T texniki kolleci


Elastik elementlərin əsas tipləri.Vərəqli ressor-



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə58/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   54   55   56   57   58   59   60   61   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Elastik elementlərin əsas tipləri.Vərəqli ressor-
yay poladından 
hazırlanmış,öz aralarında bərkidilmiş müxtəlif uzunluqlu vərəqlər yığlmından ibarətdir. 
Vərəqli ressor, adətən,yarımellirs şəkilində olur. Ressoru təşkil edən vərəqlərin uzunluğu 
və əyriliyi müxtəlif olur.Vərəqlərin uzunluğu azaldıqca,onların əyriliyi artir.Belə 
konstruksiya hesabına ressorun ən uzun vərəqinə döşən yük azalır.Ressor vərəqləri öz 
aralarında mərkəzi bolt və ya xamıtlarla bərkidilirƏn böyük uzunluqlu vərəq əsas vərəq 
adlanır.Çox hallarda bu vərəqin qalınlığı da digərlərindən daha çox olur.Əsas vərəq 
vasitəsi ilə ressor hər iki sonluğu ilə kuzova və ya çərçivəyə oynaqlı birləşir.Ressorun bir 
ucu dönə.digəri isə həm dönə,həm də yerdəyişmə edə bilməlidir.Ressor sonluqları 
hamar, 90
o
qatlanmış və ya qulaqcıq formasında qatlanmış ola bilər.Rssor deformasiya 
etdikdə,onun vərəqləri əyilir və uzunluqlarını dəyişir.Bu zaman vərəqlər bir-birinə 
sürtünür və buna görə də onların adadırsa,xüsusi antifriksion araqatı yerləşdirilir. Ressor 
yığıldıqda onun vərəqləri qrafit yağı ilə yağlanır,yağlanma vərəqləri korroziyadan 
qoruyur və onlar arasında sürtünmə qüvvəsini azaldır. Ressor və rəqləri arasındakı 
sürtünmə kuzovun rəqslərini söndürməyə də köməklik edir və bəzi hallarda asqıda 


amortizatorsuz keçinməyə imkan verir. Ressor asqılarının kütləsini azaltmaq və hərəkət 
səlisliyini artırmaq üçün bəzən az vərəqli və ya bir vərəqli ressordan istifadə edilir.Çox 
nadir hallarda asqıda armaturlaşdırılmış plastik ressorlardan istifadə edilir. 
V ərəqli ressorun 
əsaslüyü onların eyni zamanda asqının elastik və istiqamətləndirici elementi funksiyasını 
aparmasıdır. 
Spiral(burulmuş) yaylar-şə 4.5),adətən,dairəvi en kəsikli polad 
çubuqdan hazırlanır. 
Yay şaquli ox üzrə sıxıldıqda onun dolaqları yaxınlaşır və burulur.Yay silindrik 
formadadırsa, onun deformasiyası zamanı dolaqlararası məsafə sabit saxlanır və yay 
xətti xarakteristikaya malik olur.Bu o deməkdir ki,silindrik yayın deformasiyası tətbiq
olunan qüvvə ilə düz mütənasibdir,yayın sərtliyi sabitdir. Burulmuş yayı en kəsik


sahəsi dəyişkən polad çubuqdan hazırlanarsa və ya ona müəyyən forma (çəllək
və ya barama şəklində) verilərsə,elastik element dəyişən sərtlikli olacaq.Belə yay
sıxıldıqda əvvəlcə daha az sərtlikli dolaqlar, sonra isə daha sərt dolaqlar yaxınlaşacaq.
--Dəyişkən sərtlikli yaylar müasir minik avt-rinin asqılarında geniş istifadə edilir.Elastik
element qismində istifadə edilən yayların üstünlüklərinə onların kütləsinin az olmasını
və avtomobilin yüksək hərəkət səlisliyini təmin etmək imkanının olmasını qeyd etmək
olar. Bununla bərabər burulmuş yay yalnız şaquli yükləri qəbul edir və təkərdən
çərçivəyə və ya kuzova üfüqi və yan qüvvələri və momentləri ötürə bilmir.Buna
görə də onlar yerləşdirildikdə istiqamətləndirici element tətbiq olunması lazım
gəlir.Burulmuş yay ıqlaristifadə edildikdə söndürücü element də istifadə edilməlidir, 
çünki yayın dolaqları arasında sürtünmə olmur.
Torsion
(torsion -fransızcadan,burulma) yayın funksiyasını yerinə yetirən burulmaya
işləyən elastik mildir.Torsion yüksək burulma rezvinerən,termiki emal olunmuş
poladdan hazırlanır.O,bütov dairəvi en kzəsikli və ya hissələrdən –dairəvi millərdən
və ya düzbucaqlı lövhələrdən ibarət ola bilər.Torsionun uclarında çoxüzlü şəklində 
şlisllər yonulmış haşlıqlar olur.Təkərin çərçivə ilə elastik əlaqəsi torsionun burulması 
hesabına təmin edilir.Asqının konstruksiyasından asılı olaraq torsionlar avt-bilin uzununa 
oxu üzrə və eləcə də eninə yerləşdirilir.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə