çətinləşir. Avt-lin hərəkətinin dəyanətliliyi idarə olunan
təkərlərin stabilləşdirilməsi,
yəni idarə olunan təkərlərin sürücünün istirakı olmadan neytral vəziyyətə qayıtma
qabliyyəti ilə əldə edilir.İdarə olunan təkərlərin stabilləşdirilməsi skvorenlərin eninə və
uzununa müstəvidə maili yerləşdirilməsi və şinlərin elastikliyi hesabına əldə edilir.İdarə
olunan təkərlərin skvorenləri eninə müstəvidə şaquli xəttə nəzərən X bucağı altında
yerləşdirilir.
Buna görə də avt-in idarəolunan təkərlərinin O bucağı qədər döndərsək, avt-in qabaq
tərəfi bir o qədər qalxır, yəni təkəri O bucağı qədər döndərsək təkərin yolla kontakt
nöqtəsi AA’ qövsi üzrə r radiusu ilə hərəkət edərək dayaq səthindən h qədər aşağı
düşməlidir.İstənilən avt-lin hərəkət trayektoriyasına ümumi halda əyriliyi fasiləsiz
dəyişən əyrixətli hərəkət kimi baxmaq olar. Trayektoriya əyriliyi sıfıra yaxın olan hərəkət,
şərti olaraq düzxətli hərəkət adlanır. Avt-in əyrixətli hərəkəti zaman etibarı ilə onun
uzununa və şaquli oxlarının vəziyyətinin dəyişməsi və həmçinin uzununa və xüsusilə
eninə təcilinin olması ilə xarakterizə edilir. Avt-in əyrixətli hərəkət etmək imkanı iki
xüsusiyyətlə qiymətləndirilir: idarə olunma və dəyanətlilik.
Dostları ilə paylaş: