Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   28   29   30   31   32   33   34   35   ...   120

 
94 
Bütün  gecəni  və  sonrakı  günləri  Aleksandr  peşimançılıqda  keçirdi.  O, 
biabırçılıqdan  əzab  çəkirdi,  köhnə  dostuna  səmimi  olaraq  heyfı  gəlirdi,  daha  çox 
isə  onu  öz  əli  ilə  sevimli  qardaşdan  məhrum  etdiyi  xeyirxah  Lanikaya  yazığı 
gəlirdi.  Hər  şeydən  daha  acı  olanı  isə  o  idi  ki,  çara  layiq  qaydada  hərəkət 
etməmişdi. Özünü demək olar ki, allah hesab edən Aleksandr indi adamların içinə 
çıxmaqdan  utanırdı.  Qoşun  yığıncağı  itaətkarcasına  çarın  ədalətli  hərəkət  etməsi, 
toqquşmada Klitin özünün günahkar olması və bu işə guya fövqəltəbii qüvvələrin 
qarışdığı  barədə  qərar  çıxardıqdan  sonra  o,  yenidən  öz  işləri  ilə  məşğul  olmağa 
başladı. 
Lakin  Aleksandrın  peşimançılığı  onun  siyasətinin  dəyişilməsinə  gətirib 
çıxarmadı. İstənilən müqavimət onu ancaq sərtləşdirirdi. Klitin həlak olmasında o, 
hansısa simvolik bir şey görürdü. Nə baş versə də çar daha böyük inadkarlıqla öz 
məqsədlərini  həyata  keçirməyə  can  atırdı.  Aleksandr  özünü  adamlardan,  onların 
hüquq  və  vəzifələrindən  yuxarı  hesab  edirdi.  Klit  sadəcə  çarı  məzəmmət 
etməmişdi.  O,  Aleksandrın  ən  məhrəm  arzusunu  dilə  gətirmişdi.  Çarın 
davranışından onun yaxın planları barədə fikrə gəlmək olardı. Bir neçə ay keçəcək 
və  çar  tələb  edəcəkdir  ki,  əyanları  onu  diz  çökməklə  salamlasınlar.  O,  dünya  və 
insanların müqəddəratını həll edən kimi tanınmaq istəyirdi. 
Daranın  ölümündən  sonra  Aleksandrın  siyasəti  ona  yönəlmişdi  ki,  gələcək 
imperiyanı  yaratmaq  üçün  Şərqin  müxtəlif  qüvvələrini  oyatsın.  İmperiya  ideyası 
çarın  öz  istəkləri  ilə  sıx  birləşərək  ona  gətirib  çıxardı  ki,  saray  mərasiminə  şərq 
elementləri  daxil  olmağa  başladı.  Aleksandr  çoxdan  pers  paltarları  geyinirdi  və 
persləri sarayın mühafizəsinə daxil etmişdi. Görünür, Böyük çarın hərəmxanası da 
ona  keçmişdi.  Baxmayaraq  ki,  əlinə  düşəndən  istifadə  etmirdi.  Hətta  onun  atın 
belinə  oturtmaq  qaydası  da  perslərdən  götürülmüşdü.  Aleksandr  ümumiyyətlə 
Persiya  hökmdarlarının  həyat  tərzinə  meyl  edirdi,  özünün  sadəliyinə  və 
ehtiyatlılığına baxmayaraq onun despotizmə meyli də nəzərə çarpırdı. Buna onun 
müstəsna  özündən  razılığı,  hədd  bilməyən  temperamenti,  hökmlü  təbiəti  də  şərait 
yaradırdı.  Çar  cəzaları  da  Şərqdən  götürməyə  başladı,  o,  çubuqla  döyməni  geniş 
tətbiq edirdi, yerli sakinlər barədə isə qəsdən şikəst etmə cəzasından da çəkinmirdi. 


 
95 
Şərqləşməyə  yönəlmiş  tədbirlər  içərisində  Aleksandrın  proskinezanı,  başqa  sözlə 
Persiyada  qəbul  edilmiş  hökmdar  qarşısında  diz  çöküb  onu  öpmə  qaydasının  öz 
svitası üçün tətbiq etməsi cəhdi də var idi. 
Asiyada  yuxarılarla  aşağılar  arasında  fərqi  vəcdlə  və  ehtirasla  nümayiş 
etdirmək dəbi var idi. Belin bükülməsi ləyaqətin alçaldılması deyil, ancaq nəzakət 
formulası  idi.  Diz  çökülməsi  hörmət  və  sədaqəti  ifadə  edirdi.  Fərq  olan  yerdə 
proskineza asanlıqla icra olunurdu. Çarın qarşısında şəxsən dayanmaq xoşbəxtliyi 
bu  ritualdan  daha  bütöv  olurdu.  Persiyada  isə  proskineza  Əhəmənlərdə  hələ  Kir 
dövründən  qəbul  olunmuşdu.  Burada  öpmək  İran  ənənəsi  idi,  yerə  döşənmək  isə 
Babilistan  və  Assuriyadan  keçib  Misirdən  gəlməklə  qədim  şərq  ənənəsi  idi. 
Müxtəlif  ölkələrdən  götürülmüş  bu  ritual  perslərdə  çarın  böyüklüyünü  göstərməli 
idi.  Lakin  bu  ritualın  çarı  allahlaşdırmaqla  heç  bir  əlaqəsi  yox  idi.  Bu  ənənənin 
mövcud  olduğu  ölkələrdə  çarlar  allahlaşdırılmırdı.  Hökmdarlar  ancaq  allahların 
sevimlisi  hesab  olunurdu.  Şərqin  sakinləri  üçün  diz  çökmə  təbii  hal  hesab 
olunurdu.  Makedoniyalılarda  və  yunanlarda  isə  bu  böyük  bədbəxtlik  hesab 
olunurdu,  çünki  yalnız  allahlar  qarşısında  əyilmək  lazım  idi.  Hətta  allahlara  diz 
çökmək  də  o  qədər  alqışlanmırdı.  Bu  ölkələrdə  çar  “bərabərlər  arasında  birinci” 
hesab  olunurdu.  Aleksandr  Əhəmənlərin  varisi  və  Böyük  çar  kimi  proskinezanı 
təbii  hal  sayan  İran  əyanlarını  öz  ətrafına  qəbul  etmişdi.  Onlar  diz  çökəndə 
makedoniyalıların  istehzasından  qorxurdular.  Makedoniyalıları  isə  bu 
hiddətləndirirdi, onlar Aleksandrın qarşısında hətta perslərin bel bükməsini görmək 
istəmirdilər. Çar isə nəinki bunu bəyənirdi, hətta öz avropalılarından da gözləyirdi. 
Axı  Persiya  çarlarına  öz  təbəələri  tərəfindən  ellinlərin  öz  allahlarına  olduğundan 
daha artıq səcdə edirdilər. Aleksandr da məhz belə səcdəyə can atırdı. 
Proskineza  məcburiyyət  kimi  görünməməli  idi.  Hefestion  və  digər  yaxın 
adamlar  nümunə  göstərməli  idilər.  Aleksandr  ellinlərin  də  müqavimətini  nəzərə 
almamışdı,  lakin  məhz  yunan  ən  kəskin  vaxtda  müqavimət  nümunəsi  göstərdi. 
Kallisfen  çox  vaxt  ziyafətlərə,  içki  məclislərinə  dəvətdən  imtina  edirdi.  Bu  ona 
hörməti  artırsa  da  onu  çarla  yaxınlaşdırmırdı.  Yunan  baş  vermiş  dəyişikliklərdə 
ellin mədəniyyətinin əsaslarından imtinanı görürdü. Çarın tətbiq olunmasını təqdir 


 
96 
etdiyi mərasimlərdə Kallisfen ən biabırçı halı ona ilahi səcdələri deyil, barbarlarda 
qəbul  olunmuş  qul  itaətini  hesab  edirdi.  Ellin  fəlsəfi  idealların  önündə  çar- 
hegemon  indi  despota,  azad  insanlar  isə  qullara  çevrilirdi.  Yunanların  perslər 
tərəfindən  ruhi  cəhətdən  qula  çevrilməsi  təhlükəsi  var  idi.  Kallisfen  başa  düşürdü 
ki,  onun  xalqının  barbarlardan  yüksək  olduğunu  göstərən  hər  şey  şübhə  altına 
alınır.  Kallisfen  üçün  də  ellin  mədəniyyətindən  yüksək  heç  nə  yox  idi.  O,  seçki 
qarşısında qalmışdı: ya Ellada, ya da onu inkar edən Aleksandr. Kallisfen Elladanı 
seçdi,  özünü  çarın  tərəfdarı  kimi  deyil,  Aristotelin  şagirdi,  hüquq  və  azadlığın 
müdafiəçisi kimi göstərdi. 
Yenə  də  çar  yanında  ziyafət  gedirdi  və  bu  xüsusi  növ  tədbir  idi.  Bütün 
iştirakçılar  böyük  gərginlikdə  idi.  Hefestion  baş  təşkilatçı  idi.  O,  hər  bir  adamla 
söhbət  edib  mərasimin  necə  keçirilməsini  onlarla  razılaşmaq  istəyirdi.  Çar  dövrə 
üzrə  hər  bir  qonağın  sağlığına  badə  qaldıracaqdı.  Əvvəlcə  qızıl  qədəhi  öz 
dodaqlarına  yaxınlaşdıracaq,  sonra  isə  şərəfinə  tost  dediyi  adama  göndərəcəkdi. 
Həmin adam ayağa durmalı, mehraba yaxınlaşmalı, orada qədəhi boşaltmalı, sonra 
isə diz çökməli və axırda çarla dodaq dodağa öpüşməli idi. Mehrabın rolu barədə 
məsələ  qalxdı.  Onunla  proskineza  arasında  hansı  əlaqə  vardır?  Yəqin  ki,  burada 
perslərin atəşpərəstliyi nəzərdə tutulurdu. Qədim zamanlardan iranlılarda oda inam 
qalırdı, bunu Zaratuştra da qəbul etmişdi. “Od ali qüvvədir, o dünyanı əhatə edir və 
ona  nüfuz  edir.  Hər  şey  yanması  ilə  yaşayır  və  hər  şeydə  həmin  səma  odu  yanır. 
İnsan da təkcə bu qüvvə ilə yaşayır. Onun iradəsi və ağıl bu səma odunun meydana 
çıxması mətləbidir, insan səma odunda, onun vasitəsi ilə, ondan hərəkət edir”. Od 
burada həm də işığı – şərin qaranlığına qarşı duran ilahi stixiyanı təcəssüm etdirir. 
Pers  qaydalarını  qəbul  edən  Aleksandr  onun  sifətini  işıqlandıran  çar  oduna  da 
hörmətlə yanaşırdı. Hətta 324-323-cü illərin qışında Aleksandr Hefestionun ölümü 
münasibəti  ilə  matəmdə  bütün  mehrablarda  odun  söndürülməsinə  göstəriş 
vermişdi.  Vəfat  edən  son  illərdə  Aleksandrın  hökmdar  yoldaşı  olmuşdu. 
Aleksandrın özünün ölümündən sonra da müqəddəs odlar söndürülmüşdü. 
Ziyafət  keçirilməsinə  qayıtsaq,  Aleksandr  zala  daxil  olmaqla  yeyib-içmək 
başlandı.  Çar  öz  qədəhini  qaldırdı,  Hefestionun  sağlığına  içdi.  Ondan  sonra 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə