117
adamlarının bəziləri özlərini təkəbbürlü və lovğa aparırdılar, dəbdəbədə çarın
özünü də ötüb keçirdilər. Bir saray yaltağı əmr etmişdi ki, onun ayaqqabısını qızıl
mismarla bəzəsinlər, qoşun başçısı Klit isə otağının döşəməsinə al qırmızı
parçadan üz çəkdirmişdi. Çar özü isə çox qəddar olmuşdu. O, Hindistandan
qayıtdıqdan sonra 600 döyüşçünü edam etdirmişdi.
Aleksandr Babili öz paytaxtı elan etdi. Başqaları ilə müqayisədə Babil
sarayına üstünlük verilmişdi. Bura ələ keçirilmiş Persiya
xəzinələrinin əksər hissəsi
yığıldı. Aleksandrın vaxtında Fərat çayı ilə gəmilərin üzməsi Babilə qədər uzandı.
Çar burada iri liman tikməyi əmr etdi. Nabuhodonosorun bu möhtəşəm paytaxtını
çar Şərqin bütün şəhərlərindən yüksəyə qaldırmaq istədi. Babilin yüksəlməsinə
mədəni-siyasi xarakterli mülahizələr də kömək etməli idi. Məhz Babil Şərqin
paytaxtlarından ən sayılanı və dünya ağalığı ideyasının beşiyi olmağa layiqdir. Ona
görə də dünya üzərində ağalığı bəxş edən böyük Marduk burada olmuşdu. Burada
o, özünün qüdrətliliyini ideya cəhətincə əsaslandıra bilərdi. 323-cü ilin yazında o,
Babilə gəldi. O, buradakı məbədi tikib qurtarmağı tapşırmışdı, lakin kahinlər
məbədi bərpa etməmişdilər, pulu başqa məqsədlərə xərcləmişdilər. Kahinlər ona
görə Aleksandra xəbərdarlıq etdilər ki, o, paytaxta girməməlidir. Lakin Aleksandrı
bu, o qədər pərt etmədi. O, Babilə qayıdan kimi işləri davam etdirməyi tələb etdi.
O, Nabuhodonosor kimi dağılmış məbədi yenidən tikməklə ona oxşamaq istəyirdi.
10 min döyüşçü sökülmə və tikinti yerini təmizləməklə məşğul oldu. Bu işlər
qurtardıqdan sonra yeni tikintiyə başlamaq olardı. Babilin paytaxt elan edilməsi bir
də onunla əlaqədar idi ki, çar bu vaxt Makedoniyaya qayıtmaq barədə düşünmürdü
də.
Çarın ətrafında da qəribə hadisələr baş verirdi. Onun ən yaxın adamı olan
Hefestion çar eskadronunun komandiri təyin olunmuşdu. Aleksandrın varisi
anadan olsa, onun da himayəçisi Hefestion olmalı idi, onların bir-birinə incə
hissləri mövcud idi. O, çarın dəftərxana rəisinin işinə də qarışırdı və Aleksandr bu
məsələyə müdaxilə edib, onu rəis Yevmenin xeyrinə həll etdi. Lakin Hefestion bir
neçə həftə sonra qəflətən öldü. O, Ekbatanada xəstələndi. Həkimlər elə bir qorxulu
şey hiss etmirdilər, onların xəstəsi isə adəti şənlikləri və ziyafətləri buraxmırdı.