T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə10/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Qazpaylama
fazası
.--Qazpaylama fazas daxilolma və xaricetmə
klapanlarının açılıb-bağlanmasının dirsəkli valın ölü nöqtələrinə görə dönmə bucaqları 
ilə ifadəsidir.Qazpaylama fazası dirsəkli valın mövqeyindən asılı olaraq klapanların
zəruri bağlanma anını və beləliklə də daxil yanma mühırriklərində qaz mübadiləsini. 
daxilolma-xaricetməni təmin edir.Silindrlərin dolma və boşalmasını idarə etmək üçün 
daxulolma və xaricetmə fazaları 180
0
-dən fərqli götürülür. Dolma səviyyəsini artımaq
üçün daxilolma klapanı porşen YÖN-ə çatmamış açılır, AÖN-dən keçdikdən sonra 
bağlanır. Daxilolma klapanının bağlanmasının gecikməsi səbəbindən silindrə daxil olan 
yanıcı qarışıq 10-15% artır.Xaricetmə klapanı porşen AÖN-ə çatmamış açıldıqda, 
qazların təzyiqi yüksək olduğu üçün (bu halda silindrdə təzyiq 3-5 bar təşkil edir)
işlənmiş qazların əsas hissəsi(60-70%-i) porşenin AÖN-ə çatmasına qədər kənarlaşdırılır. 
Porşen AÖN-dən YÖN-ə hərəkət etdikdə daha az enerji sərf edilir. Bunun hesabına
xaricetmə taktının sonunda silindrdəki yüksək təzyiqdən daha yaxşı istifadə edilərək 
silindrlərin işlənmiş qazlardan daha yaxşı təmizlənməsi əldə edilir. Qazpaylama fazası 
dairıvi diaqramla qazpaylama diaqramı ilə əks etdirilir. Qazpaylama fazasını dəyişmə
sistemi.-Müasir mühərriklərdə qazpaylama fazasını dəyişmə sistemi istifadə edilir. 
Qazpaylama fazası dəyişmə sisteminin vəzifəsi mühərrik boş işləmə rejimində,
maksimal güc və maksimal burucu moment rejimlərində işləyərkən qazpaylama 
fazalarının optimallaşdırılması və həmçinin işlənmiş qazların resirkulyasiyanın təmin 
edilməsidir.Mühərrikin boş işləmə rejimi. Boş işləmə rejimində daxilolma klapanları 
lazımi qədər gec açılır və uyğun olaraq gec bağlanır, xaricetmə klapanı isə YÖN-
ə xeyli almış bağlanır.Nəticədə qarışıqda qalıq qazların miqdarı minimuma qədər
azalır, mühərrikin silindrlərində yanmanın stabilləşməsinə və bu rejimində onun
işinin müntəzəmliyinin artmasına şərait yaranır.Masimal güc rejimi Yüksək dövrlərdə


daha böyük maksimal gücün əldə edilməsi üçün xaricetmə klapanlarının açılışı
gecikdirilir.Bunun nəticəsində işçi taktda qazların porşenə təzyiq müddəti artır. 
Daxilolma klapanı YÖN-dən sonra açılır və AÖN-i keçidikdən sonra nisbətən gec 
bağlanır.Bu zaman daxilolma sistemində dinamik proseslər silindrlərin əlavə
yüklənməsi və mühərrikin gücünün artırılması üçün istifadə edilir.Maksimal burucu
moment rejimi.Daha böyük maksimal burucu moment əldə etmək üçün silindrlərin 
dolma əmsalı mümkün qədər böyük olmalıdır.Qarışığın silindrlərdən daxilolma
kollektoruna əksinə keçməsinin qarşısını almaq üçün daxilolma klapanları tez
açılmalı və uyğun olaraq tez də bağlanmalıdır. Bu zaman xaricetmə klapanları 
YÖN-i bir qədər qabaqlamaqla bağlanır. Işlənmiş qazların resirkulyasiyası . 
Daxilolma və xaricetmə paylayıcı vallar faza üzrə o hesabla döndərilir ki, işlənmiş
qazların daxili resirkulyasiyası təmin edilsin. Bununla bərabər qazpaylama fazasının 
üst-üstə düşmə halında (yəni,daxilolma və xaricetmə klapanlarının eyni zamanda
açılma periodunda) işlənmiş qazların xaricetmə kanallarından daxilolma kanallarına
daxil olmasına imkan yaradılır. Resirkulyasiya olunan qazların həcmi başlıca olaraq 
fazaların üst-üstə düşməsinin davamiyyətindən asılı olur.Bunun üçün daxilolma
klapanları YÖN-ə hələ çox qalmış açılır, xaricetmə klapanları isə bilavasitə YÖN-nin
qabağında bağlanır.Nəticədə hər iki klapan eyni zamanda açılır qalır və işlənmiş 
qazlar daxilolma kanallarına axır.Daxili resirkulyasiyanın xarici resirkulyasiya ilə
müqayisədə üstünlüyü sistemin reaksiyasının yüksəlməsi və resirkulyasiya olunan 
qazların silindrlər üzrə bərabər paylanmasının yüksəldilməsidir. Qazpaylama fazasını
dəyişmə sistemi mühərrikin iş rejimlərindən asılı olaraq qazpaylama mexanizminin iş
parametrlərinin nizamlanması üçün nəzərdə tutulub. 
Bu sistemin tətbiqi mühərrikin gücünün və burucu momentinin artmasını, 
yanacaq səmərəliliyinin yüksəlməsini və zərərli tullantıların azalmasını təmin 


edir.Qazpaylama mexanizminin işinin nizamlanan parametrlərinə aşağıdakılar 
aiddir:Klapanların açılma(bağlanma) anı; Klapanların açılma müddəti; Klapanların
qalxma hündürlüyü .Məcmu halda bu parametrlər qazpaylama fazalarını -
daxilolma və xaricetmə taktlarının dirsəkli valın “ölü” nöqtələrə nəzərən dönmə
bucağı ilə ifadə edilmiş müddətini təşkil edr.Qazpaylama fazası klapana təsir
edən paylayıcı valın yumruqcuğunun forması ilə təyin edilir. Mühərrikin müxtəlif
iş rejimlərində qazpaylama fazalarının müxtəlif hədləri tələb olunur. Mühırrikinin
aşağı dövrlərində qazpaylama fazaları minimum müddətli olmalıdır(“dar fazaları”). 
Yüksək dövrlərdə isə, əksinə, qazpaylama fazaları maksimum geniş olmalıdır və
bununla bərabər daxilolma və xaricetmə taktlarının üsr-üstə düşməsini (işlənmiş
qazların təbii resirkulyasiyasını) təmin etməlidirlər. Qazpaylama fazasını dəyişmə 
sistemi məhz bu ziddiyyəti həll edir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə