75
1946-cı il martın 2-də qurtardı. Elə həmin gün Məşhəd, Şahrud, Semnan kimi
nisbətən sakit şəhərlərdən sovet qoşunlarının çıxarılmasına başlandı.
59
Ancaq
Cənubi Azərbaycandakı hadisələrlə əlaqədar bu iş bir qədər dayandırıldı. ABŞ və
Böyük Britaniya dövlətləri BMT-nin 1946-cı ilin yanvarında Londonda keçirilən
sessiyasında "İran məsələsi"ni Təhlükəsizlik Şurasının gündəliyinə çıxardılar.
Lakin SSRİ-nin təkidi ilə bu məsələ təxirə salındı.
60
1946-cı il martın 18-də "İran məsələsi" ikinci dəfə Təhlükəsizlik Şurasının
gündəliyinə çıxarıldı və martın 26-da bu məsələyə baxıldı. Ancaq sovet
qoşunlarının martın 24-də yenidən təxliyəsi getdiyi üçün müzakirə İran
hökumətinin xahişi ilə dayandırıldı. 1946-cı il aprelin 4-də Moskvada SSRİ və İran
hökumətləri qalan qoşunların da çıxarılması haqqında razılığa gəldilər.
61
Həmin
tarixdə (4 aprel 1946-cı il) Tehran şəhərində imzalanmış Sovet-İran sazişinin 3-cü
maddəsində deyilirdi: "Azərbaycan (Cənubi Azərbaycan nəzərdə tutulur - Red.)
məsələsi İranın daxili işi olduğundan mövcud qanunlara görə hökumətlə
Azərbaycan əhalisi arasında və Azərbaycan xalqına xeyirxah münasibət ruhunda
islahat keçirməyin dinc yolu tapılacaqdır".
62
1946-cı il aprelin axırından həyata keçirilən sovet qoşunlarının təxliyəsi
İranın başqa rayonları kimi, Cənubi Azərbaycanda da mayın 26-da başa
çatdırıldı.
63
Beləliklə, "Azərbaycan məsələsi İranın daxili işi olduğundan" artıq onun
taleyi həll edilmişdi. Hələ 1942-ci ilin sonundan İranın bütün silahlı qüvvələrinin
ixtiyarını öz əlinə keçirmiş ABŞ hərbi heyətləri 21 Azər hərəkatının əvvəlindən
İranın silahlı qüvvələrini Azərbaycana qarşı hücuma hazırlayırdılar. Bununla
əlaqədar İran hökuməti ABŞ-dan 20 milyon dollarlıq silah və hərbi sursat almış,
əməliyyat zamanı amerikalılar İran qoşununa 40 bombardmançı təyyarə
vermişdilər. İngilislər isə 1946-cı ilin avqustunda İran sərhədinə, Bəsrə şəhərinə 5
diviziya gətirmiş, hərbi gəmiləri İranın Xürrəmşəhr və Abadan limanlarına yan
almışdı.
64
1946-cı il sentyabrın 1-də Azərbaycan Xalq hakimiyyəti üzərinə ümumi
silahlı hücuma başlayan İran hökuməti 1946-cı il dekabrın 20-də onun fəaliyyətinə
son qoydu.
65
76
II BÖLMƏ
AZƏRBAYCAN SSR
DĠNC QURUCULUQ DÖVRÜNDƏ
VƏ MÜSTƏQĠLLĠK ƏRƏFƏSĠNDƏ
I FƏSİL
RESPUBLĠKANIN SOSĠAL-ĠQTĠSADĠ ĠNKĠġAFI
(1945-1960-cı illər)
§
1. RESPUBLĠKANIN ĠQTĠSADĠ HƏYATI XALQ
TƏSƏRRÜFATININ BƏRPASI VƏ ĠNKĠġAFI
40-cı illərin ikinci yarısı. Müharibə sovet ölkəsinin bütün təsərrüfatına çox
ağır zərbə vurdu. 1941-1945-ci illərdə ölkə öz milli sərvətinin üçdə bir hissəsini
itirdi. Milyonlarla adam doğmalarını, yaxınlarını itirmiş, sahibsiz uşaqların sayı
kəskin surətdə artmışdı. Başqa yerə köçürülmüş milyonlarla insanın, əsirlikdən
azad edilmiş yüz minlərlə vətəndaşın taleyi faciəli olmuşdu.
Azərbaycan bilavasitə alman-faşist qəsbkarlarının hücumuna məruz
qalmamışdı, bununla belə, respublika zəhmətkeşləri müharibənin bütün ağırlığını
çəkmişdilər. Müharibədə sənaye istehsalının əsas göstəriciləri kəskin surətdə aşağı
düşmüşdü. Sənayenin ümumi məhsulu 1940-cı illə müqayisədə 22 faiz aşağı
düşmüşdü.
2
Neft hasilatı 1945-ci ildə 1940-cı ildəkinə nisbətən təqribən yarıbayarı
azalmışdı.
3
Müharibə dövründə texniki bitkilər məhsulunun xeyli azalması nəticəsində
istehlak malları istehsalı kəskin surətdə aşağı düşmüşdü. 1945-ci ildə 1940-cı ilə
nisbətən pambıq istehsalı 154 min tondan 65 min tona, barama istehsalı 2384
tondan 1615 tona qədər azalmışdı. 1940-cı ildən 1946-cı ilədək iribuynuzlu mal-
qaranın sayı 1382 min başdan 1203,5 minə enmişdi.
4
Kənd təsərrüfatının maddi-
texniki bazası xeyli zəifləmişdi.
Azərbaycan əhalisi 1940-cı ildə 3304,1 min nəfər idi. 1945-ci ildə onun sayı
17,65 faiz azalmışdı.
5
Müharibə ölkənin əmək ehtiyatlarının istifadəsinə də mənfi təsir
göstərmişdi. Azərbaycanın xalq təsərrüfatında fəhlə və qulluqçuların 1940-cı ilin
oktyabrında 456 min olduğu halda, 1945-ci ilin sentyabrında 396 min nəfərə qədər
azalmışdı.
6
Respublikada xalq təsərrüfatının bərpası hələ işğal olunmuş ərazilər azad
edildikcə başlanmışdı. 1945-ci il mayın 26-da SSRİ Dövlət Müdafiə Komitəsi
77
"Silah istehsalının azaldılması ilə əlaqədar olaraq sənayeni yenidən qurmaq
sahəsində tədbirlər haqqında" qərar qəbul etdi.
7
Azərbaycan SSR xalq
təsərrüfatının, xüsusilə neft sənayesinin bərpası və inkişafı üçün mühüm tədbirlər
görüldü. 1945-ci il mayın 28-də SSRİ DMK "Bakıda neft hasilatını artırmaq
tədbirləri haqqında" xüsusi qərar qəbul etdi.
8
Qərarda neft sənayesini inkişaf
etdirməyin böyük proqramı nəzərdə tutulmuşdu. Müharibə qurtarandan sonra
müəssisələrdə iş vaxtından artıq işləmək hallarına son qoyuldu. 8 saatlıq iş günü və
illik məzuniyyətlər bərpa edildi. 1945-ci il dekabrın 1-dən müharibə illərində
istifadə edilməmiş məzuniyyətlərə görə pul kompensasiyasının ödənilməsinə
başlandı.
9
Maşınqayıranlar tezliklə neft-mədən avadanlığı buraxılışını bərpa etdilər,
yeni neft avadanlığının növlərini istehsal etməyi öyrəndilər. 1946-cı ilin əvvəlində
"Azneftmaş" trestinin neft-maşınqayırma zavodlarının mülki məhsul buraxmağa
keçidi başa çatdı. Müharibədən qabaqkı məmulatın nomenklaturası tamamilə bərpa
olundu, neft avadanlığının bir sıra yeni növlərinin buraxılışı qaydaya salındı. 1946-
cı ildə bu zavodların məhsulu 1945-ci ildəki həcmdən 14,5 faiz çoxaldı.
10
Neft avadanlığının təmiri və ehtiyat hissələrinin hazırlanması, habelə yeni
növ cihazların istehsalı geoloji-kəşfiyyat işlərinin genişləndirilməsinə, quyuların
bərpa olunmasına, həcminin artmasına, neft hasilatının çoxalmasına kömək edirdi.
1946-cı ildə respublikada neft hasilatı 1945-ci ildəkinə nisbətən 463 min ton, yəni
dörd faiz artdı.
11
1946-cı ildə bütün neft emalı və təmizləyici qurğular əsaslı təmir olunurdu.
Elə həmin il termiki krekinq qurğularının yenidən qurulması başa çatdırıldı,
12
kükürd turşusu katalizatoru ilə benzolu propilenlə alkilləşdirən qurğu istismara
verildi.
13
1946-cı ildə Azərbaycanda iqtisadiyyatın yenidən qurulması başa çatdırıldı,
respublika sənayesi ümumi məhsulunun həcmi 1940-cı il səviyyəsinin 80 faizinə
çatdı.
14
Sənayenin yenidən qurulmasındakı uğurlar respublikanın xalq təsərrüfatının
digər sahələrində də yenidənqurmanın sürətini artırdı. Sənaye tikintisi və mülki
tikinti genişləndi.
Hərbi iqtisadiyyatdan dinc iqtisadiyyata keçidin müvəffəqiyyətlə başa
çatdırılması xalq təsərrüfatını bərpa və daha da inkişaf etdirmək vəzifələrini yerinə
yetirmək sahəsində işləri daha çox genişləndirməyə imkan yaratdı.
SSRİ xalq təsərrüfatının bərpası və daha da inkişaf etdirilməsinə dair
dördüncü beşillik (1946-1950-ci illər) plana
15
1946-cı il martın 18-də SSRİ Ali
Sovetinin birinci sessiyasında baxıldı. 1946-1950-ci illərdə Azərbaycan SSR xalq
təsərrüfatının bərpa və inkişaf etdirilməsinə dair beşillik planda sənayenin və kənd
təsərrüfatının inkişafını müharibədən əvvəlki səviyyəyə yüksəltmək və bu
səviyyəni ötüb keçmək əsas vəzifə kimi irəli sürüldü.
16