TariXİN ƏBƏDİSİ (HƏZRƏt ayətullah seyiD ƏLİ xameneiNİn nitqləRİNDƏ)



Yüklə 1,19 Mb.
səhifə17/23
tarix15.07.2018
ölçüsü1,19 Mb.
#55977
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
1 Əmir əl-Mömininin (ə) “Şiqşiqiyyə” xütbəsindəndir: “Agah olun! Toxumu ortadan yaran və insanı xəlq edən Allaha and olsun, bu qədər camaat (mənə beyət etmək üçün) toplaşmasaydı, höccətin tamam olmasına kömək etməsəydilər, Allah-təalanın zalımın (zülm vasitəsilə) doyması və məzlumun (onun zülmündən) ac qalmasına razılaşmamaları üçün üləmalardan aldığı əhd olmasaydı xəlifəlik dəvəsinin yüyənini hər an onun hörgücünün üstünə atardım xəlifəliyin sonuna əvvəlcə verdiyim kasada su verərdim. (Əvvəllər bu işi etmədiyim kimi indi kənara çəkilər, xəlifəliyi tərk edib camaatı azğınlıq içində buraxardım, çünki) bilirsiniz ki, sizin bu dünyanız mənim üçün dişi keçinin asqırığı qədər dəyərsizdir” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 173, səh. 248).

2 “Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 173, səh. 148.

3 Əmir əl-Möminin (ə) xəvaricin car çəkdiyi “La hökmə illa lillah” şüarını izah edərək buyurmuşdur: “Batil məqsəd üçün işlədilən haqq bir sözdür. Bəli, Allahdan başqa qeyrisinin hökmü yoxdur. Ancaq xəvaric deyir: (Xalqın arasında) əmirlik və rəislik Allaha məxsusdur. Xalq arasında istər xeyirxah, istərsə də pis əməl sahibi əmirin lazım olması labüddür. Onun rəhbərliyi və hakimliyi altında mömin ibadətlə məşğul olur, kafir isə öz bəhrəsini götürür (əmirin olması sayəsində hamı hərc-mərclik, iztirab narahatlıqdan azaddır). Allah onun zamanında hər kəsi müəyyən olunmuş əcəlinə yetirir (əmir olmasa camaat bir-birinin canına daraşar) və onun vasitəsilə (ehtiyac olan vaxt istifadə edilməsi üçün) vergilər yığılır. Düşmənlə müharibə edilir, yollarda (oğru soyğunçuların əlindən) əmin-amanlıq olur. Xeyir əməl sahibinin pozğunlardan (şərindən) asudə olması və rifahda yaşaması üçün zəif və gücsüzün haqqı güclü və zülmkardan alınır” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 40, səh. 82).

4 “Qürər əl-hikəm”, səh. 119; “İrşad əl-qülub”, c. 1, səh. 124; “əl-Fəzail”, səh. 137; “Kəşf əl-ğummə”, c. 1, səh. 170; “ət-Təraif”, c. 2, səh. 512; “Şərhi-Nəhc əl-bəlağə”, İbn Əbu əl-Hədid”, c. 7, səh. 253; “əs-Sirat əl-müstəqim”, c. 1, səh. 230; “Mənaqib”, İbn Şəhr Aşub, c. 2, səh. 38; “Bihar əl-ənvar”, c. 66, səh. 209.

1 Əmir əl-Möminin (ə) digər bir kəlamında buyurur: “Mənim Rəbbim tərəfindən (öz doğru dürüstlüyümə) sübutum və dəlilim var, öz Peyğəmbərimin göstərişi ilə doğru yolla gedirəm (O Həzrət tərəfindən xəlifəliyə təyin olunmuşam), aydın və aşkar bir üsulla (müqəddəs İslam dininin buyurduğu kimi) rəftar edirəm ( öz gözaçıqlığımla səhv yollar arasından), haqq yolu tapmışam və onunla gedirəm” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 97, səh. 42). Başqa bir kəlamında buyurur: “Mənim öz Rəbbimə yəqinliyim var, öz dinimdə heç bir şəkk və şübhəm yoxdur” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 22, səh. 63. Həmçinin buyurur: “Agah olun ki, şeytan öz dəstəsini və qoşununu (insanları günaha salmaq üçün) toplayaraq (dində fitnə-fəsad yaratmaq üçün) öz ordusunun süvarilərini və piyadalarını yığsa da, (dünya din işlərində) bəsirətim məndən ayrılmaz. (Heç vaxt qəflət unutqanlığa düçar olmaram ki, şeytanın onun kimilərin dəstəsinə daxil olum.) Nə haqqı əynimə (cəhalət nadanlıq libasında) geymişəm, nə də o mənim üstümə (batil libasında) geyindirilib” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 10, səh. 54).

1 “İrşad”, Müfid, c. 2, səh. 141; “Bihar əl-ənvar”, c. 41, səh. 110.

2 Hədisin tam mətni üçün bax: Əlavə:11.

1 Bu ayə Məkkədə nazil olmuşdur. Əmir əl-Möminin (ə) o zaman yeniyetmə və gənc yaşlarını geridə qoymuşdu. Bir çox təfsirçilərin etirafına görə ayənin şəni-nüzulu o həzrətdir (ə) “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (“Zumər”, 9) (“Təfsir əl-bürhar”, c. 4, səh. 699; “Təfsiri-Qumi”, c. 2, səh. 246).

2 Əbu Dərdanın sözlərinin mətni üçün bax: Əlavə: 11.

3 (İmam Əlinin (ə) səhabələrinin seçilmişlərindən olan) Nauf (ibn Fəzalə) Bikalidən nəql edilib ki: Bir gecə gördüm ki, Əmirəl-möminin əleyhis-salam öz yatağından qalxıb çölə çıxdı və ulduzlara baxaraq belə buyurdu: Ey Nauf, yatmısan, yoxsa oyaqsan? Dedim: Oyağam, ey Əmirəl-möminin!” Buyurdu: Ey Nauf, dünyada zahid olub axirətə ürək bağlayanların xoş halına! Onlar yeri xalça, onun torpağını yataq və suyunu dadlı şərbət ediblər (məişət ləvazimatlarına etinasızdırlar)(həmçinin) Quranı köynək (qəlbin zinət bəzəyi) və duanı üst paltarı (hadisələrin qarşısını alan) ediblər. Beləliklə, (dünyaya rəğbəti olmayan Həzrət İsa) Məsih kimi dünyanı özlərindən ayırıblar.

Ey Nauf, Davud əleyhis-salam gecənin bu saatında (səhərə yaxın Allah-təala ilə razü-niyaz üçün) qalxaraq dedi: Bu elə bir saatdır ki, onda dəhyek toplayandan (bac alan yolkəsəndən), xalqı zalımlara tanıtdıran və sirlərini onların yanında faş edəndən, gecə qarovulçusundan və darğanın həmkarlarından və saz, nağara və təbil çalandan başqa dua edən hər bir kəsin duası qəbul olar (“Nəhc əl-bəlağə”, qısa kəlamlar: 104, səh. 486).



4 “Səhifeyi-Ələviyyə” Abdullah ibn Saleh Səmahici tərəfindən toplanmış duaların toplusudur. Seyid Haşim Rəsuli Məhəllati onu fars dilinə tərcümə etmişdir. Bu kitabda Əmir əl-Möminindən (ə) yüz əllidən çox dua nəql olunmuşdur. Müəllif müqəddimədə ona görə duaların sənədinin səhih olduğunu bildirir. Lakin kitabın həcminin artmaması üçün sənədləri də onun mətninə əlavə etməyi məqsədə uyğun hesab etməmişdir.

5 Əmir əl-Möminin (ə) Cəməl döyüşü bitdikdən sonra Bəsrəyə daxil oldu. Bir neçə gün orada qaldı. Şəban ayının yarısı idi. Səhabələri arasında o gecənin fəziləti haqqında söz açdı və bu arada həzrət Xızırın (ə) duası haqqında danışdı. Şəban ayının ortasında onu oxumağı tövsiyə etdi. Səhabələr dağılışdılar. Gecə yarısı Kümeyl Əmir əl-Mömininin (ə) qaldığı evə yaxınlaşdı və həzrətdən (ə) ona Xızır duasını öyrətməsini istədi.

Əmir əl-Möminin (ə) duanı ona öyrətdi və tövsiyə etdi ki, imkan qədərincə hər cümə gecəsi, mümkün olmasa ayda bir dəfə, yaxud ildə bir dəfə, əgər bu da olmasa, heç olmazsa, ömründə bir dəfə bu duanı oxusun. Başqa bir rəvayətə görə, Kümeyl demişdir: “Əmir əl-Möminin (ə) bu duanı Şəban ayının ortasında, səcdə halında oxuyurdu və mən onu əzbərlədim” (“İqbal əl-əmal”, səh. 706; “Misbah əl-müctehid”, səh. 844).

Hər halda “Kümeyl” duası həzrət Xızırın duasıdır və Əmir əl-Möminin (ə) onu Kümeylə öyrətmişdir. Kümeyl tərəfindən yayıldığı üçün “Kümeyl”in adı ilə şöhrət qazanmışdır. Bu dua, dua kitablarında, o cümlədən “Məfatih əl-cinan” kitabında nəql olunmuşdur.


1 İmam Xomeyni “Şəbaniyyə” minacatı haqqında demişdir: “Bu dua haqqında deyilmişdir ki, bu minacat Əmir əl-Mömininin (ə) və övladlarının minacatıdır. Bütün imamlar (ə) onunla Allahı çağırmışlar. Çox az dua və minacat var ki, onun haqqında “bütün imamlar (ə) onu oxumuşlar və onun vasitəsi ilə Allahla minacat edirmişlər” sözləri deyilsin” (“Cihadi-Əkbər”, səh. 37). Seyid İbn Tavus “İqbal əl-əmal” (səh. 687) kitabında yazır: “Bu, Əmir əl-Mömininin (ə) minacatıdır və bütün imamlar onu oxuyurdular”.

2 Şübhəsiz, Əmir əl-Möminin (ə) bu ayənin ən bariz nümunələrindəndir: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar” (“Nur”, 37).

3 İmam Sadiq (ə) Cəmil ibn Salehə buyurdu: “Əgər ramazan ayında və ya digər aylarda sənin üçün gündə min rəkət namaz qılmaq mümkün olsa, min rəkət namaz qıl. Çünki Əli (ə) gün ərzində min rəkət namaz qılırdı” (“Təhzib əl-əhkam”, c. 3, səh. 61; “əl-İstibsar”, c. 1, səh. 461; “əl-Bələd əl-əmin”, səh. 177).

Həmçinin İmam Sadiq (ə) Əbu Bəsirə buyurmuşdur: “Ramazan ayında bacarsan min rəkət namaz qıl. Çünki Əmir əl-Möminin (ə) ömrünün sonlarında gündə min rəkət namaz qılırdı” (“əl-Kafi fi əl-üsul”, c. 4, səh. 154).

Şeyx Səduq “Xisal” əsərində nəql etmişdir: “Əli ibn Hüseyn (ə) bir gündə min rəkət namaz qılırdı. Necə ki, Əmir əl-Möminin (ə) da bir güncə min rəkət namaz qılırdı. O həzrətin beş yüz xurma ağacı var idi ki, hər birinin yanında iki rəkət namaz qılırdı” (“əl-Xisal”, c. 2, səh. 517).

İmam Səccad (ə) buyurmuşdur: “Əmir əl-Möminin (ə) üçün bir müsibət baş verdikdə o gün min rəkət namaz qılardı: “Sizin üçün bir müsibət baş verdikdə mənim etdiyim kimi edin. Çünki mən Peyğəmbərin (s) belə etdiyini görmüşəm”. İmam Səccad (ə) sonda buyurdu: “Mən də həmişə Əmir əl-Möminin (ə) kimi edirəm” (“əd-Dəəvat”, səh. 287).



1 “İrşad əl-qülub”, c. 2, səh. 217.

2 “Nəhc əl-bəlağə”, Sübhi Saleh, səh. 480, qısa kəlamlar: 73.

3 “Məsnəviyi-Məsnəvi” (Niklison nüsxəsi), beşinci dəftər, səh. 14).

1 Əmir əl-Mömininin (ə) xütbəsinin bir hissəsidir: “Fəsad və pozğunluq aşkar olmuşdur (yaxşı işlər qadağan, qadağalar əmr olunub). Bunu dəyişdirəcək bir kimsə, nə də bunu qadağan edəcək şəxs yoxdur!! (Yaxşı işə dəvət etmir pis işdən çəkindirmirlər.) Bu minvalla da cənnətdə, Allahın rəhmətinin sayəsində və Onun ən dəyərli dostlarından olmaq istəyirsiniz? Sizin düşüncələriniz nə qədər uzaq və nadürüstdür!! Allahı Onun cənnətinə getmək üçün (çirkin işlər görüb «rəhmli, kərəmli bağışlayandır» deməklə) aldatmaq olmaz. Onun razılığı itaət və bəndəlikdən başqa heç nə ilə qazanılmaz. Allah lənət etsin, (Allahın rəhməti onlardan uzaq olsun) yaxşı işlərə əmr edib özü onları yerinə yetirməyənlər və pis işlərdən çəkindirib özü belə işləri görənlərə” (“Nəhc əl-bəlağə”, xütbə, 129).

2 İmam Baqir (ə) nəql edir: Bir kişi Ənəs ibn Malikdən eşitdi ki, bu ayə İmam Əli (ə) haqqında nazil olmuşdur: “Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” (“Zümər”, 9).

O şəxs deyir: “Getdim ki, Əlinin (ə) ibadətini yaxından izlədim. Allah şahiddir ki, onun belə olduğunu gördüm. Məğrib vaxtı idi. Səhabələri ilə məğrib namazını qılırdı. Namazdan sonra müstəhəb əməllərlə (təqibati-namaz) məşğul oldu. İşa namazının vaxtı çatdı. İşa namazını da qıldı və evə qayıtdı. Mən də həzrətlə (ə) onun evinə getdim. Bütün gecəni Quran oxumaqla, namazla keçirdi. Sübh namazının vaxtı gəlib çatdı. Dəstəmazını təzələdi və məscidə yollandı. Məsciddə camaatla sübh namazını qıldı. Gün çıxanadək mehrabda oturub müstəhəb əməllərlə məşğul oldu. Gün çıxdıqdan sonra camaatın müraciətləri başlandı. Dəstə-dəstə həzrətin (ə) hüzuruna gəldilər. Problemlərini həll edirdilər. Bur dəstə dururdu, başqa bir dəstə otururdu. Beləcə, Zöhr namazının vaxtı gəlib çatdı. Həzrət (ə) Zöhr namazı üçün dəstəmazını təzələdi. Zöhr namazını öz səhabələri ilə qıldı. Əsr namazınadək mehrabda ibadətlə məşğul oldu. Əsr namazından sonra camaatın müraciətləri başlandı. Həzrət (ə) müraciət edənlərə cavab verirdi. Ya qəzavət edir, ya fitva verirdi. Beləcə gün batdı. Bu zaman mən məsciddən çıxdım. Öz-özümə deyirdim: “Şahidəm ki, bu ayə Əli ibn Əbu Talibin (ə) haqqındadır”. (“Əmali”, Səduq, məclis: 47, həsid: 14, səh. 282).



1 Əmir əl-Mömininin (ə) israrla söylədiyi tövsiyələrindəndir: “Ey insanlar! Hidayət və nicat yolunda ona tabe olanların azlığından ( müxaliflərin çoxluğundan) qorxub vahiməyə düşməyin. Çünki insanlar toxluğu az, aclığı isə çox olan bir süfrənin başına toplaşıblar” (“Nəhc əl-bəlağə”, Sübhi Saleh, xütbə: 201, səh. 319).

2 “Nəhc əl-bəlağə”, xütbə: 311.

1 “Ənfal” surəsinin 30-cu ayəsi nazil olduqdan sonra Peyğəmbər (s) Əliyə (ə) buyurdu: “Ey Əli! Cəbrail bu ayəni mənə tilavət etdi və Qüreyşin qətl fitnəsindən xəbər verdi. Allahın gecə ilə Məkkədən xaric olmaq, Sövr mağarasına doğru getmək haqqındakı göstərişini də bu gecə bildirdi. Mənə əmr etdi ki, Qüreyşin mənim getdiyimi bilməməsi üçün səndən yerimdə yatmanı istəyim. İndi sən nə deyirsən? Və nə edirsən? “Əli (ə) dedi: “Mənim sənin yerində yatmağımla təhlükə sizdən sovuşacaqmı? Siz salamat qalacaqsınızmı? Peyğəmbər (s) buyurdu: “Bəli!” Əli (ə) gülümsədi. Gülüşlü çöhrəsi ilə səcdəyə getdi və alnını yerə qoydu və Allaha Peyğəmbərin (s) salamat qalacağı üçün şükür etdi: Əli (ə) başını səcdədən qaldırdıqdan sonra Peyğəmbər (s) dedi: “Arxayın olaraq Allahın tapşırdığı vəzifənin ardınca get. Gözüm, qulağım, canım, bütün vücudum sizə fəda olsun. Mənə nə əmr etsəniz itaət etməyə hazıram. Əmin olun ki, istədiyiniz kimi davranacağam. Əlbət ki, nə uğur əldə etsəm də Allah tərəfindən nəsib olmuş lütf olacaq”.

Peyğəmbər (s) Əliyə (ə) lazımi göstərişləri verdi və buyurdu: “Ey Əli” Allah öz övliyalarını imanları həddində sınağa çəkir. Buna görə də ən çox bəlaları, sınaqlara peyğəmbərlər (ə) məruz qalmışlar. Onlardan sonra ən çox əziyyəti övsiyalar çəkəcək. Övsiyalardan sonra isə sonrakı pillələrdə olanlar daha çox imtahan olunacaqlar. İndə də Allah səni və mənim sınağa çəkir. Bu imtahan həzrət İbrahim (ə) imtahanı kimidir. Ona oğlu İsmayılı Allah yolunda kəsmək tapşırılmışdır. Elə isə səbir et. Dözümünü artır. Allahın yaxşı əməllilər üçün mərhəməti yaxındır (“Əmali”, Şeyx Tusi, məclis, 16, hədis: 37, səh. 465).



1 Peyğəmbərin (s) vəsiyyətinə görə, onun dəfni ilə bağlı işlər Əlinin (ə) öhdəsinə qoyulmuşdu. Ondan sonra Quranı toplamaq məsuliyyəti də onun üzərinə düşürdü. Əmir əl-Möminin (ə) Peyğəmbərin (s) vəfatına səbir etməsi və o həzrətin (s) dəfn mərasimi və Quranı toplamaq məsələsi kimi iki mühüm vəzifəsi haqqında buyurur: “Bu arada səbrini əldən verməyən yalnız mən idim. Özümə tam hakim idim. Susdum və Peyğəmbərin (s) əmrlərinin icrası ilə, yəni o həzrətin (s) qüsllənməsi, kəfənlənməsi və namazı ilə məşğul idim. Mübarək bədənini torpağa tapşırdım. Sonra isə o həzrətin (s) Quranın toplanması ilə bağlı göstərişini həyata keçirdim. Ara verməyən göz yaşlarım, ürək yaxan nalələrim, ürək yanğım, müsibətin böyüklüyü məni bu vəzifələrin həyata keçirilməsindən saxlaya bilmədi. Beləcə, Allahın və Peyğəmbərinin (s) vacib haqqını həyata keçirdim. Mənə əmr olunanı sona yetirdim. Səbirlə, uzaqgörənliklə onların hamısına dözdüm” (“Xisal”, Şeyx Səduq, c. 2, səh. 371; “İxtisas”, Şeyx Müfid, səh. 170).

2 “Nəhc əl-bəlağə” Sübhi Saleh, xütbə 5, səh. 52.

1 “Nəhc əl-bəlağə” Sübhi Saleh, xütbə 62, səh. 451.

2 “Nəhc əl-bəlağə” Sübhi Saleh, qısa kəlam: 229, səh. 350.

1 “Nəhc əl-bəlağə” Sübhi Saleh, qısa kəlam: 3, səh. 49.

2 İyirmi birinci fəsildə (“Əmir əl-Mömininin (ə) daxili müharibələrdəki qətiyyəti”), həmçinin “Nəqşi-Negar” kitabının Cəməl döyüşü fəslində bu haqda ətraflı söhbət açılmışdır.

3 Siffeyn döyüşü yüz on gündən çox çəkdi. Bu zaman baxımından o dönəmin döyüşləri arasında bənzərsiz idi. Bu döyüşün tələfatı da olduqca çox idi. Belə ki, bu döyüşdə ölənlərin sayının ən azı yetmiş min olduğunu yazmışlar. Bunların 45 mini Müaviəyənin qoşunundan, 25 mini isə İmam Əlinin (ə) qoşunundan idi (“Müruc əz-zəhəb”), c. 2, səh. 352; “Tarixi-Xüləfa”, səh. 118).

1 “Dəaim əl-İslam”, c. 1, səh. 393; “Ənsab əl-əşraf”, c. 2, səh. 359.

2 “Nəqşi-Negar” kitabında (səh. 132-137) və 42-ci əlavədən 44-cü əlavəyədək xəvaric haqqında geniş məlumat verilmişdir.

3 “Bəqərə” 207.

4 Bu ayənin Əmir əl-Möminin Əli (ə) haqqında nazil olması əksər İslam firqələri tərəfindən yekdil olaraq qəbul edilir. Əmir əl-Mömininin (ə) şura üzvlərinə dəlil gətirdiyi “İrşad” hədisində həzrətin (ə) parlaq keçmişi ilə bağlı bir çox nümunələrə işarə olunmuşdur. Orada bu ayənin hicrət gecəsində nazil olması da açıqlanılır: “Sizin aranızda məndən başqa haqqında “İnsanların eləsi də vardır ki, Allahın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!” ayəsi nazil olan varmı? Bu ayə Allahın razılığını əldə etmək üçün Peyğəmbərin (s) yerində yataraq onun canını qoruduğum zaman nazil olmuşdur”. Dedilər: “Xeyr! Belə birini tanımırıq” (“Əmali”, Şeyx Tusi, məclis: 20, hədis 4, səh. 551).

Fəxr Razi öz təfsir əsərində yazır: “Bu ayə Əli ibn Əbu Talib (ə) haqqında nazil olmuşdur. Bu, Peyğəmbər (s) Məkkəni tərk edərək Mədinəyə yollandıqda və Əli (ə) onun yatağında yatdıqda baş vermişdir (“Təfsiri-Fəxri Razi”, c. 5, səh. 221).


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə