Tarix və onun problemləri, №4 2014 34 qabiL ƏLİyev bakı Dövlət Universiteti



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
tarix07.08.2018
ölçüsü0,62 Mb.
#61041


 

Tarix və onun problemləri, № 4 2014 

 

34 


QABİL ƏLİYEV 

Bakı Dövlət Universiteti 

Tarix elmləri doktoru, professor  

E-mail: Qabil-Aliyev@mail.ru 

 

 

İQTİSADİ TARİXİMİZİ ÖYRƏNƏN ELMİ MƏKTƏB HAQQINDA 

 

Açar sözlər: Bakı Dövlət Universiteti, Azərbaycan tarixi, elmi məktəb, akademik 

Ə.S. Sumbatzadə, professor Ə.P.Əliyev, professor T.T.Vəliyev 



Ключевые  слова:  Бакинский  Государственный  Университет,  История 

Азербайджана,  научная  школа,  акад.  А.С.Сумбатзаде,  проф.  А.П.Алиев,  проф. 

T.T.Велиев. 

Key  words:  Baku  State  University,  Azerbaijan  history,  scientific  school, 

acad.A.S.Sumbatzade, prof.A.P.Aliyev, prof.T.T.Veliyev. 

 

Azərbaycantarixinin,  xüsusən  XIX  əsr  dövrünün  müasir  elmi  əsaslar  əsasında 



yazılması  akademik  Əlisöhbət  Sumbat  oğlu  Sumbatzadənin  adı  ilə  bilavasitə 

bağlıdır.  Bakı  Dövlət  Universitetinin  Tarix  fakültəsində  Ümumi  tarix  kafedrasının 

bazasında  “Azərbaycanin  iqtisadi  tarixi”istiqaməti  üzrə  elmi  məktəbin  yaradılması  və 

inkişafı  Azərbaycan  SSR  Elmlər  Akademiyasının  həqiqi  üzvü  Əlisöhbət 

Sumbatzadənin 50 illik elmi və pedaqoji fəaliyyətinin nəticəsi olmuşdur.  

Əlisöhbət Sumbat oğlu Sumbatzadə 1907-ci il yanvarın 21-də Abşeronun Əmircan 

kəndində neftçi ailəsində dünyaya göz açmış, ilk təhsilini Suraxanı mədən məktəbində 

almışdır.  1921-1926-cı  illərdə  Bakı  Müəllimlər  Seminariyasında  oxumuş,  müəllim 

ixtisasına yiyələnmişdir. Seminariyanı bitirdikdən sonra Bakı şəhəri 19 saylı məktəbdə 

müəllim işləmiş və eyni zamanda Azərbaycan  Dövlət Universiteti (indiki Bakı Dövlət 

Universiteti)  Şərq  fakültəsinin  tarix-etnologiyaşöbəsində  təhsilini  davam  etdirmişdir. 

1930-cu  ildə  Universitet  təhsilini  vaxtından  tez  və  müvəffəqiyyətlə  başa  vurmuş  və 

elmə böyük həvəs göstərməsi ilə müəllimlərinin diqqətini cəlb etmişdir. Müəllimlərinin 

tövsiyyəsi ilə aspiranturaya daxil olan gənc Əlisöhbət Sumbatzadə aspirantura təhsilini 

də  vaxtından  qabaq  –  1931-ci  ildə  bitirmiş  və  Azərbaycan  SSR  Xalq  Komissarlar 

Sovetinin  qərarı  ilə  Gəncəyə  Azərbaycan  Kənd  Təsərrüfatı  İnstitutunda  müəllim 

işləmək üçün göndərilmişdir. 1932-ci ildə dosent elmi adını almışdır. Gənc alim 30-cu 

illərdə Gəncə ali məktəblərində və xüsusi dəvətlə Tbilisidə Cənubi Qafqaz Mühəndislər 

İnstitutundapedaqoji fəaliyyətləməşğul olmuşdur. 

1939-cu  ildə  SSRİ  Elmlər  AkademiyasıAzərbaycan  filialının  Tarix  İnstitutunda 

elmi  işçi kimi  fəaliyyətə  başlamışdır.  O, burada  ilk  ciddi  elmi-tədqiqat əsərini  –  XIX 

əsrdə  Azərbaycanda  Rusiya  imperiyasının  müstəmləkə  əsarətinə  qarşı  ən  böyük  xalq 

çıxışı  olan1837-ci  il  Quba  üsyanı  haqqında  dissertasiya  işini  tamamlamış  və  1942-ci 

ildə  Azərbaycan  Dövlət  Universitetinin  Elmi  Şurasında  müdafiə  edərək  tarix  elmləri 

namizədi alimlik dərəcəsi almışdır. 



 

Tarix və onun problemləri,

 № 4 2014 

 

35 

Əlisöhbət Sumbatzadə 1941-ci ildən 1957-ci ilə kimi davamlı Azərbaycan Dövlət 

Universitetinin Tarix fakültəsində Ümumi Tarix kafedrasında dosent, professor, kafedra 

müdiri  vəzifələrində  çalışmışdır.  Tələbələrin  ana  dilində  dərslik  və  dərs  vəsaitləri 

çatışmazlığındanciddi sıxıntı çəkmələrini nəzərə alaraq bu dövrdə Azərbaycan dilində 

Avropanın  son  orta  əsrlər  və  yeni  tarixi  üzrə  vəsaitlər  hazırlamağa  başlamışdı.  Onun 

“Böyü  coğrafi  kəşflər”,  “İtaliya  tarixi  XVI-XVII  əsrlərdə”,  “Orta  əsrlər  tarixi  üzrə 

xronoji  cədvəl”,  “XI-XVI  əsrlərdə  Fransa  tarixinin  oçerkləri”  (sonuncu  prof. 

Ə.M.Şahmalıyevlə  birlikdə)  adlı  vəsaitləri  40-50-ci  illərdə  bir-birinin  ardınca  nəşr 

edilmişdi.  Bundan  əlavə,  “Qərbi  Avropa  orta  əsrlərin  sonunda”,  “İngiltərə  və 

Hollandiya XV-XVIII əsrlərdə” aqdlı adlı dərs vəsaitlərini də tərtib etmiş və çap üçün  

hazırlamışdı. 

Azərbaycan  Dövlət  Universiteti  professor  Əlisöhbət  Sumbatzadənin  simasında 

sözün  əsil  mənasında  böyük  pedaqoq  alim  qazanmışdı.  O,  dərin  ensiklopedik  biliyi, 

geniş  dünyagörüşü,  gözəl  natiqlik  qabiliyyəti  və  yüksək  mədəniyyəti  ilə  tələbə 

auditoriyasını  valeh  edirdi.  1954-cü  ildə  ona  professor  elmi  adı  verildi,  1955-ci  ildə 

Azərbaycan  SSR  Elmlər  Akademiyasının  müxbir  üzvü,1958-ci  ildə  həqiqi  üzvü 

seçildi.O, universitetdə işlədiyi illərdə istedadlı tələbələri seçib elmi-tədqiqat işinə cəlb 

edilməsi,  elmi  işlə  məşğul  olmağa  yönləndiririlməsi  sahəsində  böyük  xidmətlər 

göstərmişdi.  

Əlisöhbət  Sumbatzadə  universitetdə  çalışdığı  müddətdə  pedaqoji  fəaliyyətlə 

yanaşı,  fundamental  elmi  araşdırmalar  aparmağı  davam  etdirmişdi.  XX  əsrin  40-cı 

illərindən etibarən onun elmi yaradıcılığında Azərbaycanın sovet hakimiyyətinə qədərki 

dövrdə, Bakı sənaye rayonu istisna olmaqla, geridə qalmış feodal-patriarxal qaydaların 

hökm  sürdüyü  ölkə  olması  haqqında  qərarlaşmış  fikrin  yanlış  olması,  ölkəmizin  XIX 

əsrdə  və  XX  əsrin  əvvəllərində  kapitalist  münasibətlərin  inkişaf  səviyyəsinə  görə  o 

zamankı  Rusiya  imperiyasının  mərkəzi  regionları  ilə  bir  sırada  durmasını  tutarlı 

faktlarla sübut edilməsibaşlıca yer tutmuşdur. O 1948-ci ildə müvəfəqiyyətlə müdafiə 

etdiyi  “XIX  əsrdə  Azərbaycan  iqtisadi  tarixinin  yaradılması  təcrübəsi”  mövzusunda 

doktorluq  dissertasiyası  ilə  yeni  elmi  istiqamətin  əsasını  qoymuş  və  fundamental 

əsərlərin  yaradılmasına  səbəb  olmuşdur.  Qısa  müddət  ərzində  Azərbaycanda  XIX 

yüzillikdə  kənd  təsərrüfatının  (1958)  və  sənayenin  (1964)  inkişafı  haqqında  sanballı 

monoqrafiyalar və çoxlu sayda elmi məqalələr hazırlayıb nəşr etdirməklə keçmiş SSRİ 

miqyasında bu dövrün iqtisadi tarixinin və kapitalizmin inkişafı probleminin ən nüfuzlu 

mütəxəssisi  kimi  şöhrət  qazanmışdır.  XX  əsrin  60-80-ci  illərində  SSRİElmlər 

Akademiyası  Tarix  elmləri  bölməsində  “SSRİ-də  kapitalizmin  mənşəyi”  üzrə 

Ümumittifaq  problem  komissiyasının  üzvü  kimi  elmi  konfranslarda  dərin  məzmunlu 

məruzələri ilə iqtisadi tarixin aktual problemlərinə diqqəti cəlb etmiş, yeni tədqiqatlar 

aparılmasına təkan vermişdir. 

Akademik  Əlisöhbət  Sumbatzadə  1957-ci  ildə  Azərbaycan  Elmlər  Akade-

miyasının  vitse-prezidenti  seçildikdən  sonra  da  BDU  ilə  sıx  əlaqə  saxlamış,  Dövlət 

İmtahan Komissiyalarına rəhbərlik etmiş, qabiliyyətli tələbələrin elmi tədqiqat işlərinə 

cəlb  edilməsinə  xüsusi  diqqət  yetirmişdir.  Diplom  müdafiələrində  diqqətini  çəkən 

bacarıqlı  tələbələrin  təyinatla  Elmlər  Akademiyasının  Tarix,  Şərqşünaslıq  və 




 

Tarix və onun problemləri, № 4 2014 

 

36 


İqtisadiyyat  institutlarına  göndərilməsinə  nail  olmuş,  onların  bir  qisminin  daha  sonra 

SSRİ-nin daha çox inkişaf etmiş nüfuzlu elmi mərkəzlərində aspiranturada oxumasına, 

elmi  staj  keçməsinə,  tədqiqatçı  kimi  püxtələşməsinə  yardım  göstərirmişdir.  Beləliklə, 

öz  ətrafına  istedadlı  gənc  mütəxəssisləri  toplayan  böyük  alim  Azərbaycanın  iqtisadi 

tarixini  dərindən  araşdıran  və  bir-birinin  ardınca  fundamental  əsərlər  yaradan  elmi 

məktəbin başçısına çevrilmişdir.  

Gənc  alimlərin  bütün  problemlərinə  diqqət  və  həssaslıqla  qayğı  ilə  yanaşan 

akademik Əlisöhbət Sumbatzadə elmi rəhbər və məsləhətçi kimi yüksək ixtisaslı elmi 

kadrlar  hazırlanması  sahəsində  böyük  işlər  görmüşdür.  Onun  rəhbərliyi  altında  40-a 

qədər  gənc  mütəxəssis  namizədlik,  10-dan  çox  alim  doktorluq  dissertasiyası  müdafiə 

etmişdir.  Bu  yetirmələrinin  də  yaxından  iştirakı  ilə  həm  XVIII-XIX  əsrlərdə  və  XX 

əsrin  əvvəllərində,  həm  də  Sovet  hakimiyyəti  dövründə  Azərbaycanın  sosial-iqtisadi 

tarixinin  müxtəlif  aspektləri  araşdırılmış,  sanballı  tədqiqat  əsərləri,  keçmiş  ittifaq 

miqyasında  maraqla  qarşılanan  monoqrafiyalar  yazılmışdır.  Bu  əsərlər  içərisində 

akademik  Əlisöhbət  Sumbatzadənin  redaktoru  və  əsas  müəlliflərindən  biri  olduğu  üç 

cildlik  “Azərbaycan  tarixi”  (1958-1975)  adlı  ilk  ümumiləşdirilmiş  kitab  xüsusi  yer 

tutur.  Bununla  görkəmli  alim  Azərbaycan  tarixinin  yazılıb  yaradılmasına  çox  böyük 

töhfə vermişdir. 

Ə.S.Sumbatzadə  Dağıstan,  Kabarda-Balkar,  Qaraçay-Çərkəz  və  digər  Qafqaz 

respublikalarının  elmi-tədqiqat  mərkəzlərində  və  universitetlərində  iqtisadi  tarix  üzrə 

mütəxəssislər hazırlanmasına da öz töhfəsini vermişdir.Böyük alim Qafqaz regionunun 

iqtisadi tarixinə, kapitalizmin inkişafı probleminə həsr edilmiş elmi-tədqiqat əsərlərinin 

yazılmasında fəal iştirak etmiş, çoxlu sayda namizədlik və doktorluq dissertasiyalarına 

rəy vermiş və onlara opponentlik etmişdir. 

Akademik  Əlisöhbət  Sumbatzadə  uzun  müddət  ərzində  Azərbaycanda  elm 

təşkilatçısı  kimi  misilsiz  xidmətlər  göstərmişdir.  AMEA-nın  vitse-prezidenti,  İctimai 

elmlər  bölməsinin  akademik  katibi,  Tarix  İnstitutunun  və  Şərqşünaslıq  İnstitutunun 

direktoru vəzifələrində çalışmışdır. Azərbaycan tarix elmini Tehranda (1966), Berlində 

(1974),  San-Fransiskoda  (1975),  Edinburqda  (1978)  və  digər  yerlərdə  keçirilmiş 

beynəlxalq  simpozium  və  konqreslərdə  ləyaqətlə  təmsil  etmişdir.  Azərbaycanın 

Əməkdar  Elmi  xadimi  fəxri  adını  almış,  Qırmızı  Əmək  Bayrağı  ordeni  və  medallarla 

təltif edilmişdir. 

Azərbaycan  tarixinin  yazılıb  yaradılmasında  son  dərəcə  böyük  xidmətlər 

göstərmiş  bu  böyük  alim  1992-ci  ildə  vəfat  edənə  qədər  səmərəli  elmi  fəaliyyətini 

davam etdirmişdir. Tariximizin müxtəlif məsələləri haqqında 20 əsər və monoqrafiya, 

160-dan çox elmi məqalə onun böyük elmi mirasıdır. 

Akademik Əlisöhbət Sumbatzadənin Bakı Dövlət Universitetində əsasını qoyduğu 

“Azərbaycanin iqtisadi tarixi”istiqaməti üzrə  elmi  məktəb XX əsrin 60-80-ci illərində 

universitetin  SSRİ  tarixi  və  Azərbaycan  tarixi  kafedralarında  fəaliyyətini  davam 

etdirmiş, sanballı elmi araşdırmalar aparılmışdır.1960-cı ildən ömrünün sonuna– 1992-

ci  ilə  kimi  Bakı  Dövlət  Universitetində  SSRİ  tarixi  kafedrasında  dosent,  professor, 

kafedra müdiri vəzifələrində çalışmış Əli Pirəli oğlu Əliyevelmi yaradıcılığında sovet 




 

Tarix və onun problemləri,

 № 4 2014 

 

37 

dövründə  Azərbaycanın  neft  sənayesinin  tarixinin  tədqiqi  mühüm  yer  tutmuşdur.O, 

1966-cı  ildə  “Kapitalist  neft  inhisarlarına  qarşı  mübarizə  və  Sovet  neftinin  dünya 

bazarına  çıxması  tarixi  (1920-1937-ci  illər)”  mövzusunda  doktorluq  dissertasiyasını 

müvəffəqiyyətlə  müdafiə  etmiş,  1967-ci  ildə  professor  elmi  adı  almışdır.160-dan  çox 

elmi əsərin, o cümlədən 10 monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifi olmuşdur. 

Onun  1987-ci  ildə  nəşr  etdirdiyi  “İmperializm  dövründə  çarizmin  xarici  siyasəti”  adlı 

monoqrafiyası elmi yaradıcılığında xüsusi yer tutur. Əsərdə Rusiya imperiyasının XIX 

əsrin sonu  –  XX  əsrin  ilk onilliklərində  yeritdiyi  müstəmləkəçi  xarici  siyasət konkret 

tarixi faktlarla şərh edilmişdir. 

Professor  Əli  Əliyevin  Azərbaycanın  kapitalizm  və  sovet  dövründə  iqtisadi 

tarixinin müxtəlif problemlərini tədqiq edən yüksək ixtisaslı tarixçi kadrlar yetişdirmək 

sahəsində böyük xidmətləri olmuşdur. Onun rəhbərliyi altında 12 gənc tədqiqatçı tarix 

elmlər  namizədi  alimlik  dərəcəsi  almışdır.  Onlardan  8  nəfəri  sonrakı  dövrdə  elmi 

tədqiqat işini uğurla davam etdirmiş, doktorluq dissertasiyası  müdafiə etmişdir.  

“Azərbaycanin iqtisadi tarixi”istiqaməti üzrə elmi məktəbin sonrakı fəaliyyətində 

professor  Tofiq  Talış  oğlu  Vəliyevin  böyük  xidmətləri  olmuşdur.  O,  1958-ci  ildən 

AMEA  Tarix  İnstitutunda  elmi  araşdırmalara  başlamışdır.  Akademik  Əlisöhbət 

Sumbatzadənin  rəhbərliyi  altında  1966-cı  ildə  “XX  əsrin  əvvəllərində  Azərbaycanın 

ipək emalı sənayesi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1986-cı 

ildə  isə  “İmperializm  dövründə  Azərbaycanın  sənayesi  və  proletariatı”  adlı  doktorluq 

dissertasiyasını  müdafiə  etmiş,  Azərbaycan  tarixşünaslığında  ilk  dəfə  Bakı  sənaye 

rayonundan  kənarda,  regionlarda  kapitalist  sənayesinin  inkişafı  və  fəhlə  sinfinin 

formalaşması problemini hərtərəfli tədqiq etmişdir. 

Professor Tofiq Vəliyev 1990-cı ildə BDU-da elmi-pedaqoji fəaliyyətə başlamış, 

1993-cü ildə Slavyan ölkələri tarixi kafedrasının müdiri seçilmişdir. 190-dan çox elmi 

əsər,  o  cümlədən  iqtisadi  tarix  məsələlərinə  həsr  olunmuş  5  monoqrafiyanın  müəllifi 

olmuşdur. 1993-1997-ci illərdə Respublika Təhsil Nazirliyi nəzdində Tarix üzrə elmi-

metodik  şuranın  sədri,  1995-2002-ci  və  2007-2010-cu  illərdə  Azərbaycan 

Respublikasının  Prezidenti  yanında  Ali  Attestasiya  komissiyasının  Tarix  elmləri  üzrə 

Ekspert  Şurasının  sədri,  2005-2014-cü  illərdə  BDU  “Xəbərləri”  Humanitar  elmlər 

seriyasının  redaktoru  olmuşdur.  2004-cü ildə  Nyu-York  Elmlər  Akademiyasının üzvü 

seçilmişdir. 

Rəhbərliyi altında 2 doktorluq, 10 namizədlik dissertasiyası müdafiə olunmuşdur. 

Elm  və  təhsil  sahəsində  səmərəli  fəaliyyətinə  görə  2009-cu  ildə  “Şöhrət”  ordeni  ilə 

təltif edilmişdir. 

2014-cü ildə vəfat edənə qədər 168 adda elmi əsər və məqalə yazmışdır. 

XIX-XX  əsrlərdə  Azərbaycanın  iqtisadi  tarixinin  araşdırılması  Bakı  Dövlət 

Universitetində müasir dövrdə də davam etməkdədir. Bu sətirlərin müəllifi  –  Qafqaz 

xalqları  tarixi  kafedrasının  professoru,  tarix  elmləri  doktoru  Qabil  Əli  oğlu  Əliyev 

keçən əsrin 80-ci illərindən Şimali Azərbaycanda dəmir  yolu nəqliyyatınin yaranması 

və iqtisadiyyata təsiri problemlərini tədqiq etməklə məşğuldur. O, 1972-1977ci illərdə 

Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil almış,1982-1985-ci illərdə 

bu ali məktəbin aspiranturasında təhsilini davam etdirmişdir. 1986-ci ildə “Bakı-Tiflis 




 

Tarix və onun problemləri, № 4 2014 

 

38 


dəmir  yolunun  çəkilməsi  və  onun  Azərbaycanın  iqtisadi,  sosial  və  mədəni  həyatına 

təsiri  (XIX  əsrin  80-90-cı  illəri)”  mövzusunda  namizədlik  dissertasiyası  müdafiə 

etmişdir.  2003-cü  ildə  “XIX-XX  yüzilliyin  başlanğıcında  Şimali  Azərbaycanda 

nəqliyyatın  inkişafı”  mövzusunda  doktorluq  dissertasiyası  müdafiə  etmiş  və  tarix 

elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildə dosent elmi adı almışdır. 2005-ci 

ildənprofessor vəzifəsində çalışır. 

Professor Qabil Əliyev Bakı Dövlət Universitetində elmi-pedaqoji fəaliyyətinin ilk 

illərindən  SSRİ  tarixi  və  Qafqaz  tarixi  fənlərindən  praktik  məşğələlər  aparmış, 

mühazirə  oxumağa  başlamışdır.  1989-cu  ildən  isə  həmçinin  “XIX-XX  əsrin 

əvvəllərində Cənubi Qafqazda nəqliyyatın inkişafı” adlı ixtisas kursunu tədris etmişdir. 

İndiyə kimi 120-dən çox əsər və elmi məqalənin, o cümlədən 1 monoqrafiya, 3 dərslik, 

2  dərs  vəsaiti,  4  proqram,  2  metodik  gösrərişlər  hazırlayıb  nəşr  etdirmişdir.  Onların 

içərisində  elmi  ictimaiyyətin  maraqla  qarşıladığı  “XIX-XX  yüzilliyin  başlanğıcında 

Şimali  Azərbaycanda  nəqliyyatın  inkişafı”  (Bakı,  1995),  “Azərbaycan  nəqliyatı  və 

iqtisadiyyatı  (XIX  əsr  -  ХХ  əsrin  ilк  оnilliкləri)”  (Bakı,  2002)  adlı  monoqrafiyaları, 

“Qafqaz tarixi” (Bakı, 2009) adlı ali məktəb tələbələri üçün dərsliyi xüsusi qeyd etmək 

lazımdır.  Hazırda  Qafqazda  XIX-XX  yüziliklərdə  nəqliyyatın  inkişafı  və  diyarın 

iqtisadi həyatına təsiri problemi üzrə tədqiqatlarını davam etdirməkdədir. 

1991-ci  ildən  Azərbaycan  Respublikasında  ali  məktəb  tarixində  ilk  dəfə  Qafqaz 

tarixi  fənnindən  mühazirə  kursu  hazırlayıb  Bakı  Dövlət  Universitetinin  tarix, 

şərqşünaslıq,  regionşünaslıq  (qafqazşünaslıq)  ixtisaslarında  təhsil  alan  tələblərə  tədris 

etməyə  başlamışdır.  1994-cü  ildə  respublikada  ilk  dəfə  “Qafqaz  tarixi”  fənnindən 

proqram hazırlayıb nəşr etdirmişdir. Bu proqram Azərbaycan Pedoqoji Universitetində, 

Sumqayıt, Gəncə, Naxçıvan, Lənkəran universitetlərində Qafqaz tarixi fənninin tədrisi 

üçün əsas olmuşdur. 

Q.Əliyev  ali  məktəbdə  elmi-pedaqoji  fəaliyyəti  davam  etdirməklə  yanaşı,  orta 

məktəblər  üçün  dərslik  və  dərs  vəsaitləri  hazırlamaq  sahəsində  də  fəal  iş  görmüşdür. 

2005-ci  ildə  ümumtəhsil  məktəblərinin  9-cu  və  10-cu  sinifləri  üçün  “Yeni  tarix” 

dərsliklərinin hazırlanmasında müəlliflər heyətinin üzvü kimi iştirak etmişdir. 2005-cü 

ildə tərtib etdiyi “Azərbaycan tarixi” adlı ümumtəhsil məktəbinin 10-cu sinfi üçün dərs 

vəsaiti “Abituriyent” jurnalının xüsusi buraxılışı kimi nəşr olunmuşdur. 

1998-2002-ci  və  2007-2012-ci  illərdə  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında  Ali  Attestasiya  Komissiyasının  Tarix    elmləri   üzrə  Ekspert    Şurasının    elmi  

katibi və üzvü  olmuşdur. 

Hazırda  “XIX-XX  əsrin  əvvəllərində  Qafqazda  nəqliyyatın  inkişafı”  adlı  adlı 

monoqrafiya  üzərində  çalışır,  nəqliyyatın  regionun  sosial-iqtisadi  inkişafına  təsiri 

məsələlərini tədqiq edir. 

 



 

Tarix və onun problemləri,

 № 4 2014 

 

39 

ГАБИЛ АЛИЕВ 

 

О НАУЧНОЙ ШКОЛЕ, ИЗУЧАЮШЕЙ НАШУ ЭКОНОМИЧЕСКУЮ 

ИСТОРИЮ 

 

Написание  истории  Азербайджана,  особенно  периода  XIX  века  на  основе 

современных научных методов тесно связано именем академика А.С.Сумбатзаде.  

Создание  на  базе  кафедры  Всеобщей  истории  Бакинского  Государственного 

Университета  научной  школы  по  направлению  «Экономической  истории 

Азербайджана»  был  результатом  его  50  летной  научной  и  педагогической 

деятельности.  Успешно  продолжали  этой  научной  школы  в  университете 

позжепроф. А.П.Алиев и проф. T.T.Велиев. 

 

 

QABİL ALİYEV 

 

ABOUT SCIENTIFIC SCHOOL LEARNING OUR ECONOMIC HISTORY 

 

Writing history, especially the period of the 19th century on the basis of modern 

scientific  methods  is  closely  associated  the  name  of  academician  A.S.  Sumbatzade.  

Establishment  of  the  Department  of  World  history  at  Baku  State  University  scientific 

schools  bay  the  economic  history  of  Azerbaijan  was  the  result  of  his  50  flight  of 

scientific and pedagogical activity. This continued successfully scientific school at the 

University later prof. A.P.Aliyev and prof. T.T.Veliyev. 

 

 



 

Rəyçilər: t.e.d. İ.Məmmədov, t.e.d. A.Məmmədov 

 

BDU-nun  Tarix  fakültəsinin  “Qafqaz  xalqlarının  tarixi”  kafedrasının  28  oktyabr 

2014-cü il tarixli iclasının qərarı ilə çapa məsləhət görülmüşdür (protokol №16). 

 

Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə