daha böyük maksimal gücün əldə edilməsi üçün xaricetmə klapanlarının açılışı
gecikdirilir.Bunun nəticəsində işçi taktda qazların porşenə təzyiq müddəti artır.
Daxilolma klapanı YÖN-dən sonra açılır və AÖN-i keçidikdən sonra nisbətən gec
bağlanır.Bu zaman daxilolma sistemində dinamik proseslər silindrlərin əlavə
yüklənməsi və mühərrikin gücünün artırılması üçün istifadə edilir.Maksimal burucu
moment rejimi.Daha böyük maksimal burucu moment əldə etmək üçün silindrlərin
dolma əmsalı mümkün qədər böyük olmalıdır.Qarışığın silindrlərdən daxilolma
kollektoruna əksinə keçməsinin qarşısını almaq üçün daxilolma klapanları tez
açılmalı və uyğun olaraq tez də bağlanmalıdır. Bu zaman xaricetmə klapanları
YÖN-i bir qədər qabaqlamaqla bağlanır. Işlənmiş qazların resirkulyasiyası .
Daxilolma və xaricetmə paylayıcı vallar faza üzrə o hesabla döndərilir ki,
işlənmiş
qazların daxili resirkulyasiyası təmin edilsin. Bununla bərabər qazpaylama fazasının
üst-üstə düşmə halında (yəni,daxilolma və xaricetmə klapanlarının eyni zamanda
açılma periodunda) işlənmiş qazların xaricetmə kanallarından daxilolma kanallarına
daxil olmasına imkan yaradılır. Resirkulyasiya olunan qazların həcmi başlıca olaraq
fazaların üst-üstə düşməsinin davamiyyətindən asılı olur.Bunun üçün daxilolma
klapanları YÖN-ə hələ çox qalmış açılır, xaricetmə klapanları
isə bilavasitə YÖN-nin
qabağında bağlanır.Nəticədə hər iki klapan eyni zamanda açılır qalır və işlənmiş
qazlar daxilolma kanallarına axır.Daxili resirkulyasiyanın xarici resirkulyasiya ilə
müqayisədə üstünlüyü sistemin reaksiyasının yüksəlməsi və resirkulyasiya olunan
qazların silindrlər üzrə bərabər paylanmasının yüksəldilməsidir. Qazpaylama fazasını
dəyişmə sistemi mühərrikin iş rejimlərindən asılı olaraq qazpaylama mexanizminin iş
parametrlərinin nizamlanması üçün nəzərdə tutulub.
Bu sistemin tətbiqi mühərrikin gücünün və burucu momentinin artmasını,
yanacaq səmərəliliyinin yüksəlməsini və zərərli tullantıların azalmasını təmin
edir.Qazpaylama mexanizminin işinin nizamlanan parametrlərinə aşağıdakılar
aiddir:Klapanların açılma(bağlanma) anı; Klapanların açılma müddəti; Klapanların
qalxma hündürlüyü .Məcmu halda bu parametrlər qazpaylama fazalarını -
daxilolma və xaricetmə taktlarının dirsəkli valın “ölü”
nöqtələrə nəzərən dönmə
bucağı ilə ifadə edilmiş müddətini təşkil edr.Qazpaylama fazası klapana təsir
edən paylayıcı valın yumruqcuğunun forması ilə təyin edilir. Mühərrikin müxtəlif
iş rejimlərində qazpaylama fazalarının müxtəlif hədləri tələb olunur. Mühırrikinin
aşağı dövrlərində qazpaylama fazaları minimum müddətli olmalıdır(“dar fazaları”).
Yüksək
dövrlərdə isə, əksinə, qazpaylama fazaları maksimum geniş olmalıdır və
bununla bərabər daxilolma və xaricetmə taktlarının üsr-üstə düşməsini (işlənmiş
qazların təbii resirkulyasiyasını) təmin etməlidirlər. Qazpaylama fazasını dəyişmə
sistemi məhz bu ziddiyyəti həll edir.
Dostları ilə paylaş: