T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə18/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Yağ
radiatoru-
hava ilə üfürülür,ondan axan yağı soyudur, istilik
mübadiləsi qurğusu yağdan istiliyi soyuducu mayeyə verir.Yağ radiatoru qoşulduqda 
yağlama sisteminin əsas magistrallarında təzyiq azala bilər. Bu olmasın deyə, 
radiatora girişdən qabaq qoruyucu klapan yerləşdirilir. Reduksiya klapanı mühərrikin 
yağlama sistemində təzyiqində məhdudlaşdırılması üçündür.İzafi təzyiqində klapanın 
yayı sıxılır və yağın bir hissəsi geri qayıdır.
Yağ
süzgəci
- yağı yeyilmə məhsullarının 
bərk hissəciklərindən ,mexaniki qarışıqlardan və s.təmizləmək üçündür. Çirklənmiş yağ
detalların yeyilməsini sürətləndirir və magistralları tutur. Yağ süzgəcləri təsir prinsipinə 
görə arakəsməli və mərkəzdənqaçma tipli olur.Arakəsməli süzgəclərdə tutulan
hissəciklərin ölçüsü deşiklərin (arakəsmələrin ) ölçüsü ilə müəyyən olunur.Tutulan
hissəciklərin ölçüsünə görə süzgəclər kobud (tutulan hissəciklərin ölçüsü 40 mkm-
ə qədər olduqda ) və zərif (tutulan hissəciklərin ölçüsü 1- 2 mkm-ə qədər olduqda) 
olmaqla bölünür.Yağ süzgəcləri aşağıdakı tələblərə cavab verməlidir: lazımi qədər


çirktutma qaliyyətinə malik olmaq; çirkləndirici qatışıqların optimal zərif ələnməsini
təmin etmək; hidravlik müqavimətin kiçik olması; gövdəsinin lazımi möhkəmliyinin
olması və mühərriklə birləşməsinin kipliyinin etibarlı olması.Mühərrikin yağlama 
sistemə yağ iki əsas sxem üzrə təmizlənir: Tam axınlı –yağ nasosu ilə vurulan
yağın tam keçdiyi bir yağ süzgəci olan sxem; Kombinəedilmiş –tam axınlı süzgəcdən
başqa natamam axınlı süzgəc və ya bəzi hallarda mərkəzdənqaçma süzgəci olan 
sxem.Yağ çirkləndirən qatışıqlar mənşəyinə görə aşağıdakı kimi bölünür: Üzvi- 
yanacağın natamam yanma məhsulları və istər-istəməz yanma kamerasına düşən 
az miqdarda yağ;Qeyri-üzvi –toz və mühərrikin işi zamanı əmələ gələn, detalların
metalların metal yeyilmə hissəcikləri.Mühərrikin yağının çirklənmə intensivliyi
mühərrikin konstruksiyasından ,istifadə olunan yağın keyfiyyətindən,istismar
şəraitindən və digər çoxsaylı amillərdən asılıdır.Yağ süzgəci gövdədən(şəkil 2.55) və 
onun içində yerləşdirilmiş süzgəc elementindən və lazım gəldikdə tədrici buraxma, 
qarşı və axmaya qarşı klapanlardan ibarət ola bilər. 
.Gövdənin konstruksiyasından asılı olaraq süzgəclər iki tipdə ola bilər: Sökülməyən (spin-
on),son zamanlar öz kompaktlığına,qiymətinin ucuzluğuna və dəyişdirilməsinin əlverişli 
olmasına görə daha çox istifadə olunur; Sökülən (replaceable cartidge) süzgəc elementi
dəyişdirilən ,bu tip süzgəclər ölçülərinin böyüklüyünə,xidmət zamanı daha əlverişsiz 
olduqlarına görə az istifadə olunur.Taxma -süzgəc elementi daha yaxşı həldir.Onun
əsas üstünlüyü analoji süzmə keyfiyyətində nisbətən ucuz olmasıdır. Bu onunla 
bağlıdır ki,onun yalnız süzgəc elementi dəyişdirilir.Bu süzgəclərin digər üstünlüyü
onları utilləşdirilməsinin asan olmasıdır.Bu üstünlük onların daha geniş istifadəsini
şərtləndirir.Süzgəc elementi əksər hallarda hopdurulmuş buzümlənmiş kağızdan. Belə 
kağız yüksək məsaməli olur,hopdurulma nəticəsində isə- möhkəm və yağa dözümlü 
olur.Süzmə səthinin böyük olması üçün süzgəc elementi xüsusi -adətən, çoxşüalı “ulduz 
“şəklində yığılır.Pambıq parça,sintetik və ya süni süzgəc elementləri az hallarda istifadə 


edilir.Tədrici buraxma klapanı (by-pass valve) bəzi hallarda qoruyucu klapan da 
adlandırılır.Yağ çox və ya aşağı tempuraturlarda özülüyü yüksək olduqda süzgəc
elementindən keçə bilmədiyi hallarda mühərrik yağının mühərrik yağlama
sistemində verilməsinə əlavə şərait yaradır.Tədrici buraxma klapanının işədüşmə 
təzyiqi mühərrikin konstruksiyasından asılı olaraq 0,55-2,6 kq/sm
2
müəyyən olunur. 
Drenaja qarşı klapan(anti-darain valve),adətən,sökülməyən süzgəclərdə yerləşdirilir
mühərrik dayandırıldıqdan sonra yağın süzgəcdən və yağ kanallarından karterə axıb 
tökülməsinin qarşısını alır. qarşı klapanın ən geniş yayılmış konstruksiya növü 
daxildən giriş deşiklərini örtən yaylaşdırılmış elastik rezin diskdir. Axmaya qarşı
klapan (anti- syphon valve ),adətən, sökülməyən süzgəclərdə tədrici buraxma və
drenaja qarşı klapanlarla bir kombinasiyada yerləşdirilir və istifadə edilmiş
süzgəcin dəyişdiriməsi zamanı yağın gövdədən -xaricetmə deşiklərindən axıb
tökülməsinin qarşısını alır.Süzgəcdə bəzi klapanların olmaması aşağıdakı hallarda 
mümükündür: Süzgəc mühərrikdə elə yerləşdirilib ki,yağ gövdədən axa bilməz, buna 
görə də drenaja qarşı və axmaya qarşısüzgəcə ehtiyac yoxdur; Tədrici buraxma 
klapanı süzgəcdən kənarda,mühərrikdə yerləşdirilib.karter qazları adlanır.Karter
qazları yanıcı qarışıq və tam və ya natamam yanmış yanma məhsullarının
qarışığından ibarətdir.Karterə keçən qazlar mühərrikə düşən yük artdıqca və
mühərrikin detalları daha çox yeyildikcə artır.Karter qazlarının tərkibində olan 
yanacaq yağın keyfiyyətini pisləşdirir və onu durulaşdırır.Karter qazlarının
tərkibində olan yanacaq yağın keyfiyyətini pisləşdirir və onu durulaşdırır. Karter
qazlarının digər komponetləri yağı parçalayır,qatranlı maddələr və turşu əmələ
gətirir, sürtünən səthləri paslandırır.Bu qazlar çarxqollu-sürgüqollu mexanizminin 
detallarına qarşı çox aqressivdir,karter qazları zərərlidir. Buna görə də karterin
ventilyasiyası nəzərdə tutulur.Karterin ventilyasiyası mühərrikin işi zamanı yaranan 
seyrəkləşmə hesabına məcburi olaraq aparılır.Karter qazları sorucu şlanqla
yağayırıcıya verilir.Yağ ayrılaraq yağ altlığına axıdılır.Yağ ayrılmış karter qazları
mühərrikin qida sistemində yanıcı qarışığa və havaya qarışdırılır, sona qədər 
yanma üçün mühərrikin silindrlərinə verilir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə