
Yanıcı qarışıq həddən artıq çox kasıblaşdırılarsa və ya zənginləşdirilərsə o alışma
qabiliyyətini itirə bilər
./\=0,8-0,9 olduqda yanıcı qarışıq daha sürətlə yanır və mühərrik 
daha böyük güc yaradır.Belə qarışıq güc qarışığı adlanır. 
/\ =1,1 olduqda
mühərrikdə yanacaq daha tam yanır və mühərrikdə yanacaq daha tam yanır və 
mühərrikin yanacaq qənaətliyi daha yüksək olur (qənaətli rejim). 
/\ 
>
1,1 olduqda 
mühərrikin gücü çox aşağı düşür və yanacaq sərfi artır.Karbürator--- yanıcı qarışığı
hazırlamaq və mühərrikin silindrlərinə vermək üçündür.Mühərrikin iş rejimlərindən
asılı olaraq karbürator bu qarışığın keyfiyyğtini (benzin və havanın nisbətini)və 
miqdarını dəyişir.Hər bir karbüratorda mühərrikin fasiləsiz işini təmin etmək üçün
yanıcı qarışıq hazırlanmasında iştirak edən bir neçə dozalaşdırıcı sistem olur.Sadə 
sxemdə karbüratorun quruluşu və iş prinsipi ilə tanış olaq.Yanacaq çəndən boru xətti 
1 ilə karbüratorun gövdəsində olan xüsusi həcmə -üzgəcli kameraya 11 daxil olur. 
Kamerada olan üzgəc 10 iynəli klapana 2 təsir edir. Karbüratanorun normal işi üçün
yanacağın lazım olan səviyyəsi üzgəcli kamerada üzgəc və bağlayıcı iynəli klapanın
köməyi ilə təxminən sabit saxlanır.Yanacaq üzgəcli kamerada buraxılan həddə
çatdıqda üzgəc iynəni yəhərinə sıxır və yanacaq verlişinin dayandırır. Yanacağın 
səviyyəsi aşağı düşdükdə üzgəc aşağı düşür və yanacaq verlişini dayandırır. 
Yanacağın səviyyəsi aşağı düşdükdə üzgəc aşağı və yanacaq kameraya daxil
olur.Yanacaq sərfi nə qədər çox olarsa onun səviyyəsi bir o qədər aşağı olur və
iynə ilə yəhəri arasında keçid sahəsi daha böyük olur. Üzgəcli kamera
balanslaşdırıcı deşik 3 vasitəsi ilə atmosferlə birləşir.Üzgəcli kamerada ən yüksək 
səviyyə tozlandırıcının 4 çıxış deşiyindən bir neçə millimetr aşağı olur,bununla da
mühərrik işləmədikdə yanacağın axmasının qarşısını alınır.Hava borusunda orta 
hissədə konusşəkilli daramalar -diffuzorlar 6 var, tozlandırıcının sonu diffuzorun ən dar
hissəsinə çıxarılıb.Diffuzor karbüratordan keçən havanın sürətini artırmaq və
tozlandırıcının yaxınlığında seyrəkliyi artıraraq karbüratorun üzgəcli kamerasından
11 yanacağın sorulmasını təmin edən seyrəkliyi yaratmaq üçündür.Hava borusunda
diffuzordan sonra pedalla oynaqlı birləşmiş drossel qapağı 7 yerləşir. Sürücü
pedalı basaraq drossel qapağının vəziyyətini dəyişə və silindrlərə verilən yanıcı
qarışığın miqdarını nizamlaya bilər. Drossel qapağı nə qədər çox açıq olarsa
silindrə bir o qədər çox yanıcı qarışıq daxil olur. Hava borusunun diffuzorun
boğazından drossel qapağının oxuna qədər olan hissəsi qarışdırıcı kamera 
adlanır.Qarışdırıcı kamerada yanacağın əksər hissəsi buxarlanır və yanıcı qarışıq əmələ


gətirir. Tozlandırıcıya daxil olan yanacağın miqdarına yalnız təzyiqlər fərqi deyil, 
həmçinin də jiklyorun 9 (kalibrlənmiş tıxacın) deşiyinin ölçüsü təsir göstərir. Drossel 
qapağı açıldıqda karbüratordan keçən havanın miqdarı artır və diffuzorda
havanın sürəti və seyrəklik yüksəlir, yanacaq sərfi çoxalır.Lakin havanın və
yanacağın artımı arasında tələb olunan uyğunluq saxlanılmır,buna görə də sadə
karbüratorun hazırlandığı yanıcı qarışıq drossel qapağı açıldıqca zənginləşir.Sadə 
karbüratorlu mühərrikin müxtəlif iş rejimlərində tələb olunan yanıcı qarışığı
hazırlaya bilmir.Vəziyyəti düzəltmək üçün sadə karbürator bir çox quruluşlarla
təchiz edilir: baş dozalaşdırıcı sistem,işəsalma quruluşu, ekonomayzer, ekonostat , boş 
işləmə və sürətləndirici nasos.Baş dozalaşdırıcı sistem- natamam dövrlər sayının
bütün diapozununda qənaətli qarışığa yaxın yanıcı qarışıq hazırlayır.O sadə
karbüratordan hava jiklyoru və qurucuğu olan kompensəedici quruluşunun
olması ilə fərqlənir.Kompensəedici quruluş havanın sərfi artdıqca yanıcı qarışığı
tələb olunan həddə qədər kasıblaşdırmaq üçündür.Boş işləmə sistemi – mühərrik
boş işləmə rejimində işlədikdə yanıcı qarışıq hazırlayır.Boş işləmə rejimində
diffuzorda yaranan seyrəklik çox kiçik olur və baş dozalaşdırıcı sistem işləmir.Bu
zaman drossel qapağı örtülür,mühərrik işlədikdə drossel qapağı altında yaranan
böyük seyrəklik baş yanacaq jiklyorundan 9 keçməklə üzgəcli kameradan
yanacağı sorur. Yanacaq kanalında 6 yanacaq hava jiklyorundan 5 daxil olan hava
ilə qarışaraq emulsiya yaradır və emulsiya boş işləmə sisteminin deşiklərindən
drosselaltı sahəyə,daha sonra isə daxilolma boru kəməri vasitəsilə silindrlərə daxil
olur. Şəkil 2.64-də 7-ci mövqe ilə karbüratorun iki nizamlama vintindən biri
göstərilmişdir.
 
Bu vintin köməyi ilə qarışığın keyfiyyəti nizamlanır.Karbüratordan keçən havanın
həcmi drossel qapağının vəziyyətindən asılı olur.Ekonomayzer və ekonostat—


maksimal yük rejimlərində baş dozalaşdırıcı sistemin hazırladığı yanıcı qarışığı
zənginləşdirən quruluşlardır.Drossel qapağı dönərək 80---85% açıldıqda diffuzorda
seyrəklik artır və ekonomayzerin membranını itələyir, üzgəcli kameradan əlavə
yanacaq daxil olmağa başlayır—yanıcı qarışıq zənginləşir .

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə