və
K
a1
,
K
a2
müqavimət əmsallı amortizatorlar kimi göstərilə bilər. Bundan əlavə asqının
oynaqlarında və ressor təbəqələri arasında quru və ya yarımquru sürtünmə, şinlərdə,
rezin içliklərdə və məhdudlaşdırıcılarda molekullararası sürtünmə var.Kuzov və onun
oxu sərbəstlik dərəcəsinə malikdir. Rəqslərə təsir edən çoxsaylı faktorlar sadələşdirmə
tələb edir. Buna görə də təcrübi cəhətdən daha əhəmiyyətli rəqslər nəzərə alınır. Ən
böyük təcrübi əhəmiyyətli rəqslər uzununa şaquli müstəvidə xətti (sıçrama) və bucaq
rəqsləridir.
Şək.33. Avtomobilin rəqs sisteminin ekvivalenti
Avtomobilin qeyri-ressoraltı kütlələri ressoraltı kütlələrinin 15...20%-ə
qədərini təşkil
edir. Ressorların sərtliyi isə şinin sərtliyindən 3...7 dəfə az olur. Buna görə də qeyri-
ressoraltı kütlələrin məxsusi rəqs tezliyi ressoraltı kütlələrin
məxsusi rəqs tezliyindən
əhəmiyyətli dərəcədə çox olur və nəticə etibarı ilə qeyri-ressoraltı kütlələrin kuzovun
yerdəyişməsinə təsirini nəzərə almamaq olar. Asqı və şinlərin
elastik elementlərinin
sərtliklərini asqının gətirilmiş sərtliyi ilə əvəz etmək olar. Asqının gətirilmiş sərtliyi (
c
g
) elə
fiktiv elastik elementin sərtliyidir ki, verilmiş qüvvənin təsiri ilə baxılan asqı
qədər
əyilməyə məruz qalır.Kuzovun rəqsləri hesablanarkən şərti olaraq amortizatorların
müqavimətini, şin və asqıların elastik elementlərində sürtünməni nəzərə almamaq olar.
Avtomobilin rəqslərinin öyrənilməsi göstərir ki, kuzovun rəqsləri iki mürəkkəb harmonik
rəqsdən ibarətdir: alçaq tezlikli
1
və yüksək tezlikli
2
. Bunlardan hər biri öz oxu
ətrafında baş verir. Alçaq tezlikli rəqslərin rəqs mərkəzi əsasən bazadan kənarda yerləşir
və buna görə də kuzovun qabaq və arxa hissələri eyni zamanda qalxır və ya düşür.
Alçaq rəqslərlə kuzov demək olar ki, yalnız şaquli yerdəyişmə edər.
Yüksək tezlikli
rəqslər əsasən avtomobilin bazası daxilindəki nöqtə ətrafında baş verir. Bu rəqslər
zamanı avtomobilin qabaq və arxa hissələri eyni zamanda
müxtəlif istiqamətlərdə
hərəkət edir, yəni kuzov bucaq rəqsləri edir.Kuzovun rəqs qanununu müəyyənləşdirmək
üçün alçaq və yüksək tezlikli rəqsləri cəmləmək lazımdır. Rəqslər nəzəriyyəsindən
məlumdur ki, cismin ümumi rəqslərini azaltmaq üçün rəqsləri təşkil edən iki toplananın
tezlikləri (və ya periodu) eyni olmalıdır. Rəqs tezlikləri eyni və ya yaxın olduqda kuzov
səlis rəqs edər. Əks halda kuzov sürətli yerdəyişmə edər, sərnişinlər və sürücü isə şaquli
təkanlar hiss edər.Hərəkət səlisliyini yaxşılaşdırmaq üçün göstərilən rəqslər bir-birindən
təcrid olunmalıdır. Bu isə öz növbəsində
k
k
y
b
a
2
, (25)
şərtində ödənilir (burada
y
ressoraltı kütlənin
kütlə mərkəzindən keçən və
avtomobilin uzununa müstəvisinə perpendikulyar üfüqi oxa nəzərən ətalət radiusu;
a
k
və
b
k
uyğun olaraq qabaq və arxa qeyri-ressoraltı kütlələrin kütlə mərkəzindən olan
məsafələridir). Bu halda
avtomobilin qabaq hissəsi
1
, arxa hissəsi isə
2
parsial
tezlikləri ilə rəqs edər. Aydındır ki, bu şərt ödənərsə avtomobilin qabaq və arxa hissələri
sərbəst rəqs edər və onlara iki müxtəlif sistem kimi baxmaq olar. Dəqiq analiz göstərir
ki,
k
k
y
b
a
)
1
,
1
...
8
,
0
(
2
olduqda, avtomobilin qabaq və arxa hissələrinin rəqsi demək olar
ki, sərbəstdir. Bütün müasir minik avtomobillərində bu şərt ödənilir. Yük
avtomobillərində və avtobuslarda tərtibatın çətinliyi ilə əlaqədar olaraq göstərilən nisbət
məsləhət olunan qiymətdən xeyli fərqlənə bilir. Kuzovun
rəqslərini öyrənəndə qeyri-
ressoraltı hissələrin təsirini nəzərə almadıq. Əslində isə o, həmişə özünü göstərir və bəzi
hallarda onun kütləsi kuzovun kütləsi ilə müqayisə edilə bilir. Sadəlik üçün (25) şərtinin
ödənildiyini qəbul edək. Bu halda şək.35-dəki avtomobilin rəqs sistemini iki sərbəst rəqs
sistemi şəklində qəbul etmək olar, şək. 34. Bu sistemlərdən
hər biri alçaq və yüksək
məxsusi rəqs tezliyinə malikdir. Əvvəlcə qeyri-ressoraltı kütlələrin, sonra isə ressoraltı
kütlələrin rəqs etdiklərini qəbul edərək məxsusi rəqslərə parsial rəqslər kimi baxmaq və
rəqs tezliklərinin təqribi qiymətini tapmaq olar (bu zaman xəta 5 %-dən artıq olmur):
ressoraltı kütlələr üçün:
r
r
a
m
c
1
1
1
/
,
r
r
a
m
c
2
2
2
/
;
qeyri-ressoraltı kütlələr üçün:
qr
r
y
m
c
c
1
1
1
/
)
(
1
ш
,
qr
r
y
m
c
c
2
2
2
/
)
(
ш2
,
Şək.34. Kuzovun sərbəst rəqsləri
Burada
r
m
1
və
r
m
2
uyğun olaraq ressoraltı kütlənin qabaq və arxa asqılara söykənən
hissələri;
qr
m
1
və
qr
m
2
– qabaq və arxa qeyri-ressoraltı kütlələrdir. Beləliklə, avtomobil 4
məxsusi rəqs tezliyinə malikdir. Onlardan ikisi (
1
а
və
2
a
) kuzovun ressorlar üzərində
rəqs tezliyi, digər ikisi isə (
1
y
və
2
y
) qeyri-ressoraltı kütlələrin ressor və şinlər
üzərindəki rəqs tezliyidir. «a» indeksi alçaq, «
y» – indeksi isə yüksək rəqs tezliklərini
göstərir. Alçaq rəqs tezliyi əsas rəqs tezliyi də adlanır və minik avtomobillərində 1,0...1,5
Hs, yük avtomollərində 1,5...2,5 Hs aralığında dəyişir.
1
y
və
2
y
rəqsləri minik
avtomobillərində 8...12 Hs, yük avtomobillərində 6...8 Hs aralığında dəyişir.
Dostları ilə paylaş: