T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə68/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Protektor-
yüksək möhkəmlikli qalın qat olub,şinin yolla ilişməsini təmin edir və 
həmçinin karkası zədələrdən qoruyur.Onun hazırlanması üçün möhkəm,yeyilməyə 
davamlı rezin istifadə olunur.Protektorun xarici hissəsi aydın formalı relyefli naxışlara 
malik olur,naxışlar şinin təyinatından asıllı olaraq dəyişir.Protektorun naxışları şinin 
tipindən və təyinatından asılıdır. Protektorun yolla kontakta girən hissəsi “qacış cığırı” 
adlanır.Şəkil 5.13-də şinlərin əsas konstruktiv elementləri və profilinin ölçüləri 
göstərilmişdir.
BREKER-
karkas ilə protektor arasında,rezinləşdirilmiş kord təbəqələrindən ibarət xüsusi 


zolaqdır.Şinin yolla kontakt izinin forması brekerin kohstruksiyasından xeyli dərəcədə 
asılıdır.Breker karkasın protektorla əlaqəsini artırır,xarici və mərkəzdənqaçma qüvvələri 
hesabına onun laylara ayrılmasının qarşısını alır, karkası təkanlardan və zərbələrdən 
qoruyur, karkasın mexaniki zədələrə müqavimətini yüksəldir və qüvvəni şinin müxtəlif 
hissələrinə ötürür.Breker ən gərgin istilik rejimində işləyən(110-120
o
C-yə qədər)şin 
elementir.
Şinin daxili qatı
-nazik rezin təbəqısi ilə örtülür.Bu məqsədlə istifadə olunan rezin 
təbəqəsinin tərkibi şinin tipindən asılı olaraq (kameralı və ya kamerasız)müxtəlif ola 
bilər.
Çiyin nahiyəsi
-protektorun qaçış zolağı vasitəsi ilə ötürülən yan yüklənmənin bir 
hossəsini qəbul edir və protektorun karkas ilə codrum.
Yan böyür
—çiyin nahiyəsi və bort arasında şin hissəsi olub,karkasın üzərinə çəkilmiş 
nazik və möhkəm rezin təbəqəsidir.O,şini mexaniki zədələrdən və nəmişliyin təsirindən 
qoruyur.Yan böyürlərə şinin şərti işarələri və markalanması vurulur.
Bort
—şinin təkərin çənbərinə bərk oturması və hermetikliyin təmin edilməsi üçün 
müəyyən formalı sərt şin hissəsidir.Şinin cənbərə bərk oturması və çənbərdən şıçrayıb 
çıxmaması üçün bortları dartılmamalıdır. Məqsədlə bortun içinə bir neçə qat möhkəm 
polad məftildən ibarət kəsikli və ya kəsiksiz bort halqası qoyulur. Xaricdən bortlar 
rezinləşdirilmiş kord və nazik rezin təbəqəli bort halqası ilə örtülür. Şinlərin 
konstruksiyası karkasda kord tplərinin yerləşməsi ilə müəyyən olunur(şəkil 5.14). 
Karkasda kord iplərinin yerləşməsinə görə radial və diaqonal şinlər mövcuddur. 1947-ci 
ildə Michelin firması tərəfindən radial şinlər tapılana qədər,uzun illər ərzində avt-rdə 
yalnız diaqonal şinlər istifadə edilib.Hazırda əksər avt-lət radial sinlərlə təchiz yerləşir 
olunur.Diaqonal şinlərdə kordun ipləri təkərin radiusna nəzərən bucaq altında 


yerləşdirilir,qonşu təbəqələrin ipləri ilə bir-birinə nəzərən çarpaz.Karkasda yalnız cüt 
sayda kord təbəqələri olur.Radial şinlərdə kordun ipləri bortlar arasında radius boyunca 
ən qısa yolla yerləşdirilir. Kord təbəqələrinin sayı tək ola bilər.Radial şində iplərin 
yerləşməsi şinin yolla kontakt izinin daha yaxşı sabitliyini və protektor elementlərinin az 
yerdəyişməsini təmin edir,nəticə olaraq, belə şinlər az qızır və az yeyilir. Bu,diaqonal 
şinlərin radial şinlərə əvəz olunması üçün həlledici amil oldu. Müasir radial şinlər daha 
kiçik diyirlənmə müqavimətinə malikdir,avt-lin dəyanətliyi və idarə olunma 
qabiliyyətini,yaxşı təmin edir.

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə