T texniki kolleci



Yüklə 4,76 Mb.
Pdf görüntüsü
səhifə40/116
tarix21.10.2023
ölçüsü4,76 Mb.
#130619
növüMühazirə
1   ...   36   37   38   39   40   41   42   43   ...   116
NV-konstruksiyası-və-nəzəriyyəsi

Silindrik baş ötürmədə 
qabaq intiqallı avt-rdə mühərrik eninə yerləşdirildikdə istifadə 
edilir.Mövcud konstruksiyalarda silindrik ötürmənin dişləri çəp və ya şevron şəkilli 
hazırlanır.Ötürmə ədədi adətən 3,5-4,2 arasında götürülür.Ötürmə ədədinin göstərilən 
həddən böyük götürülməsi qabaritlərin böyüməsinə və baş ötürmədə səs-küyün 
artmasına səbəb olur.Silindrik ötürmənin f.i.ə ən yüksək olub 0,98 -0,99-dan az olmur. 
Tərtibatına görə onlar mərkəzi və ya bölünmüş hazırlanır.Mərkəzi baş ötürmələr ümumi 
karterdə yerləşdirilmiş konik və ya hipoid dişli cütlə silindrik cütün birləşməsindən 


ibarətdir.Bölünmüş baş ötürmələr konik və ya hipoid cüt şəklində mərkəzi reduktordan 
və təkər toplarında və ya təkərə yaxın yerləşdirilmiş iki reduktordan ibarətdir. 
Baş ötürmənin işini arxa körpünün sxemində aydınlaşdıraq.Burucu moment kardan 
+ötürməsindən flans 1 vasitəsi ilə aparan vala 2 ötürülür. Aparan konik dişli çarx 
aparan valın üzərində onunla birlikdə fırlanır.Aparan dişli çarx 3 aparılan dişli çarxı 4 
fırladır və burucu moment yarımoxlar 6 vasitəsilə aparan təkərlərə 5 ötürülür. 
Konik baş ötürmədə 
dişlərin möhkəmliyini və eyni zamanda ilişmədə olan dişlərin 
sayını artırmaq üçün,adətən, əyrixətli spiral dişli çarxlar istifadə olunur.Yük avt-bilinin 
birqat konik baş ötürməsinin kiçik dişli çarxı (aparan dişli çarx) 9 valla birlikdə bütöv 
hazırlanır və aparan flans ilə kardan ötürməsinə birləşdirilir. 
Valın əyilməsini azalatmaq üçün o dişli çarxın hər iki tərəfində yerləşən üç diyircəkli
yastıq üzərində yerləşdirilib.Konik diyircəkli radial-dayaq yastıqlar 10 gövdədə və aparan 
val üzərində, diyircəkli radial yastıq 4 isə yalnız aparan val üzərində bərkidilib və 
karterdə sərbəst yerləşdirilib. Böyük dişli çarx (aparılan dişli çarx) 12 iki konik diyircəkli 
radial-dayaq yastıq 2 üzərində fırlanan diferensialın gövdəsinin flansına bərkidilib. 
Diyircəkli radial-dayaq yastıqları ilkin gərilmə ilə yerləşdirilir.Baş ötürmənin dişli 
çarxlarını zavodda seçirlər və xüsusi dəzgahda bir-birinə uyğunlaşdırırlar.Onların 
ilişməsini nizamlayıcı araqatlarının 8 qalınlığını yığım zamanı dəyişməkl -kiçik dişli çarxı 
böyük dişli çarxa nəzərən hərəkət etdirməklə nizamlayırlar. Böyük burucu moment 
ötürüldükdə böyük dişli çarxa təsir edən oxboyu qüvvə onu çəpləşdirən moment 
yaradır.Buna görə də ilişmənin pozulmasının qarşısını almaq üçün yük avtomobillərinin 
baş ötürmələrində nizamlanan dayaq yerləşdirilir, böyük yüklənmə ötürülərək böyük dişli 
çarx yan tərəfi ilə bu dayağa söykənir.İkiqat bölünmüş baş ötürmədə burucu moment 
əsasən təkər reduktorlarında artır.Baş ötürmənin mərkəzi reduktorunun spiral dişli bir 
cüt dişli çarxı olur. 
Kiçik dişli çarxın 4 valı (aparan val) 1 iki diyircəkli radial-dayaq yastığına 2 söykənir. 
Konik böyük dişli çarx 3 diferensialın gövdəsinə bərkidilib.Təkər reduktoru planetar 
hazırlanıb.Planetar mexanizmin dişli çarxları düz dişlidir. Burucu moment diferensialdan 
iki yarımox 5 vasitəsilə günəş dişli çarxa 7 ötürülür.Günəş dişli çarxdan burucu moment 
üç satellitə 9 ötürülür.Satellitlər aparan bəndin 10 oxlarında radial diyircəkli yastıqlar 
üzərində yerləşdirilib,oxların sonu aparan bəndin deşiklərinə preslənib.Aparan bənd 
sancaqlarla təkərin topuna 8 bərkidilib.Tərpənməz dişli tac 6 arxa körpünün tirinə 
bərkidilir. 

Yüklə 4,76 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə