Nimçədə konik kəmərcik hazırlanır. Klapan bağlandıqda bu
səth güclü yaylar vasitəsi
ilə silindrin başlığındakı konik saxlayir sıxılır.Silindrlərin lazımi kipliyini təmin etmək
üçün konik səthlər bir-birinə dəqiq sürtülüb uyğunlaşdırılır. Silindrin dolmasını
yaxşılaşdırmaq üçün, adətən, daxilolma klapanlarının ölçüsü xaricetmə klapanlarından
böyük götürülür. Hazırda mühərriklərin əksəriyyətində çox klapanlı sistem istifadə
edilir, silindrlərdə bir-üç daxilolma və bir-iki xaricetmə klapanı yerləşdirilir. Daxilolma və
xaricetmədə
enerji itkilərini azaltmağa, mühırrikin daha yaxşı dolmasına və tez
boşalmasına imkan verir,xaric qazlarının zəhərliliyinin azalmasına müsbət təsir göstərir.
Xaricetmə klapanı daha gərgin istilik şəraitində işlədiyi üçün o,adətən,bimetalik (iki
metal ərintisindən) hazırlanır. Mühərrik işlədikdə klapanın daxilində olan doldurucu
metal,natrium əriyir. Ərimiş natrium istiliyi nimçədən milə istiqamətləndirir. İstilik
mildən silindrlər blokunun başlığına ötürülür və klapanın daha yaxşı soyuması
təmin edilir. Klapan milinin sonunda çağanları fiksə
etmək üçün xüsusi oyuqlar,bir
və ya bir neçə dairəvi qanovcuqlar hazırlanır.Klapan yayından ötürülən qüvvənin təsiri
ilə çağanlar klapan milində olan oyuqlara və ya dairəvi qanovcuqlara sıxılır.Silindrlər
blokunun başlığında klapanın yəhəri (şəkil 2.25)elə yonulur və ya cilalanır ki,klapan
nimçəsi ilə kontakt səthinin eni 1.5-2.0mm etsin. Yəhər bir başa silindrlər blokunun 1
yonulur və ya ayrı detal kimi hazırlanar. preslənir.Bu yumruqcuqlar paylayıcı valın
fırlanması zamanı silindrlərdə porşenlərin vaxtında
və əlaqəli hərəkətini və
klapanların açılıb-bağlanmasını təmin edir .Qazpaylama mexanizminin intiqalı- həm
lazımı hava (və ya yanacaq-hava qarışığı) kənarlaşdırılmasının başlanğıcını və
davamiyyətini təmin edir.QPM-nin intiqallarının bir neçə tipi var. Dişli çarxlı,zəncirlı
və dişli qayışlı.Müasir avt-rdə zəncirlərin normal işləməsi üçün o, çox
halda
mühərrikin yağlama sistemindəki təzyiqdən istifadə edən hidravlik tarımlayıcının
köməyi ilə dartılır.Titrəyişlərin və səs-küyün azaldılması üçün zəncirin sakitləşdiricisi
istifadə edilir.Liflərlə armaturlaşdırılmış dişli qayış intiqalı (şəkil 2.29), demək olar ki,
səssiz işləyir. Dişli qayışın materialı yağlar və soyuducu
maye ilə kontaktda olmaq
üçün nəzərdə tutulmayıb.Mühərrik elə konstruksiya edilir ki,qayış yağlardan və soyuducu
mayedən iziolyasi olunsun.Əgər vizual müşahidə qayışın arxa tərəfində çatların
olmasını və ya dişlərin olmamasını dağılmasını müəyyən edərsə,
nəzərdə tutulmuş
dəyişmə anı hələ çatmasa belə qayışı dəyişmək lazımdır. Müasir avt-rdə dişlərinin
profili müxtəlif formalı olan qayışlar istifadə edilir(şəkil 2.30).
Yeni qayış yerləşdirdikdə onun dişlərinin profilinin dişli qasnaqların profili ilə eyni
olduğuna əmin olmaq lazımdır.
Dostları ilə paylaş: