T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə37/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   33   34   35   36   37   38   39   40   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

KARDAN ÖTÜRMƏSİ. 
Kardan ötürməsi vallarının oxları bir düz xətt üzərində yerləşməyən və fəzada 
vəziyyəti qarşılıqlı dəyişən iki mexanizm arasında burucu momenti ötürmək üçün 
istifadə edilir.Ümumi halda kardan oynaqların danvallardan,kompensəedici quruluşdan 
və aralıq dayaqdan ibarətdir. Tərtibatına görə örtülü və açıq kardan ötürmələri var. 
Örtülü kardan ötürməsi—borunun içində yerləşdirilir.Boru körpülərdə yaranan qüvvə
və reaksiyaları qəbul edə bilir və asqının istiqamətləndirici elementi rolu oynayır. 
Kardan ötürməsində yalnız bir oynaq istifadə edilir, kardan valının qeyri-bərabər
fırlanması isə valın elastikliyi ilə kompensasiya olunur. Açıq kardan ötürməsində--
boru olmur,reaktiv moment ressorlar və ya reaktiv dartqəlar vasitəsi ilə qəbul
olunur.Belə kardan ötürməsində ən azı iki kardan oynağı və kompensəedici quruluş
olmalıdır.Kardan ötürmələri müxtəlif əlamətlər üzrə təsnif olunur. Bərabər və qeyri-
bərabər bucaq sürətli kardan oynaqları var.Qeyri-bərabər bucaq sürətli kardan
oynaqları konstruksiyasına görə elastik və sərt olur.Bərabər bucaq sürətli kardan 
oynaqları kons-sına görə kürəli bölücü kanallı,kürəvi bölücü lingli, yumruqlu və
cütləşmiş olur.Elastik kardan oynaqları vallarının oxları 2-3
0
və ya bir qədər artıq
bucaq altında kəsişdikdə birləşdirici elementlərin elastikliyi hesabına burucu
momenti ötürür.Qeyri-bərabər bucaq sürətli sərt kardan oynaqları bir valdan digərinə
burucu momenti sərt hərəkət edən birləşmələr ilə ötürür.O,iki çəngəldən və onların
silindrik deşiklərinə yerləşdirilən çarpazdan ibarətdir. lIki vallı kardan ötürməsi aralıq
kardan valı, aralıq dayaq və arxa kardan valından ibarətdir.Aralıq kardan valı nazik 
divarlı polad borudan hazırlanıb.Burucu moment ötürmələr qutusununaparılan valından
elastik muftaya verilir,ondan şlisli birləşmə ilə-qabaq kardan valına,qabaq kardan 
valından kardan oynağı ilə baş ötürmənin aparan dişli çarxı ilə birləşmiş flanslı çəngələ
ötürülür.Rəqslərin söndürülməsi ücün qabaq kardan valının sonu kuzova bərkidilmiş 
aralıq elasti dayqada yerləşdirilib.Kardan valı nazik divarlı polad borudan hazırlanıb. 
Qabaq şlisli ucluğa elastik muftanın flansı,arxa ucluğa isə-kardan oynağının çəngəli
taxılır.Flansin şlisli birləşməsi qurşaqla sıxılmış kipkəclə kipləşdirilib.Elastik muftanın
flansında şlisli birləşmədə yağlama ucluğu var.Elastik mufta rezin bəndlə birləşmiş
altı polad iclikdən ibarətdir.Mufta öz elastikliyi hesabına avtomobilin transmissiyasında 
sıçrayışları söndürür.Elastik mufta ötürmələrqutusunun aparəlan valına içliklərdə olan 
deşiklərdən buraxılmış üc boltla bərkidilir.Arxa kardan valının baş tərəflərinə kardan
oynaqlarının çəngəlləri qaynaq olunub.Kardan oynağı iki çəngəli bir-biri ilə birləşdirən
yastıqlı çarpazdan ibarətdir.Çarpazın dörd mil ucu var,onlara iynəli (nazik diyircəkli) 
yastıqların gövdəsi taxılır. Çəngəllərin qabartılarında yastıqların gövdəsi stopor 
halqaları ilə fiksə edilir.Çirkdən irstenddə balanslaşdırılır. Disbalans balanslaşdırıcı 
lövhə kardan valının borularına qaynaq olunur.Kardan-oynağının analizi göstərir ki
aparan val bərabər bucaq sürəti ilə fırlandıqda aparılan val siklik fırlanır.bir dövr 
ərzində iki dəfə aparan valdan geri qalır,iki dəfə isə qabağa gedir.Vallar arasında bucaq 
artdıqca qeyri-bərabər fırlanma sürətlə artır.Qeyri-bərabər bucaq sürətli kardan oynaqlı 


kardan ötürməsinin vallarının sinxron fırlanması ilə burucu momenti ötürə bilməsi üçün o 
bir neçə oynaqdan ibarət olmalıdır və bu halda, onların qarşılıqlı yerləşməsi hər kardan 
oynağının qeyri-bərabərlitini kompensasiya edəcək.Bu səbəbdən oynaqların minimal 
sayı 2 olmalıdır.Bu halda iki oynaqlı kardan ötürməsində aşağıdakı tərtibat tələbləri 
ödənilməlidir. 
--aparan çəngəllər bir-digərinə nəzərən 90

altında yerləşməlidir. 
--hər iki oynaqda vallar arasında bucaqlar bərabər olmalıdır. 
--bütün vallar bir müstəvidə yerləşməlıdir. 
Hər kardan valının sonunda kardan oynaqları var.Qynaqların yastıq qurşaqlarını 
palçıqdan qorumaq və yağı qurşaqlarda saxlamaq üçün rezin manjetlər,çarpazın mil
uclarına isə rezin kipləşdiricilər yerləşdirilib.Şlisli birləşmələr rezin və keçə halqalarla 
kipləşdirilib.Qynaqlar və şlısli birləşmələr,oynaqların çarpazlarına burub salınmış press-
yağdan vasitəsilə yağlanır.Tam intiqallı Chevrolet Niva avtomobilində kardan ötürməsi 
ötürmələr qutusu və paylayıcı qutunu,paylayıcı qutu ilə qabaq və arxa aparan körpüləri
birləşdirir.Elastik bənd yüksək möhkəmlikli süni iplər və ya polad məftillərdə
gücləndirilmiş rezindən və ya rezinparçadan hazırlana bilər. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə