T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə20/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Sürətləndirici
nasos

mühərrikin iş rejimi kəskin dəyişdikdə və keçid rejimlər mühərrikin işinin
uyğunlaşmasını yaxşılaşdırır.Drossel qapağı kəskin açıldıqda karbüratora olan hava
sürətlə artır, yanacaq kasıblaşır.Bu qarşısını almaq üçün sürətləndirici nasos
membranı altında olan yanacaq porsi karbüratorun borusuna püskürdülür, yanıcı 
zənginləşir. Uyğunlaşmanın yaxşı getməsi üçün püskürmə 2-3 saniye davam edir. 
Drossel səlis basıldıqda yanacaq üzgəcli kameraya qaydaya-yanacağın zənginləşməsi
baş vermir. İşəsalma quruluşu- soyuq mühərrikin işə salınması üçündür. İşəsalma
zamanı mühərrikin dirsəkli valı 50-100 dövr/dəq.sürətlə fırladılır.Buna görə də 
havanın sürəti və seyrəklik kiçik --yanacağın sorulması və buraxlanma laz səviyyədə
olmur.Bu zaman karbüratorun qapağı bağlanır, karbüratordan keçən hava az o 
diffuzordakı seyrəklik isə o qədər artır ki,dozalaşdırıcı sistemin tozlandırıcısından yanacaq 
sorulur.Bu kameraların sayı iki olduğu və yanacaq pedalı basıldıqda əvvəlcə
bir,sonra isə digər dorssel qapağı açıldığı üçün bu tip karbüratorlar adlandırılır. 
Drossel qapağı əvvəl açılan kamera ilkin 3, digəri isə -ikinci 4 kamera adlandırılır. 
“Soleks” karbüratoru aşağıdakı əsas hissədən ibarətdir: yuxarı –gövdənin qapağı 7,
aşağı gövdə 8,diffuzorlar 5, üzgəcli kamera 6 və drossel qapaqları 2.Gövdənin
qapağında hava filtrinin bərkidilməsi üçün sancaqlar var Qapaq gövdəyə beş vint 
vasitəsi ilə karton araqatı qoyulmaqla bərkidilir. 
Yanacaq
çəni
- yanacağın saxlanması
və avt-bilin avtonom şəkildə 500-600 km məsafəni təkrar doldurulmadan qət edə 
bilməsi üçün rezervuardır. Adətən, o avt-bilin arxa tərəfində,daha təhlükəsiz
hissədə yerləşdirilir.Benzin yanacaq çənindən avt-bilin bütün uzunluğu boyu, 
adətən, kuzovun dibi ilə uzanan yanacaq xətləri ilə karbüratora daxil olur.Yanacağın 
təmizlənməsinin ilk mərhələsi onu çənə tökəndə baş verir.Bunun üçün doldurma 
boğazlığına torlu və ya başqasüzgəc yerləşdirmək lazımdır. Yanacağın təmizlənməsinin
ikinci mərhələsi -çənin içərisində, yanacaq qəbuledicinin toru vasitəsilə baş tutur. 
O, yanacağın tərkibində qalan qatışıqların və suyun mühərrikin qida sisteminə 
düşməsinin qarşısını alır.Çəndə benzinin olmasına və onun miqdarına cihazlar
panelində yerləşdirilmiş yanacağın səviyyə göstəricisi ilə nəzarət etmək olar. Orta
statistik minik avt-bilinin çəninin həcmi adətən 50-60 litr təşkil edir. Çəndə
benzinin səviyyəsi azalaraq 5-9 litrə çatdıqda cihazlar panelində uyğun sarı (və 
ya qırmızı) lampa yanır.Bu yanacaq doldurmaq vaxtının çatdığını sürücüyə bildirən
işarədir. Yanacaq nasosu- yanacağın çəndən karbüratora məcburi verilməsi
üçündür.Karbüratorlu mühərriklərdə əsasən diafraqmalı, yanacaq püskürməli
mühərriklərdə isə elektrik nasosları istifadə edilir. Nasosun yaratdığı təzyiq


karbüratorlu mühərriklərdə 0,15- 0,35 bar, benzin püskürmə sistemlərində 3- 6 bar 
aralığında dəyişir.Diafraqmalı nasos –Diafraqmalı nasos yuxarı 6 və aşağı 16
gövdələrdən ibarətdir. Diafraqmanın kənarları nasosun yuxarı və aşağı gövdələri 
arasında sıxılır.Yuxarı gövdəyə mərkəzi boltla 2 qapaq bərkidilir). Nasosun başlığında
daxilolma 5 və vurma 14 klapanları quraşdırılıb. Daxilolma klapanının üstündə torlu 
süzgəc 15 yerləşdirilib. Aşağı gövdədə 16 yerləşdirilən itələyici mil 12 yayla 11 
mühərrikin paylayıcı valının ekssentrikinə 13 sıxılır.Mil digər sonluğu ilə balansirə
10 sıxılır. Diafraqmanın mərkəzi hissəsinə dartqı 9 bərkidilib,dartqı yayla 11 yuxarı 
sıxılır. Milin sonluğu balansirin dəliyinə yerləşdirilir.Klapanlar yaylarla yəhərlərinə
sıxılır.Yuxarı gövdədə qovucu 1 və sorucu borular 4 var. Mühərrik işlədikdə elssentrik
fırlanır, mili itələyir və balansiri öz oxu ətrafında döndərərək dartqını və diafraqmanı
aşağı çəkir.Bu halda seyrəklik yaranır, daxilolma klapanı açılır, vurma klapanı 14
bağlanır, yanacaq sorulur və işçi həcm yanacaqla dolur. Ekssentrikin sonrakı 
dönməsi ilə milin balansiri sıxması sona çatır, sıxılmış yay 11 diafraqmanı yuxarı
qaldırır,işçi həcmdə yanacağın təzyiqi artır, daxilolma klapanı bağlanır, vurma klapanı 
açılır – yanacaq qovucu karbüratorun üzgəcli kamerasına yanacağın mexaniki 
vurulması baş verir. Sərfi az olduqda diafraqmanın gedişi tam zaman dartqının gedişi
qismən boş olur. Yanacağın əl ilə vurulması üçün lingi 8 basılır, ling dönür və
balansirə 10 dartqı və diafraqmanı 7 dartır.İşçi həcmə sorulması baş verir.Ling 8
buraxıldıqda təsiri ilə öz ilkin vəziyyətinə qayıdır,diafraq yanacağı karbüratora
qovur. Yanacaq nasosu yağ nasosunun intiqal valından (VAZ-2105 avt-bili ) və ya
mühərrikin paylayıcı valından (VAZ -2108) hərəkətə gətirir.Yuxarıda göstərilmiş
valların fırlanması onlarda yayın olan

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə