T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə5/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Silindrlər
bloku
- alüminiumdan və ya çuqundan hazırlanır. 
Alüminium blok çuquna nəzərən 2 dəfəyə yüngüldür. Hazırda blokun daha
yüngülləşməsi üçün maqnezium ərintisi istifadə edilməsi barədə işlər görülür. 
Silindrlər blokuna çuqun gilizlər yerləşir. Gilizin daxili səthi yüksək dəqiqliklə emalı
və silindrin güzgüsü adlanır. Silindrlər blok aşağı hissəsinə xüsusi materialdan içlik
şəkli hazırlanmış yastıqlar yerləşdirilir. Möhkəm olan polad əsas üzərinə qurğuşun ,
bürünc və digər nadir əlvan metallar hazırlanır. İki cərgəli 
V- şəkilli mühərriklərin
silindrləri sağ yarım blokdan başlanır( bu moment götürülən tərəfdən baxdıqda)ş 
Mayeli soyutma sistemli mühərriklərdə mühərrikin bloku ikiqat divar yaradır və bu 
soyuducu maye doldurulur.Soyududcu maye birbaşa təmasda olan gilizlər “yaş”gil 
soyuducu maye ilə birbaşa təmasda olması gilizlər isə “quru” giliz adlanır.“Yaş “ gilizli
blokların təmirini gilizləri dəyişdirməklər sadə yolla aparmaq olar. Beləliklər, silindrlər
blokunun yonulmasına ehtiyac aradan qalxır,təmir porşenlərinin yerləşdirilməsi tələb
olunmur. Belə konstruksiyanın çatışmamazlığı koroziyaya meyli olması və silindrlər
blokunun sərtliyinin az olmasıdır.“Quru” gilizlər preslənir və ya istilik genişlənməsi/ 
sıxılması zamanı həndəsi ölçülər dəyişdikdə yerləşdirilir.Bu halda soyudulmuş/qızdırılmış
detalın istilik genişlənməs sıxılması effektindən istifadə edilir.Gilizi soyudur,silindrlər 
blokunu isə qızdırırlar. ”Quru” gilizlər zədələnmə olmadan silindrlər blokundan
çıxarıla bilmir. 
SİLİNDRLƏR
blokunun
- başlığı(şəkil 2.13) əhəmiyyətlinə və ölçüsünə 
görə ikinci yerdə durur. 
Başlıqda yanma kamerası, klapanlar və alışdırma şamları yerləri,burada yastıqlarda 
yumruqcuqlu paylayıcı val fırlanır. Silindrlər blokunda olduğu kimi onun başlığında da 


su və yağ kanalları və boşluqları var.Başlıq silindrlər blokuna bərkidilir və onunla 
bütöv tam təşkil edir. 
PORŞEN
-yanan yanacaq-hava qarışığı qazlarının 
genişlənməsində yaranan təzyiq qüvvəsini qəbul edir, porşen barmağı və sürgüqolu 
vasitəsi ilə bu qüvvəni dirsəkli vala ötürür. 
Buna görə də porşen lazımı qədər möhkəm olmalədır.Mühərrikin işi zamanı yaranan
ətalət qüvvələrini minimallaşdırmaq üçün o mümkün qədər yüngül olmalıdır. 
O,işlənmiş, çox qızmaq qazların təsiri ilə şərtlənən termik yüklənmələrə dözümlü 
olmalı və istiliyin bir hissəsini kənarlaşdırmalıdır. Bununla bərabər,silindrdə
pərçimlənmənin(çızılmanın) qarşısını almaq üçün onun istilik genişlənməsi minimal 
olmalıdır.Porşenin konstruksiyasının əsas elementləri.Qızmar qurşaq—porşenin
yuxarı kənarından porşen üzüklərinə qədər zona xüsusən yüksək termik yüklənmələrə
məruz qalır və buna ğörə də qızmar qurşaq adlanır.Porşenin dibi—genişlənən qazların 
təzyiq qüvvəsini qəbul edən, təzyiqdən və temperaturdan ən çox yüklənmiş porşen
hissəsidir. Porşen üzükləri zonası- silindrin yaxşı hermentikləşdirilməsi üçün bu
zonada müxtəlif porşen üzükləri yerləşdirir.Bu tərəfdən onlar işlənmiş qazların karterə
keçməsinin ,digər tərəfdən isə motor yağının yanma kamerasına düşməsinin qarşısını
alır.Porşendə yuxarıdan aşağı istiqamətdə kompressiya üzükləri,daha sonra yağsıyırıcı 
üzüklər yerləşdirlir.Üzüklər təyinatından asılı olaraq xüsusi konstruksiyalı olub,bir neçə 
konstruktiv elementdən ibarətdir. ƏTƏK-porşenin silindrdə hərəkəti zamanı 
istiqamətləndirici rolunu oynayır. Porşen barmaqları üçün qabartılar-porşen sürgüqolu 
ilə birləşdirilməsi üçün qabartılı deşiklərinə porşen barmaqları yerləşdirilir.Porşen
barmaqları içiboş hazırlanır.Porşen-barmaq porşendə stopor halqaları ilə fiksə
olunur və sürgüqolunda gərilmə ilə yerləşdirilir. Porşen kütləsinin azaldılması
məqsədilə alüminium qarışığından səmərəli fiksə hazırlanır. Müasir avt-rin
porşenlərin keçmiş analoqları ilə müqayisə olduqda görünür.Porşen ətəyi qısaldılır--


barmağından aşağıda qalan hissə hər iki tərəfdən kəsilir və saxlanılan iki kiçik hissə
porşenin ətrafında fırlanmasının qarşısını almaq məqsəd daşıyır.Kostruksiyanın 
mükəmmməlləşdirən hesabına porşenə təsir edən qüvvəni balanslaşdırılır və dönməyə 
meyl salınır. Porşenin iki növü var. Bir xəlitədən hazır bütöv ətəkli porşen, eninə
kəsiyi termonizamlanan porşen ( şəkil2.16).Bir xəlitə hazırlanmış bütöv ətəkli
porşen əsasən metalların ərintisindən hazırlanır. Porşenlər və ştamplama üsulu ilə
hazırlanır.Temperatur genişlənmələrini azaltmaq üçün termonizamlanan porşenlərə
temperatur genişlənməsi fərdi polad lövhə yerləşdirilir.Temperatur genişlənmələrinə 
porşenin kəsiyi də təsir genişlənir. Porşenin çox yüklənmiş zonaları xüsusi çuqun
hissələrdə gücləndirilə bilər. Dibinində soyutma kanalları olan porşrnlər də var, bu 
kanallara yağ forsunkalarla verilir.Porşenə təsir edən qüvvələr.İşçi gedişdə benzin
mühərrikinin yanma kamerasında təzyiq 75 bar, dövrlər sayı 6000dövr/dəq təşkil
etdikdə porşenə saniyədə 50 dəfə tezliklə təxminən 5 ton qüvvə təsir edir. Bu
yüklənmənin təsiri ilə porşen, sürgüqolu boyununun əks tərəfi istiqamətdə
silindrin divarlarına sıxılır,buna görədə silindrin divarlarına sıxılır, buna görə də
silindrin bu tərəfi daha böyük yeyilməyə məruz qalır.Bu effekti neytrallaşdırmaq
üçün porşen barmağının oxu porşenin kənar divara doğru bir qədər
sürüşdürülür (sürüşmə porşenin diametrinin 1-2%-i qədər olur).Bu kəmiyyət(şəkil
2.17,

t) porşen barmağının yerdəyişməsi adlanır. 


Belə konstruksiya porşen xarici divara daha tez, artıq sıxma taktında yapışır. 
Beləliklə,sonradan yanacaq-hava qarışığının alışması zamanı qazların təzyiqi ilə
porşen silindrin divarına çırpılmır.Porşenin temperatur yüklənməsi. Mühərrik işlədikdə 
porşenin ətəyi 150
o
C,dibi isə 350
o
C-yə qədər qızır.Belə qeyri-bərabər qızma porşenin
qeyri-bərabər istilik deformasiyasına səbəb olur,bu isə silindrin daxilində onun 
pərçimlənməsinə səbəb ola bilər.Porşenin konstruksiyası elə olmalıdır ki, o işçi 
temperatura çatdıqda silindrik forma alsın.Qeyri-bərabər istilik deformasiyasını
kompensasiya etmək və qeyd olunan şərti təmin etmək üçün porşen ellipsoid 
kəsikli (ellipsin böyük ölçüsü, porşen barmağının oxuna perpendikulyar ox 
üzrə)olmalıdır.Bununla yanaşı ,porşenin yuxarı hissəsi aşağı hissəsindən daha dar 
olmalıdır ki, porşenin dib hissəsində daha böyük istilik genişlənməsini 
kompensasiya etsin.Porşen üzükləri elastiki olmalı,porşenə yerləşdirildikdə öz 
formasını dəyişməməlidir.Onlar yanma kamerasını mühərrikin karterindən hermetik 
ayırır,işlənmiş qazların karterə keçməsinin qarşısını alır və porşendən istiliyi silindrin 
divarlarına ötürür. Üzüklərin silindrin divarlarına sıxılma qüvvəsi,üzüklərin daxili
diametri üzrə tətbiq olunan qazların təzyiq qüvvəsi hesabına artır.Porşen üzükləri
çuqundan və ya yüksək legirlənmiş polladan hazırlanır.Korroziyaya və yeyilmə 
davamlılığı gücləndirmək üçün onlar bərk xorlamaya uğradıla bilər.İki növ porşen
üzükləri var: kompressiya və yağsıyırıcı. Kompressiya üzükləri üstdə, porşenin
dibinə yaxin yerləşdirilir.Onlar yanma kamerasını lazımi dərəcədə hermetikləşdirmək
üçün nəzərdə tutulur. Kompressiya üzükləri əsasən daxili haşiyəsi olan silindrik
(maya dəyəri azdır) və konik şəkildə hazırlanır.Hər iki üzük silindrin səthinə malik olur. 
Trapesiya şəkilli kəsikli (qanovcuğa sərt yerləşdirilmir),L-şəkilli kəsikli (qazların
təzyiqi hesabına silindrin divarlarına da güclü sıxılan) və pilləsi aşağı yönəlmiş 
(yağsıyrcı təsirli) kompressiya üzükləri də mövcudur. Yağsıyırıcı üzüklər kompressiya 
üzüklərin aşağıda yerləşdirilir və yağın yanma kamerasına düşməsinin qarşısını. 
Porşenin səthinin xüsusi formada olması yanıcı qarışığın daha yaxşı hazırlanmasına
xidmət edir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə