çox sürətlənir.Porşen silindrlərdə çox böyük sürətlə hərəkət edir.Dirsəkli valın bir
dövrü ərzində hər porşen yuxarı qalxır “dönür” və aşağı düşür (və ay əksinə - əvvələ
sonra yuxarı ).Porşenlərin bir ölü nöqtəsi digərinə hərəkəti
saniyənin yüzdə baş
verir.Bununla bərabər silindrlərin daxilində işçi çox böyük tempuratur və təzyiq
yaranır , mühərrik belə mürəkkəb şəraitində işləyir.Çox silindr mühərrikin işi
prinsipcə bir silindrli mühərrikdən heç nə ilə fərqlənmir.
MÜHƏRRİKİN İŞÇİ SİKİLİ.
Dördtaktlı benzin mühərrikləri.Daxili yanma mühərriklərinin işi bir-birindən işçi sikli
ilə fərqlənir.İşçi sikl-mühərrikin silindrləri periodik təkrarlanan ardıcıl işçi
prosesləri(taktların) cəmidir.Porşenin bir gedişində silindrdə baş verən işçi proses
takt
deyilir.İşçi sikli təşkil edən taktların sayına görə mühərriklər iki növə bölünür.
dörd taktlı-işçi sikl porşenin dörd
gedişi də baş verir,iki taktlı-işçi sikl porşenin iki
gedişi ərzində baş verir.Avt-rdə əsasən dörd taktlı, motosiklet mühərrikli qayıqlarda
isə iki taktlı mühərriklər istifadə olunur. Dörd taktlı benzin mühərriklərində işçi sikl
arasındakı taktlardan ibarətdir: sıxma- işçi qarışığın sıxılması;işçi gediş;xaricetmə-
işlənmiş qazların xaric edilməsi. Birinci takt- daxilolma taktı, karbüratorlu
mühərriklərdə yanıcı qarışığın ,benzinin bir başa püskürülmə sistemində və dizel
mühərriklərində havanın daxil olması (şəkil 2.4, a).
Yanıcı qarışıq- benzin hissəciklirərinin hava ilə müəyyən sürətdə qarışığıdır.
Daxilolma taktında porşen
N-dən AÖN-ə hərəkət edir, silindrin daxildə yaranır –
təzyiq atmosfer təzyiqindən aşağı başa düşür. Təzyiqlər fərqi bir sıra amillərdən:
daxilolma taktının müqavimətindən, dirsəkli valın yanma tezliyindən və s. asılıdır.
Qarışığın daxil olması porşenin AÖN-ə çatmasına qədər davam edir. Mühərrikin
birinci taktı ərzində dirsəkli val yarım dövr fırlanır. Daxilolma taktında silindrə
daxil olan təzə hava boru xətlərinin qızmış divarları, silindrlərin divarı və başlığı ilə
toxunaraq qızır.Buna görə də daxilolma taktının sonunda silindrdə temperaturu 40-
80
0
C-yə çatır. Silindrin yanıcı qarışıqda dolma əmsalı ilə xarakterizə edilir.
Karbüratorlu mühərriklərdə dolma əmsalı 0.75-0.85 aralığında dəyişir,dizel
mühərriklərində daxilolma taktında müqavimətin az olması səbəbindən dolma əmsalı
0.9 təşkil edir.Dolma əmsalı nə qədər böyük olarsa, mühərrik
bir o qədər çox güc
əldə edə bilər. Turboüfürməli mühərriklərdə silindrin dolmasını artırmaq üçün
daxilolma taktında üfürmədən istifadə edilir və yanıcı qarışıq silindrə əlavə təzyiq
altında vurulur. İkinci takt-sıxma taktı,işçi qarışığın sıxılması (şəkil 2.4,b).Sıxma taktın
da porşen AÖN-dən YÖN-ə hərəkət edir.Hər iki klapan kip bağlı olduğundan işçi
qarışıq sıxılır. Həcm azaldıqca təzyiq və temperatur artır. Benzin mühərriklərində
sıxma taktının sonunda porşenin təzyiq 0.9-1.8 Mpa,temperatur isə 400-500
0
C-yə
şatır.Sıxma dərəcəsi-silindrin tam həcminin yanma kamerasının həcmindən neçə
dəfə böyük olduğunu göstərir (
V
a
/ Vc). Benzin mühərriklərində sıxma taktının
sonunda porşen üzərindəki həcm- 7-13 dəfə, dizel mühərriklərində 16-24 dəfə
azalır.Sıxma dərəcəsi müəyyən hədd daxilində ,nə
qədər yüksəkdirsə,yanacağın
yanma enerjisi daha yaxşı istifadə edilir və uyğun olaraq mühərrikin f.i.ə daha
yüksək olur.Sıxma taktı ərzində mühərrikin f.i.ə daha yüksək olur.Sıxma taktı
ərzində mühərrikin dirsəkli valı növbəti yarım dövr fırlanır.Nəticədə , birinci taktın
əvvəlindən ikinci taktın sonuna qədər o bir dövr fırlanmış olacaq.Üçüncü takt-
genişlənmə ,işçi takt. Üçüncü taktda işçi qarışığın yanması nəticəsində istilik
enerjisi (qazların kimyəvi enerjisi) mexaniki enerjiyə çevrilir.Genişlənən qazların
təzyiqi porşenə,sonra isə sürgüqolu və çarxqolu vasitəs ilə dirsəkli vala ötürülür.
Beləliklə,dirsəkli valı, nəticədə isə avtomobilin aparan təkərlərini fırlatmağa məcbur
edən qüvvə yaranır. Sıxma taktının sonunda işçi qarışıq alışdırma şamının
elektrodları arasında yaranan elektrik qığılcımı ilə alışır.İşçi taktın əvvəlində yanan
qarışıq aktiv genişləndirməyə başlayır.Daxilolma və xaricetmə klapanları hələ
ki,bağlı olduğu üçün genişlənən qazların yeganə yolu
-hərəkət edə bilən porşenə
təzyiq etmək olur.Benzin mühərriklərində təzyiq 4,0-6,0 Mpa-ya,yanmanın sonunda
tempuratut 2200-2500
o
C-yə çatır.Genişləmə taktında qazlar faydalı iş görür,buna
görə də porşenin buna uyğun gedişi işçi gediş adlandırılır.Dördüncü takt-
xaricetmə taktı,işlənmiş qazların xaric edilməsi .Porşenin AÖN-dən Yön-yə hərəkəti
zamanı xaricetmə klapanı açılır (daxilolma klapanı hələ ki,bağlı olur) və porşen
işlənmiş qazları silindrdən atmosferə çıxarır. Benzin mühərriklərində işlənmiş qazların
tempuraturu boş işləmə rejimində 900
o
C-yə ,tam yükləmə rejimində 700-1000
o
C –
yə çatır. Mühərrikin dirsəkli valı –xaricetmə taktı ərzində yeni yarım dövr edir.O
dörd
takt ərzində iki tam dövr edir,yəni işçi sikl dirsəkli valın 720
o
fırlanması
halında baş verir. Xaricetmə taktından sonra yeni iş sikli başlayır və hər şey
təkrarlanır: daxilolma –sıxma –genişləmə -xaricetmə -və sairə.Göründüyü kimi
mühərrikdə mexaniki faydalı iş yalnız bir takt ərzində -genişləmə taktında baş
verir.Qalan üç takt köməkçi (xaricetmə,daxilolma və sıxma) adlandırılır və onlar
ətalət hesabında fırlanan nazimçarxın kinetik enerjisi ilə yerinə yetirilir.Mühərrikin
nazimçarxı -sürətlə fırlanaraq enerji toplayır,sonra isə bu enerji köməkçi taktlarda
porşeni hərəkət etdirməyə istifadə olunur.
Dostları ilə paylaş: