T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə39/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   35   36   37   38   39   40   41   42   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Baş ötürmə 
Baş ötürmə aparan təkərlərə ötürülən mühərrikin burucu momenti artırır və onların 
fırlanma sürətini lazımi həddə qədər azaldır.Əsas dişli çarx cütlərinin tipinə görə baş 
ötürmələrin aşağıdakı növləri var: sonsuz vint, konik, hipoid və silindrik.Baş ötürmənin
bir dişli çarx cütü varsa, o, birqat, iki dişli çarx cütü varsa, ikiqat adlanır. 


Sonsuz vint baş ötürməsi
digər baş ötürmə tipləri ilə müqayisədəən kiçik qabaritə 
malikdir və ən az səs əmələ gətirir. Lakin f.i.ə kiçikdir (0,9-0,92 ), istehsalı mürəkkəbdir 
və dişli tac üçün bahali qalaylı bürünc tələb olunur.Buna görə də hazırda istifadə edilmir. 
Konik baş ötürmə
1913-cü ildə "Qlisson" firması dairəvi dişli ilişmə icad etdikdən 
sonra geniş istiifadə edilməyə başlanılıb.Konik ötürmənin konstruktiv xüsusiyyəti aparan 
və aparılan dişli çarxların təpələri bir nöqtədə yerləşir.Belə ötürmənin dişli çarxlarına 
təsir edən qüvvələr konik dişli çarxların düzgün ilişməsini pozmağa çalışır, buna görə də
baş ötürmənin bütün elementləri: karter, yastıq qovşaqları lazımi qədər sərt olmalıdır. 
Konik ötürmədə, adətən, diyircəkli konik yastıqlar istifadə olunur,sərtliyi təmin etmək 
üçün onlar da ilkin gərilmə ilə yerləşdirilir.Dişli çarx cütünün ilişmə dəqiqliyinin təsirini 
azaltmaq üçün aparan dişli çarxın dişlərinin əyrilik radiusu aparılan dişli çarxın dişlərinin 
əyrilik radiusundan bir qədər kiçik götürülür.Konik ötürmədə dişlər arasında sürtünmə 
sürüşməsi kiçik olduğundan f.i.ə lazımi qədər yüksəkdir (0,97-0,98). Bununla bərabər 
mövcud ötürmələr arasında,o, ən böyük qabaritə malikdir və iş zamanı daha çox səs-
küy salır. 
Hipoid baş ötürmə 
avtomobillərdə avtomobilin kütlə mərkəzini azaltmaq cəhdi ilə 
bağlı 1925-ci ildən istifadə edilir.İlk vaxtlar o ancaq minik avtomobillərində də geniş 
istifadə edildi.Konik ötürmədən fərqli olaraq hipoid ötürmənin dişli çarxlarının oxları 
kəsişmir.Bu zaman aparan dişli çarxın oxu aparılan dişli çarxın oxuna nəzərən
adətən,aşağı sürüşdürülür.Hipoid ötürmənin əsas üstünlükləri: konik ötürmədən 
qabaritinin kiçik olması; dişə düşən yükün az olması; iş zamanı səs-küyün az olması, 
belə ki, konik ötürmə ilə müqayisədə hipoid ötürmədə daha çox diş ilişmədə olur və 
avtomobilin tərtibatına təsir göstərmək imkanının olmasıdır (kütlə mərkəzinin aşağı 
salınması, kuzovun döşəməsində kardan keçən tunelin kiçildilməsi və sairə). Digər 
tərəfdən hipoid ötürmədə sürüşmə sürtünməsinin olması f.i.ə-ni 0,96-ya qədər azaldır. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə