Tarixin göy qübbəsini işıqlandıranlar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/120
tarix28.11.2017
ölçüsü5,01 Kb.
#12997
1   ...   27   28   29   30   31   32   33   34   ...   120

 
91 
asırdı.  Burada  iranlılar  da  iştirak  edirdi.  Makedoniya  kobudluğu  və  ellin 
boşboğazlığı  onlara  o  qədər  də  xoş  gəlmirdi.  Çətinliklər  isə  dildən  başlanırdı. 
Hansısa Yevrepidin ədəbi, mifoloji insanları və qırıq-qırıq kəlmələri onu öz milli 
şairləri  hesab  edən  makedoniyalı  qoçaqların  da  yaxşı  bildikləri  halda,  perslərə 
xüsusən müəmmalı gəlirdi. Ona görə də onlar özlərini təmkinli aparırdı. 
Marakanda  qalasında  toplanan  hetayrlar  və  “çar  qonaqları”  cəmiyyəti  belə 
idi.  328-ci  ilin  payızı  idi.  Klit  öz  yeni  təyinatını  bu  yaxınlarda  almışdı. 
Məclisdəkilər  çox  içmişdilər,  şərab  qonaqları  kefləndirmişdi.  Erida  adlı  qadın 
ortaya nifaqa səbəb olan bir söz atdı. Əvvəlcə söhbət Dioskurlardan (onlar Zevslə 
Ledanın  əkiz  oğlanları  olmaqla  bir  neçə  qəhrəmanlıqlar  göstərmişdilər)  və 
Herakldan  düşdü,  yaltaqlara  onların  əməlləri  Aleksandrın  müvəffəqiyyətləri  ilə 
müqayisədə  cüzi  bir  şey  kimi  gəlirdi.  Çar  bu  ruhda  olan  sözləri  xoşlayırdı,  çünki 
onların yayılması adamlardan qoşunlara nisbətən daha böyük səy göstərməyi tələb 
etməyə  imkan  verirdi.  Bu  tərif  ona  ordunu  gələcək  yürüşlərə  mənəvi  cəhətdən 
hazırlamaqda çox kömək edirdi. Lakin narazı Makedoniya vətənpərvərlərinə kobud 
yaltaqlıq  o  qədər  xoş  gəlmədi.  Onsuz  da  hiddətlənmiş  Klit  axırda  birbaşa  öz 
narazılığını  bildirdi.  Əsas  bəhanə  isə  yunan  şeir  söyləyənlərinin  Makedoniya 
köməkçi korpusunun Politimet (Zərəfşan) çayı yanında məğlubiyyətinə işarə edən 
istehzalı  kupletləri  olmuşdu.  Çarın  özünün  də  bu  məğlubiyyətdə  günahı  vardı, 
çünki  o,  özü  az  qüvvə  ayırmışdı  və  zəif  komandanlar  təyin  etmişdi.  Ona  görə  də 
ona  xoş  gəlirdi  ki,  uğursuzluqda  bu  işdə  iştirak  edən  hərbi  xadimlər 
günahlandırılsın.  Lakin  onlar  axırıncı  adama  qədər  vuruşmuş  və  qəhrəmanlıqla 
həlak olmuşdular. Buna təəccüblənməmək olmazdı ki, kupletçi yunan bu adamların 
xatirəsini  ələ  salırdı.  Tünd  soqdi  şərabı  əsas  günahkar  idi,  məhz  şərab  çarı  belə 
yolverilməz zarafatlarla barışdırmışdı. 
Yaşca böyük olan qoşun başçıları səs-küy salmağa başladılar. Onlar bərkdən 
şeiri qoşana və müğənniyə narazılığını bildirdilər. Buna baxmayaraq keflənmiş çar 
öz  itaətkar  dostları  ilə  yunanı  alqışladılar  və  şeir  söyləməyi  davam  etməyi  xahiş 
etdilər.  Bu  Klitə  toxundu.  Hamı  tərəfindən  etiraf  edilən  qoçaq  və  atlılardan  ən 
qüsursuzu kimi o, həlak olmuş yoldaşlarının şərəfini müdafiə etməyi lazım bildi: 


 
92 
-  Düşmən  ölkədə,  barbarların  arasında  bədbəxtlik  anında  da  yunan 
təlxəklərindən yüksəkdə dayanan makedoniyalılara gülmək ləyaqətsizlikdir. 
Aleksandr  ayıq  olanda  da  heç  bir  etiraza  dözmürdü,  indi  isə  adi  vaxtlarda 
olduğundan  daha  çox  hiddətləndi.  Ona  toxunulduğundan  o,  sözlərini  ayırd  edə 
bilmirdi və bircə şeyi istəyirdi – cavab olaraq təhqir etsin: 
- Kim qorxaqlığı bədbəxtlik adlandırırsa özü özünü ifşa edir. 
Onu döyüşün qızğın çağında ölümdən xilas edən adamı qorxaqlıqda ittiham 
etmək  dəhşətli  haqsızlıq  idi.  Dərindən  hiddətlənən  Klit  ayağa  durub  mühakimə 
etmədən danışan çara dedi: 
-  Allahların  övladı,  bəlkə  həmin  qorxaqlıqdan  daşınırsan  ki,  sən  artıq 
kürəyini  pers  qılınclarına  tərəf  çevirəndə  həmin  andakı  xilasına  borclusan. 
Makedoniyalıların qanı və bu yara yerləri Aleksandr səni indi olduğun kimi etdi, 
indi sən Ammonun oğulluğuna can atırsan və öz atan Fillipdən imtina edirsən. 
Cavab  çox  kinli  idi,  qorxaqlıq  barədəki  əsassız  tənə  Aleksandrın  özünə 
qayıtdı. Lakin Klit həm də çar üçün müqəddəsdən müqəddəs olan bir şeyə - onun 
özünü allahların siyahısına mistik qaydada daxil etməsinə toxunmuşdu. İndi nə o, 
nə də o biri özünü saxlaya bilmədi. Çar qəzəblə dedi: 
- Əclaf, sən fikirləşirsən ki, sənin cəzasız olaraq daim belə sözlər danışmağın 
və makedoniyalıları itaətsizliyə çağırmağın mənim üçün xoşdur? 
Buna Klit cavab verdi: 
-  Öz  səylərimizə  görə  biz  onsuz  da  kifayət  qədər  cəzalanmışıq. 
Makedoniyalıların Midiya çubuğu ilə döyülməsini və onların sənin yanına düşmək 
üçün pers saray adamlarına necə müraciət etmələrini görməyən ölülərə adam həsəd 
aparır. 
Bu  vaxt  Klit  ciddi  surətdə  qadağan  edilən  bir  şeyə  toxundu  –  xalqların 
birləşdirilməsi  siyasətinə  xidmət  edən  tədbirləri  tənqid  etdi.  Burada  məclis 
iştirakçıları  sözləşməyə  müdaxilə  etdi.  Çarın  yaxın  adamları  Klitin  sözünü 
kəsirdilər,  yaşca  böyük  olanlar  isə  ağıllı  qaydada  mübahisəni  söndürmək 
istəyirdilər.  Klitdən  üzünü  döndərən  Aleksandrda  hətta  ayılmaq  anı  yarandı  və  o, 
istehza ilə yaxınlıqda oturmuş iki yunana dedi: 


 
93 
-  Ellinlər  makedoniyalıların  arasında  özünü  yırtıcı  heyvanların  arasındakı 
yarımallahlar kimi hesab etməməlidirlərmi? 
Bu anda dalaşma qurtara bilərdi, lakin Klit fürsətdən istifadə edib ürəyində 
yığılmışların hamısını demək istədi. Çoxdan saxlanan sözlər onun sərxoş nitqindən 
axmağa başladı: 
-  Çara,  əlbəttə,  utanmaq  lazım  deyildir,  o,  nə  fikirləşirsə  danışa  bilər,  lakin 
qoy  bilsin  ki,  ona  öz  süfrəsinə  azad  və  sərbəst  nitqə  adət  etmiş  adamları  dəvət 
etmək  lazım  deyildir.  Ona  barbarlar  və  qullar  arasında  yaşamaq  yaxşıdır,  çünki 
onlar pers qurşağı və pers paltarı qarşısında səcdə edirlər. 
Artıq  çar  özünü  saxlaya  bilmədi.  Qəzəblə  o,  Klitin  üstünə  alma  atdı  və  əli 
xəncəri  axtarmağa  başladı.  Kimsə  bıçağı  ehtiyat  üzündən  götürmüşdü.  Bu  vaxt 
yaxın  adamları  Aleksandrı  əhatəyə  aldılar  və  ehtiyatla  onu  düşünülməmiş 
hərəkətdən  saxlamaq  istədilər.  Onların  davranışı  onun  fikirlərini  gözlənilməz 
istiqamətə  yönəltdi.  Silah  oğurlanmışdır,  o,  mühasirəyə  alınmışdır.  Məgər  Bess 
üstünə  atılanda  Dara  da  belə  vəziyyətdə  olmamışdımı?  Təhlükə!  Qəflətən  onu 
qorxu  bürüdüyündən  Aleksandr  gözətçiləri  çağırdı  və  böyük  həyəcan  siqnalını 
verməyi əmr etdi. Truba çalan ləngidiyindən çar onun üstünə atılıb yazığı döyməyə 
başladı. 
Ağıllı saray adamları bu dəqiqədən istifadə edib inadkarlıq edən Kliti zorla 
zaldan çıxarmaq istədi. Ayıq Ptolemey onu qaladan kənara çıxardı və bundan sonra 
geri  qayıtdı.  Tək  qalan  və  gecə  havasından  daha  da  keflənən  Klit  onu  ağuşuna 
almış fikri özünə təlqin etdi. Onun yadına Yevripidin şeiri düşdü, bu sözlər həmin 
ana çox uyğun gəlirdi və çox sərrastlıqla Aleksandra dəyirdi. Sərxoş inadkarlığı ilə 
o,  saraya  qayıtdı,  gözətçilərin  yanından  keçib  yenə  çarın  qabağında  dayandı.  Ona 
tərəf  irəliləyərək  hədyan  tonda  “Andromaxa”dan  şeir  oxudu.  Bu  şeirdə 
başqalarının  qazandığı  qələbəni  öz  adına  çıxan  hökmdarın  özündən  razılığından 
danışılır:  “Necə  səfeh  adət  vardır  ellinlərdə...”  Bu  vaxt  özünü  ələ  ala  bilməyən 
Aleksandr  gözətçinin  əlindən  nizəni  qapıb  onu  Klitin  bədəninə  sancdı.  Qan  və 
sükut  çarı  ayıltdı.  O,  nə  etdiyini  başa  düşdü.  Klitin  bədənindən  nizəni  çıxarıb 
onunla  özünü  vurmaq  istədi.  Silahı  güclə  onun  əlindən  aldılar.  Ölünü  apardılar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə